Balaca avtobus, balaca-balaca adamlar, bir-birinə bir az sıxlaşmış halda lap bir növ insan sendviçinə oxşayır. Mən də bu sendviçin tən ortasında– qaymağında elə dayanmışam elə bil Leninin heykəliyəm, bircə onun kimi əlimlə havanı tutmamışam– aftobusun adamlar yıxılmasın deyə, yuxarısına çəkilmiş dəmirini tutmuşam. Həm də sifətimdən uydurulmuş, gözəl həyat vədləri deyil, zəhrimar yağır. Ona görə zəhrimar yağır ki, istidi, bürküdü, bir sözlə, cəhənnəmdi. İçimdəki cəhənnəmim də azmış kimi…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Son şərhlər