Anam, anam!
Payız günəşi qüruba əyiləndə mazut və günəbaxan yağı qoxuyan küçələri dolaşdıqca qəlbində qüssəli duyğular baş qaldırır, böyük şəhərdə özünü, yad, qərib hesab eləyirdi. Qızların gülüşləri, evlər, maşınlar, səkinin qırağındakı şoran torpaqdan baş qaldıran payız gülləri, şam ağacları belə ona yad gəlirdi.
Damları qırla örtülmüş həyət evlərinin arasındakı daşlı, çınqıllı cığırla [...]

Yüklənir...