Pis yuxu görəndə
Axar suya danışarlar.
Dərdi atıb insanlar
Belə rahatlaşarlar.
Pis yuxu görmüşəm mən də
Gözümü açandan,
dünyaya baxandan.
Yuxum yerində qalıb
Qırıq kino lenti tək
Nə gedir irəli,
nə də qayıdır geri.
Eyni röya
yordu məni, axar su!
Hər gün yatmış qürurum
O yuxuya baxar,su!
Mən danışım dərdimi,
Axar su, məni dinlə
İcazə ver bir anlıq,
Həmdəm olum səninlə.
O yuxu,
Qarabağ yuxusudur,axar su!
İçimdə bir qorxu var
O qorxu
Qarabağ qorxusudur,axar su!
Yox, qorxmuram
can verməkdən,
qan verməkdən.
Mən qorxuram vətənimi,
torpağımı,
Birdəfəlik itirməkdən.
Odur ki danışım sənə,
Amma dərdimi aparma,su!
Qoy bu dərd yandırsın bizi,
Qoy bu dərd yapışsın bizə,
Onu bizdən qoparma,su!
Yəqin bir gün bu millətin
Səbr kasası dolar.
Belə fikir söyləyiblər :
Türk özünə dönəndə
Böyük olar!
Böyük olar!
Məhəbbət
Məhəbbət—
balla dolu pətək.
Yaxınlaşırsan
dadmaq üçün o baldan.
Elə ki daddın,
yapışıb qalırsan
Qopa bilmirsən ondan.
Bundan sonra başlayır
məhəbbət əzabı
Sancır baş-gözünü arılar,
Sizıldadır,
incidir səni bu ağrılar.
Qurtulub qaçmaq istəyirsən,
Yapışıb qalır əlin,ayağın.
Ölmək istəyirsən,
Bu şirinliyə
əlvida demək istəmir dodağın.
Bağlanır əlin,
bağlanır qolun,
Getmək üçün
yoxdur yolun.
Məhəbbət—
balla dolu pətək.
Yaxınlaşırsan,
dadmaq üçün o baldan.
Elə ki daddın,
Yapışıb qalırsan,
qopa bilmirsən ondan.
Yuxu
Nəhayət tutub əlini
Açıqca “sevirəm” dedim.
Nəhayət baxıb gözünə
“Getmə,səninəm” söylədim.
Dedim sevgi etirafı
Nə gözəl bir duyğu imiş
Fəqət açıb gözlərimi
Gördüm bu bir yuxu imiş.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Ryabina
Avqust 26th, 2007 at 08:09
Məhsəti, bu səhər ilk oxuduğum Elvin Çabayın mənim yazılarım üçün olan şərhi və sonra da sizin bu şeirləriniz oldu…Qəribə bir rahatlıq var onlarda…hətta Qarabağı itirmək qorxusuyla yazılan şeir də məhz sakitliyi ilə səmimilik aşılayır…Məhəbbət-balla dolu bitr pətək…elə Poeziya da belədir…və bir də gözəl yuxuların çin olması ümidiylə…sizə uğurlar, Məhsəti…
Gülşən
Avqust 26th, 2007 at 12:57
Salam. Birinci yazı mənalıdır, amma ədəbi cəhətdən çox zəifdir. Digərlərini bəyənmədim. Uğurlar arzu edirəm.
scorpion
Avqust 27th, 2007 at 01:50
Chox zeif, menasiz yazilardir!!!
Ancaq Mehseti xanim fikir elemiyin sizin yazdiqlarinizdan da zeif ve menasiz yazilar yazanlar var!!!
Xoshbaxt olun!!!
Elvin Cabay
Avqust 27th, 2007 at 12:31
… scorpion kimi bu şeirlere menasız demezdim. Sadece çox besitdir. Amma şeirin qeliz, mürekkeb olacağına dair her-hansısa bir qayda yoxdur. Sadece şeirin qeliz-besitliyi ile mövzunun qeliz-besitliyi üst-üstde düşmelidir. Meselen, birinci şeirinin mövzusu qelizdir, ağırdır, amma şeir bir o qeder besitdir. İkinci şeirinde az-maz da olsa qeyd etdiyim xüsusu göre bildim. Ümumiyyetle, bu terzde yazmağa davam edeceksinizse, özünüze bu üslubu seçmisinizse çalışın uşaq edebiyyatına yönelin. Uşaqlar üçün yazılan şeirler bu üslubla mence daha yaxşı alınar. Uğurlar…
Qeyd; Ryabina, o Çabayev deyil, Cabayevdir.Sizin yazılarınız üçün şerh yazmışam? Yeqin ki yazmışam, amma indi ne qeder axtardımsa sizin yazını tapa bilmedim, xatırlayım görey ne yazmışam?
Şahanə
Avqust 28th, 2007 at 15:55
1-ci seirin 1-ci bendini asancana atmaq olar…
Umumilikde ise seirler semimi ve besitdir. Uqurlar!
Ryabina
Avqust 28th, 2007 at 18:32
Həəə…doğrudur, Elvin bəy…hərfi səhv yığmışam…üzrlü hesab edin..
Deyəsən siz mənim yazılarıma şərh yazanda yuxulu olmusuz, mən də sizin soyadınızı qeyd edəndə-))
Elvin Cabay
Avqust 29th, 2007 at 00:28
… Yuxlu niye oluram? O boyda şerh yazmışam:). Sadece Ryabina ile Cavidanın eyni şexs olduğunu bilmirdim. Yeqin ki bunu da normal qarşılayarsan.
Məhsəti Musa
Avqust 29th, 2007 at 15:43
Tənqidi chox sevirəm.Və burada sherlərimi yerləşdirməkdə də məqsədim yalançı təriflərdən yaxa qurtarıb şerlərimə tutulacaq iradlardan xəbərdar olmaq və o nöqsanlarımı aradan qaldırmaqdır.Deməzdim ki,sherlərimin hamısı mənasızdır.Səmimiliyə gədikdə isə,mən sizə qarşı çıxmıram,amma bir məsələ də var ki,həmişə çalışmışam ki,yazdığımı hamı anlasın.Uşaq da,qoca da,savadlı da,savadsız da. Odur ki,sadə yolla fikirlərimi çatdirmaq istəmişəm.
Şer yazmaqdan da ona görə vaz keçməməşəm ki,şerlərimi oxuyarkən (burdakı şerlərdən getmir söhbət) hönkürtü ilə ağlayanların şahidi olmuşam.İstər vətənpərvərlik movzusunda,istərsə də digər mövzularda olan bir sıra şerlərim insanlarin qəlbində iz buraxa bilib. Buna gorə də düşünmüşəm ki,mən də nə isə deyə bilmişəm və yazdıqlarımı gizlətmək fikrini atmışam…
Hər şeydə insan səhvləri düzəldə-düzəldə püxtələşir.Mən də istərdim ki,sizin iradlarınızla tanış olum.Odur ki,oxuyandan sonra bir neçə kəlmə də olsa yazmanızı isərdim.Bu mənim üçün çox vacibdir.
Maral
Sentyabr 3rd, 2007 at 01:27
Bu cür yazıları oxumaqdan bezdik ki.
Qəşəm Nəcəfzadə
Sentyabr 8th, 2007 at 16:00
Təbrik edirəm, şeirlər olduqca səmimidir…