Şəbnəm Bəkirzadəsəninlə yalnızlığı unutdum
yalnızlığı
artıq düşüncələrimdə biri var
dərdləşdiyim,
bölüşdüyüm,
sevişdiyim…

səninlə özümü sevməyi unutdum
özümü sevməyi
necə də boz,
ağ-qara,
rəngsizəmmiş

səninlə səni unutdum
səni
səninlə olmaq axmaqlıq,
səfehlik,
qürursuzluq

səninlə unutmağı unutdum
unutmağı

Balaca

Sənə pislik etdim
sevdiyimdən
çox sevdiyimdən

Etiraf etsəm
anlamayacaqsan,
bağışlamayacaqsan heç vaxt
sevməyəcəksən məni
unutmayacaqsan
sənə etdiyimi

Böyük deyilsən də, ondan

Balacasan
mənim balam,
balaca
elə ona görə sevirəm səni
mənim arzularım qədər balacasan
sevgin qədər balacasan
balaca