

Dünya şöhrətli amerikan yazıçı O. Henri 1862-ci ildə Şimali Karolinada doğulmuşdur. Öz yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır.
çox az təhsil alan O. Henri aptekdə işləmiş, bank kassirliyi daxil olmaqla müxtəlif işlərdə çalışdıqdan sonra, işlədiyi bankdan pul mənimsəməkdə günahlandırılaraq üç ildən artıq həbsdə yatmışdır. İlk hekayələrini də müxtəlif imzalar altında elə o həbsxanada qələmə almışdır.
(DETEKTİV- MÜSAHİBƏ)
(Qatillər: İkinci Qismət və Zərdüşt Şəfizadə)
Hər tərəfi taxtalarla döşənmiş kafedə oturmuş halda, bura nə qədər ağac sərf olunduğunu hesablamaqla kifayətlənməyib, dolub-boşalan çay stəkanlarının arasından aradabir qorxu filmlərinin mənfi qəhrəmanı kimi görünən ofisianta fikir verməməyə çalışaraq, metro relslərinin arasına atdığı qarmaqla balıq tutacağına inanan adamın lətifə-nağılını danışdığımız anda başa düşdüm ki, elə bu dəqiqələrdə Jurnalistika kimi böyük bir atanın Müsahibə adlanan oğlu ölür.
Amma, vallah da, billah da, hər şeyin necə bu nöqtəyə gəldiyindən bizim xəbərimiz belə olmadı. Mən soruşdum ki, şairin estetik idealı nə ola bilər, necə ola bilər və belə bir şey varmı və yaxud niyə yoxdu?
Qismət: İdeal odu ki, o sənin xəyalında mövcuddu, amma onun qarşılığını tapa bilmirsən deyə sənin üçün ideal olaraq qalır. Şairlər həmişə düşünürlər ki, gələcəyin şeirini yaradacaq səviyyəyə çatsınlar – ədəbiyyatda buna çalışan şairlər olub. Yəni, özlərindən əvvəlki şeiri, şairi, elə özlərini də keçərək gəlib elə bir mərhələyə çatsınlar ki, ideal olsun. Bu, maşınların yeni modellərini kəşf edə-edə filmlərdə gördüyümüz o uçan maşınları arzulamağa bənzəyir – arzudu. Suala gəlincə, ona müxtəlif cavablar verilib. Mənim fikrimdə o ideal bu şəkildədi: adamlar şeiri oxuyanda özlərini rahat hiss etsinlər. Yəni mətndə nə varsa, onu başa düşsünlər. İkinci məsələ hər hansı bir insanın hissini yazarkən bunu qarşıdakı adama maksimum çatdıra bilməkdi. Bu maksimuma nə qədər yaxınlaşsan, sənin qələbəndi. Bu nəyə bənzəyir?..

Axşam Bayatıları
Nə oxuyur bu axşam?
Ömür əriyən ağ şam,
Bu bir gilə ömrümdə
Beş ömür yaşamışam.
Quruyla yanmış yaşam,
Çətin bir də alışam,
Aramızda ölüm var,
Sən gözsən, mən də qaşam.
Dünya, çətin barışam,
Odlamısan, baxmışam,
Od da səbrimdən bezib,
Mən nə zülüm dağmışam.
Gölə atılmış daşam,
Nə elit, nə bozbaşam,
Niyə hər şey əyridi?
Nə koram, nə də çaşam?!
Azadlıq və “Azadlıq” adlı dünyanın azad insanları və ya bu dünyanın sakinləri olmaq arzusu ilə alışıb yananlar. Çox vaxt “mən azadam” deyirik. Mən azadam müxtəsər cümləsinda isə nə maddi, nə də mənəvi azadlıqdan söhbət gedə bilməz.
Doğuluruq – birimiz qız, digərimiz oğlan. Doğuluruq – ya xəstəxanada, ya təcili yardım maşınlarında, ya öz evimizdə, ya da… Axı, e.ə. yaşayan Heraklit demişdi: “Biz istəmədən doğulur, əzabla yaşayır, həsrətlə ölürük. ”Bu da bizim azadlığımız… Doğulanda nə cismimizi, nə milliyətimizi, nə irqimizi, nə valideynimizi, nə məkan, nə də zaman seçə bilirik. Sartr dediyi kimi, bizim doğulandan seçim hüququmuz yoxdur.
Romanı qazlar xilas elədi.
Əslində insan özü-özünü xilas eləməlidi.
Qaçmalıdı uzaqlara, getməlidi harasa…
Təzədən doğulmalıdı orda.
Təzədən tanımalıdı adamları.
Hər yara başqa yerə vurulduqca,
Unutmaq olmayacaq, olmayacaq…
Möcüzələr və dahilər
tarixdə palçıqlı ayaqqabılarla yeriyiblər.
İzləri silinmir ki, silinmir.
Tarix bizi uzun illər sonra yaddaş kitabçasına
Ancaq və ancaq
insanlar deyə yazacaqsa,
Deməli, adlarımız sadəcə bizi
çağırmaq üçün gəlir kara.
Mən qar dənəsinə dönüb
Ovcuna qondum
Gözünü oxşayım deyə.
Sən gözünü yumub
Ağzını açdın :
“Boğazımı yaşlayım” deyə.
Vicdan
Times Literary Supplement”in “minilliyin ən yaxşı kitabı hansıdır?” sorğusuna…
Mənim düşündüyümə görə, bu minilliyin kitabı dahi rus yazıçısı Mixail Fyodoroviç Dostoyevskinin “Karamazov qardaşları” əsəridir. Bu dünyada yaşamağın, digər insanlarla birlikdə olmağın və başqa dünyanı arzulamağın bütün problemlərini haradasa ensiklopedik ölçüyə çatan bir genişlik və ürəkdən gələn sarsıdıcı sıxlıqla dramlaşdıra bilən belə bir başqa kitab tanıya bilmirəm. Kilsə və dövlət, ideologiyalar və gözəllik, sərbəstlik və cavabdehlik kimi hər zamanın problemləri ilə əyalətdəki balaca bir rus ailəsinin pul, eşq, ata qorxusu, qardaş qısqanclığı, etibar kimi daxili problemlərin arasında bu roman eləsinə bir ahəng və güclə gedib-gəlir ki, insan oxumağın verə biləcəyi ən böyük hədiyyəni alır. Bu da öz həyat təcrübəmizin insanoğlunun təcrübəsinin bir parçası olduğunu dərindən hiss etməkdən ibarətdir.
Bu roman başqa romanlarda çox az görə biləcəyimiz qədər qəribə, xarici dünyanın qanunlarını, bir müddət sonra bütün dünyanın qanunları olaraq qəbul etdirərək bizi bütünlüyü ilə içinə çəkir. “Karamazov qardaşları”nın dünyasına yaxşıca girərkən bu dünyadakı yerimizi, həyatın mənasını, eşq, qardaşlıq, Allahın varlığını bir fikir olaraq deyil, həyəcan və sarsıdıcı duyğu olaraq yaşayırıq. Romanın özünəməxsusluğu yenidən-yeniyə yazılmış qüsursuz bir kitab olmaması, uzatmalar, mövzudan kənara çıxmalar və təkrarlarla dolu olması bu həyəcanlı duyğuya möcüzəvi bir xüsusiyyət də verir. Beləcə, eynən roman qəhrəmanları kimi, öncə başqalarının günahına, ata öldürmək istəyinə, yalanına və qorxusuna şahid olurmuş kimi oxuduğumuz bu kitabı möcüzəvi xüsusiyyətlərindən ötrü bir vaxt sonra, öz istəklərimizi, günahkarlıq duyğumuzu, hirslərimizi və həqiqət axtarışımızı, öz atamızı öldürmək istəyimizi və qardaş qısqanclığımızı qorxuyla oxuyuruq. Onu da deyim ki, romanla tanış olduqdan sonra bölünmüş quruluşu və oxuduqca ortaya çıxan maraqlı guşələriylə “Karamazov qardaşları” oxucuya bu hissləri hər oxuda yenidən verə bildiyi üçün də bu qədər qalıcı, istisnalı və möcüzəvi bir kitabdır.
Tərcümə edən: Seyid Ramin
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Son şərhlər