
Xalqım üçün yeni proqram yazmışam. Millət olmaq naminə bir proqramdır. www.milletolaq.biz saytına girdikdən sonra “Yükləmə” bölməsinə keçin və “Millət.exe” proqramını kompyuterinizə yükləyin. Daha sonra kompyuterinizdə çıxacaq olan “Ürəyim” faylını “.zip” formatdan çıxardıqdan sonra “Ürəyim” qovluğu yaranacaq və həmin qovluğu açın. İçindəki “Millət.exe” faylına “siçan”la iki dəfə ehmalca üzərinə vurduqdan sonra proqram yükləmə prosesinə başlayacaqdır. Amma burada diqqət yetirməniz gərəkən bir neçə nüans var ki, “Rüşvətxorluq.exe”, “Yerlibazlıq.exe”, “Yaltaqlıq.exe” və “Qorxaqlıq.exe” proqramları qapalı olmalıdır.
Bunlar çalışdığı müddətdə “Millət.exe” proqramı kompyuterinizə yüklənə bilməz. Bağladınızmi? Ay sağ olun! Mən şəxsən məsləhət bilərdim ki, həmin yuxarıda sadaladığım proqramları kompyuterinizdən birdəfəlik rədd edəsiniz. Çünki həmin proqramlar kompyuterinizdə olduğu müddətcə “Millət.exe” proqramının fəaliyyətinə maneə olacaq, hətta o proqramlar işlək olmasalar belə. Keçək yükləmə prosesinə.
Əgər dediyim proqramları kompyuterinizdən sildinizsə, hal-hazırda “Millət.exe” proqramını yükləmədə heç bir problem olmamalıdır. Amma təbii ki, bir neçə istisnalar var. Əgər proqramı yükləyərkən monitorunuzda “Xəta 666 – Bu proqram sizin sistemdə çalışmayacaq!” kimi ismarış peyda olsa, o zaman vay halınıza. Yox, narahat olmayın, bunun üçün də çıxış yolları tapmışam. Yuxarıda yazdığım saytda “Əlavə dəstək proqramları” bölməsindən “Adam olmaq” faylını kompyuterinizə yüklədikdən sonra onu “.zip”likdən çıxardın və “Adam olmaq” qovluğunu açın. Orada gördüyünüz “Xoş xasiyyət.exe”, “Vətənpərvərlik.doc”, “Əxlaq və iman.txt”, “Cəsarət.wmv”, “Qeyrət.doc”, “Azad düşüncə.mp3” və “Birüzlülük.jpg” fayllarını kopyalayıb, “Ürəyim” qovluğuna atın. Bu prosesi bitirdikdən sonra “Millət.exe” proqramının yükənməməsi qeyri-mümkündür. Bir şeyə də diqqət yetirin ki, kompyuterinizdə “Ümidsizlik.exe” və “İnamsızlıq.exe” faylları mövcud olmasın, əks təqdirdə bunları zibil qutusuna tullayıb, qutunu boşaldın. Bəli, “Millət.exe” proqramı artıq kompyuterinizdə işlək vəziyyətə gəldi, sizləri təbrik edirəm!
Onu da qeyd edim ki, bu proqram tamamiylə pulsuzdur. Xalqımızın yaxşı və xeyirli şeylərə pul xərcləmədiyini göz önündə tutaraq bu qədər zəhmətə qatlandım. Nə də olsa, inşallah bir faydası toxunacağını güman edirəm. Və bu proqramı istifadə edən hər bir soydaşımdan xahiş edirəm ki, proqramın saytını bütün yaxınlarınıza, dost-tanışlarınıza bildirəsiniz. Onlar da bildikləri və tanıdıqları ilə bu proqramı bölüşsələr, problemimiz aradan qalxar. Çünki millət olmağımıza ehtiyacımız var.
Daha bir qeyd də bundan ibarətdir ki, proqramı problemsiz kompyuterinizə yüklədikdən sonra www.inkishaf.com saytına girərək növbəti mərhələli proqram və məsləhətlərdən istifadə edə bilərsiniz. Amma “Millət.exe” proqramından istifadə etmirsinizsə, bu saytın heç bir əhəmiyyəti yoxdur.
Həqiqi millət olma naminə…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Kenan Mecidov
İyul 26th, 2007 at 20:48
Bilmirem ilk mene dedin ya ilk sherh yazmaq mene qismet oldu, amma onu demeliyem ki, super bir yazidir. Chox az yazarsan, amma chox yaxshi bir yazi yazarsan. Bir chox insanin ibret alacagi bir yazidir. Davamli olmasi dileyi ile…
Gülşən Cəbi
İyul 26th, 2007 at 21:16
Xoşuma gəldi. Təbrik edirəm!
Şəms EL
İyul 27th, 2007 at 04:04
Həmişəki kimi Həbibdən yenilik. Maraqlı yazıdır. Xoşma gəldi. Amma http://www.milletolaq.biz məndə açılmadı
Təbriklər, Həbib!
Sima N.
İyul 30th, 2007 at 20:26
nə demək istədiyiniz aydındır, amma bu qeydlərin ədəbiyyata dəxli yox. Millət olmaqdan ötrü gərək əvvəlcə Şəxsiyyət olsun, məhz bu şəxsiyyətlər milləti təşkil edir. Xəta 666 (İblisin simvolu) - yaxşı tapıntıdır
DDEED
Avqust 1st, 2007 at 01:58
tebrik edirem, Hebib,
ela alinib,
salamlar
ughurlar
Cinmus.
Avqust 1st, 2007 at 12:28
Tebrik edirem cox gozel yazidir.Amma mene ele gelir ki bu proqram cox az adamin kompyuterinde acilaca onun haminin kompyuterinde acilmasi ucun hele zaman ehtiyacimiz var.Sima N demek isteyirem ki bizde sexsiyyet coxdur.
Lale
Avqust 1st, 2007 at 15:47
Halaldi,Hebib, gözel yazidir
muslim_007
Avqust 1st, 2007 at 18:45
Xoşuma gəldi. Hətta iki dəfə oxudum. Bu cür yazılarının davamını diləyirəm. Tebrik, təşəkkür və müvəffəqiyyət arzularımla…
Aygün 7
Avqust 11th, 2007 at 11:32
İstəyirsiniz yaxşı yazın, istəyirsiniz pis, istəyirsiniz dahi olun, istəyirsiniz cadəcə cızma-qaraı… milləti təhqir etməyin! Bu ölkənin pasportunu cibində gəzdirən hər kəs millət hesab olunmur. Millət xalqın mənəviyyatını, təfəkkürünü, ruhunu, əxlaqənə özündə yaşadıb inkişaf etdirərək özündən sonrakı nəslə ötürən şəxsiyyətlərdir. (A. Həsənoğludan) Bir rüşvətxora, lap min yalançıya, hansısa cahillərə görə millətə haqarət etmək olmaz! Heç kəsin də haqqı yoxdur milləti alçaltsın, ona həqarət etsin.
Guler
Avqust 13th, 2007 at 17:56
Sevirem de bu uslubu:)Guldure guldure oyretmek.Oyrenmeyende oldurmek:)Superdi Hebib.Teshekkurler.:)Yazilarinin ardini sebirsizlikle gozleyirem.
Samir
Avqust 20th, 2007 at 15:37
Antivirussuz uzağı 1 həftə işlədərsən bu proqramı. Mən antivirus göndərərəm.
Seyid Ramin
Sentyabr 23rd, 2007 at 02:50
Yazı çox zəifdir. Bəyənmədim. Üzərində işləsən alınar.