2007-08-31 |
Aslan Quliyev |
Nəsr |
(əvvəli burada)
Maşını həyət qapısının yanındakı nəhəng, qollu-budaqlı palıd ağacının kölgəsində saxlayıb düşdü. Həyəcanlıydı, qapını bağlayanda əlləri əsirdi. Qara çay daşları döşənmiş pillələri qalxanda isə qıçları da əsir, özünü ələ ala bilmirdi. Doğrudanmı sağalmışdı? Səsindəki gümrahlıq, əvvəlki saflıq, cingilti qızdakı dəyişiklikdən xəbər verirdi, ancaq ayağa durduğuna, hətta qaçdığına heç cür inanmırdı.
Sanki bu park
Bir şəkil lövhəsidir.
Asılıb şəhərin yaxasından.
Skamyalar yaşıl,
Üstündəki adamlar,
Xüsusən qızlar, oğlanlar
Onun meşə yuxularıdır.
Skamyalar vaxt küləyində
adamlardan bərk- bərk yapışıb.
Edqar Allan Poe 19 yanvar 1809 – cu ildə Bostonda anadan olmuş, 7 Oktyabr 1849 – cu ildə Baltimorda vəfat etmişdir. Amerikalı yazıçı və şairdir. Özü Amerikanın romantik cərəyanının öndə gedənlərindən biridir. ABŞ-ın ilk qısa hekayə yazarlarından olan Poe müasir mənada qorxu, həyəcan növlərinin də atasıdır. Bu gün çox insanlar tərəfindən ABŞ-ın böyük yazıçılarından hesab [...]
Getməyin könlümə elə dərd olub,
Hələ də saxlayır izini yollar
Gedirəm üstünnən quru can kimi
Bulayır üstümə tozunu yollar
Əyilər, burular gedər dərinə
Nə bezər, yorular, nə də ərinər
Sürüyər arxamca kölgə yerinə
“Unutsun” kəlməni, sözünü yollar
2007-08-26 |
Məhsəti Musa |
Şeir |
Pis yuxu görəndə
Axar suya danışarlar.
Dərdi atıb insanlar
Belə rahatlaşarlar.
Pis yuxu görmüşəm mən də
Gözümü açandan,
dünyaya baxandan.
Yuxum yerində qalıb
Qırıq kino lenti tək
Nə gedir irəli,
nə də qayıdır geri.
2007-08-25 |
İltifat Köçəri |
Şeir |
Ömrümdən bircə günüm, zil qaranlıq bir gecə,
Yenə hövlank oyanmışam, düşünürəm gizlicə.
Açıldıqca ömür səhfəm, yaşandıqca hər anım,
Şıltaq körpə uşaq təki, məni danlar vicdanım.
Eh əzizim, yırğalanıb oyandıqca duyğular,
Gözlərimdə donan səni, xəyalını nəm yuyar.
Balaca avtobus, balaca-balaca adamlar, bir-birinə bir az sıxlaşmış halda lap bir növ insan sendviçinə oxşayır. Mən də bu sendviçin tən ortasında– qaymağında elə dayanmışam elə bil Leninin heykəliyəm, bircə onun kimi əlimlə havanı tutmamışam– aftobusun adamlar yıxılmasın deyə, yuxarısına çəkilmiş dəmirini tutmuşam. Həm də sifətimdən uydurulmuş, gözəl həyat vədləri deyil, zəhrimar yağır. [...]