İlim-ilim, iqlim-iqlim
-itib getmək istəyirəm Vətəndən
Doymasam da çöllərindən, düzündən
-ilan kükürddən qaçan kimi
-qaçmaq istəyirəm adamlarının gözündən
Hər şeyin öz yeri var qardaş
-burda heç nə yerində deyil,
Burda mənim kimiləri yaşamaq zorunda deyil
Burda adamlar qaynaqçılardı
-dərdi Vətənə qaynaq edirlər
Yaxından baxıram göz xarab olur
Ac qarına bağrım kabab olur
Burda yaxşılıq sağ əlindən gələnlər
-hamsı solaxaydılar
Burda tutmağa quyruq var sükan yoxdu
Vətəni uzaqlardan görmək istəyirəm
-uzaqlara getməyə imkan yoxdu
Barı bir binokl verin mənə
əks tərəfindən baxım Vətənə
Əmmamə
Canavar öz ərazisini manşırlayır
Adamlar öz yerini çəpərləyir
Dövlətlər sərhədləri bərkidir,
-olmazı da bölürlər, oları da bölürlər
Səmanı da bölürlər, suları da bölürlər
Anam,sən də mənə deyirsən ki
-darıxma Haqq tapar öz yerini
Haqqa yermi qalıb ki
Anam, haqdan danışma
Və nə də mənə asi demə
Yox-yox mən asi deyiləm-haşa
Dərd məni mömin eləyib
-gəzdiyim başı əmmaməli dostdu
-yəni başı xamırlı şüşə
Niyə gəlməmişdin
…Niyə gəlməmişdin sən o məclisə
Şənliyin içində batmışdım yasa
Mən el basa-basa getmişdim yolu
Qayıtdım çiynimdən dərd basa-basa
Yerin görünürdü baxışlarımda
Hamıdan incidim heç nəyə görə
Umudum asıldı bir sağsağandan
Onu da qovdular cücəyə görə
Qocaltdı həsrətin qocaltdı məni
Ömrüdən neçə il keçdi-bilmərəm
Cavan olməyimdən qorxma sevgilim
Öldü cavanlığım cavan ölmərəm

Yüklənir...
18 Comments: Trackback URL | Comments RSS
Temmuz 7th, 2007 at 22:27
Salam!
“Hüquq hər şeyin öz yeri var qardaş” nə deməkdir? Qaranlıq qaldı.
Temmuz 7th, 2007 at 23:43
salamlar. bu yaxinlarda qezetde bir sherini oxudum maraqli yazmisan. serbesde ise… uqurlar
Temmuz 8th, 2007 at 13:16
gulshen xanim, dogrusu bu mene de qaranliq qaldi.Yeqin sheiri gonderende nese sehv yazmisham.hemin misra ise ermeni-budaq cumlesidi.iradiniza gore teshekkurler
Nahid,dediyiniz sheirde de sehvler getmishdi.Neyneyek bunsuz kechinmwk olmur.
Temmuz 8th, 2007 at 13:23
wziz oxucular hesab edin ki orda huquq sozu yoxdu/gorunur bu defe ”huquq”um heqiqeten pozulmalidi
Temmuz 8th, 2007 at 17:10
Barı bir binokl verin mənə
əks tərəfindən baxım Vətənə
- gözəl tapıntıdır.
Temmuz 8th, 2007 at 20:10
Qelemin var olsun gardash….Seirlerini beyenerek oxudum…
Seirlerinin davamini gozleyirik…
Temmuz 9th, 2007 at 13:18
Getdikcə, yadımda daha çox qalırsınız…..
Uğurlar sizə!
Temmuz 10th, 2007 at 16:06
80- 90-ci illerin havasinda yazilmish publisistik nezmdir…vessalam…gelin ozumuzu aldatmayaq…
Temmuz 13th, 2007 at 21:35
Mence siz sexsi movzudan cox ictimai movzuda yazsaydiniz daha gozel netice elde ederdiniz.size gelecek islerde ugurlar.
Temmuz 15th, 2007 at 13:25
he gorurem sima xanim gozel tapintilari o saat deyerlendirir. ehsen ona!!!
Temmuz 16th, 2007 at 17:08
… Çölçü elitde, sima xanımın tapıntısın neynirsiz, şeiri deyerlendirin de:). Düzü, o tapıntı da mene qaranlıq qaldı. Beyem binokldan baxanda eks terefden görürsen baxdığın yeri? Binokl vetenden uzaqlara, uzağı yaxınlaşdıraraq baxmağa yarayar ancaq, uzaqdan veteni görsermez ki.
… Bextiyar bey, şeirlerinizi her zaman zövq alaraq oxumuşam. Özünüze mexsus üslubunuzla yazmağınız en çox teqdir etdiyim terefinizdir. Şeirlerin her üçü xoş idi. Uğurlar.
Temmuz 17th, 2007 at 13:53
elvin ezizim, men bilirsen neyi deyirem… sima xanim terefkeslik eleyir aciq acigina… Belke de hec tapintiya dexli yoxdur, amma sirf beraber cap olunduqlari mekanlarin xetrine “gozel tapintilar” tapdigini iddia eleyir.
o ki qaldi bextiyara, bextiyar daha evveller indikinden daha maraqli idi
Temmuz 20th, 2007 at 11:44
haminiza teshekkurler
Elvin bey binoklun eks terefi obyeti daha uzaqa chekir,men de demek isteyirem uzaqdan gormek isteyirem veteni.eslinde burda ozum ozume daha chox ironiya edirem,neinki vetene.
cholchu bey,nezerinize chatdiriram ki Sima N -le hech tanishligim yoxdu ve dediyinizin eksine olaraq sert shekilde ilk.bizimki-d e onun meni tenqid etdiyi ve sert de cavab aldigi faktdi
Temmuz 20th, 2007 at 11:49
buna gore ozumu de xeyli danlamisham ki axi xanimla bele reftar etmek olmaz.
ne ise hech de Sima N-in tapintisina ele-bele baxmayin
Temmuz 25th, 2007 at 18:08
Adi sozlerdir, 4 – 5 sozden bir,
Yeni setre kechir,
Buda guya olur SHEIR…
Baxin, men de sher yazdim.
Temmuz 29th, 2007 at 14:03
agsaqqal amca,sen lap qafiyebaz shairlerdensen,qafiyelerine quzu keserem.
bir de ki,nece beyem qeyri-adi sozlerden de sheir olar?
ele bir shey varsa yaz belke oyrendim,
Haziran 18th, 2009 at 12:43
BIRINCI SHEIR LAP ELA BAXTIYAR BEY
Haziran 18th, 2009 at 17:46
Cavan olməyimdən qorxma sevgilim,
Öldü cavanlığım, cavan ölmərəm!
Bəxtiyar bəy!
Şeirinizdən gətirdiyim misala müdaxilə edib iki vergül, bir nida üçün üzürlü hesab edin. Məncə, mövcud durğu işarləri də müasir ədəbi dildə azlıq edir. Amma sizin yazılarınızda diqqətsizlik ucbatından, ya ayrı bir səbəbdən gah var, gah da yoxdur. Bunlar xırda məəslələrdir, amma başlıcası odur ki, yazılar maraqlıdır, oxunaqlıdır, adamı tərpədən misralar var.
“Vətəni uzaqlardan görmək istəyirəm” kimi. Mən də Vətənə uzaqlardan baxıram, yaxından baxmağa imkanım yoxdur, beləcə, gah vətəndə, gah qürbətdə şair olur insan, dərdi sözə, sözü ürəyə yükləyir, “başı xamırlı şüşə”lərin çəkmədiyi dərdləri. Bir oxucu demiş, hər şey adidir doğrudan da, qeyri-adilik elə şeirin yazılmağındadı.