Bir axşam tərəfi
günəş batarkən
bir gəlinlik donu
kirayə götürək,
bir şüşə likör,
bir qutu siqar…
və bir qədər zaman
gedək
səhraların bitən yerinə…
dənizin
dadına baxaq,
qumlara bürünək,
olmazmı?..
mən sənin olum,
dünyasa mənim…
…nişan üzüyü
istəmirəm,
barmağımı
dişləsən yetər…
***
Çətiri
olmayan uşaqlar
buludlarla dil tapar,
yağışlara qarışar
göz yaşları…
sevmədən
ərə gedən qızlar
qandan başqa
bir şey
verəmməzlər ərlərinə
istəmədən
hamilə olanlar
ölüm gəzdirər bətnində
hər ölüm doğulanda
ağlayacaq Tanrı
göz yaşları
süzüləcək buludlardan
çətiri olmayan
uşaqların başına…
***
Bir gün
girəcəm
Tanrının qılığına,
bilirsən də,
bunu hər şeydən
daha yaxşı bacarıram…
gülümsəyəcəm üzünə
dəli sevgilisi kimi
və O — Tanrı
həzzdən
gözlərini yumunca
oğurlayacam cibindən
sənə gələn
ölüm kartını…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Şahanə
İyul 18th, 2007 at 17:16
…nişan üzüyü
istəmirəm,
barmağımı
dişləsən yetər…
Yəqin ki, heç vaxt unutmayacağım misralar olacaq bunlar…
Sizə uğular!
Tanrı qorusun!
Qəşəm Nəcəfzadə
İyul 19th, 2007 at 10:16
Cavidan, tebrik edirem, gozel seirlerdi.
Yasin Türksoy
İyul 19th, 2007 at 19:27
Qəribə şeirlərdir. Bir qədər Avropa ruhlu…
Amma belə misralar hələm-hələm az olur…
Yaltaqlıq təbliğ edən, qulağımızdan ərişdə asan, ard-arda düzülmüş “misralar”dansa beləsi yaxşıdır…
Uğurlar.
Sima N.
İyul 19th, 2007 at 22:44
a) gedək
səhraların bitən yerinə… - yəqin, səhraların tükənən yerini nəzərdə tutmusuz
b) şeirləriniz gözəldi
scorpion
İyul 20th, 2007 at 10:35
Cavidan xanim!!! Cho gozelsiniz!!! Sherlerinize ise soz ola bilmez!!! Aferin ” Bizimki”ler!!! Bax bu cur sherlere daha chox yer vermek lazimdir!!! Bu sherhi telesik yaziram!!!Sadece sherleri oxudum ve bir neche kelme yazmaqdan ozumu saxlaya bilmedim!!! Inshallah bu sherler haqqinda fikirlerimi dostlarla bolushecem!!!
Ughurlar!!!
Şəms EL
İyul 20th, 2007 at 14:39
Salam, Cavidan!
Şerlərini həmişə bəyənmişəm. Buradakılara da söz ola bilməz. Səni fərqləndirən məhz tərzindir. Bu qədər rahat dildə və bu qədər dərin yazan az tapılır… Uğurlar!
Faig Yusifoglu
İyul 20th, 2007 at 18:46
nese yeni bir shey gordum sizin seerlerde. ugurlar arzulayiram. bizim ashiqler sherab icerler. likoru yeqin avropali mecnunlar icir
Gülşən
İyul 21st, 2007 at 01:18
Sizin seçmə şeirləriniz bunlardır? Siz bunlara şeir deyirsiz. Bunlar hər kəsin düşünüb yaza biləcəyi adı söz yığnağıdır. Bu qədər.
Ryabina
İyul 21st, 2007 at 10:41
Ah, nəhayət!…
Hamınıza salamlar və təşəkkürlər!
Gözləyirdim kimsə tənqidi bir fikir yazsın, sonra “söhbətə” qatılım…Düzdür, Gülşənin fikirlərini tənqid hesab etmək OLMAZ!!! Amma yenə də çox sağ olsun…Hər kəsin düşünüb yaza biləcəyi nə varsa, onu yazmışam, haqlısiniz…hər kəsin ürəyindən xəbər verməyi bacarmağı çox istərdim, məni sevindirdiniz qeydinizlə…məhz buna can atmışam həmişə…
Qaldı Faiq bəyin fikirlərinə…Faiq bəy, bizim aşiqlər nə zaman likörü alkoqollu başqa bir içkidən ayırdılar ki? Onlar baş dumanlandıran hər mayeyə “şərab” deyərlər-))
Gülşən Cəbi
İyul 21st, 2007 at 11:41
Salam!
Əksəriyyətin bildiyi kimi, “Bizimki”də “Gülşən” imzasıyla yazılan şərhlər mənə aid olurdu. Amma artıq ikinci dəfə jurnalda “Gülşən” imzasıyla yeni birini gördüyümdən aydınlıq gətirmək istədim ki, “Bizimki yeniliklərlə” bölümündə və Cavidanın “Seçmə şeirlər”ndə “Gülşən” imzasıyla yazılmış şərhin mənə heç bir aidiyyatı yoxdur.
Bundan sonra yazılacaq şərhlərdə müəllifin adı “Gülşən Cəbi”, yaxud “Gülşən Cəbiyeva” olmazsa, deməli, iki halda olduğu kimi, o hallarda da şərhin mənə heç bir aidiyyatı olmayacaq.
Hörmətlə.
Aslan
İyul 22nd, 2007 at 15:57
Cavidan!
Bəri başdan deyim, gözəl, uğurlu, səmimi şeirlərdi!
Bir az diqqətli olsan, rəngləri duya, görə, səsləri tuta bilsən, daha gözəl yazarsan! İkinci şeirdə “qan”, “ölüm gəzdirər bətnində” qara rənglərə bürünüb, şeirin rəngi ilə uyuşmur. Üçüncüdə “Tanrı” əsla getmir, məncə “ölüm mələyi” və.s yaza bilərdin. Deyə bilərsən “ölüm mələyi” olmur, amma unutma, müasir ədəbiyyat artıq “olmur” sərhədləri daxilinə sığmır. Hökmən deyil, başqasını yaz, amma “Tanrı” orda olmur, sığışmır şeirin daxilinə. Heç ikinci şeirdə də “Tanrı” getmir, yerli-dibli, orda deyək ki, “göy üzü” daha uğurludu.
Gülşən xanımın xeyli obyektiv fikirlərini oxumuşam, burda niyə beiə yazıb başa düşmşdim.
Bir daha uğurlar!
Ryabina
İyul 22nd, 2007 at 16:38
Aslan bəy, sizcə mənim şeirlərimin əsl rəngi hansıdır?
Aslan bəy, Tanrını lütfən mənim şeirlərimdə inkar etməyin…
Aslan bəy, deyəsən siz “Əyalət yazıçısı”nı yazansız…sarımsaqla kartof qızartmağı sizdən öyrəndim…çox sağ olun-))
Bir də…bəlkə yazdıqlarımı dekonstruksiya edəsiz?! Daha rəngarəng olsun…xahiş edirəm…
Aslan
İyul 22nd, 2007 at 17:43
Cavidan!
Məni çaşdıran qəzəb oldu. Nəymiş Sizi qəzəbləndirən? Artıq nə deməliydim, Sizi Tanrıyamı bərabər tutmalıydım? Bu bir son, yanlışlıq olub. Çoxunuza sözümü demək, çoxunuzla fikirlərimi bölüşmək istəyirəm, yersiz qəzəbiniz məni düşünməyə məcbur edir. Nəticə də həmişə belə olur, son ver. Axı Siz uzaq başı razılaşmaya bilərdiniz.
Bu Sizə yazdığım son şərh olduğundan sullarınıza cavab verim. Şeirlərinizdə rənglər işıqlıydı, həsrət içində ilğımlanırdı, gözəldi. İnkar elədim, eləmədim, şeirlənizdə Tanrı yoxdu, xəyallar qurmayın. Böyük hərflərlə yazdığınızı kiçik hərflərlə yazdığınız kiçik mətləblərə sığışdıra bilmlrsiz, zordu?
Dekonstruksiya mənlik deyil, mən öz yazılarımı yazıram. Xahişinizi yerinə yetirə bilmədiyim üçün məni bağışlayın. Şeirləriniz onsuz da rəngarəngdi. Yenə də bağışlayın!
«Əyalət yazıçısı»- nın müəllifiyəm. Az qala bu qənaətə gəlməyə başlamışdım ki, bu yazıların kimsəyə isti-soyuğu yoxdu. Amma yararlananlar var imiş. Demək, o povestdən öyrəndiyiniz bircə o oldu, nə cür öyrəndiyinizi də yazsaydınız lap yaxşı olardı.
Yalnız təəssüfləndim.
Ryabina
İyul 22nd, 2007 at 20:09
Aslan bəy…mən qətiyyən qəzəblənməmişdim, “Əyalət yazıçısı” isə son illərdə oxuyub unutmadığım 3-4 əsərdən biridir (Az. ədəb.-da)…Hələ mən “Həbsxanadan qaçmış cani”dən nələr öyrəndiyimi yazsam, nə deyərdiniz?..Eh…bu da mənim “dəniz kənarındakı şəhər”imin subtropik təbiətini bir hekayəsində tropik iqlim kimi verən cənublu Aslan…Belə aqressiv olmayın-)) Şərhlərinizi yenə də gözləyəcəm…nə son? Mən hələ indi gəlmişəm…-))
Bir qeyd də edim…Çingiz Abdullayevdən də kabab basdırması öyrənmişdim…-))
Hələ Anardan da…turpu duzla yeməyi…-))
Zahir Əzəmət
İyul 23rd, 2007 at 17:45
Təbriklər! Yenə aləmi qatmısan bir-birinə. Sənə indi cavidan deyək, Ryabina yoxsa…?
Amma ədəbiyyatdan mətbəx sirrlərini öyrənmək də yalnız sənin ağlına gələ bilərdi.
Məsləhət vermək kimi çıxmasın, şeirlərinlə “Bizimki”də tez-tez çıxış et.
Uğurlar
Ryabina
İyul 23rd, 2007 at 18:31
Sağ ol, Zahir…
P. S. Aləm onsuz da qatışıqdı…biz yalnız rəng qatırıq…ayırmağa bir şey olsun deyə-))
Aslan
İyul 23rd, 2007 at 23:51
Cavidan!
Yazmaq vacib oldu, yəqin Əziz Nesinin bu hekayəsini oxuyubsuz. Yazdığım şərhlərə bir də baxdım. Aqressivlik? Nə bilim… Sizdə isə qəzəb vardı, xüsusi ilə də “bəlkə yazdıqlarımı dekonstuksiya edəsiz”, - yəni bir halda başlayıbsız, bəlkə mənim əvəzimə şerlərimi də yazasınız ironiyasında.
Mən yazını duyur, səsini, rəngini, işığını eşidir, görürəm, yazıda kənar detallar, səslər varsa, xüsusi ilə də xoşum gələn yazılarda, narahat olur, iradımı müəllifə bildirməyincə rahat olmuram. Sizin şeirlərinizlə də belə oldu. Yenə deyirəm “Tanrı” orda getmir. Burda Sizi başa düşə bilmirəm, hökməndi, axı bundan şeir heç nə itirmir, əksinə qazanır. Yeni şeirlərinizi də gözləyirəm!
Sözün düzü tapıntılarınız mənim üçün yeniydi. “Həbsxanadan qaçmış cani”dən nə öyrənməyiniz məni lap maraqlandırdı. Hər halda özümü inandırmağa çalışıram ki, qaranlıq tində dayanıb birisininin ciblərini təmizləməyi öyrəndiyinizi yazmayacaqsız.
Xoş sözləriniz üçün də sağ olun. Cavidan istedadın var, şeirlərində bu özünü qabarıq biruzə verir. Hamıya qulaq asıb, sonda isə qəlbinin səsiylə, hökmüylə yazsan, böyük uğurlar qazanarsan! İnan, hər uğuruna çox sevinəcəyəm! Heç bilsən yeni sözün, yeni səsin, yeni ab-havanın nə qədər həsrətindəyəm!
Yazdıqlarımda xətrinə dəyən nəsə oldusa, lütfən bağışla!
Hələlik!
Ryabina
İyul 24th, 2007 at 09:29
“-Başımı döndər…günəşə tərəf…”
Bax, bunu öyrəndim…
Əlavə bir şey yazmağa məncə ehtiyac yoxdur…bir-birimizi anladıq zatən…
Hər yazım üçün şərhlərinizi gözləyəcəyəm…
CHOL ADAMI
İyul 25th, 2007 at 08:36
Sevmeden ere geden qizlarin qandan bashqa bir shey vere bilmemesi,
yaghisha qarishan goz yashlari,
istemeden hamile olanin betninde oulum gezdirmesi,
oulum dogulanda Tanrinin aglamasi,
Oulum kartini ogurlamaq…
pis deyil. qaynar.info-daki yazilariniz kimi feminizm qoxusu (etri de demek olar) gelir. Bir xeyir-dua da menden…:)
Novarg
İyul 26th, 2007 at 13:11
Mence, ilk novbede bu sheirlerin obyektini, yani qehremanini tapmaq, onu deniz sahiline aparib, evvel quma basdirib 3 gun qizmar gun altinda saxlamaq, sonra ayagina agir bir dash baglayib, Xezer`e atmaq lazimdir….Ki, digerlerine gork olsun, bir daha xanimlarimizi incitmesinler ki, bele bedbin sheirler de ortaya chixmasin…
Yeri gelmishken, Tanri yerindedir, hem de, hetta hech vaxt olmadigi kimi…
Ryabina
İyul 26th, 2007 at 15:47
Novarg…
Qəhrəmanımla özün bilərsən…-))
Amma Tanrımın yerində olduğunu dediyinçin sənə təşəkkür edirəm…çox narahat olmuşdum buna görə…
Bizimki
İyul 26th, 2007 at 18:53
Cavidan xanım, diqqətsizlik etdiyimə görə sizdən şəxsən üzr istəyirəm.
Texniki nəzarətçi
Atilla Cavid
İyul 26th, 2007 at 19:52
mən sənin olum,
dünyasa mənim…
Nə deyəsən…?
Həm mən səninəm,
Dünya da sənin… (vəssalam)
Sənə feminist deyirlər (nə qəribədi…) …məncə bu bir zərifin ən səmimi etirafıdı. Nəsə, mənə xoş oldu…Həm də bir az əvəzinə susmaq istədim…Bilirsən, xoş oldu ona görə ki, aldatmamısan (mən belə oxudum!). Amma indidən belə “əliaçıqlıq”la sonraya nə qalar? Bəlkə də qalar…Mən sənə inanıram. Bilirəm ki, hələ deyiləsi çox nəsnən var…
Hekayəmə yazdığın şərhin altında mən də birini yazdım. Oxudunmu, oxumadınmı bilmirəm. Hər halda oxumamısan…səni “axtardığımı” yazmışdım. Sonra Zahir məsələyə aydınlıq gətirdi, məlum oldu ki, sən elə burdaymışsan. Nə isə.
Hə, bir də… bu şeirdəki hadisələrin gedişinə bir musiqi fikirləşmək lazımdı…Mütləq lazımdı! Mən artıq fikirləşirəm…
Ryabina
İyul 26th, 2007 at 19:57
Bilirsiz, hörmətli texniki nəzarətçi…məni kimsə tanımır, Alma forumda bir adamın porno-romanı yayımlanır…mən ona qarşı çıxdım, bu adam orda da təhqirə keçdi…amma burda, şeirlər qaldı bir yana, şəxsiyyətim təhqir olundu…bu qədər adam da elə biləcək ki, mən kiməm görəsən…nə isə…çox sağ olun…
rebiqe
İyul 26th, 2007 at 20:26
salam… belke, menim sherhim size hedden ziyade shishirdilmish gelecek, amma semimi deyirem, Cavidana qeder men Azerb-da misralari meni titrede bilecek xanim shaire xatirlamiram… Cavidandan sonra yazmaq da chetindir, vallah… belke, son vaxtlar yazmaga tenbellik etmeyim de bu qorxudandir…
Ugurlar!!!
Alyasar Guliyew
Avqust 1st, 2007 at 00:16
salam Cavidan.eladi.bele davam etsen yaxsidi
Elvin
Avqust 1st, 2007 at 09:41
Cavidan xanim sizin seiri yeni oxudum cox xosuma geldi. size uqurlar. tebrik edirem.
erbay kara
Avqust 2nd, 2007 at 16:38
türkiyeden merhaba
serbest nazimla yazdığınız şiirlerinizi azeri dilinden algıladığm kadarıla okudum.gayet güzel sözcüklerle ve gerçekten emekle yazılmış şiirler buldum.yüreğinize sağlık yolunuz açık olsun.
teymur
Avqust 6th, 2007 at 00:52
Bas hani sizin serin falsafasi? Sharhcilar da sizi tariflayirlar, bu soz yiginini neca ser adlandermag olar? Ha indi basha dushdum bu sharhcilar deyasan sizin tanishlarinizdir.
Ryabina
Avqust 6th, 2007 at 10:12
Bəsdir bu dünyanı seyr etdin daha,
Çevir gözlərini, öz içinə bax,
Bir dünya görərsən, bürünüb aha…
nə isə…ardını yazmadım…bir az qocalanda bitirərəm bu fəlsəfi şeirimi…hələ ki, sevdiyim sözləri bir yerə yığmaqla məşğulam…
Şərh yazanlardansa yalnız Rəbiqəni tanıyıram…amma onu da yalnız virtual olaraq…
Leyla Metin
Avqust 6th, 2007 at 17:07
Cavidan, weirlerin 4ox gozeldir, fikirlerimiz ferqli olsa bele… Meselen: olum kartlari elinde olan Tanri yaratdiqlarina sevgili olacaq qeder ciliz deyil. O, muqayiseolunmazdir.
Amma duwuncelerin ne olursa, olsun, bu, senin 4ox istedadli oldugun heqiqetini deyiwdirmir. Werlerin adami yazdiqlarindan utandiracaq qeder gozeldir.Bawqa werlerini de sebirsizlikle gozleyecem.
sahib
Avqust 7th, 2007 at 18:11
Salamlar, Cavidan xanim bu na seirdir yazmisiniz? Siz ki, Azarbaycan qadinisiniz! Bunula na deyirsiniz, bir susa likior, bir packa siqaret va kiraya galinlik donu, belancik sizin sahrada na ishiniz var, oraya na ucun getmak istayirsiniz? Bu ahlikeyf cavanlar da sizi tariflayirlar va siz da ela bilirsiniz ki, Amerika kashf etmisiniz. Gorasan o sizin seira tarif yazanlardan kimsa ilkior ican, siqaret cakan va eyni zamanda yadin birisi ila sahraya gedan “qadin”i ozlarina ana, baci va yaxud da hayat yoldashi qabul edarmi?
Ryabina
Avqust 8th, 2007 at 13:20
Sahib bəy…sizcə şeirdəkilərin hamısını realda edə bilən bir qadın bunları oturub yazardımı? Vaxtı belə olmazdı buna, inanın…-))
Bu, bir qadın ürəyinin çırpıntılarıdır sadəcə…Nə fərqi var, azərbaycanlıdırmı bu qadın, ya irokezdirmi…və sizə kim dedi ki, bu qadın YAD birisiylə səhraya gedib likör içmək istəyir? Bəlkə elə illər boyu yanında yaşadığı ömür-gün yoldaşıyla gedəcək? Sadəcə sevgi dolu bir axşamı həyatında bir daha yaşaya bilməkçin…-))
Bir də absurd bir şeydir bu - azərbaycanlı qadının sevməsi, sevgisini tam səmimi etiraf etməsi nə zamandan yasaq olub axı? Məgər azərbaycanlı qadın elə ömrü boyunca bütün hisslərini ürəyindəcə öldürüb üzünə maska taxaraq yaşamalıdır? Sevgini etiraf etmək dahamı ayıbdır, kimlərinsə xətrinə sevmədiyini etiraf etməməkmi…?
ikinci şeirimdə oxuyun…sevmədən ərə gedənlər…istəmədən hamilə olanlar…Aman Allah! Nə qədərdir Azərbaycanda belə qadınlar…Ərinə qandan başqa bir şey verməyib bətnində ölüm gəzdirən, namusuna kor olub maska taxmağa məcbur olanlar…ölüm doğanlar…Tanrını göz yaşı tökməyə vadar edənlər…Yazıqlar olsun…
Sadece_Serh_Yazar
Avqust 8th, 2007 at 15:25
Ryabina xanim, istenilen halda Sahib bey duz deyir. Sizde haqqlisiniz, amma… Unutmayaq ki, tebriyeli, namuslu Azerbaycan qadinlari var, mende, elecede her birimiz bele de gormek isteyirik. Teesufler olsun ki, gunumuzde hec de qadinlarin hamisi bele deyil. Beli ailelerinde bezen cekilmez ezab ve eziyyet cekenler de coxdur, amma erlerine xeyanet edib, gezib-dolasanlarda coxdu. Sizin seriniz ise belelerine haqq qazandirir, belke de onlar bu serleri oxuduqdan sonra daha da “ag” edecekler. Dusunun, dediyim insanlar az deyil, usaqlari ola-ola, erleri ola ola gezib dolananlar, uzde namuslu gorsenib, altan-altan icki icib, siqaret cekib, exlaqsiz olanlar getdikce artir. Sahib qardasimizin dediyi kimi bu kimi movzulardansa, Azerbaycan qadina uygun meneviyyata yonelik serler yazsaz dogru olar. Bu sadece menim movqeyimdir, sadece unutmayin ki, her zaman qadinlar masum ve haqqlidirlar deye dusunmeyin, unutmayaq ki, Dubayda, Turkiyede, daha ne bilim hansi “cehennemde” ozlerini satmaqla, milletin meneviyyatini da satmis olurlar.
Novarg
Avqust 8th, 2007 at 17:32
Ryabina, her avanturistin “sherhi”ne cavab yazmaq mecburiyyyetinde deyilsen… Sen yeni sheirlerden danish, yeni sheirlerden… -))
scorpion
Avqust 9th, 2007 at 00:56
Allah sizi guldursun Sahib bey ve Sadece_Serh_Yazar bey!!!
Bugunku butun yorghunlughum chixdi canimdan!!! Siz allah sizden ne eceb bu edebiyyat saytina yolunuzu salmisiniz!!! Bilirsiniz men sizi taniyiram o gunu tinde dayanib ele bu barede danishirdiniz!!! Vaxt yoxuydu dayanib qulaq asa bilmedim. Qalmishdi ureyimde.
Qardashlar ayibdir siz deyesen edebiyyati ne ilese qarishiq salmisiniz!!!
Ancaq menim Cavidan xanima da iradim var. Bele sherhlere cavab verib bunu ciddi bir mubahiseye chevirmek artiq bir ish idi.
Ryabina
Avqust 9th, 2007 at 01:50
Tərbiyəli Azərbaycan qadınının himni
*******************************************
Mən ərimin
gün dəyməyən yeriyəm
ay çıxmayan göyüyəm
saçlarımı
günəş görməz,
külək hörməz…
Mən ərimin əl ağacı-
yorulanda, yıxılanda
söykənib də tutar məni,
hirslənəndə
öz başıma çırpar məni…
mən ərimin dayəsiyəm,
aşbazıyam,
………………….,
Ay Allah!
Mən nə gündəyəm…
Belə yaza bilərəm tərbiyəli qadınlarımız haqqında.Çünki onların həyatı bundan başqa sözlərə sığmır…
rebiqe
Avqust 9th, 2007 at 14:02
Analarini, bacilarini, qizlarini, heyat yoldahlarina yalniz namus yuku kimi yanashan, onlari yalniz sadiq olduqlari ve likor ichmedikleri uchun seven adamlarmi bedbextdi, yoxsa onlarin yaxinlarimi? Chetin sualdi…
Bele chixir ki, kiminse senin en saf duygularini seni terbiyeli hesab etmesi uchun ichinden gelenleri yazmamlisan… chunki sheriden anlamayan kimlerse vurgunu likorun ustune salacaq?
Ryabina, mohkem ol ve belede davam ele… ozun demishkem birlekmen hanisisa qadini icnidilmekden xilad edecekse, hanisisa kishinin ureyinde sevgi ve merhemet hislerini one chekecekse, bu en boyuk ugurdu…
men yeni sheiler isteyirem senden…
Sadece_Serh_Yazar
Avqust 9th, 2007 at 15:29
Sira ile (sondan baslayaraq):
Once Ryabina, siz niye bele aqressiv dusunursuz???
Scorpion: Edebiyyatda eminlikle deye bilerem ki, cefengiyyat yada sizin kimi udopist insanlarin hec yeri deyil. Bir de ureyinizde veya … nese qalibsa, onu burda qeyd etmekdense hekime muraciet etsez sefa taparsiz
Novarg: Her kes oz seviyyesini goserir. Senin kimi dusunen tek-tuk varsa, dusunme ki, haqqlisan

scorpion
Avqust 10th, 2007 at 00:08
Hormetli SSY !!!! Senin hansi intelektin yiyesi oldughun onsuz da belli oldu. Ancaq chox xahish edirem bu “udopik” sozunun menasini mumkunse achiqlayardiniz!!! Chox xahish edirem!!!
Novarg
Avqust 10th, 2007 at 09:48
Qulaq as, Sadece_Serh_Yazar… Men hardasa ureyimin derinliklerinde emin idim ki, senin seviyyen ne teqdim olunan yazilara, ne de yazilan sherhlere munasibet bildirmek uchun kifayet deyil… Bugun buna emin oldum, sen de emin ol:
- Avq 08-2007, yuxaridaki sherhinde yazirsan: “Ryabina xanim, istenilen halda Sahib bey duz deyir. Sizde haqqlisiniz, amma…”
- Yene hemin yerde: “Bu sadece menim movqeyimdir, sadece unutmayin ki, her zaman qadinlar masum ve haqqlidirlar deye…”
- Avq 09-2007, mene unvanladigin yazida: “Senin kimi dusunen tek-tuk varsa, dusunme ki, haqqlisan…”
Melum meseledir ki, texniki sehv bir olar, uzagi iki olar, amma senin “haqli” sozunu yazmaq istediyin her yerde bu soz nedense “haqqli” kimi gedib… Eger nezere alsaq ki, admin`in seninle qerezi yoxdur, demek sen dogrudan da “haqli” sozunun yazilishini bilmirsen, daha hallandirmasindan danishmiram haa… Bele olan halda, sence, sene cavab yazmaqla men seviyye itirdiyimin ferqindeyem ya yox…?
Men admin`den bir daha xahish edirem, elementar yazi savadi olmayanlarin “sherhleri” geri qaytarilsin, ta o vaxta qeder ki, “sherh” sahibi yazisinda olan butun sehvleri duzeldib tekrar teqdim etsin…
Sag olun…
Serxan Xezer
Avqust 10th, 2007 at 23:18
Maraqli arzulardi…
ikinci seir gozeldi…
ucuncu ise qebuledilmezdir:nece yeni tanri sizin tay-tusunuzduur?Tanrinin qiligina girmeyi dusunubsunuzse, demeli seytan artiq sizin qiliginiza girib…Isteyinizi mubaligeli gostermek ucun Tanrini “insanlasdirmaq”sertdir???
Terbiyeli Azerbaycan qadinina gelince terbiyelilik onun erinden qorxmasinin yox Allahdan qorxmasinin ve erini sevmesinin ifadesidir.Siz de genis kutleni hedef almisiniz…Saclarimi kulek gormez…Basini baglayan qizlarimiz da az deyil…
Hormetli serh yazanlar:
Herenin oz dunyasi var.tolerant olmaq lazimdi.her kesi oldugu kimi qebul etmek…Sizin qebul etmediyiniz fikirler genis kutle terefinden qebul olunur…Bir de ki qebul olunmasin.Bu yazarin ureyidir…
IKI TEREF de cox agressivdir.Tenqid tehqir demek deyil.tehqirden uzaqlasin,UZLASIN!!!
UGURLAR…
sahib
Avqust 11th, 2007 at 01:28
Avvala manim sharhi cavablandiranlara minnatdaram, istar manfi olsun, istarsa musbat. Ryabina asablashmak lazim deyil, fikirlashib natica cixarmaq garakdir. Man o seira ona gora munasibat bildirmadim ki, kimlarsa asablashsin. O ki, qaldi seira o adabiyyat ucundursa falsafasi yoxdur, muasirlik ucun isa muasir da deyil. Agar sizin muasirlik anlayishiniz beladirsa manca o sahfdir. Muasirlashmak hecda o demak deyil ki, insan har urayindan kecani etsin, bela “muasirlashmak” ozbashnaliqdir. Manca muasirlashmani haradasa ozbashnaliqdan ayiran bir sarhad olmalidir. Insan har dushunduyunu etika xatirina dilina gatirmamalidir, man da bu sharhi yazarkan cox sheylar dushundum, amma yazmadim! Sonda man siza haqiqi yaradiciliq arzulayiram.
Ryabina
Avqust 11th, 2007 at 02:00
Başını bağlayan qızlar da, başını bağlamayan qızlar da bizimdir…haqları var bu dünyada və bu dünyanın Azərbaycan adlı bir məmləkətində sevərək, sevilərək, insani hisslərinə hörmət görərək yaşasınlar.Məgər şərt baş bağlamaqdadır? Məgər kişi adından və kişi gücündən istifadə edib həyatındakı bütün qadınları (ana, bacı, sevgili, qız övladı) göz yaşı içərisində yaşamağa vadar edənlər bunun fərqindəmi olur?..
Sərxan bəy…səndən bir gün də olsa çox yaşasın deyə həyatını uğrunda verə biləcəyin birisi varsa, onun xətrinə Tanrının qılığına girmək ən son bir ümidə dönür sadəcə…
Bu…Tanrını insanlaşdırmaq deyildi…Sevgini ilahiləşdirmək idi…hərçənd indiki poeziyamızda heç də dəbdə deyil…
Çox sağ olun
Bir də…yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirim-likör məsələsinə…gəlinlik donu, likör, siqar…və zaman sadəcə kirayə götürülmüşdü…toxunulmadan geri qaytarmaq şərtilə…
DDEED
Avqust 11th, 2007 at 02:17
Novarg,
get ozune teze mesghuliyyet tap,
bashqalarinin eserlerine miz qoshdun bes deyil,
indi de kecmisen sherhchilerin beyninin etinin yemeye,
sen doghurdan heyatda ne uchun varsan? yox, yox- heyat cehenneme, bu saytda ne uchun varsan?
Novarg
Avqust 11th, 2007 at 10:58
DDEED, boyuk diqqet bahasina sehvsiz yazdigini dushunduyun postunda “doghurdan” yazmisan… Sehvdir, “dogrudan” olmali idi…
—
Devizimiz bele olsun; her yazimizda oyredici olaq…
DDEED
Avqust 11th, 2007 at 19:38
Şərh yazarı: Novarg
Tarix: Avqust 3rd, 2007 saat: 16:11 6
Sahile xanim,
Iki sualim var, birincisi - yuxaridaki
sualima niye cavab “vermirsiz”
vermirsiniz olmalidir.
yoxsa hiss edirsiz ki
hiss edirsiniz olmalidir.
sehv axi bir defe olar iki defe olar,
ama siz hele bilmirsiniz ki mehz bu
yazdiqlariniz danishiq dilidir, beh-
beh
Şərh yazarı: Novarg
Tarix: Avqust 3rd, 2007 saat: 16:23
hemin istifadechinin nezerine chatdira
bilersizmi…?
bilersinizmi? olmalidir
Şərh yazarı: Novarg
Tarix: Avqust 8th, 2007 saat: 17:40
11
Ədəbiyyatla yaxından əlaqəniz yoxdur,
“maraqlanmırsız”, amma “şərh yazırsız”…
bilmirem davamini yazim yoxsa yox, hech bashqa sherhlerine baxmagha da deymez ay Novarg
Aslan
Avqust 13th, 2007 at 11:28
Qələm həmkarıma qarşı haqsızlıq ediləndə kənarda qalmağı hec vaxt özümə sığışdırmadım. Cavidan adətən hazırcavablığı, yerində və sərrast cavab verməyi ilə seçilirdi, ancaq bu dəfə alınmadı, ümumi axara qoşuldu, kənar ovqata kökləndi.
Şeir düşüncənin, təfəkkürün, təxəyyülün bədii özünü ifadəsidi. Şair, yazıçı, qələm sahibi, rəssam təxəyyülündə canlandırdıqlarını kağıza köçürür, mənzərə, lövhə, tablo çəkir. Nəyi harda axtarırsız? Axı bunlar bədii yazıdı, konkret məkanı, milliyəti yoxdu. Yazıçı manyakdan, küçə qadınından, killerdən, satqınlardan yazırsa bu məntiqlə, şüurla elə onu da mühakimə eləmək olar.
Yazı qalıb bir tərəfdə, sizlər nəyi müzakirə eləyirsiz? Bu Vətəni, milləti bütün varlığımla sevirəm, amma bir yaradıcı insanı, xüsusi ilə də xanım yazarı iki-üç bəndlik gözəl şeirlərindən ötrü belə kəskin mühakimə eləyənləri əsla başa düşmürəm! Mənin əzizlərim, kifli, boyat düşüncə ilə, bir qayda olaraq iflasa, uğursuzluqlara uğrayan köhnə qəliblərlə ədəbiyyatı nəinki inkişaf elətdirmək olar, heç yerindən də tərpətmək olmaz. Ədəbiyyatın inkişafı üçün zaman-zaman bu cür impulslar, təkanlar, kütlənin yox, qələm əhlinin başa düşəcəyi kənaraçıxmalar, yeni səslər hava ilə su kimi vacibdi!
Novarg
Avqust 13th, 2007 at 12:14
Olmush hadisedir; bir defe, Turkiye`nin ucqar, ilin ekser aylarinda gedish-gelish olmayan kendlerinden birine tehsil mufettishi gelir… Mekteb 3 illikdir, cemi 2 muellim var ve tebii ki, ushaqlar ayda-ilde bir defe gelirler mektebe…
Muellimler bashlayirlar hazirliq gormeye, ushaqlari oyredirler ki, mufettish`in lovheye yazacagi sozu biz elle, mimika ile size basha salacagiq, siz de hemin sozu “oxuyarsiz…”
Ne ise, mufettish gelir, sinifle tanish olur ve ushaqlarin oxumaq bacarigini yoxlamaq uchun lovheye “chanaqli baga” sozunu yazir ve - ushaqlar, kim oxuya biler, ne yazdim men lovheye…? deye sual verir… Muellim el hereketleri ile gizlice bir ushagi basha salir ve ushaq qalxib deyir, - Tisbaga!!!
DDEED, birine xitab etdiyimiz zaman vergul ishimize chox yarayir, eks halda cumleler bash-ayaq anlashilir…
Ryabina, seni iki defe tebrik edirem, bir - sheirlerin chox gozeldir, iki - sayende elementar yazi qaydalarini tekrarlamish oluruq… -))
Leyla Mətin
Avqust 13th, 2007 at 17:46
Canım, dubay qadınının bu şeirlərlə nə əlaqəsi var? Belə qadınları misal çəkməyiniz bir yana, onların bu şeirləri oxuduqdan sonra daha da ağ edəcəyini düşünməyiniz lap dözülməzdir. Onların o qədər vaxtı hardandır, ədəbi sayta girələr, Cavidanın şeirlərini oxuyalar və ya, nə bilim, kitab magazalarını gəzib onun kitabını (əgər varsa) axtaralar?!
Hərçənd bu şərhlərdən sonra adam özünü heç də ədəbi ədəbi saytda hiss etmir….
DDEED
Avqust 13th, 2007 at 23:57
Novarg,
heqiqeten de chox sagh ol ki “tekrarlamish oluruq” deyirsen, yani ozunu de elementar yazi qaydalarini tekrarlayanlardan hesab edirsen,
Ryabina
Avqust 14th, 2007 at 02:29
Novarg…
Nə yaxşı burdasan…
Aslan bəy…sizə də təşəkkür edirəm.
Rəbiqəyə və Leylaya məxsusi təşəkkür düşür…hər bir yerdə, hər bir qadını müdafiə…amalınız olsun.
Qaldı şeirlərimi bəyənməyənlərin fikirlərinə…onlara təbii ki, hamı kimi mən də qəbul edilmiş qaydalara əsasən deməyəcəyəm “fikirlərinizə hörmət edirəm”…
Mənə və yazdığıma hörmət etməyənə mən də hörmət etmək fikrində deyiləm…aqressiv deyiləm, sadəcə səmimiyəm…
Baxıram, aləm dəyib bir-birinə şeirlərimin ətrafında.
Ləzzət edir bu…həyəcan, mübahisə, cəbhələrin döyüş hazırlığı…daha bir həmlə, daha bir müdafiə…
scorpion…sizə təşəkkür etməyi unutmamışam…məssusi diqqətinizə və xoş sözlərə görə çox sağ olun…
Bəli…50-ni, hətta 51-i ötdü burdakı şərhlərin sayı…”…yüzə nə qaldı…”, hə?-)
Davam edin, elə beləcə də davam edin mübahisələrinizi…
yeni şeirlərədək, dostlar!…-))
Seninle-Sensiz
Avqust 24th, 2007 at 14:02
salam..
ilk once onu deyimki,maraqli saytdir..gozel yazilar ve cox tesirli sheirler var…
Sasha
Avqust 25th, 2007 at 21:07
Cavidan xanim, xetrinize deymesin, Sizin bu menasiz soz yiginlariniza munasibet bildiren insanciqlarin “Cox e`ladir”, “Tebrik Edirem”, “Sukani bele saxla”, “Ugurlar”, ne bilim “Senin kimi yazan az tapilir” kimi serhlerini oxuyarken, bir anliq da olsa xecalet cekmirsinizmi?
Axi bu insanlarin semimi omadigini Siz cox gozel bilirsiniz?
Off Allahim, insanlar niye bu qeder cilizlasirlar?
Hele bir Rebiqenin yazdiqlarina baxin,
“salam… belke, menim sherhim size hedden ziyade shishirdilmish gelecek, amma semimi deyirem, Cavidana qeder men Azerb-da misralari meni titrede bilecek xanim shaire xatirlamiram… Cavidandan sonra yazmaq da chetindir, vallah… belke, son vaxtlar yazmaga tenbellik etmeyim de bu qorxudandir…
Ugurlar!!!”
Rebiqe, YAZIKLAR OLSUN!!!!!
Ryabina
Avqust 25th, 2007 at 22:51
Bax,Saşa!
Nə məni, nə yazdığım şeirləri, nə də bunları oxuyub bəyənənləri təhqir etməyə haqqın yoxdur…! Bunu biləsən!
Nə səni, nə də sənin kimi düşünənləri də bura heç kim silah gücünə gətirib bunları oxumağa məcbur etməyib ! Bunu da biləsən !
Əgər bekarçılıqdan camaatın qanını qaraltmaq isəyirsənsə…get özünə başqa yerdə başqa məşğuliyyət tap!
Nə sən tənqidçisən, nə fikirlərin normal və mədəni düşüncənin məhsuludur…
“insancığaz” dediyin oxucuların da əvəzinə “bir də səni mənimçin şərh yazan görməyim” deyirəm…
səmimiləyə gəldikdə isə…burda qeyri-səmimi olan biri varsa, o da sənsən…çünki mənimçin yazdıqlarının heç birisinə əslində özün də inanmırsan…Get, səni göndərəni göndər!
Abdul
Sentyabr 23rd, 2007 at 01:01
Oyyddaaaa sen buna sheir deyirsen???
Lirikamiz gor ne gune galib eeee.
Allah elemesin bu sehifeni hansisa shairlerimizden biri gorsun yazig oz senetine nifret eder.
Yigishdirin menasiz sozleri burdan!!!
Min illerle tarixi olan shair xalqimiza leke getirmeyin.
Bunun gunahi chox boyuk olar!!!
A.Uğur Olgar
Noyabr 14th, 2007 at 14:59
Salam Cavidan, tebrik edirem, seirlerini gözel seire giden ilk adimlar olaraq mütalaa edirem. Yolun açiq olsun. Uğurlar..
A.Uğur Olgar
Türkiye’den dost shair
Sema
Dekabr 7th, 2007 at 15:06
Bilirsen Cavidan ilk once seni tebrik edirem ki, semimi qizsan.Seni ozume yaxin bildiyim uchun deyirem ki,her yazilan tenqide bele cavab versen pis olar.Mence her kes ne olursa olsun oz sehvini basha dushur.Pisliye pislikle cavab vermek lazim deyil. Sen ozune inanirsansa ve yazdiqlarinin yaxshi oldugunu fikirleshirsense tenqidlere cavab verme.haminin fikirlerine hormetle yanash.Chunki heyatinda irelilemek ucun her kesin fikrine hormet etmelisen.Ele bilmeki sene nese ders kecmek fikrindeyem.Sadece dediyim ki,seni ozume yaxin bilirem.Allah yardimcin olsun.P.S.sherinde tanrinin qiligina girecem kimi bezi misralar xoshuma gelmedi.
Edebiheyat
Fevral 20th, 2008 at 13:11
Bir şeyi anladım ki, buradakı şərh yazanların çoxusu “Heyat”la “Həyət”i səhv salıb …
Şexsi fikrimi yazdım, razılaşmaya bilərsiniz təbii ki…
Edebiyyat söz yığınından ibarət olmamalı!!!
Siz nə qədər yazsanız da çətin ki, bu şeirlər bir kimsənin yaddaşında qalsın…
Və şərhyazarlara bir sözüm olacaq- tanışlıq, hörmət xatirinə yazılmış bu şərhləriniz Ədəbiyyatımızın inkişafı üçün deyil!!!
Ədəbiyyat fikirləşərək yazılmır - Ürəkdən gəlir…
Uğurlar olsun!!!
Ryabina
Fevral 23rd, 2008 at 12:22
Salam…
Nəsə dizaynı yağ-bal dadır buranın…dözmədim, dedim bir baş çəkim hər kəsi salamlayım…-))
Hər şey yaxşıdırmı…?
Novarg
Fevral 24th, 2008 at 14:02
Salam…
Yeni dizayniniz xeyirli olsun… Ryabina, mence yeni dizayna yeni ruh, yeni nefes vermek lazimdir… Yazini gonder, men de sabahdan tekrar izleyecem bizimki.ni…
…bir qutu siqar…
ve bir qeder zaman
qayidaq
bizimki.nin bashlayan yerine… -))