Elman ZalAzərbaycan bütöv deyil!
Azərbaycan tikə-tikə
Mənə oğul deyən dili,
Düşünməyin çəkin şişə!

Azərbaycan ölməyibdir.
Azərbaycan yaralıdır.
Dərbənd, Zəncan, Təbriz, Bakı
Bir-birindən aralıdır.
Azərbaycan qoca deyil,
Azərbaycan hələ cavan.
Bu cavanın sinəsində
Neçə talan, neçə viran.
Azərbaycan bütöv deyil!
Azərbaycan tikə-tikə,
Mənə oğul deyən dili
Düşünməyin çəkin şişə!
Mənə oğul demə, ana!
Utanıram Vətənimdən!
Məndən oğul olmayacaq!
Olmayıbdır ta əzəldən!

YA TURAN OLACAQ, YA DA Kİ, İRAN

İndi zamanıdır dur, Vətən oğlu,
Vətən haraydadır, dərddədir yaman.
Tarix yetişibdir, gəlibdir vaxtı,
Ya Turan olacaq, ya da ki, İran.

Bəsdir qul olaraq, qul yaşadınız!
Bəsdir doğma tutub, doğma asdınız!
Ey türk igidləri, niyə susdunuz?!
Düşmən torpağını eyləmiş viran!
Ya Turan olacaq, ya da ki, İran

Oyan Təbriz, Zəncan, oyan Marağa,
Çəkmə ətəyini, Urmu, qırağa!
Ya ölüm, ya qalım! Qalxın ayağa!!!
Yetər etdikləri bizlərə ziyan!
Ya Turan olacaq, ya da ki, İran.

Bir belə ayrılıq bizlərə yetər!
Nə qədər bu Vətən həsrətə dözər?!
Qalx ayağa, igid, qalx ayağa, ər!
Birləşib yaradın siz AZƏRBAYCAN!
Ya Turan olacaq, ya da ki, İran.

Bu zülm cavabsız qalmamalıdır,
Vətənin gülləri solmamalıdır
Təbriz, Zəncan - İran olmamalıdır,
Oyan, Səttərxanlar, yenidən oyan!!!
Ya Turan olacaq, ya da ki, İran.

Elman Vətən dərdin qəlbdə saxlamaz,
Yazar, savaş edər, amma ağlamaz.
Bu yara açılıb, qanı dayanmaz.
Gəlin el dərdinə olaq biz dərman!
Ya Turan olacaq, ya da ki, İran.