Azərbaycan internet məkanında daha bir ədəbiyyat saytı fəaliyyətə başladı. Lit.az ünvanında yerləşən saytın yaradıcıları yaş və ədəbi baxış fərqi qoymadan hamını dərc etmək və çoxəsrlik tarixi köklərə malik Azərbaycan ədəbiyyatını təbliğ etmək məqsədi daşıdıqlarını bildirirlər: “Keçmişli, bugünlü ədəbiyyatımızı gənclərə sevdirmək, onların mütaliəsinə yardım etmək, milli poeziya, nəsr, ədəbi tərcümə, ədəbi tənqid ənənələrinin yaxşı mənada davamına, bu və ya digər istiqamətdə dəyişdirilməyinə və təkmilləşdirilməyinə nail olmaq başlıca amalımızdır. Bu məqsədlə portalda istedadlı, yaşlı və gənc ədəbi nəslin nümayənədələri (bir yerdə!) dərc olunacaq”.
Biz də bu gözəl işdə həmkarlarımıza uğur arzulayırıq.

Kultaz