Ömrümdən bircə günüm, zil qaranlıq bir gecə,
Yenə hövlank oyanmışam, düşünürəm gizlicə.
Açıldıqca ömür səhfəm, yaşandıqca hər anım,
Şıltaq körpə uşaq təki, məni danlar vicdanım.
Eh əzizim, yırğalanıb oyandıqca duyğular,
Gözlərimdə donan səni, xəyalını nəm yuyar.
Məndən sənə gələn yolum bircə qarış,
Mən özümsə nə boydayam?!
Milyon illər yol gələm,
Yenə sənin xəyalına, sənə çata bilmərəm.
Bağışlamı desəm sənə, yoxsa gecdi, neyləyim?!
Ömrüm boyu bu hicranın nəğməsini dinləyim?!
Hərdən bir də, baş qaldırır içimdəki bu şübhə,
Necə yoldaş ola bildin, sevmədiyin bir kəsə?
Öz işindir, nə isə…..!
Bəlkə, sənsən günahkar?
Yox-yox, sənsiz yaşanılan ömür zərər,
Sənlə birgə yaşadığım günah kar.
Tək bir şeyə heyfim gəlir ömrümdə!
Düşünmə ki, peşmanam,
Bircə dəfə of demərəm, ömrüm boyu sənsizliklə odlanam!
Uzun qara telərinin dən yaşadan günlərini görmədim,
Bax bu məni yandırır.
Qorxma, hələ səni mənim ürəyimdə yaşadacaq, neçə-neçə an durur.
Gülüm, daha qınamıram səni də,
Çoxdan sildim ürəyimdən, sənə olan kini də.
Şükr edərək yaşayıram, yaşanılan hər günə,
Bil ki, daha möhtac deyil könlüm sənin sevginə.
Mənim eşqim şeiriyyətim, mənim eşqim səsimdi,
Səndən mənə hicran qalıb, hicranın da bəsimdi.
Ayrılıqdan ayrı düşməz yollar içrə yolum var,
Xəyalınla sevişirəm, xəyalındı düzilqar.
Uşaqlıq həsrəti
Baxma ki, böyüyəm, çoxalıb yaşım,
İçimdə körpəyəm, uşağam, ana.
Çox da ki möhnətdən ağarıb başım,
Hələ də möhtacam, ana, laylana.
İllər nə tez ötdü, vəfası yoxmuş?!
Yenə uşaqlığım geri dönəydi.
Ana, ürəyimdə dağ olan yüküm,
Əriyib gözümdə selə dönəydi.
Bir azca tutulan üzün olanda,
Hərdən inciyəydim, hərdən küsəydim.
Könlümü almaqçün dediyin sözə,
Özümü tox tutub, naza çəkəydim.
Ünvan səni bilib, sənə qaçaydım,
Potum ayağıma dar olan kimi
Sirrimi ilk öncə sənə açaydım,
Könlümə bir gözəl yar olan kimi.
Zülmətə qərq olan gecə düşəydi,
Yenə uyuyaydım dizinin üstə.
Gözüm mürgüləyib, yumulan kimi,
Öpüş qonduraydın gözümün üstə.
Böyüdüm, gen düşdü şirini məndən,
İndi dostum olub qəmi həyatın.
Onda nə asandı, ağlayan kimi,
Tezcə tapılırdı çəmi həyatın.
İndi utanıram söz qaytardığım,
Günümdən, ayımdan, ilimdən, ana.
Mən onda bilmirdim hələ bunları,
Çox şey öyrədirmiş, zaman insana.
Mən neçə yar sevim belə dünyada?
Mənim bir könlüm var, vurulub sənə.
Min gözəl içindən birini seçsəm,
Yenə dəyməyəcək qara kölgənə.
Mən sənin eşqinlə varam, əzizim,
Bütün söz-söhbətim sənin üçündür.
Səndən bir ricam var, ay ana bir də,
Məni körpə kimi yenə düşündür.
Oğlun Köçəriyəm, qəminə həmdəm,
Yolunda odlara yanacaq şamam.
Ay ana, tək bircə istəyim budur,
Sənin heykəlini sözümlə yonam.

Yüklənir...
54 Comments: Trackback URL | Comments RSS
Ağustos 25th, 2007 at 13:58
Salam İltifat bəy necəsiz? Mən sizin əsərlərinizin heyranıyam. Sizi burda oxumağıma çoooox şadam. Çox gözəl şeirlərdi. Uğurlar sizə.
Ağustos 25th, 2007 at 15:37
Salam. Öncəliklə onu qeyd edim ki, indiki dövrdə belə gözəl şerilərin yazılması həddən artıq sevindirici haldır. Sizin şeirlərinizin bir qismi ilə tanışam, yeri gəlmişkən sizi ” QƏM EŞQİ” adlı şerilər kitabınızın işıq üzü görməsi münasibətilə təbrik edirəm. Sadəcə bunu deyə bilərəm ki, əla kitabdır. Hər zaman belə gözəl əsərlərinizlə biz oxucuları sevindirməyinizi arzu edirəm. Yaxşı ki, sizin kimi bir şairi var Azərbaycanın. Çox şey yazmaq istərdim amma uzunçuluq olmasın deyə qısa yazacam. Hər zaman yazıb yaradın ki, ədəbiyyatımız yaşasın. Bu jurnalda sizi tez-tez görmək arzusu ilə………
Ağustos 25th, 2007 at 19:48
Salam Iltifat bey,
uhgurlarinizin davamini dileyirem, tebrik edirem,
salamlar
Ağustos 26th, 2007 at 13:06
Salam. Şeirlərin hər ikisi məni kövrəltdi. Sizə çox təşəkkür edirəm. Gülşən xanımın şərhindən kitabınızın nəşr olunduğunu öyrəndim, böyük məmnuniyyətlə oxumaq istərdim. Mənə yardımçı olsanız sevinərdim. Hələlik
Ağustos 26th, 2007 at 13:52
Salam. Mən bu saytda verilən bütün yazıları (etiraf edim ki, ancaq şeirləri) və şərhləri oxudum. Çox maraqlıdır İltifat bəy, nə üçün heç bir ədəbi dəyəri olmayan yazıları öz şərhləri ilə göyün yeddinci qatına qaldıran şərhçilərin heç biri sizin bu qədər dəyərli şeirləriniz haqında heç bir söz deməyib. Yəqin ancaq dəyərsizləri dəyərləndirməklə hökümlüdürlər. Keçək sizin şeirlərə. Çox oxunaqlı, çox təsirli və çox möhtəşəm şeirlərdir. Təbrik edirəm. Uğurlar.
Ağustos 26th, 2007 at 15:35
Salam. Sizi təbrik edirəm İltifat bəy, yenə öz sözünüzü əsl sənətlə demisiz. Amma sizin bir beytiniz var ki, heç zaman düşüncələrimdən silinməyəcək.
Qəmdən-qəhərdən yaranan,
Qıvrım-qıvrım bu dalğalar.
Könlümü bir körpə kimi,
Öz qucağında yırğalar.
Sizə yene-yeni uğurlar arzulayıram.
Ağustos 27th, 2007 at 14:43
Salam. Bir qədər gec cavab verdiyim üçün şərhçilərdən üzr istəyirəm. Asiman, Gülşən, DDEED, Leyla, Natiq.M, Vüqar, hər birinizə duyğularınız,düşüncələriniz və arzularınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm. Sizlərə də uğur olsun.
Ağustos 27th, 2007 at 15:00
Natiq.M, belə əhəmiyyətsiz şeylərə fikir verməməyinizi məsləhət görərdim. Tərif üçün yazılan yazının ömrü, tərifin deyilmə müddəti qədər olar. Müəyyən bir əsər hansısa umacaq qarşılığında deyil, məcburiyyətdən yarananda daha uzun ömürlü, daimi olur. Belə şeylərə fikir vermiş olsaydıq onda gərək heç nə yazıb yaratmayaq. Bu isə bizlik deyil.
PS: Vüqar, sənin unutmadığın “qəm dalğaları” və digər şeirlər
“Lit.az” ədəbiyyat portalında daha ətraflı verilib.
Ağustos 27th, 2007 at 17:59
Iltifat bey seirler cox xosuma geldi.davami geler insallah..
Ağustos 27th, 2007 at 18:18
Ela, tebrik edirem…
—
Uzun qara telərinin dən yaşadan günlərini görmədim,
Bax, bu məni yandırır…
Ağustos 27th, 2007 at 19:23
Sərxan Hüseynli və Novarg təşəkkür edirəm. Sərxan Hüseynli, davamı gələr deyəndə, Allahın verdiyi təb tükənmədikcə yazmaq bizim üçün məcburiyyətdir. İnşallah yazarıq. Bir daha təşəkkürlər.
Ağustos 27th, 2007 at 23:24
Salam, İltifat! Demək, bu sən imişsən! Oxucularımdan biri (o burda şərh yazıb) e.mail ünvanıma məktub yazıb, sənin də şeirindən bir parça göndərmişdi. Mən ona səni tanımadığımı yazdım, amma şeirdən çox xoşum gəlmişdi.
İltifat, cavansan, gözəi qələmin var. Üstünlüyün şeirlərinin sadəliyinda, səmimiliyindədir, şair üçün başlıca şərtdir, şeirlərimizdən adamın başına dərd-kədər, qəm ələnir, amma süniliyi, mənasızlığı ilə adamı bezdirir. Rus poeziyası isə nəhəng rus çayları kimi sakit axır, saklt kədəri ilə adamı kökündən silkələyir. Rus poeziyasının bizim poeziyadan üstün olduğunu demirəm, sadəcə öyrəniləsi örnəkləri var. Hay-küyçülüyün, ağlamağın, söz oyununun vaxtı artıq keçib. Düşünürəm, cən bunların fərqindəsən.
Təriflər səni axtarışlardan saxlamasın. Uğurlar!
Ağustos 28th, 2007 at 00:04
Sheirlerden hech birisini butov, mukemmel bir eser kimi qebul ede bilmesem de ayri-ayri misralar, fikirler Iltifatin heqiqeten istedadli, shair ruhuna, yaradici insan tefekkurune malik birisi oldughunu gosterir.
UGHURLAR ARZULAYIRAM!!!
Ağustos 28th, 2007 at 02:00
Salam Aslan müəllim. Öncəliklə fikir və məsləhətlərin üçün minnətdaram. Mən ümumiyyətlə məsləhətlərə açıq bir insanam, fərqi yoxdur, bu insan məndən böyükdür, ya kiçik. Əlbəttə mənə cavansan deyirsənsə bu da məndən böyük olduğunu göstərir ki, bu daha da gözəldir. Hə, bir də adını qeyd etmədiyin oxucuya mənim adımdan çox sağ ol deməyini xahiş edirəm. O ki, qaldı rus poeziyasından öyrəniləsi olan örnəklərə, mənim fikrimcə nəinki, rus poeziyasında, dünya poeziyasında, ümumiyyətlə hər bir varlıqda öyrəniləsi örnəklər var. Rus poeziyasının sakit kədərindən danışırsan, amma bunu da gözəl bildiyinə əminəm ki, sakitlik Azərbaycan xalqına (indiki vəziyyəti nəzərə alaraq) və bu xalqın səsi olaraq (ki, bunu hər zaman tarix təstiqləyib) biz ədəbiyyat insanlarına ən azı yaraşmır. Bir də nələrinsə vaxtının keçdiyini yazırsan, heç vaxt, heç bir ifadə formasının zamanı keçmir. Sadəcə sənin onu necə ifadə etməyindən asılıdır. Öz kədərini ifadə etməyi(ağlamağı) bacarmayan xalq heç zaman gülə bilməz Aslan! Gələk tərif məsələsinə. Yuxarıda Natiq.M-in şərhinə yazdığım cavabı oxumağını istərdim.
Yeri gəlmişkən, mən də sənə bir mələhət verərdim. Təbii ki, qəbul etsən. Sənin hekayə, povest qarışıq dörd-beş əsərini oxumuşam. Əksəriyyətində qeyd etdiyin rus poeziyasındakı sakitlik duyulur. Bu sakitlikdən qurtulmaq lazımdır ki, xalq gələcəkdə sakit günə çıxsın.
Bir daha təşəkkürlər Aslan müəllim.
Ağustos 28th, 2007 at 02:12
Əvvəla salam Scorpion. Məni həqiqətən istedadlı, şair ruhlu, yaradıcı insan təfəkkürünə malik biri olaraq gördüyünüz üçün sizə minnətdaram. Bu şeirləri bütöv bir əsər kimi qəbul etməyinizə mane olan səbəbləri bilmiş olsaydım sizə yardımçı olardım.
Sizə də uğurlar.
Ağustos 28th, 2007 at 11:17
İltifat bəy, salam! Diqqətlə oxumaq lazım idi, mən qeyd elədiklərimin sənin poeziyanda olmadıqlarını, sənin bütün bunların fərqində olduğunu və buna görə də uğyr qazandığını qeyd eləmişdim. Sənsə bunları öz üzərinə götürübsən.
Qaldı qeydlərinə. Sakitliyi hərfi mənada başa düşübsən, müzakirə mövzusu ədəbiyyatdır,bədii obyektdir, burda üzdə olan emosiyalar, çılğınlıq, hay-küy, qulaq batıran səslər yox, soyuqqanlılıq, emosiyaları idarə eləmək, sakit məcraya döndərmək başlıca şərtdir. Sənsə bu sakitliyi ədəbiyyat müstəvisindən sürüşdürür, özümüzə şamil edir, hələ bir qınaq obyektinə də çevirirsən. Olmur.Nə cür yəni? Deyiliş formalarının da, ifadə formalarının da zamanı keçir, deformasiyaya, dəyişikliyə uğrayır, yeni məzmun, forma əxz edir. Deyək ki, indi kimsə “İşıqlıdı lampaları kolxozumuzun” yazmır, mənsur şeir, müxəmməs, qıfılbənd yazanlarımız da yoxdu, əruz vəznində yazmaqdan isə sadəcə danışmırlar. Sivilizasiyanın indiki inkişaf tempində ədəbiyyat yerində dayana bilməz, dövrə uyğunlaşmalı, hətta dövrü qabaqlamalşd. Dahilərdə belədi və ona görə də onlar dahidilər. Kədəri ifadə eləmək lazımdı, bu şərtlə, oxucu sənin kədərini duysun, hiss eləsin, özününkü bilsin.
Yazılarım haqdakı qeydlərin mənim üçün yenilik oldu, indiyə kimi tənqidçələr, oxucularım məni sentimentalizmdə, emisionallıqda qınayırdılar və bir çox məqamlarda onları haqlı hesab eləyirdim. Birdən-birə sakitlik?
İltifat, yenə qeyd eləyirəm, gözəl yazırsan, öz üzərində nə qədər işləsən, qələmin də o qədər püxtələşər. Yenə də uğurlar, bu ədəbiyyat sizlərə əmanətdi!
Yeni görüşlərədək!
Ağustos 28th, 2007 at 13:44
Aslan müəllim, salam! Mənim poeziyam haqqında yazdıqlarında anlaşılmayacaq bir şey yox idi. Və mən də bunu təbii ki, anlamış, sənə öz minnətdarlığımı bildirmişdim. Nəyə əsasən üzərimə alındığımı düşünürsən? Mən öz səmimi düşüncələrimi yazmışam. Sakitlik anlayışını da kifayət qədər gözəl anladıgımı bilməyini istəyirəm. Əzizim, sən səni maraqlandıran sakitlik anlayışını, mən isə bizi (xalqı) maraqlandıran sakitlik anlayışını qeyd etmişəm. Burda anlaşılmayacaq nəvar ki? Nə isə… Aslan inan ki, indiki dövrdə də yaxşı müxəmməslər yazılır, qıfılbəndə isə müasir aşıqların yaradıcılıqlarında rast gələ bilərsən.
Görüşərik
Ağustos 28th, 2007 at 15:06
ÇOX GÖZƏL VƏ DƏRİN MƏNAYA MALİK ŞEİRDİR. ŞEİRDƏ ÜSTÜÖRTÜLÜ FİKİRLƏR ÖZ ƏKSİNİ TAPMIŞDIR. ŞEİR SƏNİN GET -GEDƏ MÜTƏXƏSİS OLDUĞUNA İŞARƏ EDİR . UĞURLAR…. LEYLA İLDIRIMZADƏ
Ağustos 29th, 2007 at 12:15
Ayri-ayri ifadeler konlumce oldu. 1-ci seir daha yaxsi idi. Amma fikirleri daha lakonik sekilde ifade etmek olardi, yeni metlebi uzatmadan.
Uqurlar size!
Ağustos 30th, 2007 at 21:41
Salam. Leyla xanım və Şahanə xanım, hər ikinizə fikirlərinizi bölüşdüyünüz üçün minnətdaram. Çox sağ olun.
Ağustos 30th, 2007 at 23:47
Təbrik edirəm,İltifat bəy…və nostalji hisslərə qapıldım bir az…köhnə şeirlərimi xatırladım…çox sağ olun…
Ağustos 31st, 2007 at 17:15
ILtifat bey seirleriniz yaxsidi. GOzel fikirleriniz var. Amma heca seirleriniz qafiyesizdir.Size ugurlar
Eylül 2nd, 2007 at 13:10
Salam. Sağ olun Ryabina, minnətdaram. Leyla xanım, qafiyəsizliyin harada olduğunu qeyd etsəniz yaxşı olardı. Təşəkkürlər.
Eylül 2nd, 2007 at 18:20
Iltifat bəy,şeirləriniz xoşuma gəldi,inciməsəniz kiçicik bir irad bildirərdim.Məncə Siz qulaq qafiyəsi əvəzinə köklü qafiyələr yazmaq iqtidarında olan bir qələm sahibisizniz.Sizə uğurlar
Eylül 2nd, 2007 at 19:12
Yaz deyisiz yazım da. Məndən günah getdi.
))
))
bu şeir
A
B
A
B
qafiye sisitemi ilə yazılıb.
Buna görə də A-A ilə B-B ilə qafiyələnməlidir.
Kecək seirə…..
2-ci bənd
YOXMUŞ-YÜKÜM qafiyə deyil
DÖNƏYDİ sözü başqa mənalarda işləndiyinə görə qafiyədi.
eyni mənada işlənmiş olsaydı qafiyə sayılmazdı RƏDİF sayılardı
3 cü bənd
OLANDA-SÖZƏ qafiyə deyil
KÜSƏYDİM-ÇƏKƏYDİM qulaq qafiyəsidir sözün kökü qafiyə olmalıdı yəniii
KÜS-ÇƏK QAFİYƏ deyil
4 cü bənd
qafiyə yerindədi
5 ci bənd
DÜŞƏYDİ-KİMİ qafiyə deyil
6 cı bənd
QAYTARDIĞIM-BUNLARI qafiyə deyil
7 ci bənd
DÜNYADA-SEÇSƏM qafiyə deyil
SƏNƏ-KÖLGƏNƏ SƏN-KÖLGƏ sözün köküdü ona görə də bunlar da qafiyə hesab olunmur
8 bənd
ƏZİZİM-BİR DƏ qafiyə deyil
9 cü bənd
HƏMDƏM-BUDUR
ŞAMAM-YONAM qafiyə deyil.
Ümidvaram ki bu sualı mənə verdiyinizə görə peşman deyilsiz.Sizə yaradıcılıq uğurları arzu edirəm.
Eylül 2nd, 2007 at 20:05
Salam. Elnarə Şəms, təşəkkürlər. Leyla Mövsümova, yəqin ki, çarpaz şeirdən xəbəriniz var. Bu qədər əziyyət çəkdiyinizə görə sizə xüsusi təşəkkür düşür. Sag olun.
Eylül 3rd, 2007 at 01:34
Hə, bax şeir belə olar. Düzü, daha bu cür səviyyəli şeir yazanların olduğuna inamımı itirmişdim, amma məni yanıltdınız. Öpürəm sizin qələm tutan əllərinizdən. Çoooox sağ olun.
Eylül 5th, 2007 at 17:32
sizin edebiyyat muelliminiz zeif olub deyesen.
burda carpaz qafiyede yoxdu
Eylül 5th, 2007 at 18:22
Siz ya mənim yazdığımı diqqətlə oxumamısınız ya da ki, öz serinizi unutmusunuz.Öz şeirinizə və mənim yazdığıma yaxşı diqqət yetirsəniz nə demək istədiyimi anlayacaqsiniz.
Çarpaz qafiyədə 1-3 cü , 2-4 cü misralar qafiyələnir amma sizin şeirinizdə belə deyil.
yəni
A
B
A
B
BU CARPAZ QAFİYƏDİ.
Eylül 5th, 2007 at 19:59
Salam. Leyla, mən sizə ədəbiyyat nəzəriyyəsindən dərs demək həvəsinizi içinizdə boğub, M.Arazın əsərlərini diqqətlə oxumağınızı məsləhət görürəm. Hər şey sadəcə kitablardakı kimi olmur. Öyrənin, zərər görməzsiz. Bunları sizə ədəbiyyatşünas olaraq deyirəm.
Eylül 5th, 2007 at 20:15
Salam Asiman. Mən hec kimə dərs demək fikrində və həvəsində deyiləm.
Əvvəl şairlər zəiflik göstərib elə seirlər yazıblarsa bu o demək deyil ki indi də belə yazmalisınılz.
qafiyesiz seir yazmaq sairin zeifliyidir.
Yoldaş ədəbiyyatşunas
Eylül 5th, 2007 at 20:27
Siz M.Arazı zəiflikdə günahlandırırsınızsa, mən sizin səviyyənizin nə qədər yüksək oldugunu təsəvvür edirəm.
Kinayənizi özünüzə saxlayın.
Eylül 5th, 2007 at 20:43
Men M.Araz kimi bir saire soz demedim demerem de.
Sohbet burda M.Arazdan getmir.
Qafiyesiz seirden gedir.
Əgər şair heca şeirini qafiyəsiz yazırsa, deməli o öz fikrini qafiyədə demək iqtidarında deyil, gücü catmır və bu da şairin zəifliyini göstərir.
Asiman mən hec kimə kinayə vurmuram.
Qərəzli danışıqdan da xoşum gəlmir.
Kiminsə antipatiyasını qazanmaq da ən son istədiyim şeydi.
Bir də ki xanım bu seir M.Araz ustaliginda yazılmış şeir deyil.
Eylül 5th, 2007 at 21:37
Mən səni başa düşmürəm ay Leyla, ayda-ildə oxumağa bir şeir tapırıq onun da haqqında belə ağlınıza gələni yazırsınız. Bu jurnal, bu da sən. Tap görüm bunlardan yaxşı şeir tapa bilirsən.
Eylül 6th, 2007 at 14:54
Maral xanım siz deyəsən mənim əvvəl yazdiqlarımı oxumamısınız.
” İltifat bey seirleriniz yaxsidi. Gözel fikirleriniz var. Amma heca seirleriniz qafiyesizdir. Sizə uğurlar ” deyə yazmışam.
İltifat beyin birinci şeiri şəxsən cox xoşuma gəldi.Mən ikinci şeir haqqında fikrımı yazmışam.
Şeirlər haqqında da pis bir şey deməmişəm
Eylül 6th, 2007 at 20:35
Salam. Bütün oxuculara və münasibət bildirənlərə öz təşəkkürlərimi bildirirəm. Hörmətli şərhçilər (Asiman, L.Mövsümova və Maral) sizdən xahiş edirəm, mənim əsərlərimi mənasız mübahisələr obyektinə çevirməyin. Müəyyən bir əsəri hər kəs öz düşüncə tərzinə, qavrama səviyyəsinə uyğun olaraq qəbul edir. L.Mövsümovanın ədəbiyyat nəzəriyyəsinə əsaslanaraq söylədiyi fikirlər təbii ki, doğrudur, Asimanın isə hər şey kitablardakı kimi olmur fikri də öz-özlüyündə böyük bir həqiqət daşıyır. Və buna görə də hər ikinizin düşüncə tərzinə və fikirlərinizə xüsusi hörmətlə yanaşdığımı bilməyinizi istəyirəm. Onu da qeyd edim ki, əksəriyyətin müsbət fikir söylədiyi şeirlərim haqqında L.Mövsümovanın da fikirlərinin qərəzli olduğuna inanmıram və çox səmimi olaraq qəbul edirəm. Lap elə götürək ki, L.Mövsümova yazsaydı ki, burda poeziyadan heç nə yoxdur və söz yığınıdır (baxmayaraq tam əksini yazıb) mən yenə də səmimiliklə gülümsəyər və təşəkkürümü bildirərdim. Bu belə də olmalıdır. Hə, keçək başqa məsələlərə. M.Araz kimi bir şəxsiyyətin(XX əsr Azərbaycan poeziyasında şəxiyyət olaraq qəbul elədiyim dörd böyük insandan biri və birincisi, digərləri X.R.Ulutürk, Sücaət. K, Bəhmən V.) adını öz mənasız mübahisələrinizdə hallandırıb hörmətsizlik etməyin! Leyla xanım burda əsərləri yayımlanan insanlardan başda mən olmaqla heç biri M.Arazın zərrəciyi də ola bilmərik, təbii ki, hələlik. Amma zaman çox şeyi dəyişə bilər. Qismət, istedad və çalışqanlıq insana çox şey qazandırır, inanın mənə. Leyla xanım, o ki, qaldı mənim ədəbiyyat müəllimim haqqında söylədiyinizə, haqqında heç nə bilmədiyiniz bir insan haqqında bu cür fikrə gəlməyi sizin kimi bir xanıma yaraşdırmadığımı və bu səbəbdən də gözlərinizin içinə baxıb gülümsəyərək, başımın hərəkəti ilə sizə dərin minnətdarlığımı bildirdiyimi təsəvvür edin.
Bir daha hər kəsə təşəkkürlər.
Eylül 7th, 2007 at 01:55
Hörmətli İltifat Köçərli,Sizdən xahiş edərdim mənim şeirlərimə münasibət bildirəsiniz,çünki bir gənc yazar kimi Sizin,Aslan və bir neçə artıq ədəbiyyat aləmində öz imzasıyla tanınan böyüklərin məsləhətlərinə,iradlarına və s. ehtiyacımız var.Yazmasazda incimərəm,ancaq istərdim….
Eylül 7th, 2007 at 03:21
Leyla xanimin serhleri esaslidir..
Bundan niye inciyirsinizki?
Mende Leyla xanimin fikirleriyle tam raziyam..
Eger seir hecada yazilirsa, qafiye mutleq gozlenilmelidir..
Buna emel edilmemesi ise yazarin zeifliyinden deyil, yazarin oz fikrini tamamlamaq isteyinden dogur..
Amma Seirler Gozeldir…
Ugurlar Iltifat Bey…
Eylül 8th, 2007 at 16:04
Qardaşım şeirlərin zəifdir, buradkı fikirlər milyon dəfə deyilib. yeni heç nə görmədim….
Eylül 8th, 2007 at 20:38
Qəşəm, sənin bu fikrini oxudum məni bir məqam düşündürdü. İ.Köçərinin də, sənin də şeirlərini və şərhləri bir daha oxudum. İ.Köçərinin şeirlərinə münasibət bildirən insanların hamısı(səndən başqa) şeirləri bəyəndiyini və gözəl oldugunu söyləyir, sənin şeirlərində isə böyük əksəriyyət bunların şeir olmadığını qeyd edir. Düşündüm ki, ya sən şeirdən anlamırsan, ya da, biz böyük əksəriyyət. Ya səncə necədir? bir düşün……………………!
Eylül 8th, 2007 at 23:03
Gülşən xanim, sənin bu şeirləri bəyənməyinə təəccüb edirəm.
Bu fərq böyükdü Gülşən. mən elə bilirəm bunu bilirsən.Axı burda poeziya yoxdur. ola bilsinki iltifatın ayrı yaxşı şeirləri var, kitabın oxumusan, bu ayrı. söhbət buradakı şeirlərdən gedir. bu ortabab şeirin asan yoludur.belə şeirlər milyonlarladır, heç bir yenilik, poetik fikir, obrazlı düşüncə yoxdur. qaldı ki, mənə yazılan şərhlərə (fikir bildirməyib, özünü davaya salmamağına əhsən) onların tam əksəriyyəti şeirə yox, mənə aiddir, (şərhlərdə ədəbi təhlil yoxdur) AYB-də işləməyimə görədir.Axı bunları sən bilirsən, heç kəs bilməsə sən bilirsən. Oktay bilir .Mən yaxşı şeiri tanıyıram, özü də bir misrasından tanıyıram, şeirin, müasir ədəbi prosesin içindəyəm. Dalaşdığım uşaqlarla günüz axşama kimi bir yerdəyəm. İltifatı tanımıram, ola bisin ki bir-birimiz tanıyacağıq. mən onunla görüşüb söhbət etmək istərdim onda o biləcək ki, mən yalan demirəm.ona uğurlar! Gülşən bu qədərarzulayıram. bu qədər. Sən də düşün… Əli Kərim demiş: Amma yaxşı fikir ver bu iki məhəbbətə, daha heç nə demirəm nöqtə və nöqtə…
Eylül 9th, 2007 at 00:13
Salam!
Gülşən, sizdən xahiş edirəm, zəhmət olmasa, şərh yazanda adınızdan sonra ya soyadınızın baş hərfini, ya da başqa bu cür qeyd qoyun. Mən artıq bir ildən də uzun bir vaxt ərzində “Gülşən”, “Gülşən Cəbi”, “Gülşən Cəbiyeva” və s. bu kimi adlarla şərhlər yazdığımdan sizin indi “Gülşən” adıyla yazdıqlarınız qarışıqlıq yaradır və sizin yazdıqlarınızı mənim yazdıqlarım kimi düşününənlər, qarışıq vəziyyətlə üzləşənlər var. Nəzərə alsaq ki, əvvəlcə “Gülşən” adıyla mən çoxsaylı şərhlər yazmışam, sonradan bu məkana qoşulan (şərhlər baxımından) biri kimi, siz özünüz belə bir anlaşılmazlığın yaranmasına yol verməməliydiz.
İki dəfə müxtəlif yerlərdə kimliklər barədə qeyd qoydum, lakin göründüyü qədər, onları oxumamışlar, görməmişlər heç də az deyil.
Bir də xatırladıram. Axır vaxtlarda “Gülşən Cəbi”, yaxud “Gülşən Cəbiyeva” imzasıyla yazılmamış şərhlərin mənə heç bir aidiyyatı yoxdur.
Eylül 9th, 2007 at 17:38
Hamıya salamlar. Mən bur şeirlərə Qəşəm bəydən əvvəl münasibət bidirənlərdən xahiş edirəm, Qəşəm bəyin fikirlərinə öz münasibətlərini bildirsinlər.
Eylül 9th, 2007 at 19:46
İltifat, nə deyəcəyimi bilmirəm, çox,çox,çox gözəl şeirlərdir. Üzünü köçürüb saxladım, çox sağ olun. Şərhləri də gözdən keçirdim, hamının xoşladığı şeirləri bircə Qəşəmin xoşu gəlməyib. Görəsən niyə? Mənsə Qəşəmin şeirlərində heç nə tapmadım. Çox maraqlıdır.
Eylül 11th, 2007 at 18:32
Qəşəmin bu şeirlər haqqında söylədiklərində, heç bir həqiqət və məna yoxdur. Gülşən xanım doğru buyurub.
Eylül 14th, 2007 at 10:56
Sizi tebrik edirem.Şerleriniz insani daha derin dusunmeye mecbur edir.Serlerinizdeki bedii deyimler,benzetmeler insan qelbinin simlerini tarima cekmeye bilmir.Ugurlar.
Eylül 14th, 2007 at 13:29
Salam. Qəşəm bəy, sənin fikirlərinə münasibət bildirməyəcəm, çünki kifayət qədər insan bu fikirlərə öz münasibətini necə lazımdır bildirib. Oxucuların fikri mənə kifayət edir. Seyidsasha, Gülşən xanım, Asiman, Sevil Rüstəmova, Natiq.M hamınıza minnətdaram, var olun.
Sevinc Şəhrazqızı, sizə də çox təşəkkür edirəm. Sizin də yeni əsərlərinizi bu jurnalda görmək istərdik. Siz gənc olmağınıza baxmayaraq çox böyük sənətkarsınız, belə ki, sizin bircə beytinizdən də bu açıq-aydın hiss olunur.
Sevgimi daşlara desəm,
Sinəsində gül bitərdi.
Bir karvan da daşımazdı,
Mənim daşıdığım dərdi.
Uğur olsun.
Kasım 19th, 2007 at 08:19
valla Iltifat bey chox xoshuma geldi,achiqi isterdim ki,menim yazilarima bir goz ataydiniz..eger ele bir fikriniz olsa forumda var…size ugurlar,,,
Kasım 20th, 2007 at 00:14
Salam Varis, fikir bildirdiyinizə görə minnətdaram. Forumda verilən qəzəllərinizi oxudum, pis deyil, amma çatışmayan cəhətləri də var. Qəzəl, ümumiyyətlə poeziya mürəkkəbikdən nə qədər uzaq olsa o qədər çox uğur qazanar. Yaradıcılığınıza qəzəllə başlamısızsa Hacı Maili və Baba Pünhanı diqqətlə oxumağınızı məsləhət bilərdim. Sətirlərdə sözlərin yerləşmə ardıcıllığına və bu formada necə səsləndiyinə diqqət edin, çünki bu, oxunduğu zaman qəzəlin(və ya şeirin) ritmini təşkil edir.
Bir sözlə yaradıcılığınızda sadə oxunaqlılığa, səmimiyyətə və ritmə böyük ehtiyac duyulur.
Hörmətlə.
Ağustos 17th, 2008 at 13:18
düzü, İltifatın yazıları haqqında Qəşəm Nəcəfzadənin,leyla Mövsümovanın və Aslan bəyin qeydləri tam kifayət edərdi. Amma bəzi oxucularıngöylərə ucalan tərif səsləri məni bir iki söz əlavə etməyə vadar etdi. Msələn, cox hörmətli Asiman xanım yazır, ( şükür ki, xanımın bəy olmadığına tam əmin oldujm, hərçəndi bir çox “bəy”lərin bəyliyini çox böyük şübhəm var): “Mən sizin əsərlərinizin heyranıyam. Sizi burda oxumağıma çoooox şadam. Çox gözəl şeirlərdi.” Sair S.Mərzilinin bir şeiri yadıma düşdü :” Yarpaqlar quşlara heyran, quşlar buludlara. Bağban çiçəklərə heyran, çiçəklər arılara…” Nə isə, kimin nəyə heyran olması öz işidir. Amma, “çox gözəl şeirlər” ictimayi məna alır. Buna biz də müdaxilə etməliyik. Əvvəla, yazıları diqqətlə oxumağa çalışdım və “hövlank”, “səhfə”, “potu” kimi anlamadığım sözlər görüb şaşırdım. İzahlı lüğətimizi bir də vərəqlədim, düşündüm, ola bilsin ki, dilimiz qabağa gedib, mən geri qalmışam. Gördüm ki, hər şey öz yerindədir, amma müəllif yumşaq desək, çaş-baş vurur. Yəni, “hövlank” yox, hövlnak, “səhfə”deyil, səhifə olmalıdır. “Potu” ifadəsi isə, nə “lotu-potu”, nə “ayı potası” ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, müəllif rus dilindəki “botiki”, “botinki” sözünün loru dildə işlənən variantını ədəbiyyata gətirmək istəyirmiş. Rus ayaqqaqbılarının poetikliyi məni inandırmadı. Gülşən xanım yazır : “Öncəliklə onu qeyd edim ki, indiki dövrdə belə gözəl şerilərin yazılması həddən artıq sevindirici haldır. Yaxşı ki, sizin kimi bir şairi var Azərbaycanın.”
Mən bu sətirləri oxuyanda xəcalət çəkdim doğrusu. Daha B.Vahabzadəyə, R.Rövşənə, V.Bayatlıya da ehtiyac yox imiş…
Allah bizi alimlik iddiasına düşən nadanlardan qorusun!
leyla xanım kövrəlib, Natiq.M. təəcüblənib bu şeirləri “möhtəşəm” hesab edir (izahlı lüğətə bir də baxın, öyrənmək eyib deyil). Sevil Rüstəmova “şeirlərin” gözəlliyini riyazi dillə desək, kuba yüksəldir. Bəlkə N dərəcədən kök alsaydı daha uyğun olardı. Hətta
yaradıcılığına çox böyük hörmət bəslədiyim Sevinc Şəhrazqızı ilə də belə yazır: “Şerleriniz insani daha derin dusunmeye mecbur edir.Serlerinizdeki bedii deyimler,benzetmeler insan qelbinin simlerini tarima cekmeye bilmir” Sevinc xanım, dayaz şeirlər insanı necə dərin düşünəyə məcbur edər? Şübhəsiz ki, yazıların adları poetikdir. Bu müəllifin uğurlarıdır. Ammaq o özü də etiraf edir ki, infantillikdən ayrıla bilmir, yaşı artsa da dar mənada uşaq kimi qaklır. Süburt: Baxma ki, böyüyəm, çoxalıb yaşım,
İçimdə körpəyəm, uşağam, ana.
Çox da ki möhnətdən ağarıb başım,
Hələ də möhtacam, ana, laylana.
cavan bir oğlanın belə sözləri onun səmimiyyətdən uzaq olduğunu göstədir. əsliondə, “işimdə uşaqtək kövrəyəm ana.” olmalı idi. Məntiq baxıından əlbəttdə. və osrr kimi açılmamış qalan “mıhnətin” özü və səbəbi də açılmır. ünvansız dərd, ünvasız kədər təkcə İltifatın deyil, indiki ədəbiyyatımızın ucuz saqqız kimi min dəfə çeynənmiş mövzusudur.
Onda nə asandı, ağlayan kimi,
Tezcə tapılırdı çəmi həyatın.
Əgər cəmdən söhbət gedirsə, onda “həyatların cəmi” olardı. Biz öz ana dilimizə dilimizə belə hörmət qoyuruqsa, deməli öz analarımıza qarşı hörmətsizliyimizi sübut edirik. And-amanın daxeyiri yoxdur. Yoxsa, doğrudan da Varislər ortaya çıxıb dilimizi ağlar günə qoyacaqlar. Dua: Allahım, sən özün bizim dilimizi qoru, torpaqlarımızın gününə salma! Çünki dil də Vətəndir.
Ağustos 17th, 2008 at 14:04
hörmətli redaksiya heyıti! Son iki misra artıqdır. Mümkünsə ixtisar edin.
Eylül 24th, 2008 at 15:37
LEYLA MOVSUMOVANIN BEZI FIKIRLERI ILE RAZIYAM. BIR DE DEYESEN BURDA KIM KIMI TANIYIRSA ONU TERIFLEMELIDIR? SHEXSEN MEN BURDAKI YAZARLARI/ SHERCILERI SEXSEN TANIMIRAM VE EDEBIYYATLA DA HEC BIR BAQLILIQIM YOXDUR/ SIRADAN BIR OXUCUYAM. EGER SEIR POEZIYA BUDURSA….. VALLAH NE DEYIM.
UNUTMAYIN KI SIZ TEKCE OZUNUZ UCUN YAZMIRSIZ VE TENQIDLERE DE NORMAL YANASHMAQ LAZIMDIR/ YALANDAN TERIFE QALSA QONSHUMUZISABALANIN MEYXANALARI HAMISINDAN YAXSIDIR…
Eylül 27th, 2008 at 15:43
Hər kəsə salamlar və sayğılar. “Çoxları öndə durur ki, onu hamı gorsün, mən isə arxada dururam ki, mən hamını görüm”. Müəllifini unutduğum bu fikirlər ruhuma o qədər yaxındır ki, uşaqlıqdan məsələlərə bu nöqteyi-nəzərdən yanaşmağı xoşlayıram…
Uzaqdan baxanda burda hər şey xaosu xatırladır. Yenə bir çox hallarda şəxsi münasibət amili, ya da mütaliəsizlik SÖZə, SƏNƏTə endirilən balta zərbəsinə çevrilir. Çoxları hələ də bilmir ki, sığal qapazdan təhlükəlidir. Əsl sənətə heç vaxt şüşəyə baxan kimi baxmayın. Şüşədən baxmağı öyrənmək lazımdır (tövsiyəm baxmağı bacarmayanlaradır).
Yaxınlaş oduna gir bu ürəyin,
Sevənlər payıza, qışa bürünməz.
Əsl çiçəklərlə kağız çiçəyin
Uzaqdan baxmaqla fərqi bilinməz (N. Kəsəmənli)
Köçəri, buradakı şeirlərin kağız çiçəkdi (bəzi misraları “ətir”li olsa belə). Bir az yaxınlaş sən də görəssən. İnanıram ki, bu şeirlərin altında başqasının imzası olsaydı onlara ən kəskin tənqid sənin özündən gələrdi. Bəla da bundadır bax. Özümüzə tənqidi yanaşmağı bacarmırıq. Şairin bir gözü müəllif, bir gözü oxucu gözü olmalıdir. Bəlkə yumduğunuz gözü açasınız. Əgər oxucu gözünüz müəllif gözünüzdən kamil və ədalətlidirsə…
Burada bir qrup səni tərifləyir, pərəstiş (?!) edir, bir qrup isə çatışmazlıqlara işarə vurur (yapış belələrinin ətəyindən. Çünki yazar həm də ədalətli oxucuları ilə güclüdür). Məsələ burasındadır ki, “çəpikçi”lər özləri də bilmir niyə və nəyə çəpik çalırlar.
Sokrat mühazirə vaxtı fikirlərini başı ilə təsdiqləyən taləbələrinə öz kölgəsini göstərərək deyir: Baxın, mən başımı tərpədəndə kölgəm də tərpənir. Sizin kölgəmdən heç bir fərqiniz yoxdur. Mən yoxamsa siz də yoxsunuz, heçsiniz.
Buradakı şeirlər haqda yaxşı, gözəl, əla, mükəmməl… kimi ifadələr işlədilir. Sualım belə ifadə sahiblərinədir: Əgər belə şeirlərin qiyməti budursa, heç çağdaş dünya ədəbiyyatını demirəm, Azərbaycan ədəbi mühitində Ramiz Rövşənin, Salamın, Vaqif Bayatlının, Vaqif Səmədoğlunun, Əlizadə Nurinin, Sabir Yusifoğunun, Böyükxan Pərvizin, Baba Pünhanın… şeirlərinin qiyməti nədir? Ən böyük yaradıcı Allahdır, bəzən Onun da yaratdığı mükəmməl olmur. Diqqət etsəz dünyaya nə qədər şikəst uşaq gəlir…
İltifat Köçəri, etiraf edim ki, şeirləriniz nə duyğularımda, nə də düşüncəmdə yuva sala bildi. Fikirləriniz də köçəridi.
“Şıltaq körpə uşaq təki, məni danlar vicdanım”-bənzətmə çox yersizdi.
“Uzun qara telərinin dən yaşadan günlərini görmədim,
Bax bu məni yandırır”-qarğışa nə ehtiyac var? Sevməyi bacaranlar ayrılmağı ondan öncə öyrənməlidirlər.
Ümumiyyətlə bu şeirdə ayrılığa kimin səbəb olduğunu anlamaq olmur. Ola bilər öz içinizdə yaxşı şeylər düşünmüsüz, amma oxucuya çatdıra bilmirsiniz. Unutmayın ki, bədii əsərin keyfiyyəti onu necə təqdim etməkdən asılıdır.
İkinci şeir sönükdür. Bayaqdan söz yığınının arasından obrazlı söz, poetik ifadə, məni həyəcanlandıran, düşündürən şeylər axtarırdım əli şamlı…
Məncə hər bir ana şerinizdəki anadan çox-çox qiymətlidir. Ana anlayışına övlad münasibətı ilə şair münasibətinin fərqinə varmaq lazımdır. Belə şeiri anasını sevən hər bir övlad yaza bilər.
“Çox da ki möhnətdən ağarıb başım”- ağaran baş deyil, saçdır.
“Mən neçə yar sevim belə dünyada?
Mənim bir könlüm var, vurulub sənə.
Min gözəl içindən birini seçsəm,
Yenə dəyməyəcək qara kölgənə”- səmimiyyətinizə inanmiram. Mən ölüm, siz inanirsiniz? Bir zirvə bir zirvədən ucadır deyə onu inkar etmək olmaz.Əsl insan bu iki ülvi məhəbbəti heç bir zaman qarşılaşdırmayan və kəsişməsinə imkan verməyən insandır. Hər bir halda iki seçimdən biri yanlış olur.
“Oğlun Köçəriyəm, qəminə həmdəm”-nəyi və niyə xatırladırsan ki…
“Yolunda odlara yanacaq şamam”- Bu bir qəhrəmanlıq deyil.
“Ay ana, tək bircə istəyim budur,
Sənin heykəlini sözümlə yonam”- İstəmək nail olmaq demək deyil…
XÜLASƏ, ÖZÜNÜZÜ SÖZDƏ AXTARMAĞINIZA SEVİNİRƏM, SİZ DƏ SEVİNİN, AMMA SÖZÜ ÖZÜNÜZDƏ TAPANDA SEVİLƏCƏKSİNİZ…
Kasım 9th, 2008 at 22:07
Chox maraqli ve gozel sherlerdir. Halal olsun.