Yumruq

Əvəz QurbanlıXasiyyəti pisdir deyə gəlməz xoşa yumruq,
Gəlməz xoşu – bir zərbəsi çıxsın boşa yumruq!

Döz yumruğa ki, hökmü verilmiş “dözüm” üstə,
Dözmək də göz üstə! Yeri var çün gözüm üstə…
“Göz üstə qaşın var!” – deyərək, bir sözüm üstə,
Çatdırdı özün alnıma nagah qoşa yumruq!
Xasiyyəti pisdir deyə gəlməz xoşa yumruq,
Gəlməz xoşu – bir zərbəsi çıxsın boşa yumruq!

Söz açma mənə “bu zopadı, bu dəyənəkdi…”
Billahi, bu yumruq yenə insanə gərəkdi.
Vay onda ki, idmançı vura – gör nə deməkdi!
Daşqəlbli atan zərbədə bənzər daşa yumruq,
Meydanda adam gördümü – istər joşa yumruq!

Görsən, hədəfi yumruğunun “peysəridaz”dı,
Doxsan dərəjə yumruğu əy – çarə qapazdı.
Kəlpeysərə, əlbəttə, bunun təsiri azdı,
Ardınja, pis olmaz, vurasan birbaşa yumruq.
Əlbəttə, qapaznan yaraşar bir başa yumruq!

Yumruq başı dörd səmtidən, eyvay, salıb haldan
Allah, bizi sən qoru bu dəhşətli zavaldan!
Yumruq “küləyi” ta o qədər əsdi Şimaldan,
Döndərdi mənim Yazımı axır Qışa yumruq…
Var niyyəti, çox layiq ola alqışa yumruq!

Yumruq çoxun oynatdı siyasət havasında,
Yumruqdu verən hökmü vəkillər arasında!
Derlər ki, yıxılmış Zəbi məjlis davasında;
Hərçənd atırmış Vəliyə Mirpaşa yumruq,
Çün sahibi xamdırsa, gərəkdir çaşa yumruq!

Yumruq, bizə sən çox da inanma, hələ yoxla,
Söz əhlini sal xəlbirə, bir-bir ələ, yoxla.
Susdurmaq işində neçədir mərhələ? Yoxla -
Öyrət Əvəzi “him-jim” ilə “göz-qaşa”, yumruq,
Lal dilləri dindirmə ki, həddin aşa, yumruq!
“Az aş” yeməyən başları döndər xaşa, yumruq!

13 Comments: Trackback URL | Comments RSS

  1. Seyid Ramin Says:

    Mən Əvəzi zəmanənin Sabiri adlandırmazdım. Çünki, Əvəz zəmanənin Əvəzidir…

  2. etcebala Says:

    yeri var evez bey

  3. Elnarə Şəms Says:

    Əvəz,Sizə uğurlar.Gözəl şeirdir

  4. Elvin Cabay Says:

    … Bu nedir? Rengin qaradır!Özün de arıq, çelimsiz.Saçun da ele bil tökülüb,bir neçe ile keçelleşersen. Sen ne yazırsansa yaz, ne yaradırsansa yarad, ne mena, ne ehemiyyeti? Ele qara insansan ki, qara …

  5. Mars Says:

    Əvəz, əla şeirdir, sag ol. elvin cabay kimilərə fikir vermə, onuncun nə fərqi ki, sən qarasan, yoxsa ag? Əsas odur ki, sən kişisən!

  6. Elnarə Şəms Says:

    Hörmətli Elvin Cabay mən başa düşmədim axı şeirin rənglə nə əlaqəsi?Bir də Əvəz məncə şəkildə elə düşüb.

  7. Elvin Cabay Says:

    … Elnare xanım, Zamin Hacının şeirine yazdığım şerhi oxumamısınız yeqin, onun üçün buradakı şerhimi başa düşmemisiz.

  8. Seyid Ramin Says:

    Elvin Cabay. sən heç özün güzgüyə baxmısan?! Ona qalsa sən gərək “ədəbiyyat” sözünü dilinə gətirməyəsənki…
    Bir də ki Əvəzi Allah belə yaradıb. Sən rəsmə gülürsən, yoxsa “Rəssam”a?!

  9. Elvin Cabay Says:

    … Nehayet yazdığım şerh silindi.
    … Deyerli dostlar, bu edebiyyat dergisidir. Men burada yazan ve buranı oxuyanların istedadlarına güvenerek rengsiz bir mizahdan istifade etdim. Amma gördüm ki, anlaşılmadım, ona göre de açıqlama etmek mecburiyyetinde qaldım.
    … Evez beyin şeiri tek kelmele mene lezzet eledi. Heqiqeten böyük ustalıqla qeleme alınmışdı. Men o şerhimle, qara insanlara yer olmayan vetenimin bu xüsusiyyetini tenqid etmişdim. Çox hayıf ki, rengin qaradırsa (herfi menada yox) etdiyin iş ne olursa olsun, dahi de olsan sene bu ölkede deyer vermeyecekler. Bunu dile getirdim. İkinci olaraq ise, Elman Zalın şeirine şerh yazan, yazıçının eserini bir kenarda qoyaraq onun şexsiyyeti haqqında arvad kimi qeybetamiz şeylerden behs eden şerhçileri tenqid eledim. Yeni, evez beye onların gözünden baxdım.
    … Neyse, olar bele hallar. Meni düz anlamayanlardan üzr isteyirem, bağışlasınlar, düz anlamadılar.

  10. Leyla Mövsumova Says:

    Men Evezin tek bu seirini yox butun serlerini beyenirem.

    Qaldi Elvin Cabay sizin sozlerinize yeqin siz Evezi heyatta gormemisiz.Sekilde qara dusmeyine baxmayin heyatta gozel goycek oglandi.

  11. Maral Says:

    Hə, bu da pis deyil. Uğurlar qardaş, uğurlar.

  12. Vüqar Says:

    Yaxşıdır qardaş. uğurlar

  13. Vusal Says:

    YERI VAR,SUPER!!!!

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...