Salxım – salxım küləklər istərəm. O uzaq, gözəl iyli ağacların olduğu bağların qoxusunu gətirsin mənə. O uzaq ölkələrin istisini gətirsin ki, orda küçələr sakitdir. İnsanlar həzin səslə mahnılar oxuyurlar. Günəş o insanları yandırmır, gülümsəyərək işıq saçır.
Dəniz – dəniz yağışlar istərəm. Hər damlasında uzaq səmaların sevgisini gətirsin mənə. O uzaq səmaların ki, orda yağışlar təmiz olur. Orda mələklər arfalarda gözəl musiqilər çalarlar.
Mavi – mavi dənizlər istərəm. Dəli dalğalarıyla gözlərimin yetmədiyi uzaqların xoşbəxt məktublarını gətirsin mənə. O uzaqların ki, məhəbbət hökmranlıq edər. İnsanlar incitməzlər bir -birlərini. Şeirlə deyərlər sözlərini.
Körpə - körpə ləpələr istərəm. İlıq nəfəsləri, şən gülüşləriylə ayaqlarımı qucaqlasın. Hiss etdirsin mənə körpə saflığını, körpə nikbinliyini.
Ürəyim sıxılar, nəfəsim tutular. Ölkəm gələr gözümün qabağına. Nə sevinən insanlar görərəm, nə şən gülüşlər eşidərəm. İnsanlar unutmuşlar gülməyi, unutmuşlar sevinməyi.
Nə təmiz musiqilər eşidərəm, nə məhəbbət nəğmələri. İnsanlar satmışlar gözəl nəğmələri pula – paraya.
Günəş hirsindən cəhənnəm odu saçar bu insanların üzərinə. Sakitlik tərk etmiş ölkəmi. Mələklər köçmüş, yerlərini şeytanlara vermiş. Yağışlar palçıq tökər. Şeirlər övkə dolu. Məhəbbət ucuzlaşmış, incimiş. Körpələr doğularkən gözləri kədərli. Zır-zır ağlarlar. Valideynlərinə nifrət edərlər bütün həyatları boyu ki, belə lənətlənmiş ölkədə doğulublar.
Pəncərədən boylandım. Uzaqlara – dənizə. Yox, dəniz masmavı, tərtəmiz – deyə düşünərək. Dənizi acıqlı, kədərli, bədbəxt gördüm. Çirklənmiş sular gördüm. Doğulan kimi qocalan ləpələr gördüm. Dənizi nifrət edən gördüm.
Bağladım pəncərəmi, göz yaşlarımla. Gözlərimi yumdum, ümidsizliyimi qovmaq üçün. “ düzələcək, hər şey, yaxşı olacaq” dedim öz – özümə. Amma beynimin yalan dediyini duydu ürəyim. Razılaşmadı mənimlə. Yığdım əşyalarımı, sınmış qəlbimin sınıq parçalarını. Taksinin pəncərəsindən boylandım, son dəfə yanan ürəyimin alovunu qoyub getdiyim şəhərə baxmaq üçün. Tüpürcəkli yollardan, bədbəxt, bədbin sifətlərdən, iyrənc gülüşlərdən, sallanmış qarınlardan, ac körpələrdən, skelet insanlardan başqa heç nə görmədim. Vəssalam.Taksinin də pəncərəsini qaldırdım. Gözlərimi yalnız irəli dikdim. Əlimdən heç nə gəlmir deyə bir azca günahkarlıqdan başqa heç nə hiss etmədim. Sadəcə unutmaq. Unutmaq lazımdı bu zibil həyatı. Hər gün ögüyərək yaşamaqdansa rədd olub, satqın statusu almaq daha yaxşıdı, hər şeyin tərsinə olduğu bu ölkədə.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Urmulu
Avqust 13th, 2007 at 21:33
eziz dildashim selamlar
sizin gozel ve deyerli yazinizi icazeniz ile ereb elifbasina kochurerek cenub azerbaycandan yayilan sitemize yerleshdirdik
http://urmu.birolmali.com/?p=2540
sizi yashiyasiz
Aslan
Avqust 13th, 2007 at 22:20
Belə gözəl qələm sahibi olan gözəl qızın belə bədbin yazı yazması nə qədər yanlış, üzücü! Gülər xanım, küləklər (amma küləklər salxım-salxımı olmur), mavi-mavi dənizlər, ləpələr, şən gülüşlər, arfalarında gözəl musiqilər çalan mələklər təkcə qürbət, uzaq ölkələrdə deyil, sənin öz ölkəndə də var. Görmək, duymaq, eşitmək üçün qəlbini sevgiylə, sevinclə, gördüklərinə nifrətlə yox, məhəbbətlə doldurmalısan! Bu ölkə lənətlənməyib, bəxti gətirməyib! Mənim bədbəxt, başı bəlalı Vətənim! Bu ölkə sizindi, yanlışıyla, doğrusuyla, sevinci, kədəriylə! Getmək, səadətini qürbət ölkələrdə, yad torpaqlarda axtarmaq istəyənlərə də qal deməyə adamın dili gəlmir. Qalmaq da asan deyil, acıdı, amma həqiqətdi! Amma satqınçılığı, ağlınıza da gətirməyin! Heç nəylə, satqınlığa haqq qazandıra bilməzsiniz! Heç nəylə!
Qeyd elədim, gözəl qələminiz var, gözəl yazılar yazın! Ruhdan düşməyin! Gün gələr, bizim küçədə də bayram olar! Mən o günün gələcəyinə inanıram, illah ki, sizlərin inanmağınızı daha çox istəyirəm! Sevgi, arzu, ümid dolu yazılarınızı oxuyacağıma inamla!
Yasin Türksoy
Avqust 13th, 2007 at 23:17
“Xoş gəldin” Gülər xanım!
Yazınızda xoşdəxtlik, rifah, gözəllik dolu günlərin gəlişini istəmənizi hiss etdim… Amma sözlüyə də fikir vermək lazımdır. Məs.: “Salxım-salxım küləklər…” -bu nə deməkdi?!
“Körpə-körpə ləpələr..”–???
“masmavi”– Türkiyə türkcəsindənsə öz dilimizdə “gömgöy” kəlməsini işlədə bilərdiniz…
Və s…
Özünüz isə çox gözəlsiniz.
Elshan
Avqust 14th, 2007 at 00:01
Guler hec aglima gelmezdiki senin daxilinde bu qeder nifret gizlenirmish … belke menede ….??
ANGEl_of_TIMES
Avqust 14th, 2007 at 11:16
Guler,heyranam sene. cox ela … ela ona gore ki bu gunku realligi oz fikirlerinle catdira bilirsen…
sene ugurlar.
ozun kimi ol…..
ozun kimi yaz…
hansisa “agillilarin” ise fikirleri ve ya dedikleri seni narahat etmesin.
it hursede karvani yolundan saxlaya bilmez
Aslan
Avqust 14th, 2007 at 11:21
Cənab Urmulu! Yazı gecə sayta yerləşdirildi, nə vaxt fürsət tapıb ərəb əlifbasına köçürdünüz,sitənizdə yerləşdirdiniz? Lütfən deyin, hansı dəyərlərinə görə? Urmulu, dilimizdə yazırsan, bizlərdənsən yəqin. Bunu ədəbiyyatımızın inkişafı, qovuşması naminə elədin, ya bir çox soydaşların, qardaşların kimi adicə sağ ol almaq naminə? Məqsədin nəydi? Bu yazı adicə bədii yazıdı, bu yazının müəllifi də, milyonlarla bu taylı soydaşın da öz Vətənlərini sevirlər! Bu Vətən bizimdi, Urmulu!
İndi bizi qınayırlar, acizik, bir ovuc erməni torpaqlarımızı işğal eləyib. Soruşuram, biz acizik, bəs şəninə tərifnamələr yağdırılan, - bizim mətbuatda da, - gürcülər xristian olmalarına, dünyanın bütün böyük gücləri tərəfindən dəstəkələnmələrinə baxmayaraq Azərbaycanın kicik bir rayonu boyda olan Cənubi Osetiyanın əlində niyə aciz qalıb? Bəs Abxaziya? Bəlkə Cöhər Dudayev, ya elə Səddam Hüseyn öz xalqlarına xoşbəxtlik gətirdilər? Tələsməyin, səbrli olun, biz aciz, qorxaq deyilik. Bu Vətən, bu millət böyükdü, uludu, dünyada kimsədən əskik deyilik!
Gülər xanım, bundan sonra hisslərə qapılıp belə yazılar yazmayacağından əminəm. Heç olmaya ona görə ki, Urmular fürsət gözləyirlər!
Guler
Avqust 14th, 2007 at 11:52
Salam.Butun sherh yazarlara.Minnetdaram haminiza.
Urmulu isimli sherhci,derin derin teshekkurler.cox sevindirdiz meni.
Aslan bey,Yasin bey tenqidlerinizi maraqla oxudum.Ve netice cixardim.Cox sag olun.
Elshen,men insanlari sevirem.Men yashamagi sevirem.Men sadece iki sheye nifret edirem.Insanlarin aci cekmesine- ve bu insanlar milletim olduqda xususile,Bir de nifretin ozune nifret edirem.Cox sag olun.
scorpion
Avqust 14th, 2007 at 13:24
Guler xanimin yazisi(janrini mueyyenleshdire bilmesem de) depressiya kechiren genc bir insanin daxili monoloqunu xatirlatdi. Chox hayif bu cur gozel bir xanimin meghlubiyyetle bele tez barishmasini hech arzulamazdim.
Guler xanim bu yazisinda ne istediyini ozu de bilmeyen insan tesiri baghishlayir.
Ele yazi boyunca fikirlerindeki ziddiyyetli meqamlar da ele bundan yaranir yeqin ki.
Bir az guclu olmaq, bir de ” Pencerelerin shushelerini” vaxti vaxtinda silmek lazimdir…
Ughurlar!!!
Novarg
Avqust 14th, 2007 at 15:23
Yazı qəbulu qaydalarından:
2.1.4. Yazılarda ümumi qəbul olunmuş dil normalarından kənara çıxmalara yalnız onların yüksək ədəbi dəyəri açıq-aşkar olduğu (məs: yeni söz yaradılması) hallarda yol verilir.
Yazı qəbulu qaydalarını diqqətlə oxumaq lazımdır. Mən oxudum və bu qənaətə gəldim ki, Gülər xanımın yazısı açıq-aşkar yüksək ədəbi dəyərə sahib olduğu üçün - məs. yeni söz və söz birləşmələrinin yaranması kimi - jurnalda yerləşdirilmişdir. Əks təqdirdə, yəni yazı açıq-aşkar yüksək ədəbi dəyərə sahib olmasaydı, heç jurnalda verilərdimi…?
ANGEl_of_TIMES
Avqust 14th, 2007 at 17:17
Haminiza demek isteyirem ki, gelin bu meseleni evvala siyasileshdirmeyek.
2-cide ki biz demokratik olkede yashayirig ve burda haminin oz fikirlerini azad ifade etmek hugugu var. hele dushunme hugugundan danishmiram (hansini ki, hec vaxt kiminse elinden alamag mumkun deyil)
eslinde biz bele yazilri ve fikirleri cemiyyetle bolushmeli ve coxlarinin gore bilmediyi belke de iyrenclikleri cemiyete catdirmaliyig ki, onlar da bu yolu getmesinler. en azi sehvleri demekle duz yola celb etmish olag.
ANGEl_of_TIMES
Avqust 14th, 2007 at 17:23
Razilashin ki, Guler xanimin yazdiglari hegigetdi. Ve bunlarin hegiget oldugunu gorub niye gorxurug?
niye bunu acig elan etdiyi ucun kimise tengid edirik?
cunki biz de o cirkab icinde olanlardanig , yoxsa …..?
eslinde bu yazida gosterilen hallarin aradan galxmasi ucun here elinden geleni etmelidi.
Şahanə
Avqust 14th, 2007 at 19:00
men bilen seytan da melekdi….
Guler ucun gozel bir olke namine susaq deyirem….
Onun yazisi ucun susaq, gozel bir olke qurmaq uqruna ish gorek, qoy Guler de isiqli yazilar yazsin, yaza bilsin…
Kir-pasaqli ushaq
Avqust 16th, 2007 at 00:09
Deyilecek bir shey yox artiq!
Dostayevskisayaq yazilmish urek sozleri! Dostoyevski “Insancigaz”-da qadinin elleri ile bele yazirdi mektubunda…
Kimse, ne men, ne siz, ne de bashqalari muellifin oz hisslerini topladigi bu yazisini oxshaya bilmerik. Cunki onun bunlari yazarken kecirdiyi hissler bize uzaqdir, cooox uzaq…
Fuad
Avqust 16th, 2007 at 02:12
Hormetli muellif derir filkir ,ve agil sahibisen yazin ise pewekar derecesine yaxindi.Secdiyin Movzu butun yasadigmiz heyatin ic uzunu acir butun olaylari yalanci verlislerle ort bastir edilen hegigeti yenede hemen o aci hegigeti ki aci oldugundan “sirin” yalana satirig.Eslinde elmizde olan her seyir ucuzdasmasi axiryet elametlerne benzeyir,axi bezen bize adi gelen gunes isigini nece-nece gormekden mehrum olan insanlar,dustag olanlar gormek isterdi.Duzdu bizim yasadigmiz vaxt “Kecid Dovru”adlana deye gozmuzu yumurug-cox cekdi,bulanig devir daha cox yaxindi bu zamaneye.Guler xanum sizin hele gelemniz cox yazmali olacak cunki millet yaman derin yuxudadi(…Yatmislari razi deyilem kimse oyadsin M.E.Sabir).Eziz muellif size gelecek islernizde dukenmeyen ideya ve guc arzu edirem,gelin umid edek ki o uzag sahillerde olan hayat bizdede olacak sulf hak-adalet bizim memleketde bergarar olacak,umud edek cunki umid axirinci olarag bizi terk edir…
Elvin
Avqust 17th, 2007 at 16:25
salam Guler xanim! sizin hekayenizi oxudum. sozun duzu cox tesirlendim. Heqiqeten heyatda insan manelerle rastlasir.ama ne etmeli heyat bele qurulub. yenede heyatdan bezmemek lazimdi.umudla geleceke doqru getmek daha uqurludur.
size gelecek islerinizde uqurlar.
Urmulu
Avqust 18th, 2007 at 11:40
Hurmetli Aslan bey! her neden once sizi salamlayiram
neden ki siz selamsiz bashlamishdiz ama menim oregimden gelmedi selamsiz bashlayam
ama sonra , menim qardashim bu yazi gece siteye yazilib , qerar deyil besh alti gun sonra bizim elimize chatsin , bele saniram xeberiniz yoxdir Cyber fezasinda bu yazi sitede yerleshmek hemin men de ona el tapmisham.
ama hansi deyerlere gore biz bu yazini kochurmushuk , hamiya aydindir , bu yazi hemi bir gozel deyishe sahibdir , hemi de bir sira yatmish insanlara bir telengur hisab ola biler.
Hurmetli qardashim men Sag ol azligim yoxdir ki bu yazini kochurmek ile sag ol dilenchiligi edem. bu sehifede de yazdigim sherh(http://bizimki.org/2007/08/13/pencereden-menzere/#comment-453) yalniz ve yalniz muellife ihtiram qoymag ve onun haqqlarini qurumag uchun imish.
ve edeb ve site ishlemleri hukm edirdi men sitemde yerleshdirilen yazinin qaynagin yazim ve qaynagdan da teshekkur edem.
Guler xanim bizden teshekkur etmese de bizim ondan narahatligimiz ola bilmez ve olmazdir.
ama menim meqsedim ne idir?
men yalniz Azerbaycanin iki bolgesi arasinda(Cenub ile Shimal) bir edebi , kulturel , medeni bir ilgi baglamaq hissi uchun Shimal da yayilan yazilari oxuyub ve onlari ereb elifbasina kochurub ve sitemnde yerleshdirerek , bu hissi atdimlayiram. eyer sizce menim bu hissim yalnishdir, buyurun?
Cenab Aslan bey menim buna yeqinim var ki bu yazinin muellifi Vetenimizi sevir, menim bunda shekkim yoxdir.
ha bele sizde bilmesez bilmelisiz ki men ve menim kimin Cenublilar Guney azerbaycan dan sonra Quzey azerbaycani da sevirler. bize Urmu , Tebriz , Baki , Xankendi , … bir topragdir , ve hamisi Veten topragidir.
teessuflaniram ki siz hele dir ki hele biz leri ozunuzden bilmirsiz. qardashim tarixi oxuyarken bilersiniz ki siz ile biz neche on il bundan qabag bir olkede bir vetende yashayirdiq, eyer bu gun istimari qovvelerin zor ile ayri qalmishiq , delil ola bilmez ki ozumuz de ayriligimizi behane edib ve bir birimizden uzaqlashaq.
Aslan bey menim de inanim budur ki Azerbaycanin ishgal olunmush hisseleri bir gun Ana vetene qayidacaq.Qarabag yalniz siz bakililarin deyil , belke butun Azerbaycanlilarindir , biz Cenublilarda oraya sevgimiz var, biz de oranin qurtulushuna chalishiriq, eyer xeberiniz yoxdir lutfen bu barede soz aparmayin ve bizi bundan artiq incitmeyin.
Qardashim biz Qarabag uchun chabalarimiz uchun bilmirik Farslardan soz chekek ya ermenilerden ya senin kimin Dostlardan?
siz sirahet ile urmulu kimin insanlari furset axtaran adamlar tanitdirirsiz , ama bilmirsiz ki siz den artiq qarabag uchun chalishmishiq ve savashiriq.
Aslan bey siz Qarabaqdan metbuatinizda ya sitelerinizde yazarken bir vetensever adam taninirsiz ve padash alirsiz, ama biz bu ishleri burada goren zaman Farslarin ishkencelerine meruz qaliriq.
bu halda sizde gelib bizim derdimizi deshirsiz , ve bizi furset teleb adlandirirsiz. qardashim bele incitmek qardashlig yolu deyil.
Azerbaycan xalqi hech kimseden eskik deyil ki hech , belke butun xalqlardan da bashi ucadir.o devletler , o impiratilliqlar , o temeddunlar ki Azerbaycan Turk Xalqi bina edib ve Tarixlar da ona shahid dir bizim tarix boyu anli achiqligimiz ve bashi ucaligimizi gosterir.
Azerbaycan xalqinin oglu (nadir shah) hind memleketine kimin almishdir. Sefeviler boyuk bir impiratilik yaradarken boyuk iradelerini tarixe gosteribler. ve …. Azerbaycan Xalqi (ferq etmez Shimal ya Cenub) aciz ve qorxaq deyil , bunu biz sizden yaxshi bilirik. bir gun de chatacaq ki elden giden topraglarimiz elimize chatacaq elbet bir savash vasite si ile. niye ki [ topragdan pay olmaz ]
sozlerimiz sonunda hami oxuculardan ve dostlardan uzur dileyirem ki sozlerim uzunaya chekib ve ihtimelen sizi darixdirib ve ha bele Guler xanimdan da yeniden teshekkur edirem.
yashasin Azerbaycanimiz
Aslan
Avqust 18th, 2007 at 21:04
Qardaşım Urmulu! Salamlar, yüzlərlə, minlərlə dəfə! Qarda…………..aş, bağrıma basıram sizləri, hamınızı, o taylı bütün soydaılarımızı! Qardaş, nə ayrılıq, incitmək, fərq qoymaq, mən bu Vətəni heç vaxt cənuba, şimala bölməmişəm! Sizləri heç vaxt özümdən ayrı bilməmişəm! Əyər sizin məqsədiniz buymuşsa, əsla yanlış deyil, alqışlanmalıdı! Heç bilirsən mənim o tayda nə qədər dostlarım, qohumlarım var! Bu tarixi hər halda oxumuşam, qardaş! Vətəninmiz üçün, torpaqlarımızın işğaldan azad olunması üçün çabalarınız, səyləriniz, gördüyünüz işlər üçün milyon dəfə təşəkkürlər! Bu Vətən sizləri unutmaz!
Qardaş, xətrinə dəyən nə yazmışamsa, bağışla! Sadəcə mənə yanlış gələn öz ölkəsinə nifrət ruhunda yazılan bir yazının o taydakı sitəyə yol tapması, ən pisi, nə vaxtsa bizlərə qarşı təbliğat vasitəsinə çevriləcəyindən irəli gələn narahatçılıqdı. Diqqətli olmalıyıq. Biz Vətənimizdən yazanda əsla ənam-filan almırıq! Ummuruq, ummarıq da!
Sağlıqla qal, qardaşım! Allah amanında, Allah qorusun sizləri!
Guler
Avqust 20th, 2007 at 23:13
Salamlar Aslan beye ve Urmulu beye.
Men cox shadam ki siz her ikiniz,men ve bizim kimi minlerle, milyonlarla gencler vetenimizin xeyri ucun calishiriq.Bu barede mence butun yazilanlardan sonra elave sherhe ehtiyac yoxdu.
Men sadece Urmulu beye bildirmek isteyirem.Cenab Urmulu,soydashlarimin,senin kimi genclerin orda neler yashadigini derin urek agrisiyla duyur hiss edirem.Burda sizlerden tanidigim gencler var.Onlarin ne ezablar ne shertler altinda calishdiqlarina shahidem.Size derin sebr ve tutdugunuz yolda ugurlar hec yorulmamaq her zaman ishiqli geleceye dogru addimlamagi arzulayiram.
Butun gencler.Men inaniram ki o gelecek olacaq.Onu biz yaradacagiq.Oz beyin yorgunlugumuz,urek agrilarimiz ve ezablarimizla.Her qelebe onu yaradanlarin qanlari urekleri uzerinde qurular.Teshekkurler haminiza.
Hekim qiz:)
Avqust 21st, 2007 at 00:11
Gulerka,ozune de dedim.Fikirlerimi bura da yaziram.
Mene chox tesir etdi.Birden insanin ichinde hisler olur…Amma onlari sozlere kochure bilmirsen.Sonra hansisa mahnini eshidirsen yaxud eser oxuyursan…Ve fikirleshirsen ki,bu shair yaxud yazichi tam menim hislerimi ifade edib,amma kechirdiyin hisleri ozun bu qeder gozel ifade ede bilmezdin…Bax, men senin bu yazini oxuyanda tam bele oldum.Chox xoshuma geldi.Mence chox gozeldir.Bu yazi senin kichik de olsa,ugurundur.Ugurlarinin davaminin olmasi umidiyle.Bele davam et,canim…
pishik
Avqust 25th, 2007 at 17:19
mence yazi super. amma serhlerin bir hissesi ise …
Guler (askim) sukani bele saxla. yazida ozumun geleceyimi gordum. daha dogrusu ne vaxtsa menbu seherden her seye tupurub getden de bele edecem.
PS: sen denize nece defe baxmisan :)…
Elvin Cabay
Avqust 28th, 2007 at 18:36
… Müellif Türkiyede yaşayır? eger bele deyilse yeqin Anadolu Türkçesinden, edebiyyatından çox istifade edir.
… Buradakı şerhlerin bezileri şexsen meni iyrendirdi. Emin olun ki, eyni yazının üzerine eybecer bir qız ve ya oğlan şekili qoyulsaydı buradakı şerhlerin 80%-i 180 derece ferqli yazılacaqdı. Eslinde bu sadece burada şerh yazanların yox, bu gün bütün insanların en derin xesteliyidir. Bizler görüntünün cemiyyeti olmuşuq. Her şeye sethi yanaşır, görüntüye ilişib qalır, götüntünün altına, menaya ene bilmirik. Buradakı şerhler de bu xüsusiyyetimizin nümunesidir.
Anar
Avqust 30th, 2007 at 20:37
Slm necesen dostik? maraqlidi yazdiqlarin amma nese yaxsi anlamadim
amir nasiri (zanganli elman )
Fevral 15th, 2008 at 21:15
salamlar
mani bagislarsiniz ki duzgon bajara bilma yiram latin turkjasinda yazam .buton seyirlarimda turk va arab alifbasinda yazilib amma dil sevgisi va el sevgisi va an ouston azarbayjan sevgisi mani garaklandirir ki yazib organam.
yasasin azarbayjan yasasinturk millati va yasasin guler xanim.
hormatla : amir nasiri ( zanganli elman )
( آنا دیلیم )
قات قات عومروم الیمده ن گئدیرسه ده ، اینجیمه ییره م
آمما ، یار یا رپاقلارین تؤزلانماسی اینجید یر منی !
یاغیش اولوب تؤزونو سیلمه گ ایسته ییره م ؛
یئل اولوب عطرینی یایماق ایسته ییره م؛
هئی،آنا د یلیم
د یلیم د یلیم
آنا د یلیم
امیر نصیری (زنگانلی ائلمان )
ibrahim 0703127800
Mart 21st, 2008 at 11:25
coxxxxxxxxxxxxxxxxx ela bele davam et. senin geleceyin gozeldir.
Aqil_tenha
May 18th, 2008 at 17:42
Bashda Guler xanim olmaqla hamiya salamlar! Guler xanim,size derin teshekkurumu bildirirem heqiqeten hisslerinizi ,dushuncelerinizi, digerlerindede canlandirmagi bacarmisiniz , bu sizin ugurunuzdur. “Allah qis gozden qorusun”. Men sizin yazinizda olan soz ahenginden , cox xoshum geldi . Dushunurem bu hekayeni bir defe oxumaqla nezer vermek olmaz calisharam diqqetle oxuduqdan sonra etrafli teshekur edem . cax sag ol…