8 İyul 2008
Qəm olası deyiləm
Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur. Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və
Davamı...
23 İyun 2008
PENGUAM ədəbiyyatımıza xidmət edən qurum olacaq
Hər şey ondan başladı ki…
Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər.
Davamı...
10 İyun 2008
İllər sonra yerini tapan ədalət
Azərbaycan Sovet ədəbiyyatının önəmli isimlərindən biri İsmayıl Qarayevin “O və anam” mikroromanı Almaniyada dərc olunan Havuz.de ədəbiyyat e-dərgisində nəşr olunmuşdur. Xatırladaq ki, əsərin tərcüməsi Oqtay Hacımusaliya aiddir. Oqtay Hacımusalının dediyinə görə gələcəkdə digər dövlətlərin e-dərgilərində bu cür qarşılıqlı ədəbi əlaqələr davam etdiriləcəkdir.
30 May 2008
“Nəsimi” müsabiqəsinin qalibləri açıqlandı
2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar
Davamı...
19 May 2008
“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum oldu
Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən
Davamı...
1 May 2008
AYB-nın yeni saytı hazırdır
İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.
25 Aprel 2008
Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır
Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar
Davamı...
7 Aprel 2008
“Yazar” qəzetinin növbəti sayı satışda
“Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb.
Davamı...
5 Aprel 2008
“Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı
“Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad və başqa gənc ədiblər bu
Davamı...
26 Fevral 2008
Doqquz İqlim dərgisinin yeni sayı
Bu günlərdə şair Xanəmir Telmanoğlunun “Döqquz iklim” dərgisi işıq üzü gördü. Çətinliklərə baxmayaraq bu dərgi davamlı şəkildə çıxmağı bacarır. Hər sayısı bir-birindən daha fərqli və rəngarəng olaraq oxucuların görüşünə gələn “9 iklim” dərgisi bu dəfəki sayısında da əvvəlki ənənəsinə sadiq qalaraq “Orhun Yenisey” əlifbasını üz
Davamı...
Aslan
Avqust 21st, 2007 at 22:39
Payız səhərinin sərinliyində,
xəfifcə yellənən yaylıqlar vardı.
Duzlu dənizlərin dərinliyində,
yuxulu, xırdaca balıqlar vardı.
Bilmədim, müəllifi kimdi, Zamin Hacı, ya Səms El?
Paustovskini hansısa yazıçının bircə cümləsi sarsıtmışdı. “Qəza Rusiyasında sakitlik idi”. Bu bircə bənd mənə eləcə təsir elədi. Gözəl, saf şeirdi! Heyf, sona yaxın bir az sönür. “Acından ölürdüm” getmir orda, şeirin ümumi ab-havası ilə səsləşmir. Uğurlar!
Şəms EL
Avqust 22nd, 2007 at 00:26
Salam, Aslan bəy!
Əlbəttə ki, şeirin müəllifi Zamin Hacıdır. Şəms EL sadəcə onu foto üzərinə köçürəndir…
Hörmətlə,
Şahanə
Avqust 22nd, 2007 at 11:08
Yaxsi bendlerdir… bir az elaqelendirme zeifdi, o da ele de onemli deyil, seher-seher bunu oxumaq ela oldu…
Uqurlar, Zamin…
Yasin Türksoy
Avqust 24th, 2007 at 13:15
Foto işləmə gözəldir.
Sözlərə isə şeir demək olmaz, apar qaytar..(inciməyin)
etcebala
Avqust 25th, 2007 at 05:35
Sems_el xanim AYO - ya bu qeder yaxinliq hardandir sizde? Seirini foto uzerine kocurmeye adam tapilmirdi beyem? Zamin Haci sairdi ki?
Şəms EL
Avqust 25th, 2007 at 08:07
Salamlar!
Etcebala, deyirsiniz ki, Zamin Hacı şair deyil. Məgər burada şeirləri nəşr olunanların hamısı şair və ya şairədirmi. İçlərində mən də olmaqla, əksəriyyəti yaradıcılığa yeni başlamış gənclərdir.
Ümumiyyətlə, “Bizimki”dəki şərhlərin əksəriyyətində var bu. Müəllifin yazdığından daha çox onun şəxsi barədə şərhlər yazılır. Oxucunun nəyinə lazımdır ki, müəllif AYO-çudur, yoxsa AYB-çi? Oxucuya ona təqdim edilən əsər maraqlı olmalıdır. Və əsəri ya tənqid edəcək, ya da tərifləyəcək. Daha durub müəllifin şəxsi barədə şərhlər yazmağa ehtiyac yoxdur.
Buradakı yazılar yazarlarımızın səviyyəsini nümayiş etdirirsə, şərhlər də oxucumuzun səviyyəsini nümayiş etdirir. Nə qədər ki, yazarlarımız öz yazdıqları barədə “sağlam tənqid” oxumayacaqlar, bir o qədər stimulları az olacaq…
Seyid Ramin
Avqust 25th, 2007 at 19:05
Hörmətli Şəms EL. Siz hicablı bir xanımsınız. Sizin hicabınıza hörmətim var. Amma sizin bu şərəfsiz və mənəviyyatsız ayo-çulara qoşulmağınız heç də yaxşı bir şey deyil. Çünki sizin dostluq etdiyiniz ayo-çular ən azı gündə 3-4 dəfə sizin əqidənizi söyürlər. Həm də Siz müsəlmansınız. Amma onlar ( yəni ayo-çular )Müsəlmana qatı düşmən kimi baxırlar. Birdə ki, sizə heç yaraşarmı Allahın düşməni ilə dost olmaq?!…
Şəms EL
Avqust 25th, 2007 at 22:30
Baxın, yenə şəxsə münasibət. Nə mənim hicablı və ya müsəlman olmağımın, nə əqidəmin, nə də AYO-çularla dostluğumun (ki, buna əmin olmadan yazırsınız) məsələyə heç bir aidiyyatı yoxdur və burada müzakirəsinin heç yeri yoxdur. Bura ədəbi saytdır, hal-hazırda isə mövzu şeir və fotodur. Buyurun, siz də tənqid edin…
Ryabina
Avqust 25th, 2007 at 23:02
Şəms…fikir vermə…bunlar maraqlı şərh yazmaq yarışına çıxıblar deyəsən…hər kəsin işinə qiymət vermək əvəzinə şəxsiyyətini, siyasi, dini əqidəsini önə çəkməklə əsəb oynadırlar…
Burdan kənarda çox şeydə baxışlarımız və əməllərimiz bir-birindən fərqli istiqamətlərə yönələ bilər…burda isə hamımızın bir işi var - ədəbiyyat qurmaq…
Sən gözəllik yaradırsan…Demək bütün tənqidlərdən və təhqirlərdən daha yüksəkdəsən…Saqın onların sözlərinə enmə…
Zamin Hacıya isə təşəkkürlər bu gözəl parçaya görə…
“Mən dərdin tikə-tikə doğradığı adamam…günlər ac it kimi gəmirdi sümüklərimi…” deyən Zamin Hacı…Uğurlar olsun…
Elvin Cabay
Avqust 26th, 2007 at 01:44
… Uzun zaman sonra dergimizi oxuyabilmek ve şerh yazmaq meni sevindirir.
… Zamin Hacını qezetlerdeki yazılarından tanıyıram. Şexsiyyetine hörmetim yoxdur. Sevmediyim, hetta nifret etdiyim düşüncelere sahibdir. Amma bura bir edebiyyat dergisidir ve burada eserler yayınlanır. Şexslerin burada yayınlanan eserleri xaricindeki düşüncelerini müzakire, tenqid yeri deyil. Bunun üçün elverişli mekanlar mövcuddur, bele şeylerin hevesinde olanlar zehmet olmasa o mekanlara üz tutsun.
… Men Şemz_elin bu zehmetini AYO ile dostluq, emekdaşlıq yox, dergimize edilen bir xidmet kimi görür, teqdir edir ve teşekkür edirem. Eger Zamin Hacının her-hansısa bir yazısı burada yayınlanmamalıdırsa ve buna baxmayaraq yayınlanıbsa, bunun günahı Şems_elde deyil. Bu sebeble iradı olanların iradların birbaşa idare heyetine bildirsin.
… Görün ne qeder gic-gic şerhler yazılıb ki, bu qeder yazmağıma baxmayaraq hele esere keçe bilmemişem.Şeir xoşuma geldi. Hem mena, hem üslub etibarı ile xoşdur. Bezi yerlerde ise mena qafiyeye qurban edilib. Uğurlar Bizimkiye.
Serxan Huseynli
Avqust 27th, 2007 at 17:34
Zamin Haci nin kimliyinin,muxalifetci olmasinin,neyinse uzvu olmasinin falan meseleye dexli yoxdu.
Seir gozel seirdi.
Novarg
Avqust 27th, 2007 at 18:15
Bu lovhe qizildan olmali idi, bir halda ki, uzerinde Zamin`in misralari var…
Shams`a teshekkurler…
etcebala
Avqust 30th, 2007 at 01:59
gelin bele eleyek de zaminin muxalifetci ne bilim jurnalist olmagini qoyaq bir qiraga meseleye Shems El xanimin yaxinlasmasi ile yanasaq… Zamin Haci edebiyyata 90 - ci illerde gelib ve on il kifayet qeder boyuk reqemdir yaradiciliq ucun… Ortaya nese qoymaq serti ile.. Daha gedib butun gunu koselerinde kimise soymek yox…
qaldi ki ayb - ayo meselesine… Diqqetinize bir seyi catdirim ki, bu gun ciddi genclik ne AYB - nin, ne AYO - nun pesindedir… Onlar saglam muhit isteyirler… Amma sohbet saglam muhitden gedir… Dunene kimi kimlerinse eteyinden open, bu gun kimlerinse eteyinden open, sabahi belirsiz bir edebi genclikden getmir sohbet!…
Edebiyyatda ise teref deyende men bunu nezerde tutmusdum… Her halda Seyyid Raminin dediklerinde mueyyen menada heqiqet var… Men sabah hec bele edebiyyatdan basi cixmayan sadece bir oxucuyam deyek ki, aliram elime Alatoran jurnalini ve baxiram hormetli Shems El xanimin seirleri orda cap olunub…Aha demek ki, o da bunlardandir… Siz ozunuz olsaydiniz ne dusunerdiniz?!
Yeqin ki, nenem demisken novbeti atkritke Elmin Hesenliden ya da Rasim Qaracadan olacaq…
Ryabina xanim, ezizim, dusuncesiz yaranan edebiyyat yeni tikilen coxmertebeli binalar olume, cokmeye mehkumdur…Edebiyyatda mence teref olmalidir. ya menimlesiniz ya da menim qarsimda… Dusmen kimi yox amma…
He bir de Ryabina xanim, siz yuxarida sitat getirdiyiniz seir parcasini heqiqeten de beyenirsinizmi? cunki o seirlerden yuzlercesi yazilib… Elizade Nuri de yazib, ne bilim Resmiyye Sabir, Elirza Hesret de yazib, hetta qebri nurla dolsun Boyukxan Perviz de yazib…
Bu arada men sizin Zamin Hacidan getirdiyiniz sitatin qarsisinda Boyukxan Pervizden bir sitat getirirem:
Men senin esqinle serxos olmusam
Eger inanmirsansa iyle agzimi…
Bu da sizin ucun soz oyunu…
Edebiyyatda gozel gunler gormek dileyi ile sizin etcebala
uzaqdanoxucu
Avqust 30th, 2007 at 07:58
etcebalanin dediyinde de heqiqet var,
sexsi fikrim ise: men deyeridim ki sems-el saytimizda yenilik edib ve gelin bu yeniliye baxaq,
bacaran vardisa buyursun lap ele basqa sairin seirini yerlesdirsin ve gozel foto is numune etsin,
efsane
Mart 22nd, 2008 at 19:59
gelin etiraf edek ki, zamin haci heqiqeten pesekar ve misilsizdir.zamin bey,demek olar ki, sizin butun kosk yazilarinizi oxuyuram.qolunuza quvvet.tam semimi olaraq etiraf edirem ki, bu yazilar dunya edebiyyatinin sah eseri tituluna layiq gorulen eserlerin coxundan maraqli ve mentiqlidir.qaldi ki, seire ,emin olun ki,cox qelbeyatandi.coxdandi ki,bele gozel seir oxumurdum.tesekkurler.