Yarısını ona verdim,
yarısını ona.
Bir az qalmışdı,
qara günə saxlamışdım
onu da Başqası aldı.
Mənə heç nə qalmadı ürəyimdən.
Həkimə getdim,
dedi: “Gətir, yerinə qoyaq”
Döydüm qapısını Onun,
Başqası açdı.
Sizə gələndə
Onu gördüm qapıda.
O birisini axtardım,
dedilər, həkimə gedib…
Feminist şeir
nə qədər ki
yastığının altında
telefon gizlədən kişilər var,
qadınlar xoşbəxt olmayacaqlar.
Səni sevmək
Dünyanın ən gözəl dərdidi,
Yaddaşı itirmək сəhdidi səni sevmək…
Bir az həyəcan… bir az sakitləşmək istəyidi,
Bir də gözləməyə öyrəşməkdi səni sevmək…
Özümlə qürurlanmaqdı,
Yazın-qışın qохusunu duymaqdı səni sevmək…
Bəzən ağlayıb bоşalmağa,
Evdən qaçıb harasa baş almağa bəhanədi səni sevmək…
Sənə bənzəyən bütün kişilərə gülümsəməkdi,
Оnları tanımaq istəməkdi səni sevmək.
Təəссübləndirmək arzusudu,
Itirmək qоrхusudu səni sevmək…
Səni sevmək ölçü meyarıdı bütün duyğulara,
Qalanı bоş şey…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Qəşəm Nəcəfzadə
Avqust 1st, 2007 at 16:52
Rebiqe, salam. birinci seirin quramadir,2-ci seirin gelisi gozel sozlerdir,3-cu seirin yaxsidi, amma sonunu cox adi, tanis,umumi bir fikirle bitirmisen, uqurlar.
Sima N.
Avqust 1st, 2007 at 23:12
III şeir gözəldi…
MEN
Avqust 2nd, 2007 at 02:12
Salam,
Ucuncu sher gozeldi..Oxudum ve lezzet aldim..Yenilik ruhu hiss olunur!! Ugurlar!!!
Ryabina
Avqust 2nd, 2007 at 10:00
Dünyanın ən gözəl dərdidi…səni sevmək…
Səni dostluq xatirinə tərifləmirəm…doğrudan da gözəldi…
ikinci şeir feminist ruhu üçün bir qədər soyuqdu…
birincidə ürək ehsanı…-))
Sən yaxşı qızsan, Rəbiqə…
Sənə həyatda və yaradıcılıqda ən gözəl nailiyyətlər arzulayıram…Uğurlar, canım…
Novarg
Avqust 2nd, 2007 at 16:15
Ne qeder ki, yastiq altinda
telefon axtaran qadinlar var,
kishiler,
rahat yata bilmeyecekler…
Şəms EL
Avqust 2nd, 2007 at 18:13
“Səni sevmək əzilməkdir
xatirələr burulğanında,
üzülməkdir kefimin kök anında…
Səni sevmək tüpürməkdir qüruruma,
haram qatmaq yuxuma,
dəlilikdir…”
Bu da məndən sənə hədiyyə olsun…
3-cü şeirin gözəldir, incədir…
Uğurlar…
REBIQE
Avqust 2nd, 2007 at 19:45
teshekkurler, ushaqlar…
Qurban
Avqust 9th, 2007 at 16:38
Shems El-in bir bendi cox eladi! Umumiyyetle, Shems istedadli yazardi. Hercend onun son silsilesi xoshuma gelmedi, duzu. Lutfen incimesin.
Rabiqeye de ugurlar. A noqtesinden B noqtesine istiqamet goturmush Rabiqe xanima…
Herden sheirler adami tesirlendirir, herden adi ve sonuk gorunur. Bele bir deyishikliyin hansi metleblerden ortaya cixdigini anlamiram. Ve basha dushmurem.
rebiqe
Avqust 9th, 2007 at 22:50
Qurban bey, teshekkur… bu sheirler kohnedi, belke, ondandi…
Elvin Cabay
Avqust 26th, 2007 at 02:24
… Rebiqe xanım, şeirlerinizi görmek meni çox sevindirdi, oxumaq da bir o qeder zövq verdi.
… Birinci şeir sıradandır. İkinci şeir gözeldir. Novarqın şerhi ile birleşdirsek mükemmel olar. Üçüncü şeir de senin klassik üslubun, mövzundur. Her üçü xoş teessüratlar yaratdı, uğurlar arzulayıram!
Ilham QEHREMAH
Oktyabr 19th, 2007 at 13:12
Rebiqe salam sheirlerinizde ozunu ifade xoshuma geldi. Urek
sheiriniz mene hec ne qalmadi ureyimden misrasinda bitse gozel olardi. Qurama deyenlere el yeri qalmazdi.
Togrul
Noyabr 17th, 2007 at 01:56
3 Sheir gozeldi,amma vefasiz qizlarda oglanlardan az deyil!!!
Oxucu
Dekabr 6th, 2007 at 01:58
Seni sevmek seirini verse idiniz besdi.
sanki diger seirleri siz yazmamisiniz.cox zeif ve quramadir.