Uzaqsan

Leyla MətinBiz yastıq qonşusu, yad insanlarıq,
Əlim əlindəykən məndən uzaqsan.
Cismimin sahibi sən olsan belə,
Mənim içimdəki “mən”dən uzaqsan.

Bu cavan yaşımda bəxtin duluyam,
Arşınınla ölçmə, səndən duruyam.
Səninçün həmişə bahar gülüyəm,
Məndəki çiskindən, çəndən uzaqsan.
Dərdlər ürəyimin bar -bəhəridi,
Ömrüm ömürlərin bir təhəridi,
Ağ telim sevgimin qəm -qəhəridi,
Saçım çiynindəykən dəndən uzaqsan.

Sevgi hər ürəyə biçilə bilməz,
Sevgi məsafəylə ölçülə bilməz,
Mənim bir addımlıq məsafəmdə də
Adi bir həvəssən, hissdən uzaqsan.

Biz yastıq qonşusu, yad insanlarıq,
Əlim əlindəykən məndən uzaqsan.
Cismimin sahibi sən olsan belə,
Mənim içimdəki “mən”dən uzaqsan.

…Nədən yazım?!

Mən qırıq-sökük komalarda
böyük və möhkəm ailələrin deyil,
Böyük və möhkəm evlərdə
qırıq-sökük ailələrin yaşadığı bir çağın adamıyam…
…nədən yazım ki, nədən?!

26 Comments: Trackback URL | Comments RSS

  1. Dew Says:

    ikincisi daha yaxsi idi…
    birinci de evvelkilerden bir az quvvetli…

  2. Ulfet Says:

    Sadece bir sual maraqlandiri.
    Maraqlidi, ser kime xitab olunub?!
    Texellusunuz metin-dir, verdiyim suala vereceyiniz cavab bes?

  3. Asiman Says:

    Fikir etibarilə yaxşıdır, ədəbi cəhətdənsə çox zəif. Uğurlar

  4. xalida Says:

    Leyla, cox gozeldi, cox. Tesirli, real heyati eks eden. Bunu her adam basa dusmez. Cunki gerek bu heyati yasayasan ve bu hissleri keciresen. Zer gedrini zerger biler, men cox beyendim. senden daha yeni serler gozleyirik.

  5. ilmar Gahramanov Says:

    Xalida xanım, əgər əsəri yaşamadan başa düşmək olmursa, onda həmin “əsər”ə əsər demək olmaz. Deməli, yazarın oxucunu inandırmaq qabiliyyəti yoxdur, əsəri sünidir. Amma doğru buyurdunuz, zər qədrini “zərgər” bilər…

    Leyla xanım, şeir xoşuma gəlmədi. Yenə də sizə uğurlar, çalışın ki, sizə şeirlərinizin süniliyindən irəli gələrək “yaşamasan başa düşmək olmaz” yox, canlılığına görə “yaşamadan yaza bilməzdin” desinlər.

  6. Novarg Says:

    Neinki hansisa sheirdeki, hech bir veziyyeti yashamadan basha dushmek olmaz…Eger olsaydi, hech yashamaq lazim olmazdi…

    Gozel sheirlerdi…Tebrik edirem…

  7. Duzu Duz Eyrini Eyri Deyek Says:

    uhgurlar arzulayiram

  8. Leyla Metin Says:

    Sherhleriniz uchun teshekkur edirem. Fikirleriniz menimchun deyerlidir, sherhlerinizi eksik etmeyin…

  9. kölgə Says:

    səlam leyla xanim.
    man kölgə bəy guneyli guney azerbaycanin başkendi təbrizdan sizə bu şərhi yaziram.
    inanin ki shiiriniz cox gözal va olduqca hiss li bir şiir.
    insan heç sevmədigi birina bu shiri armağan etsə onun indiyə gədər verdigi acilarin hamisini təlafi etmiş olar.
    və o gədər bu sözlər oni sarsar ki …
    inşalah ki yanimizdaki insanlarin hamsini urəkdən sevərik və heş bir zaman sevmədigimiz birisi yanimizda olmaz.
    helelik…
    guey azerbaycanin qurtuluşu umudu ilə.

  10. b.hidayet Says:

    salam,’sachim chiynindeyken denden uzaqsan’.yaxshi tapintidir.umumiyyetle 1-ci sheir ugurlu alinib.yalniz hiss olunur ki bu sheiri yazarken sizi sheirin formasi sixib,ele ona gore de sonda cherchiveni sindirib qafiyelerden qachmisiniz.
    -SINDIR QEFESLERI TAZE GULUSTAN TELEB EYLE
    DEDIYIM ODUR KI BU SHEIRI SERBESTDE YAZSANIZ CHOOX GOZEL OLARDI

  11. Nezrin Says:

    Leyla xanim seir gozeldir demek olmaz amma yene de size ugurlar.

  12. araz Says:

    cox quzal seir di tanri qorusun

  13. scorpion Says:

    Bunlar sher deyil…nedirse adini ozunuz tapin…

  14. Leyla Mətin Says:

    Salam!
    Kölgə bəy, şərhiniz üçün təşəkkür edirəm. “Güney Azərbaycan” yarası quruyub, qaysağı da çoxdan qopub, güneyli qardaşım. Təzə dərdlərimiz köhnələri unutdurub, nə yazıq ki…”Güney Azərbaycanın qurtuluşu” deyərkən siz də mənim qədər ümidsizlik içindəsiniz, bilirəm.
    Vətən, dilin yox ki, söyəsən bizi,
    Deyəsən, adımla oynadız yetər!
    Dərdlərin tərpətmir qeyrətimizi,
    Dərd də var,
    dərdimiz dərdlərdən betər!

  15. Leyla Mətin Says:

    Bəxtiyar bəy, yazımı belə diqqətlə şərh etdiyiniz üçün çox sağ olun!
    Nəzrin, Araz, Skorpion, diqqətiniz üçün təşəkkür edirəm!

  16. Qaragoz .. Says:

    BU sheyri oxuyanda tesevvurumde eshqiz sevdani gordum. sadece arzu olumaz bir tale. amma fikirlerinizi idafe etmeyi bacarmisiz. uqurlar arzulayiram.

  17. skarpi Says:

    Salam Leyla xanim..sherlerinizi beyenirem …size ugurlar..yenilerini daha gozelleri gormek umidiyle…

  18. Leyla Mətin Says:

    Hamıya salam!
    Ülfət bəyə verilən cavab mənim adımdan yazılsa da mənə aid deyil. Şərhlərə nəzarət edənlərdən xahiş edirəm, mənim mail ünvanım qeyd olunmayan şərhlərin mənim adımdan görünməsinə imkan verilməsin.
    P.S: Mənim adımdan şərh yazanda, heç olmazsa, korrektura üçün kiməsə müraciət edin. İki cümlədə bu qədər qrammatik səhv də eyibdir, doğrusu…

  19. Bizimki Says:

    Leyla xanım, təəccüblü də odur ki, Ülfət bəyə yazılan cavabda da sizin e-mailiniz olduğu kimi qeyd olunub. Ona görə də bizim qüsurumuz yoxdur bu barədə. Uğurlar!

  20. Faig Yusifoglu Says:

    salam xanim. sherleriniz cox gozeldir. menim xoshuma geldi. shair tebietli yaradici insanlari hec kim basha dushmur. cunki bu insanlar ne yerdedirler ne de goyde, ne yere sigirlar ne de goye. ona gore bu sheri her adam basha dushmur ve bu da tebiidir. size ugurlar ve seadet arzulayiram.arzu edirem hami olmasa da elinizden tutan adam sizi basha dushsun

  21. Mirkazim Says:

    Yaxsi demek olar amma birinci bend butun bendlerden gucludu ve aciliwda baglaniwda sualda cavabda bu bennde formalawdigi ucun meslehetim budur bundan sonraki, werlerinde 1-ci bende suali ve fikrini aciqlamaga caliw axirinci bendde (ve ya sonuncu bende qeder addim-addim) ise senin cavabin ve ya bu fikrine olan son rey ve qerarini qeyd ele.

    Istedadlara ewq olsun, ela, beyenilsin.

    Ardini gozleyirik!

  22. Ryabina Says:

    “…gecələr…soyuq daş kimi ürəyini gizlədib, ağlayan ruhunun ağzını tıxayıb bədənini işə salar…qorxaq qadın…yaltaq qadın…”
    Köşəmdə bu sözləri yazdım da, çoxları məhz özümü yazdığımı düşündü…Sənin şeirində də minlərlə qadınlarımızın taleyi var – sınmış, tapdanmış qadın ruhunun sızıltısı…(p.s.) kişilərin qulaqlarından iraq…-))

  23. Leyla Metin Says:

    Hamiya salam!
    Istirahetde olduguma gore xeyli vaxtdir, werhlere baxa bilmirdim. Werhleriniz u4un sag olun.
    Hormetli Bizimki, bunu duwunmemiwdim, uzr isteyirem.
    Ryabina, diqqetin u4un sag ol da, iltifatmi etdin, ne etdin, anlamadim…:-)))

  24. Ryabina Says:

    İltifat etdim, canım, iltifat…-))

  25. scorpion Says:

    Ryabina xanim!!! kishilerden bu qeder de bedguman olmayin!!!

  26. GULYa(geleceyin kecmisi) Says:

    Ay MİLLLLEEEET axı kohnelik deyende neyi deyirsiniz,siz axi hansi yenilikden danisirsiniz olmusunuz bir ordu dusmusunuz camaatin canina ki serbest yazin.Gelin once ozumuzu ozumuz kimi tapaq sonra basqasina benzeyek,kecmisi unudub geleceye nece gedeceyik.Serbest veznde mende gedb bir ingilisin serini tercume edib vererem deyerem serbest yazmisam axi ingilis gelib bizim qafiyeli serimizden yaza bilmeyecek(misal ucun deyirem)Duzdu Leyla xanimin serinde artiq sozlerein cixarilmasina ehtiyac var ancaq o qederde zeif deyil.Bilirsiniz xalqin gozu terezidi ne qeder yeni serbest novdede yazilsa insan sozlerin gozel qafileliyin gorende lezzet alir.Bizim ruhumuz hele millilikden cixmayib.Gelin tam musteqilliyin dadini cixarib ozumuzu ozumuz kimi tapaq sonra basqasina benzeyek.Leyla xanim size ugurlar.Sizin yazinizi hec yasamadanda neden behs etdiyinizi bilmek olar.Etirazi olan varmi?bildirsin men ne demek istediyimi basa salaram.Size ugurlaaar/

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...