Yukio Misima (Kamitake Xiraoka) - Yapon ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. 14 yanvar 1925-ci ildə Yaponiyada, Tokio şəhərində doğulub. İlk qısa hekayəsini on altı yaşında ikən “Yukio Misima” təxəllüsü ilə çap etdirib. İkinci dünya müharibəsindən sonra Tokio universitetində hüquqi təhsil alıb və 1948-1949-cu illərdə Maliyyə Nazirliyində çalışıb. “Maskanın etirafları”, “Qızıl Pavilyonun Qülləsi”, “Qadağan edilmiş güllər”, “Dənizin rədd etdiyi dənizçi”, “Günəş və Polad” və digər romanların müəllifidir. 40 roman, ekranlaşdırılmış 15 əsər, Yaponiya, Amerika və Avropada səhnələşdirilmiş 18 əsər, 10 esselər və hekayələr kitabının müəllifi Yukio Misima 7 dəfə Yer kürəsini səyahətə çıxıb, adı 3 dəfə Nobel mükafatına namizədlər siyahısına salınıb. 25 noyabr 1970-ci ildə xarakiri edib.
TURŞƏNG ÇİÇƏKLƏRİ
O, cibindən balaca top çıxartdı və uca Göy üzünə atdı.
Mavi Göy üzü.
Göy üzü topu aldı, özünə qaldırdı və çox tez də qaytardı.
Oğlan topu tutdu və sanki bu Göy üzünü əlinə keçirmiş kimi, yenidən atdı.
Sonra o nəfəs aldı, dərindən-dərindən. Hələ heç vaxt, nə evdə, nə də küçədə o, belə nəfəs ala bilməmişdi: bu, daha çox qida idi, nəinki nəfəs. Bütün ağzını hava ilə dolduraraq o, qəribə dad və qoxu duyurdu- mavi səma və ağ buludlar… bu dad və qoxu hardan gəlirdi- bilmirdi, amma hər halda hiss edirdi ki, mənbəni bilir.
Onu yenidən sevinc bürüdü.
Həqiqətin- dad və qoxu mənbəyinin dərkindən. Və o, indi yerin mahiyyətini başa düşdü.
Yer ürək döyüntüsünə bənzər rəqsinə başladı. Meşə, meşədə olan hər şey bu rəqsə musiqi çaldı. Və o da hər şeyi- musiqini, rəqsi anlayırdı. Meşə oxuyurdu, təpədən şimalda yaşıl zəmilər dənizi oxuyurdu, balaca quşcuğazlar oxuyurdu. Bu anda o, bu quşcuğazlarla danışa bilərdi.
Oğlan meşəyə girdi və azdı. Ay doğdu. Və qəfildən meşənin kölgəsindən bir adam onun qarşısına çıxdı.
- Hara gedirsiz?
- Səyahətə yollanırdım, amma bir şeyi evdə unutmuşam…
- Evdə? Siz təpənin üstündəki “həbsxana” adlanan, atılmış boz evi deyirsiz?
- Hə, mənim evim belə adlanır- “həbsxana”… - Adam belə cavab verdi, təəccüblənərək.
- Siz yəqin məhbussuz və nəyisə həbsxanada unutmusuz? Tapandan sonra yenidən çıxacaqsız?
Oğlan kişinin baxışını tutdu və uzun müddət gözlərini çəkmədi. Oğlanın gözləri payız gölünə bənzəyirdi- elə saf, elə təmiz idi ki, dibindəki bütün qum dənələrini saymaq olardı. Bu saflıq qorxudurdu. Öz mükəmməlliyi ilə qorxudurdu… Təmiz mirvari görəndə ona əllə toxunmağa uzun müddət qorxursan: o, öz təmizliyinin sirləri ilə elə qorxudur ki.
- Hə, hər şey belədi, - kişi cavabında dilləndi.
O hələ burnunun altında danışırdı, oğlan isə üstünə atıldı, üzünü ona uzadılmış əllərdə gizlətdi və ağladı…
Hündür ağacdakı bülbül də ağlayaraq səsinə səs qatdı.
- Siz ordan çıxmamalısız!.. Bizə burda, təpədə oynamağı qadağan edərlər… Boz evinizə geri qayıdın.
Ah çəkərək, adam aya baxdı. Onun gözləri Akaxikonun gözləri kimi saf idi.
- Mənim uşağım var idi; belə balaca oğlan…
- O, indi hardadır ki?
- İndi o, qağayıdır, dənizin üzərində uçur. O, dalğalar arasında gümüşü balıq pulcuqlarını axtaranda boynunu suya salır. Və deyir: “Məni boz axşam dənizində öldürdülər, mənim qatilim- dərinlikdədir. Və o, üzə çıxmayana qədər mən bu dəniz üzərində dayanaraq, gözləməliyəm…”
- Nədən danışırsız?!
Və adam davam edirdi:
- Həmin zavallı qağayını öldürmüş iblis üzə qalxmağa yol tapdı. Bilirsən, ona bu yolu kim göstərdi? Sən… Mən də səni xoşbəxt edəcəm. Həbsxanaya qayıdıram.
Meşənin axırında məhkum uşağı tərk edir və yamaca dırmaşaraq, öz boz evinə qayıdır.
İl keçir.
Və turşənglər yenidən yayılanda həbsxana darvazalarında azad edilmiş görünür. Oğlanlar, onun dostları artıq onu gözləyirlər.
Azad edilmiş çıxır:
Hər yerdə parlaq işıqlar, nur var. Uşaqlar onun üstünə qaçır və ətrafında otluqda otururlar.
Nur, şölə və hər yerdə yayılmış turşənglər.
Uşaqlar aşağıya baxırlar və birdən görürlər ki, orda, təpənin ətəyində nə isə böyük və qara bir şey onlara doğru hərəkət edir. Bunlar qadınlardır. Akixiko ana. Tosiko ana. Üç, dörd… Onların addımları soyuq və duyğusuzdur. Onlar yaxınlaşırlar və uşaqlarının əllərindən tuturlar:
- Cinayətkara əlinlə toxunmusan? Murdarlıq!.. – Və uşaq əllərini cib dəsmalları ilə silirlər. Adam diqqət edirdi, cib dəsmalları necə havaya qalxaraq gözdən itir. Qadınlar qəzəblə ona qışqırmağa başlayırlar. Adam dinmədən təzim edir və turşəng çiçəkləri dərərək, uşaqlara verir: hərəsinə bir çiçək və geriyə baxmadan gedir. İndi hər bir uşağın sağ əlində bir çiçək var.
- At bunu! At! – Anaların kəskin, sərt baxışları.
Turşəng çiçəkləri. Yerə yıxılaraq, hamı batan günəş altında şəfəq saçır.
Ah, turşəng çiçəkləri: soyuq otlar üzərində qırmızı hərarət…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Aslan
Avqust 2nd, 2007 at 21:28
Gülşən xanım!
Belə gözəl hekayəni tərcümə edib oxucuların nəzərinə çatdırdığınız üçün Sizə təşəkkür edirəm. 25-ci ildə anadan olub, amma yazdığına bax. İlk dəfədi turşəng çiçəklərinə təsadüf edirəm.
Yazını hansı dildən tərcümə edibsiz? Məncə dilimizin xüsusiyyətlərini nəzərə almadan sətri tərcüməyə üstünlük veribsiz. Bizdə bu qədər “və”, “o” işlədilmir, cümlə quruluşu belə olmur, cümlələrdə qeyri dəqiqlik var. “Turşənglər yenidən yayılanda”, “Yerə yıxılaraq, hamı batan günəş altında şəfəq saçır” və.s. Rus dilindən tərcümə edibsizsə, bu cümlələrin originalını yazmağınızı xahiş edirəm
Yenə də təşəkkürlər! Uğurlar!
R.S. Şəxsi sual. Hec turşəng görübsüzmü?
Gülşən Cəbi
Avqust 2nd, 2007 at 23:12
Salam! Xoş sözlərə və sağlam münasibətə görə çox sağolun!
Dilimizin xüsusiyyətlərini imkan daxilində nəzərə almağa çalışmışdım, sadəcə, hekayənin öz üslubu çox xoşuma gəlmişdi, ondan tam ayrıla, özümüzə tam uyğunlaşdıra bilmədim (= bilmirdim), üslubunda bir növ ssenari əhval-ruhiyyəsi var idi (texniki tərəfdən), həm də bəzən hiss etməyə başlayırdım ki, yavaş-yavaş mətni öz (şəxsi) deyim tərzimə köçürürəm, üstəlik, hekayəyə başlayanda fikirləşdim ki, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” şeiri hekayənin əvvəliylə eyniyyət təşkil edir (bu fikir də təsirsiz ötüşmürdü), ona görə də sərhəd saxlamalı oldum. “Və” ilə “o”ları da xeyli ixtisara salmışam, amma razıyam ki, yenə də mətndə çox qalıb və ümumiyyətlə, tərcümə variantının üzərində ciddi, əsaslı şəkildə işləməyə ehtiyac var.
“Türşənglər yenidən yayılanda” çiçəklərin yenidən yayıldığı dövrü, əvvəl baş vermiş hadisələrdən müəyyən bir vaxtın keçdiyini nəzərdə tutur, o biri cümlə isə ” Hamının yerə yıxılıb, batan günəş altında şəfəq saçması” məzmunludur.
Şəxsi suala gəldikdə isə, turşəngin şəklini botanika kitablarında görmüşəm.
Sizə də uğurlar!