Daily Archives: Temmuz 22nd, 2007

Gənc və cəng

Əvvəllər biz qəfəsdə yaşayırdıq,
indi isə uzun çubuğun üstünə qonub oturmuşduq,
amma ayağımızdakı zəncirlər hələ açılmamışdı.
(Rabindranat Taqor)
Universitetə getdiyim birinci gün anlamışdım ki, təsəvvürlərimlə heç uyğunluğu olmayan yerdəyəm. Həm adamlar, həm də təhsil baxımından. Özlərindən razı, jestləri mədəni, mahiyyətləri isə kobud dekanlıq, müəllimlər, onlardan da təkəbbürlü, universitetə qəbulu, hüquq fakültəsinə ayaq basmağı böyük bir şey sayan, hətta özlərinə [...]