Bivaxt çalınan telefon zənginə ayıldım. Anam “xeyir ola, balam, belə bivaxt” deyə dəstəyi tələsik götürdü.
- Alo…
- Seva, sənsən? - xəttin o başından gələn səs mikrofondan açıq-aydın eşidilirdi. Gecənin bir aləmi çalınan zəng məndə də maraq oyatmışdı. Divardakı kəfkirli saatın əqrəbləri saat dördü vurmaq üçün sanki dağa dırmaşırdılar.
- Mənəm, kimdir ki?
- Mənəm də… Seva, Mətiş.
Anam bir anlıq fikrə getdi.
- A… Tanımadın? Mətişəm də, keçmiş sinif yoldaşın, dağlı Mətiş.
- Hə, Mətiş, tanıdım. Ay qız, xeyir ola?
- Helə-belə, ürəyim istədi. Zəng vurdum, Seva. Kitabıvı indicə oxuyub qurtarmışam. O qədər kövrəldim ki, Seva…
Dağlı Mətiş hər cümləsinin əvvəlində və sonunda Seva sözünü xüsusi bir vurğu ilə deyirdi.
- Kitabımı hardan almısan?
- Həkim yoldaşlarımdan birində gördüm. Özün bilirsən də kitab dəlisiyəm. Maraq üçün alıb baxdım. Şəklivi görən kimi tanıdım səni. Saçların ağarıb, yaşlaşsan da, tanıdım həmən dəqiqə səni. Gör nə vaxtdır görüşmürük, Seva.
- İyirmi il olar.
- Həri. Qurban olaram səsivə. Onu deyirdim axı, xahiş eliyib kitabı aldım bir günlüyə. Telefon nömrəvi də onnan aldım elə. Əla yazırsan. Sağ ol, Seva.
- Niyə sağ ol deyirsən?
- İçimdən gələnləri yazmısan. Dokturun da səni yaman təriflədi. Dedi cəsarətli yazıçıdır. Yazdıqları kimi də özüdür, dedi. Düz də deyirmiş. Kitabıvın hər səhifəsində səni görürdüm. Sovet dövrü olsaydı, əl-əl gəzərdi kitabın. İndi kimdi kitab oxuyan?
- Çox sağ ol, Mətiş. Özündən danış. Nəylə məşğulsan? Necə yaşayırsan?
- Yaşıya bilmirəm, Seva. Bu həyat sıxır məni. Boğuluram. Dünya gözümdə bambaşqa olub, insanlar da başqalaşıb. Hələ bil yad planetə düşmüşəm.
Mətiş kövrəldi.
- Məni qınama, Seva, ürəyim partlayır. İstəyirəm indicə çıxım küçəyə, qışqırıb aləmi yığım başıma, deyim hanı, hanı o günlər, harda qalmısız siz, niyə belə robortlaşmısız, ey adamlar? Adamlarçın darıxmışam, Seva. Elə bil adamlar qeybə çəkilib. Məni başa düşürsən?
- Əgər özüm də adamlar üçün darıxmışamsa, deməli, səni çox yaxşı başa düşürəm.
- Yadındadı, Seva, bir dəfə ad günümdən sonra Lalayla sən bizdə qaldız. Səhərə kimi şeir söylədik.
- Hə… Yadıma gəlir.
O vaxtdan sənin söylədiyin bir bənd şeir yadımda indiyədək qalıb:
“Nə xoşbəxtimişəm, bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?”
- Hə… Əli Kərim… Necə də yadında qalıb, ay Mətiş!
- Məni yaşadan elə yadımda qalanlardı də, Seva.
- Ananın kitabları durur, Mətiş?
- Eh… Anam da getdi, kitabları da. Anam kitablarını qardaşımın qızına vəsiyyət eləmişdi. İndikilər kitab qədri biləndir, bəyəm? Gündə bir kitab qurban gedir xırda ticarətə. Yazıq anam. Nə biləydi ki, onun üstündə əsdiyi kitablar bir vaxtlar sovetskidə Nisə xanıma tum satmaq üçün gərək olacaq. Anamın kitabları da özü kimi öldü.
Hər ikisi susdu.
- Əvvəllər ölümdən elə qorxardım. İndi yaşamaqdan qorxuram.
Bu sözləri xəttin o başından Mətiş dedi. Anam yenə susdu.
- Nöş dinmirsən, Seva. Yoxsa başıvı ağratdım?
- Yox, yox, əksinə, çox xoşdur. Lalədən nə xəbər var? Görüb eləyirsən?
- Əvvəlki tək görüşmürük. Yaxşı ev-eşiyi var. Bu yaxınlarda xarici maşın da alıb. Bir həci saxlayır onu.Çox imkanlı həcidir. Dörd dəfə Həccə gedib. Hər gələndə bir arvad alıb. Axırıncısı Lalədir.
- Dediyin hacının neçə yaşı var?
- Lalədən iyirmi beş yaş böyükdür. Amma yaxçı qalıb. Məşədi İbad demişkən, yüz cavana dəyər.
- Buna şübhə etmirəm. Hələ sovet dövründə yüz iyirmi yaşlı kişi qırx yaşlı qadınla evlənib və üç oğul atası olub. Bu həyatı istəyincə yaşamaq üçün bəzən yaşın heç bir əhəmiyyəti olmur.
- Yaxşı görək, az, belə şey olar? Bu qədər yaşamaq olar?
- Olub. Hətta bu sənədləşdirilib. Bu hadisə Abxaziyada olub. Ümumiyyətlə, Qafqaz dünyada ən uzunömürlü insanların yaşadığı yerdir.
- İndi yetmişə çatana bəxtəvər deyirik. Biz o yaşa çatmarıq yəqin.
- Hərdən mənə elə gəlir ki, bu dünyanı yaman çox yaşadım,- anam dedi.
- Amma Lalə əksinə deyir, deyir hələ bil həyatı yenidən başlamışam. Məktəbdə oxuyanda donzanqurduya oxşayırdı. İndi də elə gözəl deyil, amma bəzənib-düzənir, dəblə geyinir, pis görünmür.
- Hacı nəylə məşğuldur ki?
- Biznesmendir də, nə olacaq?! Həci də nə həci. Namaz qılandan sonra geyinib-keçinir, xarici qızlara restoranlarda “şot” verir. Sonra da gəlib namazını qılır. Bununla da bütün günahları yuyulur. Seva, Həci tanıyıram ki, arvadıyla dənizdə kupalnikdə qucaqlaşıb xristian qonşum Saşa onların şəklini çəkib.- Mətiş bərkdən güldü.
- Dindən çirkin məqsədlər üçün istifadə edənlər çoxdur. Amma əsl dindarlar da var.
- Nöş yoxdur… Elə rəhmətlik atam. Manat-manat pul yığmışdı ki, Həccə getsin. Qismət olmadı. Həmişə namaz qıldı. “Quran” oxuyardı. Ərəb dilini təmiz bilirdi. Bir kərə nalayiq söz işlətdiyini, yalan danışdığını, özgə arvadlarına kəm baxdığını görmədik.
- Allah rəhmət eləsin.
Mətiş kövrəldi.
- Səni də səhər açılar-açılmaz narahat edirəm. Mənə nə var ey, dəvəsi ölmüş ərəb kimiyəm. Amma burnumun ucu göynəyir adamlar üçün, anam kimi, atam kimi, Əsəd müəllim kimi adamlarçın yaman darıxmışam, Seva.
Mənə elə gəlirdi ki, Mətiş mənim hər gün ünsiyyətdə olduğum, birgə yaşadığım insanlardan yox, tamam bambaşqa insanlardan danışır. Həm də bu insanlar Mətiş dogulandan bəri onunla bır yerdə yaşayırlar, sadəcə olaraq sovet dövründən sonrakı dövr həmən insanları nə qədər dəyışsə də, Mətişi heç cür dəyişə bilməmişdi.
- Işdə bir gözətçimiz var. Qacqındır. Yaşı ötmüş qızıyla uşaq baxçasında qalır. Müdirə baxçanı qacqınlara helə-belə vermir a…..Satır. Məəttəl qaldın, həri?
- Yox .Artıq belə şeyləri cox görüb - eşidirik.
- Nöş yazmırsız bəs, siz yazıçılar hayana baxırsız bəs? Bəlkə sən də qoşulmusan bu adamlara? - Mətiş sanki qorxa-qorxa soruşdu.
- Yox Mətiş, qoşulsaydım sənin kimi darıxmazdım ki adamlar ücün, bu qədər adamın içində.
Hər ikisi susdu.
- Gördün də, Nobel mükafatını kimə verdilər. Bir yazıçı ki, xalqına böhtan atıb şöhrət qazanacaq, kimə lazimdi o cür yazıçı?
- Gördün ki, dünyaya lazım oldu. Sən dünyanın iştəklərindən əməlli- başlı xəbərdar imişsən ki, Mətiş.
- Az, həri…
Mətişin əsnəməsi xəttin o başindan eşidildi.
- “Əsnəmək əsnəmək gətirər” deyiblər. Səni də əsnəmək tutdu, deyəsən. Mən üc gecədir ki, fərli-başlı yatmıram.
- Niyə?
- Qonşumun oğlu universitetə qəbul olunmuşdu. Səhərə kimi vur catlasın, çal oynasin idi. Elə bil Qarabagı almışdılar. Özləri də qaçqındılar…Amma sən kitabında Qarabağı elə təsvir etmisən ki, yaman kövrəldim. Sənin instituta qəbul olduğun gün indiki kimi yadimdadi, Seva.
- Hə…- Anam “hə” kəlməsini cox uzun tələffüz edərək bir qədər kövrək dilləndi:- İmtahandan çıxanda hava təzəcə qaralırdı. Birbaş Laləgilə gəldim, çox sevindi. Sonra sizə gəldik. Anam mənə Nizami Gəncəvinin “Xəmsə”sini bağışladı. Elə bil dünyanı verdilər mənə, indi də durur o kitablar. Lalə “Nağıl” tortu aldı, getdik bizə, çayla ləzzətlə içdik. O zaman mən cox xoşbəxt idim, Mətiş.
- Lap kövrəltdin məni. Elə bil bu dunyaya yamağam, Seva.
- Bu dünyada heç kəs heç nə yamaq deyil, Mətiş, bir də ki, həyat bu dünya ilə sona yetmir ki.
Xəttin obaşından musiqi səsi eşidildi.
- Tanıdın, Seva?
- Hə… Hüseynağa Hadıyev…
- Həri. Allah ona rəhmət eləsin.
Hüseynağa Hadıyev oxuyurdu. Bu gecə müğənninin ruhu Mətişlə bizdə dolaşırdı:
“Fikrimdə aylı, ulduzlu asiman var bu gecə,
Könlümdə körpə quzu tək bir ümman var bu gecə,
Bircə sən yoxsan, əzizim, bilir aləm bu gecə.
Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?…”
- Səhər açıldı, - anam dedi.
- Bir də bağışla məni, Seva. Ürəyimi boşaltdım sənə. Elə yüngülləşdim ki… Bilirəm adamların çoxusu mənim kimidir, onlar da boğulurlar, amma boğulduqlarını mənim kimi dillərinə gətirə bilmirlər, boğula-boğula qalıblar. Sən belə adamlardan yaz, Seva, belə adamlardan. Eşidirsən, çoxlu yaz, mən oxuyacam sənin yazdıqlarını, mütləq oxuyacam. İndi sağ ol. Öpürəm səni…
Anam dəstəyi yerə qoyub qarşısındakı aynadan xeyli özünə baxdı. Sonra əlini ağ saçlarına çəkib boynunun ardında saxlayaraq “bacarmadıq” dedi. Niyə belə dediyini ayırd edə bilmədim. O, biz yatan otağa keçərək kiçik bacımın saçlarından öpüb pəncərənin qarşısına keçdi. Ağız-ağıza verib hürən itləri xeyli seyr edib yazı masasının üstündəki vərəqə nə isə qeyd edərək yatağına uzandı.
Mən yerimdən qalxanda ən əvvəl anamın qeydiyyatı ilə maraqlandım. Anam yazmışdı: “Əvvəllər xoruzlar banlayanda ayılardıq, indi itlər hürəndə ayılırıq. Əvvəllər taleyimiz bizim arxamızca sürünürdü, indi biz taleyimizin arxasınca sürünürük- fərq bundadır Mətiş, ancaq bunda.”
Mən də bu yazımı burda bitirdim. Daha doğrusu, bu yazını Mətişlə anam yazdı, mən isə sadəcə olaraq, onları ağ vərəqlərə köçürüb sizə çatdırdım.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Hafiz Hacxalıl
İyul 6th, 2007 at 09:31
Sahilə xanım, Sizi “Bizimki” də yenidən görməyimə sevindim. Yazınız həmişəki kimin insan taleyi ilə üzbəüz. Maraqlıdır, dili sadədir. Demirəm ki. bundan da gözəl yaza bilərdiniz. Fikrimcə, ilk elə ən gözəlidir. Sizə uğurlar!
Novarg
İyul 6th, 2007 at 12:50
Sag olun…Ugurlar arzulayiram…
Men hiss eledim ki, Metish`in maddi veziyyeti biraz agirdi, gozu dunya malindadi… Onu da hiss eledim ki, eger Haci o teklifi Metish`e etseydi, Metish seve-seve qebul ederdi… Onda ne vaxti qalardi Seva`nin kitabini oxumaga, ne de hevesi olardi geceyari zeng etmeye… Deyesen bunu Seva da bilir, yoxsa bu 20 ilde hech olmasa bir defe axtarardi telebelik refiqesini…
Ehh, Metishdir de… -))
Vasif Suleyman
İyul 6th, 2007 at 14:44
Sahile, tebrik edirem. Senin gozel qelemin var.
ilmar Gahramanov
İyul 6th, 2007 at 22:01
Sahilə xanım, dili sadədir hekayənin, amma başqa “əmma”sı var…
Murakamiyə görə yuxuları yazıya almaq çətindir və yazıçıdan çox böyük məharət tələb edir (mən də təmamilə razıyam). Son zamanlar belə fikrə gəlmişəm ki, yuxular kimi irrasionallığı ilə seçilməsə də, bu telefon danışıqlarını da yazıya almaq böyük məharət tələb edirmiş. Demirəm məharətiniz yoxdur, amma süni alınıb əksər hissələr. Nə qədər çalışsam da, bu sünilikdən çıxam (hərdən olurdu), yenidən düşürdüm sünilik “dərəsi”nə. Bilmirəm bu telefon danışıqlarının özünəməxsusluğu nədədir, amma yuxular kimi onlar da kifayət qədər spesifik və mürəkkəbdir. Məncə buna diqqət etməliydiniz.
Bir də “bir güllə ilə o qədər dovşan (problem) vurmaq” cəhdiniz məncə uğursuz alınıb. Ən azı ona görə ki, məhz həmin hissələrdə yazıçının (sizin) iştirakı hədsiz dərəcədə hiss olunur.
Sizə uğurlar.
Nahid
İyul 6th, 2007 at 23:02
mence bu hekaye Gulshen xanimin tercume etdiyi Alfret B. “Qoca” eserinin bashqa formasidir. belkede bu sadece bir tesadusfdur.
Sahile
İyul 6th, 2007 at 23:50
Hamiya salam, sherhlere gore teshekkur edirem. .Dilin sade olmasi ne vaxtdan irad tutulur onu anlaya bilmedim ve iki neferin danishiginda yarim saat erzinde bundan da boyuk metleblere rast gele bilerik. Gulsen xanimin hekayesine geldikde ise, menim hekayem 2006-ci ilde yazilib ve saytda bu gun yerleshdirilmesine baxmayaraq sehv etmiremse saytin achildigi ilk gun admine gonderilib. Etiraf edim ki, men rekord vura ve bir hekayeni bir gune yaza bilmirem. Qoca eserini ancaq bu gun oxuya bildim ve sherh yazdim.
scorpion
İyul 10th, 2007 at 16:11
“Anam dəstəyi yerə qoyub qarşısındakı aynadan xeyli özünə baxdı.”
Dili berbaddir…
Elvin Cabay
İyul 11th, 2007 at 21:01
… Sahile xanım, yazınızı görünce çox sevindim ve heyecanla açıb oxudum. Önce, yazınızı yayınlatdığınız üçün derin minnetdarlığımı bildirirem.
… Hekayeniz çox xoşuma geldi. İmar beyin qeyd elediyi kimi, bezen telefon danışığındakı mövzularda keçidler qefilden baş verir, bu da bir az tebiiliye xelel getirir. Amma ister dili olsun, ister üslubu, isterse de mövzunun gözelliyi, şexsen meni içine çekerek, gözümün önünde söhbeti geden mövzuların sehnelerinin canlandırmağı ve hem Metiş, hem de Seva kimi duyğulandırmağı bacardı. Eminem ki bu hekaye vetenimizde adamlar üçün darıxan milyonlarca adamın içindekilerini meharetle yansıdıb ve oxusalar, her birine bizden daha çox zövq verer.Tebrik edir, uğurlar arzulayır, yazılarınızın davamını gözleyirik.
… Cenab “scorpion”, seçdiyiniz istifadeçi adı ile her hansısa bir yazının dilini tenqid etmeyiniz sadece sizi gülünc veziyyete salar, hekayemizdek “heci” kimi. Şerhiniz berbaddır!
scorpion
İyul 12th, 2007 at 11:31
Elvin bey sherhinizin hansi lehce ile yazilmasindan sizin azerbaycan turkcesini ne qeder gozel bildiyinizi anlamaq olar. Evvelce ata- ananizin danishdighi dili oyrenin (elbette temizqanli azerbaycan turkusunuzse) sonra bu cur iradlara girishin.
Elvin Cabay
İyul 12th, 2007 at 23:37
… Türk dilinin bütün lehçeleri, şiveleri, ağızları menim doğma ana dilimdir! Bu lehçelerden istifade dil bilmemek deyil, dilin zenginliyidir. Üz qarası deyil, fexrdir! Düşüncelerinin bele qısır olduğunu kaş ki, ifşa etmeseydin cenab “scorpion”.
Dew
İyul 13th, 2007 at 11:19
Sahile xanim, vallah, billah, 20 ilin tanislari gece 4-de telefonda bu cur danismirlar. Sizin dialoqlariniz suni alinir nese. Mence movzuya aid butun melumatlari dialoqa getirmeyin yeri yoxdur. Abxaziyadaki haqq-hesab kimi…
Scarpion da haqlidir - diliniz berbaddir. Fikirlerinizi ifade etmekde problemleriniz var. Bunu nece aradan qaldirmaq olar, bilmirem. Tecrubeli yazarlar size meslehet vere bilerler. Hesab edirem ki, qeydlerimiz sizi mehz “sizin aciqiniza gelen defe daha yaxsi yazacam” demeye yoneldir, “redd olun basimdan” dusunmeye yox))))
Movzunun aktualliqinasa sozum yoxdur…
Uqurlar!
scorpion
İyul 13th, 2007 at 11:24
Deyesen bu menasiz sohbet chox uzandi…Son kere bu movzuda yaziram…eger butun lehceler, aghizlar sene ezizdirse onda qazaxca yazin, yada qirghizca…Ne ise siz deyesen butun kitablari oxumusunuz Mirze Celilin “Anamin kitabi” hekayesinden bashqa…Senin kimi bele qurama lehcelere uyanlar bilirsen kime benzeyirler? “O olmasin bu olsunda”ki o osmanli lehcesi ile danishan ziyalicigha. Bu mesele bele…
Ikinci mesele…bu derginin yaradilmasi heqiqeten meni chox sevindirdi…Ancaq yazilarin seviyyesi hech de hemishe meni qane elemeyib…ola biler…bu mumkundur…ancaq bir irada bu qeder aqressiv reaksiya…bele chixir ki, hami bir-birine terifler soylemelidir…duzu men istemezdim ki, bizim genclik bu qeder besit gorunsun…ancaq ele tesevvur yaranir ki, bu saytda toplashan genc yazarlar ozleri uchun bir akvarium yaradiblar ve alli-gullu berli-bezekli baliqciqlar kimi uzurler ozleri uchun…
Ughurlar olsun haminiza…
Elvin Cabay
İyul 18th, 2007 at 00:36
… Scorpion, serhine munasibet bildirmisdim, amma nese xeta olub, getmeyib. Yazdiqlarimin eynisini xatirlayib yeniden yazmaga calışacam, bunu sevmesem de.
1. Elbette, mene bütün lehçeler ezizdir, doğmadır. Qazax, Qırğız, Türkmen, Özbek, hetta Tacik dostlarim da çoxdur. O lehçelerden de istifade ederdim, amma sen anlamazsan deye etmirem.
2. “Anamın Kitabı”nı oxumaqla fexr edecek qeder cılız biri olduğunu bilmirdim. Heşeratlarla aranın yaxşı olmasından eslinde bunu anlamalı idim…
3. Hansı iraddan söhbet gedir? Sizce;
““Anam dəstəyi yerə qoyub qarşısındakı aynadan xeyli özünə baxdı.”
Dili berbaddir…” bu seviyyeli ve nezaketli bir şekilde dile getirilen bir iraddır? Yuxarıdakı şerhiniz seviyyeli deyil ve bu dergiye yaraşmır. Her zaman bele şerhlere sert reaksiya göstermişem, gösterecem de.
… Salamat qal.
Ryabina
İyul 18th, 2007 at 08:32
Bir qədər sünilik var…yəni səmimiyyət yoxdur hekayədə…Müəllifin “bivaxt çalınan zəngə” oyanaraq anasıyla anasının keçmiş sinif yoldaşının telefon söhbətinə xırdalıqlaradək qulaq asması təbii görünmür…Və…illərdən sonra ilk dəfə, özü də “bivaxt çalınan zəng” söhbətindəki bu qədər süni və bayağı fikirlər, məmləkətin problemlərini analiz etmək istəyi…hansısa Həcinin 4-cü arvadı olan rəfiqə haqda müəllifin əlbəttə ki bir ucunu aktual məsələyə bağlamaq istədiyi mənasız söhbət….Yox, canım, səmimi deyil, özümü ananın da yerinə qoydum, mətişin də…söhbətə nəzarətçi kimi qulaq asan məllifin də…bir şey alınmadı…bəlkə gələn dəfə daha səmimi yazasız…hər halda sizə uğurlar…
scorpion
İyul 18th, 2007 at 10:03
Elvin bəy!!! Hər şey gözəldir!!! Əsəbiləşmiyin!!! Ən əsası odur ki, ləhcəniz düzəldi.
skarpi
İyul 18th, 2007 at 13:04
Salamlar…men nese zırramanı beyenmişdim….buda pis deyil..size ugurlar..en esası oduki real olanı yazmısız…Skorpiona ve Elvin beye demek isterdim ki qoy şerh yazanların yazılarına müellif özü munasibet bildirsin, netice cıxarsın…Herenin oz fikri oz zovqu var bunda ne var ki…? niyə bu qeder aqresivlik…..? nəyə lazım bir-birini tehqir..? Sizin söhbetinizə qarışdigima görə isə əvvəldən üzr istiyirəm…
Qaragoz ..
İyul 18th, 2007 at 13:45
Salamlar. men hem sizi hem de meqalenizi gorende sevinirem. amma nedense sizi gorende lap sevinirem ..
Sahile
İyul 19th, 2007 at 10:11
Salamlar. Sherhlerinizi oxudum. Eslinde munasibet bildirmek istemirdim, amma dozmedim. Jurnalda geden butun yazilarda demek olar ki, bele analogiya var, yuxarida yazilan sherhler ashagida yalniz bu ve ya diger shekilde deyishdirilerek tekrarlanir. Yeni yuxarida sunidir yazilibsa, ashagidaki sherhler chox vaxt ona oxshayir. Men hekaye haqqinda yeni ne ise irad, ya da terif eshitmek istesem de, chox vaxt buna nail ola bilmirem. Bu onu subut edir ki, serbest fikri olan azdir. Sunilik meselesine geldikde, menim uchun size gecenin bir yarisi iyirmi illik kohne tanishina zeng edib derdleshmeyin qeribe gelmesi normaldir. Bunun uchun sadece hekayenin adina baxmaq kifayetdir. Demek dogrudan da bele adamlar qalmayib. Gecenin bir yarisi ureyimiz partlasa da, milyonlarla insanin ehatesinde biz hech kimle derdleshe bilmerik, bu neinki heyatda bize gulunc, her cur texeyyulun ishlene bilmesi mumkun olan yazida bele suni goruner. Ele ona gor de Metish ADAMLAR UCHUN DARIXIB.
“Anam dəstəyi yerə qoyub qarşısındakı aynadan xeyli özünə baxdı” cumlesinde mehz neyin berbad oldugunu heqiqeten hele bilmirem, chalisacam hansisa mutexessisle meslehetleshim. Amma bilen olsa, mumkunse yazsin.
scorpion
İyul 19th, 2007 at 11:27
Sahilə xanim, məncə cumlə en azı bu cur qurulmalıydı: “Anam dəstəyi yerinə qoyub qarşısındakı aynada xeyli özünə baxdı”
Bilmirəm fərqi hiss edə bildinizmi? Ümumiyyətlə götürəndə isə belə dolaşıq cümlələr yazınızda kifayət qədərdir. Mən sizin istedadınıza güvəndiyim üçün hekayənizə şərh yazdım. Buradakı anlaşılmazlığın isə sizə heç bir dəxli yoxdur. Xahiş edirəm belə şeylərə çox fikir verməyin.
Sizə uğurlar arzulayıram!!!
Sahile
İyul 19th, 2007 at 23:06
Izahiniza gore teshekkur edirem, amma “anam desteyi yerine qoyub qarshisidaki aynadan xeyli ozune baxdi”. Demek istediyim, yeni ozune qarshisindaki aynadan baxdi. Sanki kenardan baxirmish kimi. Aynadaki ozune baxdi. Sizin variant chox ishlenen birleshmedi, aynada ozune baxmaq.Mene ciddi sehv kimi gelmedi, amma yene de deqiqleshdirecem.
Aslan
İyul 20th, 2007 at 09:53
Sahilə xanım!
Hər şey yerindədi, bircə yazılarınız redaktə olunmalıdı. Ən başlıcası, tənqiddən inciməyin, haqsız tənqid belə Sizə nəsə verəcək. Bu hekayə üçün bəzi xırda-para qeydlərimi yazıram.
1.“Telefon zənginə ayıldım. Anam “xeyir ola, balam, belə bivaxt” deyə təşviş içində dəstəyi götürdü.
2.- Mənəm… kimdi soruşan?
- Tanımadın, Mətişəm də! Keçmiş sinif yoldaşın!
Sonrakı cümləni sil. Yazmışam bir dəfə. “Nə vaxtdır” yox, “nə vaxtdı”. Bu qayda ilə, “xoşdu”, “həcidi” Bəlkə mən bilmirəm, doğrudanmı indi “xoşdur” deyirlər? Rəsmi dillə bədii dili fərqləndir. Bacardığın qədər “ki”siz keçin. Bax, “manat-manat pul yığmışdı ki, Həccə getsin” əvəzinə, “Həccə getmək üçün manat-manat pul yığmışdı” yaza bilərsən “Niyə sağ ol deyirsən!”-i sil, sadəcə təşəkkür eləyə bilər. Kitab xoşa gələndə müəllifə sağ ol deyərlər.
3. “Dedi cəsarətli yazıçıdı,” - sonrakı “Yazdıqları kimi də özüdür, dedi” çox ağırdı, sil. Sadəcə “sözüylə əməli də düz gəlir” kimi yaza bilərsən.
“əl-ələ gəzərdi!”-dən sonrakı “kitabın .” sil, bir cümlədə ver. “Dindən çirkin” yox, “Dindən elə”, və s.
4. Sonda. “Mən də yazımı burda bitirdim. Əslində yazını Mətişlə anam yazdı, mən isə ağ vərəqlərə köçürüb sizə çatdırdım”. Çünki əvvəldə “yazımı”, “yazını” yazıb, axırda “onları” yaza bilməzsən. . Uğurlar!
Qaragoz ..
İyul 22nd, 2007 at 07:48
Salamlar. Dunen axsham yazdiqinizni diqqetle oxudum, vaxt tapa bilmirdim oxumaqa amma bu qeder adamin yazdiqi qeydleri gordum qerara aldim axira kimi oxuyum. Doqrusu burda shirin ve acili xatireler var, yani ele derin deyil. Sadece 1 telefon danishiqi ve ondan sonraki teesuratdi. Burda tesirli meqamen sondadi. Amma bu heqiqetdi. Yalniz mene 1 shey maraqli geldi, bu yazida, kohne dovrle yeni dovr muqayise olunur, bes esas mezmun neden ibaretdir? Isare neyedir? Neyi pis neyi yaxshi olmaqi hami bilir, amma bu yazida sizi esas qane eden ne oldu?neychun bu otenleri vereqlediniz? Ve alacaqiniz tessurat sizi qane etdimi? Bu suallar mende maraq doqurur. Bir de ki, siz meqaleni yazarket heqiqete esaslanirsiz yoxsa bular hamsi xeyallardir, yazan zaman sonda olacaq bir meqamin bashlanqicini calandirirsiz yoxsa yazmaq sizde nece teskinlik getirir. Chox saq olun..
Kenan Mecidov
İyul 23rd, 2007 at 11:19
Sahile xanim, eserinizi diqqetle oxudum. Elvin beyin dediyi kimi, bir anliq eser qehremanlari, telefon sohbeti gozumun qarshisinda canlandi. Sanki men de onlarin yanindaymisham, bu telefon danishigini sanki ozum dinlemishem kimi geldi mene. Yazi diliniz sadedir ve hesab edirem ki, oxucuya da mehz bu lazimdir. Yazmaga davam edin.Yaradiciliginizda ugurlar.
Agsaqqal Emi
İyul 25th, 2007 at 17:58
Sahile Xanim, Salam. Men uzun uzadi yazilari yazmagi xoshlamiram. Amma, sizin yazinizi bashdan ayaga oxudum.
Gyozel alinib. 1 - 2 soz deyeceyem. Kritika yoxdur, chunki ozum yazichi deyilem.
1. Chox insan “sunidir” deyirse, ola bilmezmi ki, chox insana suni gelir?
2. O cumle… Bu cumle MUREKKEB cumledir. Chunki bir cumlede, 2 hereket olur, 2 isim var (SEVA ve yene SEVA), ve 2 xeber var (DESTEYI YERE QOYUR, GUZGUDEN/AYNADAN BAXIR)… Mence, burada, bu 2 cumleni biri birine birleshdiren yerde vergul isharesi lazimdir… Amma men mektebi bitirende hele sovet dovru idi
Ola biler sehv yazim.
Umumilikde, qelem stiliniz sadeliyi ile, xoshlugu ile sechilir. Kritikalara gelende ise, Shekspire de tenqid edenler tapilir. Fikir vermeyin. Esasi, o tenqidleri oxuyub, ozunuze ne ise gyoturmeyi, ve ozunuz ozunuzun stilinde inkishaf etdirmeyi bacarmaga chalishin.
Ugurlar. Ayri yazilarinizi gozleyeceyem.
sabutay
İyul 26th, 2007 at 22:19
dehshet.Demiryolu qeder uzunculuq…tekce zengin bivaxtligi 2defeye qandirilir…vasif suleyman yazar xanima gozel qelem arzuar.Qelemse kecen esrin…Kohnelik arzusu…
bullet
Sentyabr 4th, 2007 at 12:37
Pis deyil..Hiss olunur ki yazilariviza isim qoymagla etrafi gormeyiniz hiss etmeyiniz gucluidur…Amma azerbaycan seviyyesinden chixinda bilirem cetindi amma lazimdir
Firangiz
Oktyabr 5th, 2007 at 19:37
yaziniz maraqli terzdedi yaxshi demek olar bir az vaxt mence duzgun deyil saat 4-de kim-kiminle ele shiri-shirin danishir?Birde Metish vaxt tapmadi )))Amma davam edin mence ugurlu yolunuz irelidedi
savalan muganli
Oktyabr 23rd, 2007 at 19:35
yaxshidir
FUAD
Fevral 23rd, 2008 at 01:03
Salam men hec bir serh vere bilmerem ,sadece onu deye bilerem ki, bu yazi meni bir anliq hem kecmise hemde geleceye aparmaqla yanasi bugunummu de ehate eledi.Bu yaziya gore size tesekgurumu bildirirem.Size cox sozler yazmaq isterdim amma yaza bilmeyecem ,cunki ele sozler varki onlari yaziya almaq cetindir ve bunlari yaziya alsam boyuk ehtimal bir roman alinar .Men halhazirda bir roman uzerinde isleyirem bu romani bitirer btirmez sizinle elaqe saxlayacam .Movzu etibariyle tam olmasada bezi fikirler ust uste dusur .Size bu yolda ugurlar arzulayiram ,yenede deyirem bu yaziya gore size tesekkur edirem .Yuxarida bir nece serhi oxudum duzdu qusrlar vardir, amma qusursuz qulyoxdur bunu unutmayaq sagolun .
Mechul...
May 15th, 2008 at 12:42
Cox hessas movzudur, ona hessas yanashmagi teleb eden bir movzu…