Heç kimdən bu qədər utanmamışdım,
Bu gün səndən utandığım qədər.
Sən gözümün içinə baxa-baxa yalan söyləyəndə
Çəkdim gözümü üzündən,
Utandım gözündən,
İnanmadığımı anlarsan deyə gözümdən,
Zillədim onları çayıma…
Qoydum özümü axmaqlığa ki,
Əmin olasan inanmağıma…
Qorxdum inanmadığımı bilsən,
Xəcalət çəkərsən.
Dözmərəm məni aldadarkən belə, sınmağına…
Lənət olsun! Özümdən utandım.
Çayımın içindəki üzümdən utandım.
Heç kimdən bu qədər utanmamışdım…
Dua
İlahi, şerimin ünvanı sənsən,
Bir dua tökülür yenə dilimdən.
Dünyanı yandıran ürək vermisən,
Şamımı yandırmaq gəlmir əlindən.
Yollar qarışıqdır, azmışam, Allah!
Alnıma gör nələr yazmısan, Allah!
İçi çovğun, çölü yazmışam, Allah!
Şirə çəkən də var hələ gülümdən.
Mənim uşaqlıqdan sınıqdı qəlbim,
İçimdə göyərdi, qurudu dərdim,
Səndən yaşamaqçün ömür istərdim,
Surünmək betərdi, vallah, ölümdən.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Novarg
Avqust 15th, 2007 at 11:04
Ilk sheir Cavidan`in stilinde yazilib, onun bir neche sheirini oxuyanlar bu sheiri goren kimi, Cavidanin`dir, deyecek… Belelikle, Cavidan, yeni cigir achmisan, tebrik edirem… -)) Leylani da tebrik edirem…
Ikinci sheir ise, Elnare Shams`in stilidir…Amma men eminem, bu cigir choxdan achilib, Leyla ve Elnare ordan kechirler sadece…
Ryabina
Avqust 15th, 2007 at 12:13
…Yandı bağrım bu namazı qılınca,
Məhşər qopar duam qəbul olunca,
Bir nur göndər, bir eşq göndər dalımca,
Götür məni bu dünyadan, İlahi…(C)
Leyla…sənə dünyanın ən gözəl sevgisini və ən gözəl şeirlərini arzulayıram.
Şeirlərin gözəldir…yəqin ürəyin də…
Sənə uğurlar, Leyla…
Urmulu
Avqust 15th, 2007 at 13:32
Selamlar
chox gozeldir
sag olun
Urmu Kitabxanasinda da bu gozel sheri yerleshdirdik
http://urmu.birolmali.com/?p=2553
helelik
Leyla Metin
Avqust 15th, 2007 at 19:15
Her kese salam!
Hormetli Novarg, birinci sheri bir il olar ki, (bir az az) yazmisham. Cavidanin sheirleri ile ise ” Bizimki”de tanish olmusham, yeni 4ox az muddetdir.Amma Cavidanin sheirleri de, stili de 4ox gozel oldugundan, bunu bir iltifat qebul edirem ve teshekkur edirem.:)) Tesadufden sherhin ikinci hissesinde de meni bashqa muellife benzetmisiniz. Onun sheirlerini oxumadigimdan helelik teshekkur ede bilmeyeceyem.:))
Ryabina, 4ox sag ol, canim. Arzun qarshiliqlidir. Bu gozel sozleri senin adindan oxumaq ikiqat zovq verdi.
Urmulu, teshekkur edirem!
scorpion
Avqust 15th, 2007 at 23:57
Hisler semimidir…urekden geldiyi o saat hiss olunur…
Ancaq Leyla xanimin yazi verdishlerinin, peshekarlighinin arzuedilen seviyyede olmamasi o saat hiss olunur…
Bu da yeqin ki, zaman kechdikce yerini tutacaq…
Size ughurlar arzulayiram!!!
Elnarə Şəms
Avqust 19th, 2007 at 23:02
Leyla xanım şeirləriniz xoşuma gəldi.Əsas odur ürəyinizin səsidir.Bu Sizin öz yolunuzdur,(2-ci şeiri nəzərdə tuturam)eyni zamanda Azərbaycan adlı bir məkanın yoludir.Bəli bizlər heç olmasa bu cıgırın ot,alaq basıb,itib batmaması üçün əlimizdən gələni eliyirik və eliyəcəyik.Sizə uğurlar
Skarpi
Avqust 22nd, 2007 at 14:58
Salam… əlinizə sagliq….Həmişəki kimi şerləriniz xoşuma gəldi..sizə ugurlar..
Elvin Cabay
Avqust 26th, 2007 at 02:46
… Bu dergide şeirlerini zövqle oxuğum insanlardan biridir L.Metin.
… Birinci şeirin şam meselesinde Fizulinin o mehşur setirlerin xatırladım. Ve mence ilk iki misrada eyni sözlerin işledilmesi estetikanı pozub. İkisindne birinde “qeder” sözü başqa sözle evez edilseydi daha xoş olardı. Meselen; ” Heç kimden bu qeder utanmamışdım / Bu gün senden utandığım kimi.” Ümumiyyetle, şeirin mövzusu her kesin başına gelen bir meseledir mence. Bele hallarla şexsen men de bir neçe defe qarşılaşmışam. Amma bu halı bele gözel ifade etmek ve ya kiminse ifade edeceyi heç ağlıma gelmemişdi. Mövzu sıradan olsa da şeir üçün orjinaldır.
… İkinci şeirin adı ile setirlerinin ifade elediyi mena bir-birleri ile zidlik teşkil edirler. Adı duadır, şeir ise üsyandır. Üsyandan dua olar? Ve ya, dua da üsyan olar? Ümumiyyetle götürsek, xoş şeirdir. Uğurlar arzulayıram.
Qəşəm Nəcəfzadə
Avqust 26th, 2007 at 22:19
Leyla, təbrik edirəm. Səmimi şeirlərdi. Bütünlüklə özünsən. Uğurlar!
Leyla Metin
Avqust 30th, 2007 at 17:07
Salamlar!
Elnare Wems, 4ox sag ol werhin u4un. Weirlerini oxudum, gordum ki, sene benzedilmekde narahat4iliga sebeb olacaq bir wey yoxdur.:) Eksine, 4ox gozel ureyin var. Mence, hansi veznde yox, nece yazmaq onemlidir.
Scorpion ve Skarpi, tewekkurler!
Elvin Cabay, gozel sozlerin u4un 4ox sag ol! Dogrusu, gozlediyim werh idi. Usyan Allahdan wikayetdir, men ise ozumden wikayet etmiwem.” Wamimi yandirmaq gelmir elinden” deyerken, Allahi deyil, ureyi nezerde tutmuwam. Eksine, Allahin mene dunyani yandiran urek verdiyini ifade etmiwem, ondan istifade ede bilmemek mene aid cizgidir. Ve yaxud, Allahin verdiyi zahiri ” yaz”, yene menim qaraltdigim i4imi “4ovgun” adlandirmiwam. Ozumden wikayeti Ondan bawqa kime ede bilerem?! Qaldi ki, dua: ” yawamaq4un omur” istemekden boyuk dua olar?
Qewem bey, tewekkur edirem! Sizin beyenmeyiniz menim4un 4ox onemlidi.
Guler
Avqust 30th, 2007 at 20:29
Leyla xanim ugurlar:) Zovqumuzu bezediniz.
olumqabagi opush
Noyabr 22nd, 2007 at 19:19
salam
cox eladir
halal olsun seni dogan anaya
Oxucu
Dekabr 6th, 2007 at 02:07
Birinci seir cox yaxsidi.cooox,ozumden utandim cayimin icindeki uzumden utandim.eeeeeeeeela.amma bele seylere hazir olmaq lazimdi,bilirsiz dee coxlari konulden sexavetlidir , her kese bir konul bagislayirlar….
ikinci seir xosuma gelmedi:yazmaq ucun yazmisan.bir de ki,yaxsi olar ki Allaha yox ozune usyan edesen.
Nemat..qelbi-(dili )_QAM
Fevral 29th, 2008 at 19:15
sheri oxuduqca ani yashadim.bir anliq siz oldum.ama basha dushmedim onsuz itirirsininiz de,eslinde cekeceyin acilardan qorx.