Vaxt ötür; hər ötən gün, hər deyilmiş söz keçmişdir. Keçmişin yaradıcısı da, daşıyıcısı da, keçmişin keçmişdə qalmasının və ya qalmamasının səbəbkarı da, hakimi də insanlardır, cəmiyyətdir, xalqdır. Bəzən keçmiş keçmişdə qala bilmir. Keçmişin səhvləri aradan qaldırılmayınca keçmiş bu gündür, keçmiş sözlər də bu günün sözləridir.
Jurnalımızda yeni bölmə olan “Keçməmiş keçmiş” məhz keçmişdə qalmalı olduğu halda, cəmiyyətin, insanların səhvləri sayəsində keçmişdə qala bilməyən sözlər, dəyərlər haqda olmaqla yanaşı, həm də keçmişimizi yazmış yazıçıların, onların əsərlərinin internet məkanında təbliği və yayımlanması niyyətini güdür.
Bu günümüzü keçmişimizlə müqayisə edib, sabahımıza baxaq!
* * *
Yusif Vəzir Çəmənzəminli .
DİL MƏSƏLƏSİ
Dil barəsində arabir yazılır. Hərə ortalığa bir fikir atır, yenə məsələ əvvəlki dairəsində qalır. Camaatımızın anlamadığı, başa düşmədiyi bir dildə yazanların sayı gün-gündən artır. Bircə bunu bilməli ki, bu yazıçıların qəliz ibarələr işlətməkdə fikirləri nədir? Bu məsələ məni artıq dərəcədə həvəsləndirir. Çünki camaatımızın gələcəyi üçün bu da lazımlı və həlli vacib işlərdən biridir. Buna görə qələm sahiblərinə rast gəldikə bu məsələ barəsində söhbət açıram, rəylərini bilmək istəyirəm. Belə söhbətlərin nəticəsi olaraq düşünürsən ki, qəliz ibarə işlədənlərin və osmanlı dili ilə yazanların çoxusu əqidə və məsləklə iş görmürlər. Məhz “belə yazıblar, yazırlar, biz də onlara baxıb yazırıq” demək xahişindədirlər. Bir çoxları “türk dilini birləşdirmək” istəyirlər. Buna görə də osmanlı dilini ümumi bir dil sayırlar və bu dildə də kitablar, qəzetlər, jurnallar yazıb Azərbaycan türklərinə verirlər. Halbuki, bunların özlərinə məxsus gözəl, asan və möhkəm dilləri var.
Dilin birliyi üç-dörd adamın bir dildə yazmağı ilə olmaz: dil gərək işlənsin, mürurla gəlib birləşsin. Dil qayırmaq ilə zəiflik sevməz, zor gücü də qəbul etməz. Dil öz kökü üstə bitər, qalxar, qol-qanad açar və bu asudəlik sayəsində də belə gözəl, zərif və geniş bir hala gələr ki, hamını heyran qoyar. Dilin kökü camaatımızın yaratdığı el ədəbiyyatındadır, gərək onlar toplansın, öyrənilsin, əzbərlənsin. Dil axtaran gərək camaatımızın arasında gəzsin, dolaşsın, öyrənə bilsin. Əsl dilimiz bazarlarda, xalqın toplandığı yerlərdə, tərəkəmə elinin içində danışılmaqdadır. Qələm sahiblərimiz bunlara yönəlib bunları öz dilləri ilə danışdırıb yol göstərməkdənsə, özləri düz yoldan çıxıb, camaatı da avara qoymaq istəyirlər. Hərgah yazıçılıq etməkdən məqsəd fars və ərəb sözləri işlədib bilik satmaq isə, bu, ayrı bir məsələdir. Yoxsa camaatın mənfəəti də mülahizə olunursa, gərək o camaatın başa düşdüyü bir dildə yazılsın ki, o da oxuyub, bundan bir hissə götürsün.
Gərək yaddan çıxmasın ki, Azərbaycanda neçə milyon adam var və onların çoxu geridə qalıblar. Bu səbəbdən də gün-gündən əsir olub, əcnəbilərin ayağının altına düşürlər. Torpaqları, əkin yerləri əllərindən çıxır, ticarət gedir, sənətdən xəbərləri yox, milliyyət və tərəqqi nə olduğunu bilmirlər…
Bu camaatı qaranlıqdan çıxartmağa ən əvvəl dil lazımdır ki, deyəsən: “Ay qardaş, uşaqlarını məktəbə qoy, əkin yerlərini satma, gözü açıq ol…” Bunları hansı dildə danışdırmalı ki, başa düşsün? Əlbəttə, camaatın öz dili ilə, Azərbaycan türkcəsində. Osmanlı dilini bunlar bilməzlər.
Belə olan surətdə qəzet və jurnallarımızı osmanlı dili ilə doldurmaq camaata yol göstərmək olmayıb, onu yoldan çıxartmaq deməkdir. “Necə” sözü əvəzinə “nasıl”, “arvad” əvəzinə “qadın”, “ata” yerinə “baba” və ya “pədər” yazmaq millətin dilini dolaşdırıb, işini çətinləşdirməkdən savayı bir şey deyil.
Yaxşı olardı yazıçılarımız ata-baba dilimizə qayıda idilər. Onda mətbuatımız bir ovuc savadlının malı olmayıb, ümuminin, yəni az savadlıların və heç savadı olmayanların da mənfəətinə qulluq edərdi.
1914
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
scorpion
İyul 16th, 2007 at 10:05
Gulshen xanim, bu yazi uchun size derin teshekkurlerimi bildirirem. Mence bu movzu gunumuzun en aghrili meselelerindendir. Bu mesele etrafinda saghlam muzakire achmagha bu gun ehtiyac var. Sagh olun Gulshen xanim!!!!
Duzu Duz Eyrini Eyri Deyek
İyul 16th, 2007 at 18:36
ela,
men de qetiyyetle dilimizin her hansi qardash veya ecnebi diline benzedilmesine qarshiyam,
osmanli turkcesi (ki indiki turkiyedeki turkce qetiyyetle osmanli turkcesi deyil!!) gozel turkcedir ama qetiyyetle hech vaxt yene de oz dilimiz uchun shablon gosterile bilinmez,
hami uchun oz dili daha temmiz ve daha rahatdir ki oz fikrini bildirsin, dil bu meqalede de gorulduyu kimi yaradilmir, sonradan olmur, oz-ozune xalqin ozu terefinden formalashir, ha o yan bu yana ele olmayacaq, ne qeder turkiye turkcesindeki ibareleri sirasalar da olmaz,
Anamin Kitabi eyani subutdur, dilimizin oz gozelliyi var, ve mehz bunu qururla deye bilerem ki dilimiz post-sovet mekanlarindaki turk veya qeyri turk dilleri icherisinde en saf qalan dildir, bizden ne qeder dini-menevi deyerlerimizden ayri salsalar da dilimizi ala bilmeyibler shukur, insh. da ki yeniden bu xaos icherisinde oz menevi milli deyerlerimizin qiymetini yeniden basha dusheceyik ve onlara sahib chixacayiq.
salamlar
Sahile
İyul 17th, 2007 at 23:15
Mence ozu olmaq bizim millet olaraq en boyuk problemimizdir. SSRI dovrunde cemi 3 respublikaya oz dilinden resmi ishlerde istifade huququ verilmishdi. Rusiya, Ukrayna, Azerbaycan. Azerbaycan uchun chox boyuk imkan idi, amma qetiyyen yararlanmadi, her cidd-cehdle maksimum bashqalashmaga chalishdi. Gurcunun de, ermenin de lehcesinde ozunemexsusluq duyuldu, amma dunen hetta en ucqar kendden gelen bele rusca ele selis danishdi ki, onun rus olmadigi agila bele gelmedi. Ne yaxshi ki, Rus dili ile Azerbaycan dili arasinda qetiyyen oxsharliq yox idi, yoxsa indi dilimiz tamamile yoxa chixardi. Turk dili meselesi o zaman da en azi bu gun qeder agrili mesele idi ve Sovetin qurulmasi ile Turk dilinin muqeddesliyinden agizdolusu danishan ziyalilar seslerini xirp kesdiler ve eger sabah hele besheriyyete melum olmayan fovqel dovlet yaransa ve dunyani feth etse, dilini oyrenen ilk olke biz olacagiq. Men eslinde dile yeni sozlerin gelmesi ile onun inkishafinin terefdariyam, amma bu kutlevilik ve suret normal deyil, bizim bashqalashmaga olan meylimizdir.
PS: Forum yaransa, chox yaxshi olar.
Hormetle
Ryabina
İyul 21st, 2007 at 10:58
Təşəkkürlər!
Olduqca gərəkli bir iş bu…
Ardını gözləyirəm…
Uğurlar!
Elnarə Şəms
Avqust 5th, 2007 at 23:00
Təşəkkür edirəm.Bu bizim hamımızın yaralı mövzusudur.
scorpion
Avqust 13th, 2007 at 13:35
Chox teessufler olsun ki, belke de bu gun en chox muzakire olunmagha layiq bir meseleden behs eden bir yazinin etrafinda saghlam fikir mubadilesi aparilmadi. Bezen dayanib kenar bir adamin gozu ile etrafinda muzakire achmagha o qeder de layiq olmayan yazilara verilen sherhlerimize baxiram…Bilirsiniz mene neyi xatirladir?
Bezi telekanallarin shou-biznes qalmaqallarini shishirden maqazin proqramlarini…
Gelin bir az ciddi olaq…
DDEED
Avqust 16th, 2007 at 02:06
bu deqiqe saytimizin gostericilerine baxarken en chox oxunan uchuncu yazi olaraq gorunse de burda bir choxlarinin da vurghuladighi kimi insanlar ele de chox sherh etmeyibler, teessuf,
yazi ise chox gozeldir, bele bir yazi ile bizi tnaish etdiyiniz uchun chox teshekkur edirem
Gülşən Cəbi
Sentyabr 9th, 2007 at 00:38
Məni isə vəziyyətin bu cür olması təəccübləndirmədi. Belə də ehtimal edirdim, əks halda, yəni dil məsələsi çoxluğun vecinə olsaydı, arxivi araşdırıb, bu məqaləni burda yerləşdirməzdik.
Amma müzakirələrin passivliyi-filandan çox, mən başqa məqama diqqət yetirdim və açıq etiraf edim ki, bu sayta daxil olan bəzi adamlara nifrət etdim. Çünki statistikalarda süni şəkildə yerdəyişmələr etmək üçün bu yazıya bir neçə dəfə 1 qiymətini verməyə vicdanı, ürəyi, “adamlığı” çatanlar oldu. Kifayət qədər diqqətlə və ardıcıl şəkildə statistikanı, yazıları, qiymətləndirmələrdə baş verən süni dəyişikliklərin meyllərini, istiqamətlərini müşahidə etdim; təəssüf ki, süni reytinq üçün özünə səs verməklə kifayətlənməyib, həm də başqalarına “kefim belə istəyir” yanaşmasıyla minimal xal verənlər oldu. Hətta Y.V.Çəmənzəminliyə dəfələrlə 1 xalı verənlər.
Kaş ki, heç olmasa, o 1 xalları özlərinə, vicdanlarına və s. verdiklərini anlayardılar. Məqaləni anlamaq isə çətin ki, onlarlıq ola…
Zakir Tofiqoglu
Oktyabr 8th, 2007 at 12:13
Dünen qezetlerimizden öyrendim ki, Lenkeranda rus kazaklarina heykel qoyulacaq. Buna sebeb de, guya ruskazaklarin Azerbaycanlilarla birge “iran ve türk ishgalchilarina qarshi mübarize” imish. Bu tarixi uydurmadir! Lenkeranda ruslar Mugan respublikasini qurmaq isteyirdiler ve ADR dövründe ordumuz orada sakitliyi temin ede bilmishdir. 1920-ci ilin aprelinde ise Azerbaycana soxularaq, rus qoshunlari Yardimlida ve Lerikde 10,000 yaxin adami edam etmishdiler… Indi ise biz rus kazaklarina heykel qoyuruq!!!
Vetenperverliyimizden eser-elamet yoxdur!!!
Ryabina
Oktyabr 8th, 2007 at 17:41
Bax, sonra günlər boyunca qınayacam özümü ki, “əlvida” dediyim yerə dönmüşəm…
Sadəcə yuxarıdakı şərhi oxuduğum zaman dözə bilmədim…
Mən lənkəranlıyam və Lənkəranda yaşayıram. Mətbuatı hər gün imkanım daxilində izləsəm də Lənkəranda rus kazaklarına heykəl qoyulacağını indicə məhz bu şərhdən bildim…
Zakir Tofiqoğlu deyir ki, vətənpərvərliyimizdən əsər-əlamət yoxdur. Soruşuram, vətənpərvər olmanın ümdə şərtləri varmı və o şərtlərə daxildirmi hansısa heykəlin qoyulub-qoyulmamasına sadə xalqın münasibətinin isti-soyuğu?
Lənkəranda bu dəqiqə o qədər adam yoxdur ki, o qədər heykəl var…az-çox gips-qəlib işindən başı çıxan da, qəbir daşı yonan da nəyinsə, kiminsə heykəlini yonub satmaqla məşğuldur.Mən sizə desəm ki, hətta Həzrət Əlinin heykəlini düzəldib satırdılar gözləriniz bərələcəkmi?
Sovetlər dağılandan sonra bizə məktəbdə yeni il şənliyi keçirməyi qadağan edənlər həmin gün bizim pərt baxışlarımız altda şampan şərabı alıb evlərinə gedəndə mən anlamışdım ki, bizim vətənpərvərliyimiz yalnız səhnələrdə, mikrofonlar üçün olur…Və sonra neçə illər boyunca 41-45 müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş abidə-heykəllərin ətrafı baxımsız qaldı.Mənim atamsa hər il mayın 9-da bizi qabağına qatıb kəndimizdəki abidənin həyətinə aparır, orada neçə gün əvvəldən təmizlədiyi yerləri bir də yoxlayıb əllərimizdəki gül dəstələrini abidənin önünə düzməyi tapşırardı. Kimsələr gülərdi buna.Amma atam nəhayət bir dəfə abidənin üstündəki siyahını hamının gözünə soxa bildi ki, baxın görün burda kimlərin adlarıdır, rusunmu, ermənininmi, yoxsa öz qohum-əqrabanızın? Sanki hamı ayıldı o vaxt…və bizim kənddəki abidə kompleksi illər boyunca ən baxımlı, ən təmiz qalan oldu.nə isə…mən bunları demək istəmirdim heç…xətrimə dəyən tamam başqa şeylər oldu…
Bizim camaat öyrəşməyib hansısa abidənin, heykəlin qoyulmasına etiraz etməyə…Siz ki bilirsiniz, Azərbaycan adamı necədir…Onun üçün vətənpərvərlik Rusiya bazarlarında bir-biri üçün “polka” tapmaqdan o tərəfə keçə bilmir indi…
Kim əsgərlikdə olubsa, bilməmiş olmaz, deyirlər, əsgəri bir saniyə belə boş-bekar saxlamaq olmaz - onun fikirləşməyə vaxtı qalmamalıdır, yoxsa əsgərliyini qoyub qaça bilər…
Baxın, bizim adamlarımız da məhz bu şəraitdə yaşayırlar indi…Camaat ölüsünün qəbrinə daş almağa pul tapa bilmir, bunların ağlına kazaka heykəl qoymaq gəlib.Ay-hay…
Amma deyiblərsə, qoyacaqlar, Zakir Tofiqoğlu…əmin olun, hələ bir bu rayonun ən qaymaq adamlarını da, tələbələrini də əllərində gül dəstəsi ora yığıb şeirdən-zaddan oxutduracaqlar…deyiiblərsə mütləq, mütləq edəcəklər…Ehh…nə isə…Ya “Bizimki”lər..! Salam..!