Dosta göndər
|
Çap et
Sözün düzü, onu ilk dəfə Tehran müəllimin monopoliyasında olan “Yenisi” ədəbiyyat və sənət cərəyanı adlı saytda tanıdım. Şeirlərini gənclər bölməsində oxumuşdum. Daha sonra “Bizimki”də dəyərli şərhləri ilə müasir ədəbi imzalara tənqidləri ilə öz töhfəsini əsirgəmədi. Sonradan o da “Bizimki” oldu və müsahibimiz Sima Ənnağıdır. Buyurun, Sima xanımı yaxından tanıyaq…
Mümkünsə, Sima xanım, özünü oxucularımıza tanıtdırardı.
Mən Bakıda döğulmuşam, indiki BSU, mən oxuyan zaman isə M.F.Axundovun adını daşıyan pedaqoji institutu bitirmişəm, sonra da BDU-da psixologiya kursunda oxumuşam. İki ixtisasım var: rus dili müəllimi və psixoloq. Hal-hazırda orta məktəblərin birində çalışıram. Bədii yaradıcılıqla məşğul olur, rus dilindən tərcümələr edirəm.
Jurnalın idarəçiləri mənə tapşırıblar ki, bir qədər geniş yazım, ona görə bəzi təfərrüatlara varmaq məcburiyyətindəyəm.
Bayaq qeyd etdim ki, tərcümələr edirəm. Əlimə maraqlı bir kitab düşəndə onu tərcümə etməyi elə arzulayıram ki… Niyə bizim oxucu müasir Avropa, Amerika, hətta Asiya (yapon poeziyası üçün ölürəm, müəlliflərin adları yadımda qalmasa da) ədəbiyyatından məhrum olmalıdır? Niyə başqa ölkələrdə gedən ədəbi proseslərdən, yaranmış ədəbi cərəyanlardan, yeni fəlsəfi nəzəriyyələrdən xəbərimiz olmasın? Düzdür, internetdən nəsə tapıb oxuya bilərik, amma bu tanıtma və ədəbi maarifləndirmə işi sistemli, hərtərəfli və məqsədyönlü şəkildə həyata keçirilməlidir. Bu baxımdan tərcümə işinin bərbad vəziyyəti haqqında Rasim Qaracanın ürək ağrısıyla dedikləriylə tam razıyam.
Sizə görə, ədəbiyyatın, ələlxüsus da şeirin Azərbaycan cəmiyyətində rolu nədən ibarətdir? Nə dərəcədə təsir gücünə malikdir?
Bilmirəm niyə ədəbiyyatın və şeirin Azərbaycan cəmiyyətində rolundan danışırsız. Sovet dövründə yaradılmış ədəbiyyat müasir insanın mənəvi-estetik tələbatlarını artıq ödəmir, çağdaş ədəbiyyatımız isə çağalıq dövrünü yaşayır. Bu çağanın böyüyüb inkişaf etməsi yaxud, məhv olması yazarların əlindədir. Deyə bilərsiz ki, axı indi oxucu qıtlığı var. Bu labüd prosesdir. Sovet vaxtı TV-də verilişlər maraqsızdı, internet yoxdu, xariclə əlaqələr məhduddu. Ona görə boş vaxtı mütaliəyə sərf edirdilər. İndisə mütaliə üçün kütlənin vaxtı yoxdur, amma az sayda ədəbiyyata sadiq, əsil söz sərxoşları (yaxşı mənada) var, elə ədəbiyyat da onlar üçündür. Əsər kütləyə deyil, insana hesablanmalıdır, əgər bir şəxsiyyətə təsir edə bilsək, missiyamızı yerinə yetirmiş hesab edərik. Hər halda mənim fikrim belədir.
Ümumi çagdaş ədəbiyyatımızın hal-hazırki vəziyyəti qənaətbəxşdirmi?
Yəqin ki, hələ bir kitabı da çap olunmamış şair kimi, ədəbiyyat haqqında geniş danışmağım gülünc olar. Gəncliyimdə mən şəxsi zəmində çox güclü stress keçirtdim, onda yazılarımı, gündəliklərimi yandırdım. Və qərara aldım ki, bir də yazmayacam. Amma bu mümkün olmurdu, sözlər özü mənə gəlib, beynimi zəbt edərək yorurdu. Mən onda anladım ki, sözün içində boğulmaq nə deməkdir… İndi hərdən-bir köhnə kitabların arasından saralmış vərəqlərimi tapanda, elə bilirəm ki, doğma bir adamla görüşürəm. Nə isə… Kədərli anları unudaq, yaxşı söhbətlər edək. Əgər bir sponsor tapa bilsəm, 50 şeirdən ibarət kitabımı çap edəcəm, amma bu xasiyyət ki, məndə var, çətin bir sponsor tapıla
İndi sərbəst şeirə diqqət daha da artıb. Mən bunu həyatın dinamikliyi, yaşam sürətinin artması, sərbəst fikir yürütmək eşqi ilə izah edirəm. Qafiyə, sətir ölçüsü və ritm naminə mənanı qurban vermək istəməyənlər sərbəst şeirə üstünlük verir. Məncə, şeiriyyət meydanı hər yaradıcı insanın üzünə açıq olmalıdır, yazı üslubundan, eləcə də dədə-babasından, nəsli-nəcabətindən asılı olmayaraq hər istedada öz sözünü deməyə şans verilməlidir. Məhz istedad (bu anlam nə qədər subyektiv olsa da) ədəbiyyatın əsas meyarı olmalıdır, bu istedad sənətin qızıl qanunlarını darmadağın etsə də.
Cağdaş ədəbiyyatımızda sözünü deyən adamlar var. Mən yalnız oxuduğum və bəyəndiyim yazarların adlarını çəkəcəm: Mehman Qaraxanoğlu, Zahir Əzəmət, Rafiq Tağı, Rasim Qaraca, Şərif Ağayar, Sevinc Çılğın, Səlim Babullaoğlu, Azad Yaşar, Nərmin Kamal… Kimin adını çəkmədimsə, sadəcə hələ onların yaradıcılığı ilə kifayət qədər tanış deyiləm. Bir də Xaqani Hası, filosof Ağalar Məmmədovu diqqətdən qaçırmayaq.
Məlum məsələdir ki, qadın qüvvəsi cəmiyyətdə əvəzolunmaz gücə malikdir. Bəs bugünki müasir Azərbaycan ədəbiyyatında qadın yazıçı və şairələrimizin aktuallığı sizi qane edirmi? Necə dəyərləndirirsiniz?
Bizim cəmiyyətdə qadın qüvvəsini bu qədər şişirtməyin. Əlbəttə, indi ədəbiyyatımızda qadınlar da öz sözünü deməyə çalışır, amma bu söz daha çox daxili aləmi, duyğuları, qadın psixologiyasını əks etdirir. Modada uniseks adlanan bir istiqamət var, geyimlər elə fasonda və rəngdə tikilir ki, onu həm kişi, həm də qadın geyə bilər. İctimai sahədə gender problemini aradan götürmək mümkün olsa da, ədəbiyyatda bu mümkün deyil, uniseks ədəbiyyat maraqsız olardı. Ədəbiyyat həyatı, geniş mənada insanı inikas edən subyekiv əsərlər və fikirlər məcmusu olduğu üçün kişi və qadının yazdığı qeyri-ixtiyari fərqlənir. Qadın yaradıcılığı bəlkə də bir qədər məntiqsiz görünür (əslində məntiq var, amma fərqli, irrasional məntiqdir), emosional və həddən artıq subyektivdir, amma şahmat oyunu kimi düzənlənmiş rasional dünyada hərdən dəlilik etməyin nəyi pisdir ki? O zaman anlayarıq ki, hələ də yaşayırıq, sevirik və… yazırıq .
Dövlətin və ya dövlət qurumlarının gənc ədib, yazarlara verdiyi dəstək, dəyər, qiymət yetərlidirmi?
Bu haqda bir söz deyə bilmərəm, çünki heç bir ədəbi birliyin üzvü deyiləm və olmaq da istəmirəm. Hansısa təşkilata yazılsan, ixtiyari və qeyri-ixtiyari olaraq həmin təşkilatın açıq ya da gizli ədəbi siyasətinin iştirakçısı olmalısan. Mən bunu istəmirəm. Hansı əsəri-kitabı bəyənsəm, ona da rəy yazaram, təhlil edərəm, kiminsə diqtəsinə ehtiyacım yoxdur. Bəlkə də bu mənim bürcümlə əlaqəlidir, mən Dolçayam, Dolçalarda isə özgürlük güclü olur.
Son sualımız “Bizimki” jurnalı haqqındadır. Bir çox müsahib bu suala ya çox qısa və konkret cavablar verib, ya da ancaq arzu söyləməklə kifayətlənib. Sizin “Bizimki”nin həm oxucusu, həm yazarı, həm də şərhçisi kimi dərgimiz barədə tənqidləriniz, məsləhətləriniz, düşüncələriniz nədən ibarətdir?
Jurnalı bir neçə yazarın monopoliyasına çevirməyin. Hər yeni sayda eyni imzaları görmək darıxdırıcıdır. Demirəm ki, onları çap etməyin, sadəcə bir qədər ara verə-verə (2-3 aydan bir) çap edin. Yeni imzalar kəşf etmək istəyirəm. İstərdim ki, hansısa hekayə və şeirə operativ rəy bildirilsin, hansısa roman ya hekayə tənqid deyil, təhlil edilsin, yeni kitablar haqqında məlumat verilsin. Nə bilim, “arzularım çoxdur, göydəki ulduzlar qədər…” (sitat mənə məxsusdur ).
Fürsətdən istifadə edib oxucu və şərhçilərimə (eləcə də əvvəlki opponentlərimə) təşəkkür edirəm. Hamınızı qucaqlayır, bol-bol öpücüklər göndərirəm (xüsusilə də DDEEDə)!
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Gülşən Cəbi
İyul 31st, 2007 at 13:12
Salam!
“Jurnalda monopoliya” söhbəti yadıma bir hadisəni saldı.
Vaxtilə Cəfər Cabbarlı teatrda zəhmət çəkib, onun inkişafı üçün çalışanda bəzi “yazıçılar” ondan anonim şikayət məktubları göndərirdilər, hətta Moskvaya da. Hər dəfə də yazırdılar ki, Cəfər Cabbarlı teatrı monopoliyasına götürüb, başqalarının əsərlərinin oynanılmasına imkan vermir və s. Axırda Cabbarlı cavab verdi ki, siz yazdınız, oynanılmadı? Əgər mənim fəaliyyətimi monopoliya, inkişafa maneə adlandırırsızsa, mən burdan çıxıb gedə bilərəm, təki siz yazıb yaradın. Buyurun, bu da meydan.
O vaxt onun kinostudiyada da bəs qədər işi var idi. Müraciətinin sonu o oldu ki, bir nəfər də meydana çıxan tapılmadı…
“Bizimki”də də elə bir vəziyyətdir. Müəlliflər yazıb göndərdilər, meydana çıxdılar, dərc olunmadı?
DDEED
İyul 31st, 2007 at 21:19
Sima xanim,
meni de oz musahibenizde yad etdiyiniz uchun chox teshekkur edirem, her sheyden once, ama demek isterdim ki
menim hech kimle shexsi qerezim yoxdur, :))
mehz sechdiyim leqebim de buna eyani subutdur: Duzu Duz Eyrini Eyri Deyelim
sizi opponent olaraq gormurem ama sehv dediyiniz meqamlari da tenqid etmekden de chekinmirem (men ne professional yazichiyam ne de ki shair-sadece bir oxucu), neinki siz ele her hansi yazichi ve ya shair olsun bu saytda veya digerinde,
meselen uchun her hansi bir edibin felsefesini, yazdighi sherlerini, hekayelerini beyenmeyim onun ishletdiyi dildeki hal-hazirki (mes:Anadolu shivesinin ustunluk teshkil etmesini) bu ve ya diger qusurlu cehetini tenqid etmeyeceyem demek deyil,
size xeyrli omur ve can saghlighi arzulayiram,
salamlar
*Yeni shairler gormek fikrinizi destekleyirem ama Bizimkide olan chap olunmanin bir monopoliyaya chevrildiyini iddia etmek de bir az mubalighedir, Gulshen xanim duz deyir: buyurun yazan varsa yazsin-chap olunsun.
Jurnal da oz-ozluyunde oz userine dusheni yerine yetirecek insh. Jurnal ozu de bashqa edebi forumlarda, saytlarda veya qezetlerde chap olunan yazarlari axtarmagha chalishmalidir ki internet mekaninda gunishighina chixan yazarlarimiz artsin, ki bu da mehz Bizimkinin shuaridir.
Ryabina
İyul 31st, 2007 at 23:57
Salam…
İlk dəfə şeirlərinizi “Sənət” qəzetində, elə düz bir il bundan əvvəl oxumuşdum. “Sənin ağuşunda” başlığıyla…
Sevgidən çox yazırsız…daha doğrusu, əks cinsə vurğunluqdan…
Məsələn…
Məhəbbətlə üzləşmək
Nə qədər zor olsa da,
Razıyam bu cəfaya,
Cəfanın var səfası!
…
Xatırladınızmı?..
Müsahibəniz maraqlıydı…fikirləriniz də…
Bütün qadınlarımızı, o cümlədən Sizi məhəbbətdə cəfasız görmək arzusu ilə…Ryabina…
etcebala
Avqust 1st, 2007 at 05:47
evvela hamini elexsus da sima xanimi salamlayiram… gecenin bu saatinda yatmaga hazirlasdigim bir vaxtda dedim bir bizimki ye ne var ne yox… pahooo, giren kimi de baxdim ki, sima xanimin musahibesi…
sima xanim, musahibenizi oxudum… qisa qisa kececeyem ki hamiya fikirlerini bolusdurmek ucun meqam catsin… sima xanim, tercumeden danisirsiniz… men sexsen sizin rehmetlik bukowskiden elediyiniz tercumeni oxumusdum, sehv elemiremse senet qezetinde idi, siz o anda onu ortaya cixaranda neler, hansi hissler kecirdiniz?! yeni tercume ile her adam mesgul ola bilermi?! ve ya her adam her istediyini goturub tercume eleye bilermi? rehmetlik bukowski meselen kuce adami olub. azerbaycan edebiyyatinda ne bilim muqayise ucun ele bir adam da yoxdu ki, tapim onu gosterim size… yoxdu da goyden gelmeyecekler ki… siz Allah xetrine, bukowskinin psixologiyasina beledsinizmi deye sorusmayacagam, bir defe de olsun A seherinden B seherine otostopla getmisinizmi? neyse… her kes tercume haqqinda danisir, hetta rasim qaraca da… ayinesi isdir kisinin lafe baxilmaz…
bu bele… Jurnalı bir neçə yazarın monopoliyasına çevirməyin.meselesine geldikde ise ibrahim tatlisesi yeqin ki taniyirsiniz da sima xanim onun bir sozu var deyir urfada oksfordmu vardi men bitirmedim… bu tebii ki mence ironik bir cavab idi… amma gelin dunya tecrubesine baxaq jurnallar sistemlesib, yazarlar bizde oldugu kimi her jurnalin, qezetin ustune qacmir ki qadan alaram meni cap ele… telefonla zengler de ise kecmir orda… yazar ureyine yaxin bir qezet yaxud jurnal secir, qurtarir gedir… meselen kimse siz bizimkini monopoliyada gunahlandiranda size durub demir ki o cekdiyiniz adlar nedir?! monopoliya deyilmi?! senet qezetinin ne bilim alatoranin etrafinda yigilanlar haqqinda xos sozler deyib adlarini cekirsiniz lap ela… demek ki siz de suuralti olaraq edebiyyatin monopoliyalasmasina qarsi deyilsiniz…
ugurlar sima xanim… her halda zaman her seyi yoluna qoyacaq
Sima N.
Avqust 1st, 2007 at 23:04
a) başa düşə bilmirəm, niyə bu monopoliya məsələsi oxucu (və eyni zamanda yazarları) bu qədər cırnatdı? Yoxsa, qarğa, məndə qoz var məsələsidi…:)))
b)DDEED-din maraqlı, dəyərli və özünün dediyi kimi qərəzsiz (qərəzli olsa da bir faciə olmaz) fikirlərini böyük məmmuniyyətlə və səbirsizliklə oxumağa hazıram
c) Etcebalanın diqqətsizliyi məni üzdü: adlarını çəkdiyim yazarların arasında AYB üzvləri M.Qaraxanoğlunun və S.Babullaoğlunun adları da var.
İmzaların deyil, ƏDƏBİYYATIN monopoliyasının nəyi pisdir ki?
Gulshen Cebi
Avqust 2nd, 2007 at 00:16
:-))) a) Goresen, Sima xanim sherhleri niye kelle-mayallaq basha dushur ve shishirtmelere cox meyllidir?
Sima N.
Avqust 4th, 2007 at 21:51
Etcebalaya:
tərcümə haq. fikirlərinizə münasibətim:
a) siz, yəqin, Bukovskinin “Şəhərin ən gözəl qadını” hekayəsini nəzərdə tutmusuz. Bəlkə də əsərdəki erotik məqamlar sizə xoş gəlməyib, fəqət hekayə gözəl, lakin bədbəxt bir qadının taleyindən bəhs edir. Cəmiyyət gözəl qadınları məhv edir, gözəllik bir dərddir, əks halda hekayənin qəhrəmanı intihar etməzdi.
b) deyirsiz ki, Bukovski küçə adamı olub. Olsun, bunun ədəbiyyata nə dəxli var? Məgər biz yalnız ütülü, daranmış, qalstuklu yazarların əsərlərini oxumalıyıq? Ədəbiyyat tarixinə fikir versəz, görərsiniz ki, görkəmli sənətkarların əksəriyyəti məişətdə əyyaş, pozğun, murdar xasiyyətli olub, fəqət incəsənətdə onlar əsil sənətkarlardır.
Adam
Avqust 4th, 2007 at 22:10
“Monopoliya” sozunu demek olar ki, butun cumlelerde sehv isletmisiz. Budur sizin savadiniz, yaradiciliginiz? Lazim deyil, ozunuze qalsin.
PS. Monopoliya 1 fiziki ve ya huquqi shexse aid olur. 1-den coxdusa monopoliya deyil. Ikincisi de ki, “jurnali monopoliyaya cevirmeyin” yox, “jurnalda monopoliya yaratmayin” duzdu. Jurnali monopoliyaya o vaxt cevire bilersiz ki, “hedef bazar”da bu jurnaldan basqa jurnal oxunmasin.
scorpion
Avqust 6th, 2007 at 02:38
Salam eziz “Bizimki”ler!!!
Bu 10 gunde darixdim sizi uchun!!! Ne ise kechmish olsun!!!
Men Sima xanimin istedadi ve yaradicilighi haqqinda danişmayacam. Sadece olaraq burada boyuk soz- sohbete sebeb olmush bu “monopoliya” meselesine bir munasibet bildirmek isteyirem.
Menim fikrimce bir qrup yazarin bir dergi etrafinda toplashmasinda pis hech bir shey yoxdur. Eksine bunun ozu musbet bir haldir. Onda gerek biz “mollanesreddinchi”leri de, “fyuzat”chilari da monopoliyada gunahlandiraq. “Alatoran”cilari qinayaq ki, niye Anarin hekayelerini chap elemirler. Elchin Huseynbeylini terifleyek ki, demek olar her nomrede ozunu ve eline ne dushdu chap eleyir. Bilmirem fikirlerimi duzgun izah ede bildimmi? Ancaq edebi dergiler etrafinda qruplashmalarin olmasi musbet bir haldir hem de ona gore ki, hem de hansi yazari harada oxumaq mumkun oldughunu oxucu daha tez mueyyenleshdirir, her derginin oz oxucu auditoriyasi yaranir. Ancaq bu dediklerim burada bashqa muelliflerin de chap olunmasina mehdudiyyet qoyulmasi demek deyil. “Qrup” dedikde men derginin nuvesini teshkil eden yazarlari nezerde tuturam.
Shexsen men(bashqa yazarlar incimesin) bu derginin saytina Gulshen Cebinin, Oqtay Hacimusalinin ve bir neche bashqa yazarin yazilarini izlemek uchun girirem.
Ryabina
Avqust 6th, 2007 at 10:14
scorpionun fikirləriylə tamamilə razıyam…