Mənim sevda nağıllarımın
sayı bitib-tükənməz…
Hər bir yeni nağılın
başlanğıcı sonluğundan
xəbər verər,
Heç bir sevda nağılım
xoşbəxt sonluqla bitməz…
Hər nağılım bitdiyində
öyrəndim daha sərt olmağı
daha laqeyd, daha soyuqqanlı
yanaşmağı
tərk edilmələrə,
məyusluq dolu xatirələrə…
Hər nağılımın sonunda
göydən üç alma da düşdü
heç biri mənə çatmadı
tənha qalmış, sınıq qəlbi
ovutmadı…
Bu gün yenə başlayıram
yeni sevda nağılıma
hazıram, rastlaşacağım
məyusluqlara…
***
Dəniz…
Hər sevginin başlanğıcı
həm də sonu
nazlı dəniz…
Tənhaların təsəllisi
Sevgililərin nəğməsi
Dərdlilərin ah-naləsi
Qayğılı,
sevdalı dəniz…
Şahid olmuş
saysız Günəş doğuşuna,
batışına
və savaşına
düşüncələrin
dalğaların üzərində
coşqun dəniz…
İçində gizlidir
neçə göz yaşı
heç vaxt unudulmayacaq
minlərlə həyat yaddaşı…
sirli dəniz…
Sahilinə həkk olunmuş
duyğuları,
riyakar yazıları
iz qoymadan
udan dəniz…
Böyük ideyalar sahibi
dağıdıcı,
öz etiraz dalğasını
çəkinmədən
usanmadan
çırpa bilən
insanlığın düz üzünə
üsyankar, inadlı dəniz…
Hər sevginin başlanğıcı
həm də sonu
nazlı dəniz…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Novarg
İyul 30th, 2007 at 10:48
Gozel sheirlerdir… Muellifi de gozeldir…
Ryabina
İyul 30th, 2007 at 13:35
Salam, Şəms…
Hər dəfə sənin şeirlərini oxuyarkən Röyanın ifası yadıma düşür…Sənin şeirlərin də bəm, sakit, sevimlidir…elə sakit, yuxulu dəniz kimidir də desəm, yerinə düşər…amma bu barədə Novarg daha gözəl deyə bilər…Yuxulu dəniz onun mövzusu…Uğurlar, Şəms…
Yasin Türksoy
İyul 30th, 2007 at 14:32
Salamlar. Birbaşa keçirəm mətləbə. MƏNTİQ: əgər sevda nağılları xoşbəxt sonluqla bitmirsə, demək o heç sevda nağılları da deyil. Olsa-olsa bədbin nağıllar olar.
Misralardan tərk edilmək, bədbinlik, soyuqluq duydum. Həyat nə qədər sərt olsa da çalışın NİKBİN OLUN!
rebiqe
İyul 31st, 2007 at 02:16
birinci sheir sozsuz gozeldi… ikincide bir az qebul etmediyim hisseler var. yeni men mutexessis deyilem amma sirf subyektiv fikrimi deye bilerem. sheirin ikinci abzasi bir az meni achmadi, bir de Böyük ideyalar sahibi ifadesi mence agirliq getirir…
senin sineden gelen 4 misralarin var ha onlar lap ghozeldir… birinci sheir qeder… sende sozden chox hiss var, men Royanin ifasi ile muqayise elemek istemirem… qoy tebietdeki sesler olsun - yagishin, qushlarin, dalgalarin sesi…
ugurlar…
Cinmus.
Avqust 1st, 2007 at 12:16
Size gelecek islerde ugurlar. Pis deyildi lap yaxsi da deye bilmerem.Yene de ugurlar
CEBI
Avqust 6th, 2007 at 15:31
SALAM. MEN MENALI, IÇEİNDE HİKMET OLAN SERLERI OXUMAGI SEVIREM. SENİ SERİN COX XOSUMA GELDİ. BEZİ DOGRULAR VE YALNIŞLAR TAPDIM. ANCAQ BUNU İZAH ETMEYE HAQIMIN OLMADIĞINI DÜŞÜNUREM. ÇÜNKİ BU BAREDE YETERİNCƏ ELİM SAHİBİ DEYİLEM. ALLAHA İNANİRSAN VE SENİN NURLU ÜZUN VAR.TEMİZ QƏLBİNİN OLDUGUNA İNANIRAM. GÖZEL SÖZLER İSE YALNİZ TƏMİZ QƏLB SAHİBİNDƏN GƏLƏ BİLER. SINİN KİMİ İNSANLARIN İRƏLİ GETMESİNİ ÇOX İTERDİM. SÜKANI BELƏ SAXLA …… ALLAHA EMANET OL
Şəms EL
Avqust 16th, 2007 at 10:04
Salamlar!
Diqqətinizə və şərhlərinizə görə minnətdaram.
Yasin bəy, nağılların həmişə xoşbəxt sonluqla bitəcəyini kim dedi ki? Həm, ən böyük sevda nağılları məhz bədbin sonluqla bitənlərdir.
Hər birinizə bir daha təşəkkürlər…
ClassiC
Avqust 19th, 2007 at 01:56
Şəms EL, bəyəndim! Yazan əllərin var olsun!
Mələk
Qəşəm Nəcəfzadə
Avqust 19th, 2007 at 19:23
salam, mən bu şeirlərdə poeziya görmədim. Hamısı oxunub qurtarmış, tanış informasiyalardı, yenilik yoxdur. Amma sizin yaxşı şeirlərinizi vaxtı iıə oxumuşam
Novarg
Avqust 20th, 2007 at 01:11
Qeshem muellim haqlidir, esl poeziya ashagidaki “sheir”dedir:
Obanın yaraşığı itdi,
İtin yaraşığı pişikdi.
Qızın yaraşığı oğlandı,
Gəlinin yaraşığı
doğmaqdı.
scorpion
Avqust 20th, 2007 at 14:30
Novarg!!! Bu kimindi bele? Qeshemindi yazsan menim sozum yoxdu!!!
Məhsəti Musa
Avqust 20th, 2007 at 16:49
İkinci şeri bəyəndim.Sadəcə bir oxucu kimi.Yeni şerlərinizi də oxumaq istərdim.
Qəşəm Nəcəfzadə
Avqust 21st, 2007 at 02:31
Bu novarq “dejurnu” kimi dayanıb, imkan vermir ki, şeir haqqında fikir bildirək. Şəms, birinci şeirin Eyyub Yaqubovun Bakı haqqında oxuduğu mahnının intonasiyanı xatırladır. Sonda bu misra babatdı:”hazıram rastlaşacağım məyusluqlara” 2-ci şeirdə “qayğılı, təsəlli, məğməli, sevdalı dəniz epitetləri miyon dəfə deyilib, artıq heç bir ədəbi xarakter daşımır Və “dalğaların üzərində coşqun dəniz” misrası nə deməkdir?, yaxud “Hec vaxt unudulmayacaq minlərlə həyat yaddaşı” hansı poetik anlamı verir? Yene dəhəmin şeirdə “böyük ideyalar sahibi” şeir misrasıdımı? Bütünlüklə bu şeirlər 50-ci illəri xatırlatdı mənə. Qaldı ki, məndən gətirilən misallara mən artıq metoforalardan imtina etmişəm.Bu şeiri onlar başa düşmürlər.Sadəcə onların ədəbiyyata münasibəti başqadı, mənimki başqa.
scorpion
Avqust 21st, 2007 at 11:32
Qesem bey senin sherinde olan bir- iki metaforaydi ondan da imtina etmisen…Yerinde de hech ne qalmayib…
“Bu sheri onlar basha dushmurler” -gulunc seslenir. BU SHER DEYIL…Dolamisan bizi???
P.S. Ancaq Shems xanimin sherleri doghrudan da zeifdir…
Novarg
Avqust 21st, 2007 at 12:28
Her bir sahede “dejurnu” lazimdir, Qeshem muellim, eks-halda, mes., Siz bu qeder achiqlama vermek mecburiyyetinde qalmazdiniz…Amma metaforadan imtina ile bagli dedikleriniz meni xeyli teeccublendirdi…
…Allah kishini yaratdi ve tenha qalmasin deye ona bir yoldash da yaratmaga qerar verdi… chagirdi kishini ve dedi:
- senin uchun bir yoldash yaradacam, tek qalmayacaqsan, o her zaman senin yaninda olacaq, isteklerini yerine yetirecek, sene qulluq edecek ve s. Amma bunun evezini odemelisen…
Kishi sorushdu:
- ne ile odemeliyem?
- ayaqlarindan birini vermelisen…
Xeyli dushundukden sonra kishi sorushdu:
- yaxshi, bes qabirgamdan birini versem, evezinde nese yaradarsanmi…?
Ve Allah qadini kishinin bir qabirga sumuyunden yaratdi…
Bax, esl metafora budur…
Bir sheyden imtina etmek uchun, en azi ona sahib olmaq lazimdir…
Ryabina
Avqust 22nd, 2007 at 11:31
Novarg…mənə göndərdiyin altıcildliyini oxuyub bitirdim nəhayət…Aman..! Ədəbiyyatımızda nələr varmış..!
Sən elə “dejurnı” olsan yaxşıdır…Yoxsa örüşlərdən - görüşlərdən yazanlar hələ çox meydan sulayıb şeytan dolayacaqlar…
Oxucu
Dekabr 6th, 2007 at 02:12
seir deyil bunlar.qulaga xos gelen ritmlerdi.
leyla
Avqust 7th, 2008 at 14:18
1 ci sherin haqqinda no comment
2-ci deniz sherin haqqinda onu deye bileremki,
Şahid olmuş
saysız Günəş doğuşuna,
batışına
və savaşına
düşüncələrin
dalğaların üzərində
coşqun dəniz
bu misra xoshuma geldi,axir ki bu saytda oxudugum nese xoshuma geldi.
tekmilleshdirmek lazimdir ,yazmaq isteyirsense mutleq inkshaf etmelisen bu yonde.
yenede yardiciliq isteyini yuksek qiymetlendirir,sene yaradiciliq ugurlari arzu edirem.
oxucuya
her ritmde sher var,
her sherde ritm …
Novarga halal olsun,seni tanimaq isterdim.
yazilarin varsa oxumaq isterdim.
salmanova84@yandex.ru