Bakı metropolitenində gediş haqqının ödənilməsinin kart sisteminə keçirilməsindən sonra fikirləşirdim ki, daha hər şey yaxşı olacaq. Ən azı, işə tələsəndə bezdirici jeton növbələri bizi bir az da gecikdirməyəcək. Üç-beş adamı vaxtında yola sala bilməyən əsəbi jetonsatan qadınların töhmət dolu baxışlarından, adamı pərt edən nalayiq sözlərindən və söyüşlərindən canımızı qurtardığımızı da zənn edirdim. Bəli, bundan sonra bunların heç biri olmayacaq, yalnız metrokartı göstərməklə metropliten stansiyasına daxil olacağıq, lap Avropa ölkələrində olduğu kimi. Lakin təəssüf ki, bu sevincim uzun sürmədi.
Əvvəlcə birdən-birə kart qıtlığı meydana çıxdı və böyük növbələr yaranmağa başladı. Yenə də mənim kimi çoxları işə gecikdi, indi də kartsatan və kartdolduran qadınların məzəmmətedici səsləri eşidilməyə başladı. Bütün bunları görməməkçün metrodan imtina edərək şəhərdaxili marşrutlardan istifadə etmək isə ağılsızlıqdır. Çünki istənilən marşrutda gedişhaqqı 20 qəpikdən aşağı deyildi, metroda isə ondan dörd dəfə ucuz - yəni 5 qəpik idi. Hər nə də olsa, cəhənnəm, metro ən ucuz nəqliyyat vasitəsidir. Metrodan mütləq istifadə etməliyəm, başqa çarəm yoxdur…
Beləcə, çarəsiz günlərimin biriydi. Metroda kart doldurmaq üçün növbəyə dayanmışdım. Bu vaxt kiminsə qoluma toxunduğunu hiss etdim. Dönüb arxaya baxanda, 15-16 yaşlarında, “priçoskalı” bir oğlanın mənə baxdığını gördüm:
- Əmi, məni də keçirərsən? – deyib, əlindəki 5 qəpiklik pulu yoxlayıcı nəzərlərlə mənə uzatdı. Sözsüz ki, oğlana acığım tutdu və onun 5 qəpiklik tutan əlini özünə tərəf itələdim:
- Ayıbdı səninçün, 5 qəpik nə olan şeydi, gəl keçirim səni!
Əvvəl onu keçirdim, sonra da özüm. Oğlan aparatdan keçən kimi “sağ ol” deməyi də unudub platformaya tərəf götürüldü. Əlbəttə, priçoskalı oğlanı “sağ ol” sözünə görə keçirməmişdim və onun təşəkkürünə ehtiyacım da yoxdur. O qədər olmuşdu ki belə hallar, neçə kartı olmayan adamı keçirmişdim aparatdan, nə olan şeydi ki. Axı bir gün mən də kartsız qala bilərəm, kiminsə köməyinə ehtiyacım olar…
Ertəsi gün yenə də həmin oğlanı kart növbəsində gördüm, bu dəfə oğlan yaşlı bir kişidən onu aparatdan keçirməsini xahiş edirdi, bu dəfə də 5 qəpiklik pulu ona uzatmışdı. Kişi də mənim kimi oğlanın pulunu qaytarıb, öz kartıyla onu aparatdan keçirdi. Elə oğlan da öz ənənəsinə sadiq qaldı - yenə “sağ ol” deməyib getdi…
Aradan günlər keçmişdi. Həmişəki kimi yenə də yolum metrodan düşmüşdü. Bu dəfə yuxudan gec durmuşdum, işə vaxtında çatmağım sual altındaydı. Tələsməklə itirdiyim vaxtın yerini doldurmaq istəyirdim. Lakin bədbəxtlikdən, arzulamadığım bir halla üzləşdim - keçid kartını evdə qoymuşdum. Yenidən 2 manatlıq keçid kartı almağım isə söz «konusu» deyil - cibimdə cəmi 20 qəpik pul var. Neyləməli, məcburam kiminsə kartına bir gedişlik yüklətdirib keçəm. Metro zəhrimar da elə bil məni görmüşdü, həmişə camaatın üst-üstə mindiyi kartdoldurma məntəqəsinin qarşısında indi məndən başqa heç kəs yoxdu. Gələnlər də birbaşa aparata yaxınlaşır, əvvəlcədən yüklədikləri kartla keçirdilər. Gözləməkdən başqa çarəm yox idi.
Bu zaman bir neçə gün əvvəl gördüyüm həmin priçoskalı oğlan kartdoldurma məntəqəsinə yaxınlaşdı və əlindəki keçid kartıyla 5 qəpiklik pulu şüşə arxasında əyləşən qadına uzatdı. Bəlkə də eyni hadisə iki dəfə təkrar olunduğundan onun sifəti yadımda qalmışdı, bəli, özüdü ki var! Tez oğlana yaxınlaşdım, yeganə pulum olan 20 qəpikliyi ona uzadaraq:
- Mənimçün də bir gedişlik yüklədərsənmi? - dedim. Hesab elədim ki, oğlan 20 qəpikdən bir gedişlik yüklətdirər, qalan pulu qaytarar. Priçoskalı isə deyəsən məni tanımadı, yenə də yoxlayıcı nəzərlərlə üzümə baxıb, dinməzcə pulu aldı, amma hamısını karta yüklətdirdi. Hirsimdən dişim bağırsağımı kəssə də dillənə bilmirdim. Aparatdan keçə-keçə məni fikir götürmüşdü: yox, ola bilməz! Bəs evə hansı pulla qayıdacağam? Bu anlarda mənə elə gəlirdi ki, priçoskalı oğlan bütün var-dövlətimi özününküləşdirib…
Priçoskalının səsi məni fikirdən ayırdı:
- Əmi, heç olmasa, “sağ ol” de də…
Qulaqlarıma inanmadım, həmin anda hansı hisslər keçirdiyimi bəlkə də bütün ömrüm boyu sözlə ifadə edə bilməyəcəyəm. Qəzəblə bağırdım:
- Nəəəə? Hələ bir sağ ol da istəyirsən? Sənin kartına 1 gediş haqqı, üstəlik də 3 “sağ ol” yüklətdirmişəm, bəs deyil?
Oğlan qorxunun yaratdığı çaşqınlıqla mənə baxdı:
- Əşi, niyə hirslənirsən, bir sözdü dedim də, deməmiş olum, - deyib aradan çıxdı.
O gündən sonra priçoskalıya metroda rast gəlmədim. Həmişə metroya düşəndə kartdoldurma məntəqəsinin qarşısında gözüm istər-istəməz nifrət dolu baxışlarla o priçoskalı fırıldaqçını axtarır…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Şahanə
İyul 25th, 2007 at 12:53
Evez bey, bu hekaye ozunuzun xosunuza gelib, he?
Kenan Mecidov
İyul 25th, 2007 at 18:17
Buna hekaye demezdim, gunumuzun realligini eks etdiren yazi demek daha dogrudur deye hesab edirem.
Seyid Ramin
İyul 25th, 2007 at 20:29
Əvəz çox istedadlı yazıçıdır. Eyni zamanda çox gözəl şairdir. Çox istərdim ki, onun şeirləri; satira və qəzəlləri də “Bizmki”də çap edilsin.
Hekayə də əla idi.
Hamıya uğurlar…
İsmayıl
İyul 25th, 2007 at 20:30
Əvəz bey, sizi çagdaş satirik şerimizin en istedadlı nümayəndəsi kimi tanıyıram, bəs bu hekayə yazmaq haradan aglınıza gəldi?
A.Ağdami
İyul 27th, 2007 at 15:42
Əvəz qardaş, heyf ki, bu bir həqiqətdir…Qələmin kəskin olsun!
Aziz
İyul 27th, 2007 at 16:01
Evez bey men senin demek olar ki yaradiciligini cox hissesi ile tanisam. men deyerdim ki senin satiralarin cox gozeldi, hekayende xosuma geldi. senin birinci oxudugum hekayendi, amma acigi serlerine catmaz.
Seyid Ramin
Avqust 9th, 2007 at 18:44
Bu gün (8 avqust) Əvəz Qurbanlınım ad günüdür. Onu ad günü münasibətilə təbrik edirəm. Xoşbəxtlik və yaradıcılıq uğurlarıarzu edirəm. Allah dostu olmağı arzu edirəm. Yeni əsərlər güzləmək arzusu ilə: Seyid Ramin.
Aygün 7
Avqust 11th, 2007 at 11:35
Qələminiz kəskin, səmimi və gözəldir. Amma bu, daha çox felyetona, ya da məqaləyə bənzəyir.
*_*KeNaN*_*
Avqust 18th, 2007 at 13:45
Oxudum Ve Xosuma,Geldi Cox Yaxshidi.Birde O Picoskali Oglana Demek isteyiremki Qaqa Sen Corek Tapasan Arasina Qoymaga Kalbasada Tapasan.
Vusal
Aprel 30th, 2008 at 12:57
“Hekaye yazmaq haradan agliniza geldi” sualina man da sharik oluram!