Daily Archives: Temmuz 6th, 2007

Adamlar üçün darıxan adam

Bivaxt çalınan telefon zənginə ayıldım. Anam “xeyir ola, balam, belə bivaxt” deyə dəstəyi tələsik götürdü.
- Alo…
- Seva, sənsən? – xəttin o başından gələn səs mikrofondan açıq-aydın eşidilirdi. Gecənin bir aləmi çalınan zəng məndə də maraq oyatmışdı. Divardakı kəfkirli saatın əqrəbləri saat dördü vurmaq üçün sanki dağa dırmaşırdılar.
- Mənəm, kimdir ki?
- Mənəm [...]