Monthly Archives: Temmuz 2007

Jurnalı bir neçə yazarın monopoliyasına çevirməyin

Sözün düzü, onu ilk dəfə Tehran müəllimin monopoliyasında olan “Yenisi” ədəbiyyat və sənət cərəyanı adlı saytda tanıdım. Şeirlərini gənclər bölməsində oxumuşdum. Daha sonra “Bizimki”də dəyərli şərhləri ilə müasir ədəbi imzalara tənqidləri ilə öz töhfəsini əsirgəmədi. Sonradan o da “Bizimki” oldu və müsahibimiz Sima Ənnağıdır. Buyurun, Sima xanımı yaxından tanıyaq…

Turşəng çiçəkləri

Yukio Misima (Kamitake Xiraoka) – Yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. 14 yanvar 1925-ci ildə Yaponiyada, Tokio şəhərində doğulub. İlk qısa hekayəsini on altı yaşında ikən “Yukio Misima” təxəllüsü ilə çap etdirib. İkinci dünya müharibəsindən sonra Tokio universitetində hüquqi təhsil alıb və 1948-1949-cu illərdə Maliyyə Nazirliyində çalışıb. “Maskanın etirafları”, “Qızıl Pavilyonun Qülləsi”, “Qadağan edilmiş güllər”, [...]

Səninlə

səninlə yalnızlığı unutdum
yalnızlığı
artıq düşüncələrimdə biri var
dərdləşdiyim,
bölüşdüyüm,
sevişdiyim…
səninlə özümü sevməyi unutdum
özümü sevməyi
necə də boz,
ağ-qara,
rəngsizəmmiş

“Millət.exe” proqramı

Xalqım üçün yeni proqram yazmışam. Millət olmaq naminə bir proqramdır. www.milletolaq.biz saytına girdikdən sonra “Yükləmə” bölməsinə keçin və “Millət.exe” proqramını kompyuterinizə yükləyin. Daha sonra kompyuterinizdə çıxacaq olan “Ürəyim” faylını “.zip” formatdan çıxardıqdan sonra “Ürəyim” qovluğu yaranacaq və həmin qovluğu açın. İçindəki “Millət.exe” faylına “siçan”la iki dəfə ehmalca üzərinə vurduqdan sonra proqram yükləmə prosesinə başlayacaqdır. Amma [...]

Kart növbəsində

Bakı metropolitenində gediş haqqının ödənilməsinin kart sisteminə keçirilməsindən sonra fikirləşirdim ki, daha hər şey yaxşı olacaq. Ən azı, işə tələsəndə bezdirici jeton növbələri bizi bir az da gecikdirməyəcək. Üç-beş adamı vaxtında yola sala bilməyən əsəbi jetonsatan qadınların töhmət dolu baxışlarından, adamı pərt edən nalayiq sözlərindən və söyüşlərindən canımızı qurtardığımızı da zənn edirdim. Bəli, bundan sonra [...]

Mənə oğul demə, Ana!

Azərbaycan bütöv deyil!
Azərbaycan tikə-tikə
Mənə oğul deyən dili,
Düşünməyin çəkin şişə!
Azərbaycan ölməyibdir.
Azərbaycan yaralıdır.
Dərbənd, Zəncan, Təbriz, Bakı
Bir-birindən aralıdır.
Azərbaycan qoca deyil,
Azərbaycan hələ cavan.
Bu cavanın sinəsində
Neçə talan, neçə viran.

Gənc və cəng

Əvvəllər biz qəfəsdə yaşayırdıq,
indi isə uzun çubuğun üstünə qonub oturmuşduq,
amma ayağımızdakı zəncirlər hələ açılmamışdı.
(Rabindranat Taqor)
Universitetə getdiyim birinci gün anlamışdım ki, təsəvvürlərimlə heç uyğunluğu olmayan yerdəyəm. Həm adamlar, həm də təhsil baxımından. Özlərindən razı, jestləri mədəni, mahiyyətləri isə kobud dekanlıq, müəllimlər, onlardan da təkəbbürlü, universitetə qəbulu, hüquq fakültəsinə ayaq basmağı böyük bir şey sayan, hətta özlərinə [...]