Güney azərbaycanlı filosof və yazıçı Eyvaz Tahanın “Şeir varlığın evidir” başlıqlı kitabı 2006-ci ilin kitabı seçildi. Təbrizdə çıxan “Heydər Baba” həftəliyinin verdiyi xəbərə görə, dörd ay, ay ərzində bir çox yazıçılar, şairlər, ziyalılar və tənqidçilərdən aparılmış rəy sorgusunda bu kitab 162 xal toplayaraq Güney Azərbaycanda ilin kitabı seçilmişdir. Rəy sorğusunda xaricdə yaşayan azərbaycanlılar da iştirak etmişdir. “Şeir varlığın evidir” kitabında söhbət şeirin estetikasından gedir.