Domino

Bəxtiyar Hidayət…Eh yazıq kişilər, bu gedişnən hara gedirsiniz
Arvadı yüz gündə bir dəfə bazara göndərəmmirsiniz
Boşluqdan domino oynayırsınız
Bir gündə yüz dəfə bazara gedirsiniz

Düşməni üzdən tanımırsınız
Domino daşlarını tərs üzündən tanıyırsınız
Sizi bu günə salanı yox
“naparnik”inizi qınayırsınız

Düşmənin ölüsünə yaxın gedəmmirsınız
Qoşaları diri tutursunuz
Domino oyunu sizinçün hüquqhəyati peşəyə dönüb
Amma bilmirsiniz ki
Neçələri domino oynaya- oynaya
əldə ölən altıqoşaya dönüb

…eviniz yıxılıbdı bilirsinizmi
Uşağın domino daşlarından düzəltdiyi
-evin yıxıldığı kimi

Nə yaxşı tanıdın

Məndə o sevgidən nişanmı qalıb
Baxma yanağına nəm düşə bilər
Bəlkə düşündün ki, belə bir günə
Bəxtiyardan başqa kim düşə bilər
Tutubdu kiminsə qarğışı məni
Nə yaxşı tanıdın nə yaxşı məni

Göz çuxura düşüb ordum batıbdı
Elə bil döyüşdə ordum batıbdı
Üzümü –gözümü saqqal basıbdı
Məni bu görkəmdə tanıyan hanı
Nə yaxşı tanıdın nə yaxşı məni

Sayılan olmadım olmuşam sayıl
Məni adamlar yox fələklər sayır
O gün tanımayıb keçdi Əzrayıl
Hələ də axtarır baxışı məni
Nə yaxşı tanıdın nə yaxşı məni

Yeri, dəniz kimi çağlaya billəm
Yolun ortasında ağlaya billəm
Daha arxayınam baş daşım üçün
İndiki şəklimi saxlaya billəm
Qoy gedim axtarım şəkilçəkəni
Nə yaxşı tanıdın nə yaxşı məni

6 Comments: Trackback URL | Comments RSS

  1. Gülşən Says:

    Salam. Xoşuma gəlmədi. Bəxtiyarın daha güclü şeirlərini oxumuşuq. Nəysə……..

  2. scorpion Says:

    Eger 70- ci illerin edebi derneklerinde bu sherler oxunsaydi beh-behle qarshilanardi…Bizim bu gencleri kim bele naftalinleyir ilahi!!!!

  3. Sima N. Says:

    “Domino” şeiri antiteza (təzadlar) üzərində qurulsa da, uğurlu deyil. “Domino oyunu sizinçün hüquqhəyati peşəyə dönüb” ifadəsi də qəlizdir.

  4. muellif muellim Says:

    binokl sheirimde de ‘huquq’ artiqidi.gorunur huququm yene pozulmalidi.
    yadimadushmushken vallah belke de inanmayacaqsiniz men o sheirleri word-de yiganda ‘h’herfini basdiqca komputerde ‘huquq’ zuhur edirdi.ve sonra bir xeyli bu huquqlari pozdum.gorunur ki nezerimden qachani daolub.hesab edin ki orda’huquq’yoxdu
    bu defe de huququm pozulmalidi

  5. DDEED Says:

    birinci sherde ne qafiye tapa bildim ne de olchu, hech serbest sher kimi de deyil, baghishla Bextiyar muellim,

    ikinci sher pis deyil

  6. Serxan Xezer Says:

    Gulsen xanimla raziyam…
    Bextiyar in ANA seirini ozune xatirlatmaq isteyirem…Ele seirler gozleyirem..

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...