Şərifə DənizMəni dağlar tanıyır,
Məni ölkəmdəki bağlar tanıyır,
Məni əhsaslı budağlar,
Məni güllər ,
Məni köklər,
Məni Sara kimi sellər tanıyır,
Dərinəm ,
Çay deyiləm
Mən dənizdən yekəyəm
Baxma zahirdə gözüm yummağını,
Gecələr mən ayığam

Gecə dərd əhlinə lay – lay çalıram
Görsəm ulduz qaçır ilham alaram
Mən atamın qızıyam
Dağlara tufan salaram

Qoymaram incisin əhsası nigarın
Qoymaram Çənlibelin rəngi saralsın
Özgə minsin Qıratı başına çalsın,
Bilməsin qiymətini
Attı desin
Minməyi qansın
Mən atanın qızıyam
Qoymaram düşmən ucalsın

Faydası yoxdu uşaqlar bilə Sara selə düşdü,
Zornan xan aparırdı getmədi Sara ozün körpüdən attı,
Deyirəm Sara kimiydi
Çəkərəm sars sözün göylərə , göylərdə sızıldar,
Aşkı məna eləyən çoxdu daha Saraya çatmaz,
Öz şirin canını həa kim selə atmaz,
Sara qeyrətli qızıydı,
Özgəsi Saraya çatmaz.

Mən kiməm?
Mən özüməm
Nə deyim söz mənim olsun ,
Başımı oynamağa qatmağı mən pis bilirəm,
Mənim arzum Savalandır,
Ucadır, dağdır, kalandır
Sazlı – sözlu kərəmim var,
Əsiləm, əsligərim var
Söz bilən Şəhriyarım var,
Kaplanım, etibarım var,
Mən atamın qızıyam
Atama iftixarım var.

Qoymaram mən atamın bəxti qaralsın,
Sözləri sinədə qalsın,
Anamın iffəti boyda yaşaram mən,
Uca dağlar kədəri qüssəm ola ,
Dəmərəm axx!,
Aşaram mən
Mən əsirlərdə deyiləm,
Hamını daş eləyərkən sinəgərdə coşaram mən,
Aşaram mən ,
Yaşaram mən,
Azərbaycan nazıyam
Mən atamın qızıyam.