Hər kəsin əlinə bir fürsət düşüb
söz demək fürsəti
Hamı danışır.
Məsləhət verən var,
ağıl verən var.
Misallar gətirib nağıl deyən var.
Sözdən ilham alıb qanad açan var,
“üsyan et” söyləyib, vaxt yetişəndə
sözündən gizlənib qaçan adam var.
Hamı danışır….
Mən də danışıram
məndə də söz var.
Amma bu sözləri görməyə məndə
görən gözlərim var,
bir də ki,
ürəyim…
Çətin günlərimdə
dar günlərimdə,
ürəyim hər zaman gərəyim olur.
Yıxıldığım zaman əl uzadanda,
əlimi tutmağa əl olmayanda
ürəyim birinci dirəyim olur.
Bu dördcə metrlik dar otağımda,
Bəzən ac qalanda, susuz qalanda
həm duzum, həm də ki, çörəyim olur..
Mən də danışıram
arabir az-az
o da ki, anamla…..
Yaxşı ki, anamın əllərinədə
hərdən fürsət düşür:
“döz”demək fürsəti:
“Döz, səbir et, bala…”
Payız ətirli baxışlar
Baxışların kimi dəyişilibdir,
Çiçəklər söyləmir mehə sözünü.
Dalğalar inciyib-küsüb sahildən,
Çırpır qayalara dəniz özünü.
Buludlar səmayla barışır, amma
Yarpaqlar küsürlər budaqlarından.
Payız baxışınla görüşən zaman,
Təbəssüm çəkilir dodaqlarından.
Payız küləyinə vüsal qatmayır,
Hicranlı həsrətə dayaq kimidir.
Öləndə gözümə torpaq atmayın,
O da payızdakı yarpaq kimidir.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Sima N.
Avqust 10th, 2007 at 19:45
təkrirlər şeirləri heç gözəlləşdirmir
DDEED
Avqust 10th, 2007 at 22:43
baxir tekrir nece olur, mence, her tekrir uchu eyni shey demek duz deyil her halda,
eger tekriri sheriyyetin, lirikanin bir elemementi kimi tesnif edirlerse gerek ki her halda edebiyyatchilar sehv eleyibler, Sima xanim
birinci sher ele de xoshuma gelmedi,
ikinci sher ise gozel idi,
size ughurlar
salamlar
Serxan Xezer
Avqust 10th, 2007 at 23:42
Elimi tutmaga el olmayanda,ureyim birinci direyim olur-gozeldi…
Amma umumiyyetle seirler xoshuma gelmedi…
sahib
Avqust 11th, 2007 at 21:47
Elnara xanim ugurlar!
scorpion
Avqust 13th, 2007 at 01:51
Elnarə xanim!!! Yazilariniz zeifdir!! Deqiq olmayan ifadeler choxdur…”Bu dördcə metrlik dar otağımda,” bilmek olmur 4 metr otaghin enidir, uzunudur ya hundurluyudur…ya da ki,
“Dalğalar inciyib-küsüb sahildən,
Çırpır qayalara dəniz özünü.”
Mence sherhe ehtiyac yoxdur…
Size heyatda ughurlar arzulayiram!!!
sabutay
Avqust 17th, 2007 at 19:48
Hicranla Vüsal azərbaycan şerindən beziblər. Siz əgər belə pessimist şerlər yazacağsınızsa 4 kvşmetrlik otaqda heç istiot da tapa bilməyəcəksiniz.
Elnarə Şəms
Avqust 19th, 2007 at 23:16
Hər kəsə salamlar.Öz şərhinizi yazdığınız üçün Sizə minnətdaram,DDEDD,Sahib sizə də.Scorpion o 4 metrlik otaq-ürəkdir.
haluk
Avqust 20th, 2007 at 16:03
Şiir yazmak bir sanattır. Hangi ruh haliyle yazildiğini sadece sahibi bilir. Yazilanlari beğenmese de insan, bir beğenen olabileceğini düşünerek ve yazana saygisinden bence susmali ve saygi göstermelidir. Bence gayet güzel yazmissiniz, kolay gelsin, başarılar..
Haluk
yusuf
Avqust 22nd, 2007 at 00:59
Şiiriniz çok mükemmel
Elvin Cabay
Avqust 26th, 2007 at 02:52
… Birinci şeiri oxuyanda Azerbaycanın asfalt yolların xatırladım. Üsten aşağı, yaxşı axırsan şeirin setirleri arasında, amma arada ele bil dağılan asfaltın üstünden keçirsen, axıcılıq itir, qırılır, sirkelenirsen, kefin pozulur.
… İkinci şeri klassikdir. Ve gözeldir. Uğurlar.
Evez
Avqust 27th, 2007 at 20:25
Elnare xanim, men inaniram ki, siz edebiyyatda oz sozunuzu layiqince deyeceksiniz. Ugurlar olsun!
Maral
Sentyabr 3rd, 2007 at 01:10
Birinci yazını (ona görə yazı deyirəm ki, buna qətiyyən şeir demək olmaz) oxuduqca, oxunaqsızlığı insanı boğur. Çooox pis. İkincsinə şeir demək olar, amma o da çox zəifdir. Belə yazılar yaşamayacaq!
karlione
Sentyabr 3rd, 2007 at 02:28
ugur olsun amma zeyifdi cox zeyif.
Elnarə Şəms
Sentyabr 4th, 2007 at 00:19
Bir daha şərh yazanlara öz minnətdarlığımı bildirirəm,Maral xanıma isə bildirmək istiyirəm–baxın,mən özümə şair hələlik deməyə haqqım yoxdur,demirəmdə.Yazdıqlarımıda Sizlərinin müzakirəsinə çıxartmışam,”gələcəyin”yox.Nəzərə alsaq ki,mən-əfsusdar olsun ki orta təhsilimi rus dilində almışam,məncə orta təhsilini Azərbaycan dilində alan bəzi gələcəyə iddialı olan gənc yazarların şeirlərindən heç də pis deyil.Ən azından dilimn inkişafına can atıram,xariciləşməsinə yox.Sağlam,qərəzsiz tənqididə qəbul edirəm.Məncə burada mənə şərh yazanların Siz də daxil olmaqla heç birində qərəz yoxdur.Təşəkkürlər.
rebiqe
Sentyabr 4th, 2007 at 13:34
Elnare, ugurlar….
A.Uğur Olgar
Noyabr 23rd, 2007 at 01:54
Salam
Elnare xanım’ın “Payız ətirli baxışlar” şiiri hakkında birkaç kelime söylemek gerekirse; ilk yaptığım tesbit, onun (hörmetli şair Elnara Şems’in) gerçekten yaradılışından gelen bir inceliğe, hisse, duyguya, tabiat (doğa) sevgisine sahip olduğudur. Şiirlerinde tabiatın seslerine kulak vererek, bu sesleri romantik bir eda ile şiirine ve hayata yansıtmasını biliyor. Elnara’nın şiirlerinde yağış, bulut, çiçek ve yaprak; günleri bir bir kısaltan bir sonbahar (payız) mevsiminde el ele tutuşmuş sonsuz zamanın uzamında koşan mahşerin dört atlısı gibidir. Öte yandan sahile küsen dalgalar, kayalara kendini çırpan deniz, aslında onun her fırsatta suyu aradığını, suya sığındığını, suyu sevdiğini ifade ediyor. Sevgilinin bir bakışından yola çıkarak tabiat kuvvetlerini mısralarında dans ettiren Elnara, benim fikrime göre genç neslin yükselen değeri ve geleceğin iyi bir şairi olmaya adaydır (namzettir). Yine “yapraklar küsürler budaqlardan” mısraı da çok özgün (orijinal) bir yapıya sahiptir. “Payız bakışınla görüşen zaman” mısraı ise büyük bir ustalığın ya da ustalığa giden yolun bir nişanesi, göstergesidir. En çarpıcı dizeler (mısralar) ise “ölende gözüme toprak atmayın / o da payızdaki yaprak kimidir” mısralarında tecessüm etmiştir, ki Elnara bu mısralarında romantizmin, hisliliğin zirvelerine (doruklarına) çıkmıştır. Şiirdeki esas sürükleyici, lokomotif tema “payız”dır, ki “hicranlı hasrete dayaq kimidir” veya “tebessüm çekilir dodaqlardan” derken kışa, karanlığa, soğuğa doğru giden, yol alan bir zamanın tasvirinde aslında insan ömrünün yavaş yavaş sona doğru yaklaşmasını, insanın zamanının tükenmesini anlatmaya çalışmaktadır. Bu manada şiirde felsefilik de vardır. Sevgili arkadaşım Elnara’yı bu güzel, romantik, felsefi ve anlamlı şiirinden dolayı yürekten kutluyor (tebrik ediyor), böyle güzel şiirlerinin devamının gelmesini, bu şiir tarzı ve çizgisi üzerinde yol almasını, sanatını geliştirmesini diliyorum. Ümid ederim ki, bu şerhi okuyan değerli dostlar beni anlayabilir, Azeri lehçesi konusunda henüz yetkin olamadığım nedeniyle Azerice yazmadığım için beni bağışlasınlar. Belki Elnara yazdıklarımı Azeri lehçesine çevirip bu yazıyı tekrar yayınlar. Sevgi, saygı ve selamlarımla. Hoshbaxt galın..
A.Uğur Olgar
Türkiye’den, Azerbaycan sevdalısı dostunuz.
olgar33@gmail.com
http://ugurolgar.sitemynet.com
Medine
Mart 11th, 2008 at 11:23
Allah Razı olsun Elnare Hanım şerinizi çok beyendim. İşlerinizde sizlere başarılar arzu edirem. Mümkünse bizim adresimize de şerlerinizden gönderin.
HABIL
Aprel 15th, 2008 at 20:29
Elnare xanim size tesekkur edirem.serlerinizi cox beyendim.teklifinize gore minnetdaram