balaca bir soyuq otaq…
haylı, küylü insanların
səslərindən təngə gəlmiş
soyuq divar…
susmuş o da…
sükutunun görkəmində
kimlərinsə xəyalı var.
sınmış olan qürurundan,
gözlərini dikmiş yerə
düşünməkdə…
düşüncəsi çərçivədən,
dar otaqdan,
bircə anlıq çıxmır çölə.
axı onu fırçasıyla
rəssam, neyçün çəkdi belə?
o hələ bir quyu boya olar ikən,
necə məsud, necə xürrəm.
indi isə, soyuq, səssiz bir otaqda,
çərçivədə,
boğazından asılmışdır
yaltaqların məclisində
kirli gözlər
üzərinə taxılmışdır,
“ah necə də oxşatmısan
əhsən” deyə
dünən, şəkil olan vaxtı,
təhqirləndi adi bir rəng olan baxtı.
dollar almış bir rəssamın fırçasıyla
vəzifəli bir yaltağın simasına
çəkildi o
ağ vərəqin üzərinə
şərəfsizin əksi ilə əkildi o
indi tənha, gözü yaşlı yalvarmaqda
- kimsə yoxmu?!
üzərimdən çəkin, atın
məni belə əks etdirən iyrənc donu
qəzəbli bir əldə yoxdu
gəlib yırta, cıra onu
azad edə bu boyanı
o hələ bir quru boya olar ikən,
necə məsud, necə xürrəm…
Gülüş olum…
Bu nə işvə, bu nə kələk, bu nə ah?
Doğrumusan, yalanmısan bilinmir
Nəmli gözün, şehli olan bir sabah,
Gül yanaqdan yaşlar niyə silinmir?
Gözün qara, qaşın qara, saç qara,
Ya gecəsən, ya günəşsiz səhərim.
Yar olmalı, yar düşəndə yar dara
Mənim üçün yadlığındı qəhərim.
Çiçək sənin, çəmən sənin, yer sənin
Qorxutmasın səni qışın görkəmi.
Qocalmazdı qəlbi hər gün gülənin,
Gülüş olum, yanağına tax məni.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Hafiz Hacxalil
Avqust 4th, 2007 at 11:46
Nahid, qardaşım”kirli gözlər” ifadəsi gözəldir.
rebiqe
Avqust 4th, 2007 at 21:53
birinci sheir maraqliydi…
nail
Avqust 5th, 2007 at 17:43
Maraqlı şeirlərdir
scorpion
Avqust 6th, 2007 at 17:16
Sherlerinde tesirlenmeler hiss olunsa da Nahidin istedadli olmasi da goz onundedir.Ughurlar arzulayiram!!!!
Ryabina
Avqust 6th, 2007 at 18:14
Sənin istedadın da elə bir qutu boyadır, Nahid…Bu bir qutu boya ilə dünyanı qaralayıb yeni bir dünya da yarada bilərsən, bunu istəməsən, elə gözlərinin önündəki dünyaya istədiyin rənglərlə istədiyin ştrixlər vura bilərsən…Amma bu işdə ürəyini daha çox aç…Oskar Uayldın “Bülbül” əsəri yadındamı? Hər bir əsərinə ürəyinin bircə damcı qanını əlavə edə bilsən…çox gözəl bir yazar ola bilərsən…sənə uğurlar arzulayıram…
Nahid
Avqust 19th, 2007 at 15:07
butun sherh yazan oxuculara oz minetdarliqimi bildirirem. herbi xidmetde olduqum ucun sherleri ve diger yazilari izleye bilmirem. herbi xidmet mene yazmaqi nece cox sevdiyimi subut etdirdi ve etdirir. men hec vaxt hec neye bu qeder hesret qalmamishdim, o aq vereqin qoxususunu ozlemek… bu bashqa bir dunya imish. butun yazarlara bir soz demek isteyirem - her zaman sevinerek ve ferehlenerek deyin ki, men qelemi ve aq vereqi cox sevirem. her kese oz minetdarliqimi bildirer, Allaha emanet olun. istedadinizi bosh yox, lazimi bir seviyeye xercleyin. gorushmek umudu ile
Məhsəti Musa
Avqust 20th, 2007 at 15:48
Hər iki şer gözəldir.”Ölmək istəyən boya” sherini ise lap çox bəyəndim.Doğrudan gözəl şerdir. Şairin məharəti ondadir ki,oxucunu ağlatmağı,güldürməyi,düşündürməyi bacarsın.Bu şer məni möhkəm tutdu və düşündürdü.Əla! Uğurlar sənə.
Elvin Cabay
Avqust 26th, 2007 at 03:12
… Nehayet Nahidin şeirlerini oxuma şerefine nail olduq. Hekayelerini böyük hevesle oxumuşam, amma etiraf etmeliyem ki şeirleri mene daha keyif verdi.
… Birinci şeir mükemmeldir. Necip Fazılın “Kaldırımlar” şeirini oxuyanda en çox ona meetel qalmışdım ki,o bu şeirinde eslinde en çox gördüyümüz, amma bizim üçün heç bir menası, qiymeti olmayan, belke de haqqında heç vaxt heç ne düşünmediyimiz “seki”lerin etrafında ele şeir hörüb ki, oxuyanda her baxımdan insanı feyziyab edir. Nahidin de birinci şeirinde eyni keyfiyyeti görürem. Boya… ne qeder de adi, sıradan, gözleri oxşayan rengi xaricinde dünyamızda menası olmayan bir şeydir boya. Gel gör ki, Nahid hisslerini boya üzerinden ele şeirleşdirib ki, heqiqeten insana böyük zövq verir. Ehsen!
… İkinci şeiri oxuyarken, niyese gözümün önünde güllü-çiçekli, quşların ceh-cehi ile şenlenen bir bağ-baxça canlandı. Üzümde tebessüm oyandı. Şeirin setirleri ruhumu oxşadı. Bir sözle böyük hezz aldım.
… Nahid, sene şeir yaradıcılığında uğurlar arzulayır, bu şeirlerin üçün tebrik edirem. Başqa heç ne oxumadan bu geceni sonlandırmaq isteyirem,ki bu gözel ehval-ruhiyyem pozulmasın.
Oxucu
Dekabr 6th, 2007 at 01:54
birinci seir orijinaldir…
Ikinci seir ise seir deyil,bunu ozun etiraf edersen.bir de ki,gulus u yanaga “tax”mirlar…
seirlerinin dili cox pisdi:
tehqirlendi ne demekdi??
…Istedadini sepeleme,hekaye yazmaga davam et.
Nahid
Dekabr 22nd, 2007 at 19:06
Oxucu. hec enine inkishaf deyilen bir termin eshitmisniz? bunlar sadece menim edebiyyatda meshqimdi. oxuduqunuz ucun teshekurler
Nemat..qelbi-(dili )_QAM
Fevral 28th, 2008 at 17:07
Salam Nahid seni gormeyime cox $adam .Soyuq boyali ,divarlar arasin da sence en xo$baxt reng hansidi?..mence yarla olduqun olmu$ boyanin dirilen gunudur he birde mence yanaqa yox gozlere taxsa yax$idir yanaqlar saxta olur .(persona@box.az) -vaxdin olsa yazarsan sizler ucun cox darixmi$am. Saqol esger