Bu gün gözlərimdən yaş düşdü yerə,
Qaldıra bilmədim gücüm çatmadı.
Elə bil mən boyda daş düşdü yerə,
Daşa qovuşmağa ömür çatmadı.
Yol gəldi həyatdan ölümə qədər,
Torpağın çiynində getdi göz yaşım.
Ağladım yaşımın ilinə qədər,
Sevginin qoynunda itdi göz yaşım.
Hər gecə gözümdən daş yağır, Allah
Basıb yer üzünü daş, qaya, kəsək.
Necə olur olsun, sevən qəlbimi,
Daşa çevrilməyə qoymayam gərək.
İstəmirəm
Daha darıxmıram səninçün, quzum,
Həsrət müəllimdən “beş” istəmirəm.
Dərdim çörəyimdir, göz yaşım duzum,
Səndən ki turşulu aş istəmirəm.
Hər gecə köksümü yarır, oyuram,
Bir az ürəyimdən yeyir, doyuram.
Hələ sabaha da nahar qoyuram,
Amma ayrılıqdan diş istəmirəm.
Başıma həsrəti səpələ gəlsin,
Gözüm elə yağsın, qoy ələ gəlsin.
Dərdimdən məhəbbət əmələ gəlsin,
Çünki ürəyimi boş istəmirəm.
Bəlkə daş deyil
Sulara söykəyib daş sinəsini,
Nə dolu, nə də ki, boş sinəsini.
Günəş də qurutmur yaş sinəsini,
Bu qaya dənizdən sevgi istəyir.
Nə dərdindən şam tək əriyə bilir,
Nə özünü vura, nə döyə bilir.
Nə onun qoynuna yeriyə bilir,
Bu qaya dənizdən sevgi istəyir.
Hər səhər gözündən axan yaş deyil,
Kədərdir, həsrətdir, yalvarış deyil.
Adamdır, insandır, bəlkə daş deyil,
Bu qaya dənizdən sevgi istəyir.

Yüklənir...
8 Comments: Trackback URL | Comments RSS
Temmuz 21st, 2007 at 01:06
Salam. Bədii cəhətdən çox güclü olmasa da yaxşı şeirlərdir. Sizə uğurlar
Temmuz 21st, 2007 at 11:11
Xatirə, canım…niyə tapdanmış, üstündən milyonlar keçmiş, indinin özündə də basabasdan rahat nəfəs almaq imkanı belə olmayan nəhəng yolla addımlamaq istəyirsiz? Axı istedadınız var, bir az da istəyiniz olsun, öz cığırınızı açmağa cəhd edin…dişinizlə, dırnağınızla…nə qədər çətin olsa belə, nə qədər tənə eşitsəniz belə, sizi ümumi YOLa dartıb salmaq istəyən nə qədər əllər olsa belə…inanın ki, bunun bir ayrı ləzzəti var – öz yolunuz, öz cığırınız olur…yalnız sizin gedə bildiyiniz bir yol…Doğru anladınız – yazarın EQOsu güclü olmalı, yoxsa hər şey məhv olub gedər – istedad da, buna ayrılmış zaman və imkan da…
Sizə uğurlar!
Temmuz 22nd, 2007 at 11:36
Amma ikinci şeirin birinci bəndi əsl antidepressantdır ha…-))
Temmuz 26th, 2007 at 12:55
Kimse chox qisa shekilde, yani bir-iki cumle ile Muellif`in bu uch sheirde ayri-ayriliqda ne demek istediyini yaza bilermi…?
Ozum bashlayim:
Birinci sheirde – bilmirem;
Ikinci sheirde – bilmirem;
Uchuncu sheirde – bilmirem…
Vallah bilmirem, yani basha dushmedim, yoxsa bilerdim…
P.S. Qaya dashdir, canli deyil… Qaya sevmez, sevilmez, bu qayadir, dashdir… Yalniz neyise/kimise Qaya`ya benzetmek olar, daha Qaya`nin ozunu obyekt etmek olmaz, xususen 3-cu sheirde oldugu kimi… Hech olmasa Deniz`e hormetiniz olsun, axi o nefes alir, qoynundakini hiss edir…
Ağustos 6th, 2007 at 02:05
Yaxshidir! Asasi odur ki, bazilari kimi seirlarinizda muasirlik xatirina tarbiyasiz ifadalara yer vermamisiniz.
Ağustos 13th, 2007 at 14:37
çok güzel,çok içten,yürekten yazıyorsun…azeri türkülerinin çok güzel olduğunu bilirdim ama şiirleri daha da güzel…
eline sağlık…devamlı yaz…
herşey kalbine göre olsun….
Kasım 17th, 2009 at 09:10
Əhsən, Xatirə xanım! Gozel fikirleriniz var. Müasir yazanlarda bele fikir var ki, sheire soyush, vulqar sözlər salinmalıdı, guya bu müasirlikdi. M. Ə. Sabir deyib ki, təzə fikirləri xalqa kohnə yollarla chatdirmaq lazımdı, bu mənada sizi alqışlayıram.
Aralık 10th, 2009 at 19:40
super.xanim sizin şeirleriniz mene zövq verir