Sanki bu park
Bir şəkil lövhəsidir.
Asılıb şəhərin yaxasından.
Skamyalar yaşıl,
Üstündəki adamlar,
Xüsusən qızlar, oğlanlar
Onun meşə yuxularıdır.
Skamyalar vaxt küləyində
adamlardan bərk- bərk yapışıb.
Qadın əllərindən tutduğu uşaqla
müvazinətini saxlayıb.
Bax, o tələbəyə oxşayan qız da
ürəyindəki fikirdən
ikiəlli tutub,
dayanıb dümdüz.
Ağaclar baxışlarıyla durub.
Bir az da dərindən düşünsən,
insan baxışları ilə
əkilib bu ağaclar.
Hərdən tamaşaçı külək
yelləyir bu lövhəni.
Ancaq qadın körpəsindən
elə bərk- bərk yapışıb ki,
heç hara getmək istəmir.
Heyif, zaman
sərgi salonunun müdiri kimi
bu lövhəni
bir vaxt yığışdıracaq.
Çimərlik
Çimərlik yenə də dolaşıq fikir kimi çabalayır,
Uşaqlar açıq, qapalı
hecalar kimi bir- birinin
çiynindən tutub
atılıb düşürlər.
Bir- birinin üstünə çilənən sular
nöqtə, vergüllər
kimi hər uşaqdan sonra
qoyulur, məncə.
Sahildəki paltarlar
itirilmək qorxusundan azad deyil.
Ona görə də nadinc küləklərin
çimdikləməsini bəhanə edib
bir az da atılıb düşürlər ki,
özlərini sahiblərinə göstərsinlər.
Sinəsinin qıvrım tüklərini
sığallayan kişi də elə hey gözünün
ucuyla qadın paltarlarına
baxmaqdadır.
Ancaq o kişi bilmir ki ,
bu paltarların
nə qolu, nə ayağı,
nə dodağı,
nə də o kişiyə bu saat
lazım olan bir şeyi var.
Olsa- olsa bu nazik yupqada
dolu qadın budlarının
yaddaşı durur.
Bu yaddaşı da duymaq üçün
sürücü olasan gərək,
daha kamaz şoferi yox.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
seyidsasha
Avqust 29th, 2007 at 23:57
Qesem Muellim, Sizin seir deyib buraya yerlesdirdiyiniz bu qaralamanin uzerinde hec bir deyisiklik etmeden, sadece bezi vergul ve noqtelerin yerini deyiserek yeniden size teqdim edirem. Men olum tam semimi deyin, hele yaxsi alinir yoxsa bele.?
Sanki bu park bir şəkil lövhəsidir. Asılıb şəhərin yaxasından. Skamyalar yaşıl, ustündəki adamlar,xüsusən qızlar, oğlanlar onun meşə yuxularıdır. Skamyalar vaxt küləyində adamlardan bərk- bərk yapışıb. Qadın əllərindən tutduğu uşaqla müvazinətini saxlayıb. Bax, o tələbəyə oxşayan qız da
ürəyindəki fikirdən ikiəlli tutub, dumduz dayanib. Ağaclar baxışlarıyla durub. Bir az da dərindən düşünsən, insan baxışları ilə əkilib bu ağaclar. Hərdən tamaşaçı külək
yelləyir bu lövhəni. Ancaq qadın körpəsindən elə bərk- bərk yapışıb ki, heç hara getmək istəmir. Heyif, zaman sərgi salonunun müdiri kimi bu lövhəni bir vaxt yığışdıracaq.
P.S. Hele o birilere bir balaca sekilci de elave eleseydim, emelli basli pyes de alinardi.
seyidsasha
Avqust 30th, 2007 at 00:07
Vallah bunu da korrekte etmeseydim gozume yuxu getmezdi.
Çimərlik
Çimərlik yenə də dolaşıq fikir kimi çabalayır.Uşaqlar açıq, qapalı hecalar kimi bir- birinin çiynindən tutub
atılıb düşürlər. Bir- birinin üstünə çilənən sular nöqtə, vergüllər kimi hər uşaqdan sonra qoyulur, məncə.
Sahildəki paltarlar itirilmək qorxusundan azad deyil. Ona görə də nadinc küləklərin çimdikləməsini bəhanə edib bir az da atılıb düşürlər ki, özlərini sahiblərinə göstərsinlər. Sinəsinin qıvrım tüklərini sığallayan kişi də elə hey gözünün ucuyla qadın paltarlarına baxmaqdadır. Ancaq o kişi bilmir ki , bu paltarlarınnə qolu, nə ayağı, nə dodağı, nə də o kişiyə bu saat lazım olan bir şeyi var. Olsa- olsa bu nazik yupqada dolu qadın budlarının yaddaşı durur. Bu yaddaşı da duymaq üçün sürücü olasan gərək, daha kamaz şoferi yox.
uzaqdanoxucu
Avqust 30th, 2007 at 07:47
sasha ozum olum lezzet eledi, :)))
bele seirlere de seir deyirler, daha neyneyek?
Şahanə
Avqust 30th, 2007 at 11:35
seirler ruhumu oxsamadi, bele deyek ki…
qarisiq, elaqesiz fikirler bolluqu…
Men Serqi Avropa sairlerinde bele qarisiqliqa rast gelmisem…
angel_of_times
Avqust 30th, 2007 at 12:13
Bu ne biyabirciligdi…..
bele menasiz yazilari kim buraxir efire?
scorpion
Avqust 30th, 2007 at 13:06
Men gozleyirdim ki, Qeshem muellim bundan sonra bir muddet “Qirmizi fenerler kuchesinde yashadiqlarim” bashlighi altinda sherler silsilesi ile oz oxucularini feyziyab edecek. Bu daha maraqli olardi…
seyidsasha
Avqust 30th, 2007 at 14:27
Duz deyirsen angel_of_times, mene bele gelir ki, bu yazilar buraxilmadan evvel oxunmayib..
Mence bele yazilarin burada yerlesdirilmesi sitenin oxucularina tehqirden basqa birsey deyil….
Elvin Cabay
Avqust 30th, 2007 at 14:35
… Birinci şeiri oxuyanda mende bele bir teessürat yaratdı. Şair şeir yazmaq fikrine düşüb ve gözüne parklar sataşıb. Gözel bir giriş tapıb:
” Sanki bu park
Bir şəkil lövhəsidir.
Asılıb şəhərin yaxasından. ”
… Ele bu girişin üzerine de bütün şeiri bina etmek isteyib. Bu sebebledir ki şairin bütün fikri bu girişde qalıb, girişin gözelliyinin kafi olacağını düşünüb ve bu giriş üzerine ağlına ne geldise yığıb. Özü de oxuyanda giriş üzerine bina etdiyi şeirin çürük olduğunu gördüyü üçün yeniden girişe geri dönüb ve eyni tapıntıyla şeirini sonlandırıb;
” Heyif, zaman
sərgi salonunun müdiri kimi
bu lövhəni
bir vaxt yığışdıracaq. ”
… Bu şeirde ümumiyyetle nese mena ifade eden ve deyer daşıyan tek tapındı mehz yuxarıda qeyd elediyim benzetmelerdir. Amma bu benzetmeler şeiri berbadlıqdan qurtara bilmeyib.
… İkinci şeirde de sadece birinci cümle nese mena ve orjinallıq daşıyır. Şair şeirin sonunda da nese etmek isteyib, amma mence alınmayıb, menasız olub.
… Netice; ” Qeşem Beyden bele şeir gözlemezdim.”
Sadece_serh_yazar
Avqust 30th, 2007 at 16:29
Heqiqeten men basa dusmedim. Tehqir olmasin, amma tenqid olaraq deyim ki, ya bu yazilan ser deyil, yada …
Ne ise, onu deyim, her kesin oz seviyyesi var, kimiler ucunse (misal ucun ele bunu yazan sair ucun) bu yazi tapintidir, amma diger insanlarin fikirlerine de onem vermek lazimdi, bu ne ser ne de basqa bir sey deyil, sadece yazi xatirine yazilmis bir yazidir. Vessalam.
P.S: Redaktorlardan xahisim, hec olmasa siz yazilari oxuyun, sonra yerlesdirin, burda mene ele gelir ki, bizim millete xas olan bir “mintaritet” oz sozunu deyib, daydayliq, yeni kimse, hormete ve ya tanisliqa sahibdirse, onun yazisi oxunmadan verilir, bu dogru deyil!!!
Yasin Türksoy
Avqust 30th, 2007 at 17:44
Əvvala Müəllifə və Hamıya salamlar.
“Bizimki”nə: mən bir şeyi başa düşmədim, axı “Bizimki” gənclərin bədii e-dərgisidir. Bəs Qəşəm müəllimin yazılarının siteyə nə aidiyyatı var ?
Şəxsən Qəşəm müəllinə: Qəşəm müəllim “Çimərlik” şerini yazmaq üçün gərək mövzunun təbii ilham məkanı olan çimərlikdə olasan. Mənim üçün maraqlıdır, “Çimərlik” şerini hansı çimərlikdə yazmısız ? Özüm də o tərəflərdə çox oluram, ona görə soruşdum…
2-CİSİ. Qəşəm müəllim nədən şerlərinizdə tez-tez incə qadın bədəni ilə kobud, mazutlu kişi barmaqları və bədənini müqayisə edirsiz? Kamaz şoferləri də adam deyil, yazıqlar səhərdən-axşamacan günün altında ora-bura qaç-qovdadırlar. Onların xoşallanmağa haqqlar yoxdur ? Hər kəs incə duyğular sahibi Şair ola bilməz!
Leyla Metin
Avqust 30th, 2007 at 17:49
Allah size sebr versin, Qewem bey. Ona gore yox ki, bu werhler size unvanlanib. Ona gore ki, edebi saytda bu cur werhler var.
Novarg
Avqust 30th, 2007 at 18:24
Aparin, qaytarin…
Guler
Avqust 30th, 2007 at 20:23
Salam.Bashqalarina sherh yazmiram.Cunki ozum de hele inkishaf etmish yazici deyilem.Hele yazichicigazam.Amma Qeshem muellimin sheklini gorende dogurdan maraqli bir shey gozleyirdim.Men bilmirem bu serbest sher debi hardan yaranib amma….Nese bu barede cox danishmaga deymez.Her kesin anlayacaq ve tehlil edecek qeder savadi var.
Qeshem muellim,hec bir mena tapmadim. Hec bir. Hetda neinki serbest usuldan danishiram sozlerin de bir menasi yoxdu axi.Size daha ugurlu ciddi yazilar yarashdiriram.
Ugurlar.
P.S. Leyla xanim tenqid gozel sheydi. Mence yazici mehz bu tenqidlerden netice cixaracaq.Demirik ki daha yazmasin.Yazanda diqqet etsin. Yaziciliq ve shairlik oyuncaq deyil.Ciddi ishdi.
Qəşəm Nəcəfzadə
Avqust 30th, 2007 at 20:24
Hamınıza minnətdaram, diqqətinizə görə təşəkkür edirəm. Bu şərhlər məni çox sevindirir. Özümü indiki kimi xöşbəxt hiss elədiyim gün olmayıb. Yəqin sizlər də qəbinizi boşaltdığınıza görə özünüzü rahat hiss edirsiniz, bəziləriniz bundan hətta təsəlli tapırsınız. Bu da məni sevindirir. Təsəlli yaxşı şeydi. Əgər imkanınız osa idi, məndən hüquq mühafizə orqanlarına şikayət etməkdən ötrü bir-birinizin dabanını bastalayardınız. Neyləyim, təəssüf ki bu xöşbəxtliyi sizə vermək imkanım yoxdur. Mən çox xoşbəxtəm. Bu şeirlər sizin xoşunuza gəlsə idi, mən həqiqətən özümü pis hiss eləyərdim.
Sima N.
Avqust 30th, 2007 at 21:13
1. Adi mənzərələr gözəl, poetik təsvir olunub.
2.- Skamyalar vaxt küləyində
adamlardan bərk- bərk yapışıb.
- Qadın əllərindən tutduğu uşaqla
müvazinətini saxlayıb.
- Çimərlik yenə də dolaşıq fikir kimi çabalayır,
- Uşaqlar açıq, qapalı
hecalar kimi bir- birinin
çiynindən tutub
atılıb düşürlər.
və s. ifadələr çox gözəldir.
İltifat Köçəri
Avqust 30th, 2007 at 21:59
Salam Qəşəm müəllim, necəsiz? Əvvəlcə onu qeyd edim ki, uzun illərini ədəbiyyata sərf etmiş bir insan kimi sizə çox boyük hörmətim var. Şeir adlandırdığınız bu yazılara gəlincə, bu yazılar avropada şeir kimi qəbul oluna və hətta sevilə də bilər. Axı bura Azərbaycandır (şeir, sənət ocagı olan Azərbaycan) Qəşəm müəllim. Bunu siz məndən də ğözəl bilrsiz axı. Nə isə…. Onu da deyim ki, sizin Şuşanın işğalı(8may 1992) günü yazdığınız şeiriniz çox xoşuma gəlir.
Bir də inciməyin Qəşəm müəllim, şərh yazanlara belə kinayəli cavab verməyi sizə yaraşdıra bilmədim.
Hörmətlə.
Ayna
Avqust 31st, 2007 at 09:13
Qəşəm Nəcəfzadə əsl poeziyanın yolundadır. Bu şeirlər də əsl poeziya nümünələridir. Sizlər onu duymaqdan, anlamaqdan uzaqsınız. Zövqünüz bura qədərdir-ölçülü, bicili ın zəif heca şeirinə qədər. Dediyiniz fikirlərin Qəşəmin şeirlərinə heç bir aidiyyatı yoxdur. Nə isə…Axır ki, “Bizimki “nin əsl oxucu vicdanı oyandı: Sima xanım, çox sağ olun, Qəşəm bəyin şeirləri haqqında obyektiv fikrlərinizə görə.
Gülşən Cəbi
Avqust 31st, 2007 at 11:32
Salam!
Redaktorlara qarşı əsassız “ittiham”lar müəllifi Sadece_serh_yazar, daha keçmişdi, rüşvətxorluqda da “ittiham” edərdiz…
“İttiham”lar irəli sürəndə bir qədər ehtiyatlı, ədalətli, əsaslı olun.
Hörmətlə.
Sadece_serh_yazar
Avqust 31st, 2007 at 16:34
Hormet Gülşən Cəbi!
1. Men esasli olaraq tenqid etmisdim, siz yeqin menim serhimi oxuyarken diqqetli olmamisiniz.
2. Rusvetxorluq bura hec bir adiyati yoxdur, bayaqdan dusunurem, amma ebes yere, cunki, siz ebes yere mende sehv axtarib, ozunuze haqq qazandirirsizniz.
3. Bir daha yuxaridaki serhleri incelesez, gorersiz ki, menim obyektiv fikrim, digerlerinin fikirleri ile oxsar bezen ise eynidir. Bu ise o demekdir ki, tenqid esasli idi. Unutmayin “redaktor” cox mesuliyyetli isdi, yeqin isinizin mesuliyyetini tam anlamirsiz.
Istenilen halda ugurlar.
Leyla Metin
Avqust 31st, 2007 at 20:06
Guler xanim, men demedim ki, tenqid olmasin. Sadece tenqid etik normalar daxilinde olmalidir. Mene qeder yazilan ekser werhlerde bunu gore bilmedim.
Qəşəm Nəcəfzadə
Avqust 31st, 2007 at 22:02
Əziz dostlar, mən sentiyabrın 1-də səhər saat 9-un yarsında içtimai televiziyada “Yeni gün” verilişində canlı yayımda olacağam yuxudan tez dursanız baxmağınız arzulanır…
Seyidsasha
Sentyabr 1st, 2007 at 01:23
Butun oxuculari ayin 1-de Qesemin istirak edeceyi “Yeni Gun verilisine baxmamaga cagiriram..”
scorpion
Sentyabr 1st, 2007 at 01:29
Qeshem Necefzade kinaye ile danishmaqda haqlidir… Chunki eger onun sherlerini dunyaca mehshur pendir istehsalchilari beyenirse siz kimsiniz ki, beyenmeyesiniz…Tamamile doghru deyir ki, 37-ci il olsaydi indi yazighi choxdan KQB-nin podvalinda shaqqalamishdilar…Chunki Qeshem hech de ne Mushfiqden , ne de Cavidden eskik shair deyil… Hele acighiniza onu ITV-de de gosterecekler…
…ayibina kor olmamaq buna deyirler de…
Nəcəf Qəşəmzadə
Sentyabr 1st, 2007 at 15:03
Qaqa, kef elə, onsuz da indiki dövrdə yaxşı əsər yaratmaq əsas deyil. Əsas odu ki, sən Hollandiyada olmusan! Üstəlik də pREZİDENT təqaüdünə layiq görülmüsən.
Şer isə, insafən pis deyil.
Ayna
Sentyabr 2nd, 2007 at 10:47
<p>Hərəniz başıma bir masqa taxıb ağzınıza gələni danışırsınız. Çünki qorxaqsınız. Öz adınızla danışmağa cəsarətiniz çatmır. Başqa adla ağzına gələni danışmağa nə va var. Siz şeir haqqında fikir deyə bilmirsiniz, şeirdən danışmırsıniz. qara masqanıza sığınıb başqa şey danışırsınız. Qaldı Qəşəm bəyə O İTV-də “bizimki”ndən, sizi kimi qara masqalılardan yox, Həbib Müntəzirdən, Gülşən Cəbidən , Sima xanımdan , O. Hacımusalıdan, Leyla Mətindən , Rəbiqədən, Bəxtiyar Hidayətdən, Elmar Vüqarlıdan danışdı. Qəşəm bəy Azərbaycan Yazıçılar Birliyi katibliyinin Müasir ədəbi prosesin müzakirəsi zamanı yarım saat “bizimki”dən danışdı. Bizimkidən danışmadığına görə Bəsti Əlibəyliyə irad tudu.Qaldıkı pendir istehsal edən hollandiyaya, ölkəyə ispaniya , fransa, rusiya, Belgiya ,Estoniya , Misir, Amerika, Cənubu Afrika və s. ölkələrdən seçilmiş 23 şair toplanmışdı. sadəzə yer hollandiya idi. Adam oxuyanda düz oxuyar, daha çaşı olmaz. Masqanızı çıxardın, əsla qorxmayın, Ciddi ədəbi polemikaya girişin, qərəzli olmayın. İstəyirsiniz mən Bizimkinin ya Beynəlxalq Mətbuat klubunda, ya da Azərbaycan Yazıçılar Birliyinin Natəvan kulubunda televiziyaların mətbuatın iştiraki ilə müzakirəsini kücirdim. Vaxt təyin edək,hamınız gəlin. Mən bunu edəcəyəm. Vay maskalıların halına, onlar necə gələcəklər bilmirəm?</p>
Seyidsasha
Sentyabr 2nd, 2007 at 14:52
Ayna baji, biraz sakitlesh, noolub? Niye cixmisan ozunden..?
Ferqi nedir burada kim hansi nik altinda yazir, fikir bildirir..?
Sen neticeye bax..
Belke burada kimse yanlish fikir yurudub..? Belke verilen sherhlerde bohtan, iftira var..? Deyirsenki, Qesem bey bu bosbogaz yazilarini bize yeritsin, biz de durub onun shenine terifler soyleyek..?
Qesem beyi ITV-ye devet edibler ki, gelib Azerbaycanda bash veren son edebi cereyanlardan danissin, bu boyda kisi ise durub “Bu gece itleri gullelediler” seirini oxuyur, aparici ozunu gulmekden gucle saxlamishdi..
Sonrada durub mene Rebiqeni terifleyir.. Nedir-nedir Rebiqe ona musbet serh verib..
Ayib deyilm..? Buraya serh yazanlarin hamisinin az-cox edebiyyatdan baslari cixir..
Deyirsen ki, siz burada seire munasibet bildirmirsiniz.. Basqa seylerden danisirsiniz..
Elbetde, seire munasibet bildirmek ucun, gerek evvelce seir ola..
Hani seir..? Senin Qesem beyin yazdiqlarina seirmi deyirsen.?
Eger onun yazdiqlari seirdirse, onda bes Xelil Rzanin, Vahabzadenin, Resul Rzanin yazdiqlari nedir..?
Basqalarini bilmirem, men kifayet qeder ciddi polemika yurudurem ve bunu ironik terzde izhar edirem ki, “Muellifler” incimesinler. Hemde sayta buraxilsin serhler..
Men bacardigim qeder Qesem beyin de, Rebiqeninde, Ryabinaninda ve bunlar kimi ozunu sair adlandiran solaxaylarin bu cur ciddi edebi nesrlerde yayimlanmasinin qarsisini almaga calisacagam..
Ya gerek tenqidlerden netice cixarib terzlerini deyissinler, yadaki yazmasinlar..Vacibdirmi..?
Gotur oxu Rebiqenin son yerlesdirdiyi seirden 4 misrani…
– еfir vaхtını uzatmayaq!
Nəsr məktublaşmalarımızdı
– burada bütün üslublar gözəl…
Amma çохdandır kinо çəkmək istəyirəm
Bir kupletde 4 ferqli fikir, 4 ferqli unsiyyete yanasma terzi, bir birini tamamlamayan 4 eybecer cumle ve hec bir vezn ve janra uygun olmayan uygunsuzluq..
Men buna basqa nece munasibet bildirim..? Nece deyim ki, bu seir cox xosuma geldi..? Nece deyim ki, “Rebiqe, e`ladi ardini gozleyirem”..?
Bu adam Azerbaycanin inkisaf eden edebi muhutune bir tehlukedir, bir utancdir..
Neye gore Rebiqenin “seirlerini” Ryabinadan, Ryabinanin “seirlerini” Rebiqeden basqa hec kim teriflemir..?
Yoxsa basqalarinin basi ora qeder fikirlesmedi..? Yoxsa biz derk ede bilmedik oradaki menaalti fikirleri..? Belke bu adam tamam basda uslubla fikirlerini catdirmaq isteyir..?
Qoy basa salsin, aciqlama versin, izah etsin…
Tehlil etsin yazdiqlarindan birini…
Oz yazdiqlarina tenqidci gozu ile baxsin..
Ve bir daha yazmamaq ucun ozunu sinasin…Belkede alindi..
Burada yazilan fikirler bu veya diger sekilde muelliflere deyil, onlarin yazdiqlarina unvanlanir, buda tenqidin bir novudur..
Buna edebiyyatda “satirik tenqid” deyirler..
Satirik tenqide tus gelen yazarlar ise adeten ictimaiyyet terefinden ciddi qebul olmayan yazarlardir..
Eger men bugun Rebiqeni tenqid etmesem, sabah o daha da seviyyesiz yazilarla cixis edecekdir..
Bu ise onun ozunu ucuruma aparir…
Tenqidlere Hormetle…
Şahanə
Sentyabr 2nd, 2007 at 17:29
Seyid, ceddine qurban, sen niye cixmisan ozunden?
Her bir inasanin ozunu mudafie huququ var.
Bir qrup sair, yazici ve tenqidci var ki, bizim kimi “prostoy” adamlarin fikrini fikir hesab elemir. Cunki biz edebi kluarlarda dolanmiriq. “Bunlar ne bilir seir nedi?” - deyib bizi eyinlerine almirlar. Bos-bos ozumuzu oldururuk. Vaxt edib serh yaziriq, hele vaxt edib bu yazilanlari oxuduqumuz azmish kimi. 1-2 nefer bizi sayan olanda da imkan vermirsiz aqzini acsin-))
Yeqin ki, Rebiqe xanimin size xususi munasibeti var ki, indiyecen saqsiniz….
Seyidsasha
Sentyabr 2nd, 2007 at 17:47
Şahanə Yazıb
“Yeqin ki, Rebiqe xanimin size xususi munasibeti var ki, indiyecen saqsiniz”
Şahanə, ceddim haqqı, Mən ömrümün yerdə qalan hissəsinidə Rəbiqəni ədəbiyyatdan silməyə həsr edəceyəm…
scorpion
Sentyabr 2nd, 2007 at 23:48
Bax burda sehve yol verdin Seyid!!! Rebiqe ne vaxt edebiyyata gelib ki,sen de onu silesen. Men bu xanimin sherlerine hech vaxt sherh yazmamisham ancaq urda munasibet bildirmek isteyirem. Son vaxtlar here bir yolnan oxucunu chashdirmaq isteyir…ozune qarshi maraq yaratmaq isteyir…Bu esasen de xanim yazarlar arasinda deb dushub…Bu xanim da mence feminizmin ne oldughunu bilmeden, mahiyyetine varmadan guya ki, bu ruhda yazilmish shikest yazilari ile edebiyyata gelmeye umid edir.
Qesheme geldikde ise vallah buqeder muzakire olunmaghina deymezdi… Qeshemler olub,var ve hemishe de olacaq…
Ayna xanim (yaxud bey…yaxud da ne bilim…), eger men esil adimi yazsam bu birincisi Qeshem uchun boyuk bir sheref olacaq ki, musbet ya menfi men onun yazisina munasibet bildirmishem…Ikincisi de meni az-chox taniyan dostlarim mene gulecek ki, bele seviyyesiz bir cizmaqaraya bash qoshmusham…
Sizin o muzakirelerde ise narahat olmayin men de olacam, umid edirem ki, siz nezerde tutdughunuz bashqalari da… Ancaq bir shertle ki, orada EDEBIYYAT muzakire movzusu olsun ,qeshemler yox…
Seyidsasha
Sentyabr 3rd, 2007 at 00:40
Mən Azərbaycanımla və onun var olan şərəfli övladlarıyla hər zaman fəxr etmişəm…
Yaşa Scorpion…
Maral
Sentyabr 3rd, 2007 at 01:22
İlahi, bu nədir?! Vay-vay-vay. Hələ bir gülür də. Nə bilim, nə deyim ki?!
Seyidsasha
Sentyabr 3rd, 2007 at 01:59
Maral, susma, qurban olum, nese yaz….
Yaz ki, qurtulaq bu beladan…
Yaz ki, qarsisini alaq bu xesteliyin…
Yaz ki, gulus obyektine cevrilmeyek…
Yaz ki, Gecikmeyek….
Yaz ki, Sozumuzu esiden tapilsin…
Yazan ellerine qurban olum, Yaz……
Genius
Sentyabr 3rd, 2007 at 20:32
Cox sag olun Seyidsasha ve scorpion.Butun icimden gelenleri yazdiniz.
Qesem muellime ise daha bele menasiz seirler yazmamagi ve ugurlar arzulayiram.
Rəbiqə
Sentyabr 3rd, 2007 at 23:22
Əvvəlcə skorpion barədə - boyuk ehtimalla bu da elə Saşadır - ya da onun ekiz tayı. Skorpi-nin şerhi başdan ayağa ziddiyətdir - diqqətlə oxuyun, görəcəksiniz…
Saşaya gəlincə, o, bizimki-nin oxuculari ilə, yumşaq desək, zarafat edir… bu adam həyəcan, intriqa yaratmaq xəstəsidir - insafən bacarir da… Davam et, Saşa, reklam kampaniyam uğurla davam edir. İşdir, nə vaxtsa, prezident təqaüdü alası olsam, onu səni tapmaq üçün xərcləyəcəm ki, təşəkkürümü bildirə bilim…Mıənim görməkdə çətinlik çəkdiyim işi uğurla həyata keçirirsən… Afərin, davam elə…
Yeri gəlmişkən, Saşanı ciddi qəbul edənlərin nəzərinə çatdırım ki, onun “Qesem beyi ITV-ye devet edibler ki, gelib Azerbaycanda bash veren son edebi cereyanlardan danissin, bu boyda kisi ise durub “Bu gece itleri gullelediler” seirini oxuyur, aparici ozunu gulmekden gucle saxlamishdi..
Sonrada durub mene Rebiqeni terifleyir.. Nedir-nedir Rebiqe ona musbet serh verib” fikirləri də yüzdə yüz zarafatdır. Şünki mən Qəşəm Nəcəfzadənin şeirlərinə münasibət bildirməmişəm…
Hələlik bu qədər…
ayna
Sentyabr 3rd, 2007 at 23:53
Hörmətli Seyidsaha, Scorpion, Maral,Genius, Şahənə, Nəcəf, Leyla, sadəcə_şərh yazar, və daha kimlər! Qəşəmi mən uzun ullərdi tanıyıram. O ədəbiyyatda və şeirlərində haqlıdır. O, çox münaqişələrə düşüb, onun ədəbi mübahisə etdiyi adamların yanında siz çolma-cocuqsunuz. Onlar Qəşəmi uzun illər danmaq istəyiblər, Amma bacarmayıblar (indi siz onların tör-töküntülərisiniz ) və Qəşəm sonda haqlı olub. Mən inanıram, siz adınızı ona görə gizlədirsiniz ki, Qəşəmlə üzbəüz ədəbi mübahisə etməyə cəsarətiniz və gücünüz heç vaxt çatmır. Ona görə də qorxaqcasına qaçıb saxta adların dalında ( Ah yazıqlar!…) gizlənərək “donkixotluq” eləyirsiniz. Bir-birinizə zəng edərək kütləvü surətdə Qəşəmin üstə düşürsünüz. Bəli, mən deyirəm siz Qəşəmə qarşı haqsızsınız. Fikirləriniz qərəzlidir. Mən “Bizimki” də ən çox oxuduğum və sevdiyim müəlliflər Cavidan, Rəbiqə, Qəşəm, Oqtay, Gülşən, Sima, Qulu Ağsəs, İ. Fəhmi, Elmar Vüqarlı, A. Bünyadzadə, A. Quliyev, S. Nuruquzı, Xatirə, Bəxtiyar Hidayət, Hafiz, Ryabina və başqaları olub. Bəs Siz kimlərsiniz? Çıxardın masqanızı ortaya əsər qoyun. Siz təhqiredici fikirlərinizlə ən istedadlı adamları qəsdi şəkildə “Bizimki”dən qaçırdırsınız. Bir fikir də deyim: mən bu gün AYB-nin katibliyi iə danışmşam, sentyabırn 7-də saat 14 00-da AYB-nin Natəvan klubunda “Bizimki”nin yaxşı mənada müzakirəsini keçirəcəyik. Mətbuat və televiziyada olacaq. Hamı gələcək, siz də gəlin. Mən indiyə kimi orada çap olunan materialların üzünü çıxartmışam , tənqidçilərə, müxtəlif təbəqədən olan ədəbiyyat adamlarına demişəm, gəlin/, mütləq gəlin, daha qaçıb internetdə gizlənərək adamın üstə qoz qabığı atmayın, gəlin sözünüzü deyin, bu meydan… bu şeytan…
scorpion
Sentyabr 4th, 2007 at 00:49
Rebiqe xanim!!! Scorpion Sasha deyil buna yuz faiz emin ola bilersiniz…Bu adamlari bir-birinden ayirmaq uchun onlarin yazdighi sherhleri oxuyan ve azciq analitik tefekkuru olan her kes netice chixara bilerdi…ne ise bu sizin probleminizdir…
Reklam meselesinde sizinle tamamile raziyam!!! 100 faiz… size layiq olmadighiniz diqqet gosterilir. Bu sizin probleminiz deyil…Bu saat Azerbaycanda senet adamlari arasinda ozunureklamin iki yolu var…Biri esl senet yaratmaqla , o birisi ise reqsanelerin, nadirlerin ne bilim daha kimlerin(adlari chekib urek bulandirmaq istemirem) tutdughu yol…(Size geldikde ise indiki durumda siz mene bu saat Reqsaneni xatirladirsiniz…)Men evvelki sherhlerimin birinde de yazmisham yene de yaziram bu saytdaki sherhler shou xarakteri dashiyir…Men ozum de bunu beyenmesem de eylenmek xatirine buna qatilmaq bezen maraqli gorunur…Ancaq yuz faiz emin olun ki, fikirlerimde tam ciddiyem onlarin hansi uslubda yazilmasindan asili olmayaraq…
Ayna xanimin (yaxud beyin…yaxud da ne bilim…neyin) ise nezerine Qeshemin kim oldughunu butun edebiyyat adamlari bilir…Onun nede haqli chixdighini da texmin elemek olar… Ayin 7-deki muzakireye qaldiqda ise bunun prosedurunu isteyirsiniz deyim nece olub…Yazilar yox sherhler chap olunaraq Anara,Fikret Qocaya teqdim edilib , Edalet Esgeroghluna gosterish verilib ki, muzakire teshkil olunsun… Biz Ayna xanim (yaxud bey…yaxud da ne bilim…), bir birimizi tanimiriq ve seviyyesiz bir cizmaqaraya sherh vermek uchun uch-besh adamin fikrinin ust uste dushmesi sizi teeccublendirmesin. Ancaq siz chox yeqin ki, artiq bu yighincaq haqqinda Servazi, Dayandur Sevgini, Alemzer Sadiqqizini, Ferqaneni (eger bu sen ozun deyilsense) ve ozunuz yosunlu cizmaqarachilari choxdan xeberdar etmisiniz ve birce qalib yighishib meslehetleshmeler…Divarlarindan da xeyanet qoxusu gelen Natavan klubu…Ne ise Memmed Rahimin,Suleyman Rustemin…daha kimlerin ruhu size yar olsun!!!
scorpion
Sentyabr 4th, 2007 at 00:59
P.S. Saytin idarechilerinden xahish edirem son bir heftenin statistikasini achiqlasinlar eger mumkunse…Gorek Ayna xanimin (yaxud beyin…yaxud da ne bilim…neyin) dediyi kimi sayta girenlerin sayi artib ya azalib…muqayise ucun xahish edirem eziyyet de olsa evvelki dovrler uchun orta statistik neticeni de gosterin…
ayna
Sentyabr 4th, 2007 at 10:01
hörmətli cserpion, həmin məclisə əsasən bizimkinin müəllifləri dəvət edilir. Və tənqidçilərdən Ə. Cahangir, Vaqif Yusifli, B. Əlibəyli, R Kamal dəvət edilir. Sən də kimi istəyirsən dəvət et. Qorxma, gəl orda ədəbiyyat haqqında fikirlərini de. Lap bizimkidəki şeirlər yenidən oxunub müzakirə edilsin. Sən də şərhlərini və fikirlərini orada de. Bur da bir fərq olacaq, sənin masqanı çıxarılacaq və xəlvətcə kompüterin dalında oturub ona-buna böhtan atmaq qəhrəmanlığın əlindən alınacaq. Amma fikir eləmə, hər şei yaxşı olacaq. Bunu mən deyirəm.
scorpion
Sentyabr 4th, 2007 at 11:49
Men anlamadim eger hemin tenqidchiler ve umumiyyetle AYB “Bizimki” ye bele maraq gosterirdilerse indiye qeder niye susurdular? Canlarina eziyyet verib nese yazaydilar da bu muellifler haqqinda…Ancaq bunun evezine niye birde-bire onlari AYB-ye chaghirib oz huzurlarinda onlari muzakire etmek isteyirler…Bilirsiniz neye gore Prezident teqaudune layiq gorulmush adamlarin siyahisi achiqlananda chox ciddi hay-kuy yaranacaq…Genclerle baghli AYB-ye unvanlanmish ittihamlarin qarshisina chixarmagha nese lazimdir ve AYB bunu “Bizimki” ye qayghisi timsalinda ortaya qoymaq niyyetindedir…O muzakirelerde ishtirak edib etmemek “Bizimki” muelliflerinin oz huququdur…Buna hech kim bir soz deye bilmez…Ancaq menim bu ushaqlara bir meslehetim var…Son illerin hadiselerine nezer salin AYB ile her hansi shekilde munasibet quran butun edebi birlikler neticede parchalanib ve intriqa, dedi-qodu bash alib gedib…Birce bundan ozunuzu qoruyun…Men “Bizimki”ni musteqil bir edebi qurum kimi taniyiram artiq. Bu hem sizin derginiz, hem de teshkilatinizdi…Indiye qeder yaradilmish butun edebi birliklerden ferqli bir sheydi…
HAMIYA UGHURLAR ARZULAYIRAM!!!
Mars
Sentyabr 4th, 2007 at 16:37
Ayna xanım, siz “Bizimki”nin müzakirəsini AYB-dəmi keçirmək istəyirsiniz? Axı AYB-nin “Bizimki”yə nə dəxli var? AYB Anarınkı, Fikrət Qocanınkı, Rəşad Məcidinki, Elçin Hüseynbəylininki və s._inkidir.
Qoy onlar öz ağalarının dizləri üstündən minnətli çörəklərini götürüb, istedadları boğsunlar, qoy onlar ədəbiyyatı hər vəchlə totalitar-jandarm rejiminin təbliğat vasitəsinə çevirsinlər - özləri bilsinlər! “Bizimki” isə elə BİZİMKİDİR!!!
BİZİMKİ DƏ Kİ…ALLAHA QALIB…
ayna
Sentyabr 4th, 2007 at 16:57
mənim ağıllı balam scarpion, sənə mama qurban, qan turallıq eləmə.(mars, sənə də qurban olaram elə) sadəcə yer AYB-nindi. Natəvan klubu. mən yeri onlardan almışam. təşəbbüs onlardan deyil, məndəndi. İstəyirsiniz başqa yerdə keçirək. lap beynəlxalq mətbuat klubunda…
Bizimki
Sentyabr 4th, 2007 at 17:40
Ayna xanım, çox üzr istəyirik, kimsiniz, nəçisiniz? “Bizimki”nin adından kim sizə səlahiyyət verib ki, haradasa, kimlərləsə hansısa təşəbbüsə imza atasınız? “Bizimki” adından atılan təşəbbüsdən “Bizimki” Redaksiya Heyətinin xəbəri varmı? Niyə bizimlə əlaqə saxlayıb, ciddi şəkildə bu barədə məlumat vermədən, məsləhətləşmədən bu cür təşəbbüsdən danışırsınız?
Əziz “Bizimki”lər və dəyərli oxucularımız. Xahiş olunur, saytda gedən xəbərləri izləyin və “Bizimki” adına olan bütün rəsmi məlumatları, təşəbbüsləri, tədbirləri ancaq burada oxuduqdan sonra “Bizimki”lər tərəfindən reallaşdığına əmin olun!
“Bizimki” elektron jurnalı heç bir təşkilata, quruma, hansısa ədəbi birliyə bağlı deyildir və olmayacaq da. “Bizimki” gənc ədiblərin təşəbbüsü və dəstəyi sayəsində yaradılan və fəaliyyətini davam etdirən, məqsədi müasir gənc ədiblərin üzə çıxarılması, təbliği ilə yanaşı günümüz ədəbiyyatına azca da olsa öz tövhəsini verməkdən ibarətdir. Bu məqsəddə kimliyindən aslı olmayaraq bizə yardım edən hər kəsə qapımız açıq, təşəkkürümüz sonsuzdur!
Guler
Sentyabr 4th, 2007 at 17:58
Ayna xanim veya bey nece deyerler. Mence ehtiyac yoxdu her defe daha cox dushmenize. En yaxshisi cekilin kenara olan qalan hormetinizi saxlayin bu bir.
Seyid sasha sizin tenqidleriniz heddinden artiq emosianaldir. Demeyecem neyi duz neyi sehv deyirsiz. Bu sizin shexsi zovqunuz ve fikrinizdir. Sadece bir oxucu kimi daha bele sherh ve tenqidler oxumaq istemirem.
Scorpion size hormetim var. Lazim deyil bele ashagi seviyyeli sohbetler. Guman edirem onlarin yigishdirilmasina calishacaqsiz.
Ryabina ve Rebiqe xanim. Her ikinizi taniyir ve hormet edirem. :)Cox isterdim ki bele mubahiselerin qovshaginda olmayasiz.
Qeshem Necefzadenin sherlerine birce cumle ile sherh yazmaq olardi. Nece ki men edecem. Qeshem bey ya sherleriniz ugursuz vaxta dushub ya da bundan sonra yazmayin,cunki size gelen sherhlerin biri mene gelseydi men olerdim neinki yaziciligi atmaq. Sag olun.
ayna
Sentyabr 4th, 2007 at 19:51
Əziz “Bizimki” rəsmiləri, sayt texniki cəhətdən sizindir. cap etdiyiniz məhsullar xalqa və oxucuya məxsusdu. Onun ədəbi məhsulları hər an hər yerdə və hər kəs tərəfindən müzakirə oluna bilər,təqdir, tədqiq, təbliğ və tənqid oluna bilər. Dediyiniz məntiqsizdi. Bu ona bənzəyir ki, “Azərbaycan” jurnalının rəhbərliyi deyir,almaniyada mənim jurnalımda dərc olunan hər hansı bir romanı müzakirə etməyə heç kəsin ixtiyarı yoxdur. Sizin dediyiniz hüquqi çəhətdən tənzimlənmiş təşkilata aiddir, ədəbi məhsulun müzakirəsinə yox. Xahiş edirəm mənim təklifimi düzgün başa düşün, mən bizimkinin tərəfindəyəm. xahiş edirəm masqalı şərh yazanlarınıza xəbərdarlıq edin ki AYB-yə olan mənfi münasibətlərini qəşəmin şeirlərinin üstündə cəmləməsinlər. qaldı ki, Gülər xanıma, birccə bunu deyərdim, onun həyat və ədəbiyyat haqqında qətiyyən anlayışı yoxdur.anlayışı ona görə də keçsin mətbəğə, ən azı onunla mübahisə ütmək ağılsızlıqdı. Nəzarətçidən xahiş edirəm ki, mənim bu şərhimi sayta buraxsın.
Guler
Sentyabr 4th, 2007 at 21:38
Ayna xanim ve ya bey,men heyat ve edebiyyatdan hec ne yazmadim bundan onceki sherhimde.,mene maraqlidir hardan cixardiniz bu neticeni.teshekkurler.Siz cox agillisiz.
Şiringül
Sentyabr 5th, 2007 at 01:39
Salam Qəşəm müəllim, sizin şeirlərə yazılan şərhləri oxuyanda bu şərh yazanların ədəbiyyatdan, bədii sözdən, poetik anlayışdan nə qədər uzaq olduğunu gördüm. onların şərhləri əsasən ancaq bunlardan ibarədir: Bu nə biabırcılıqdır, qəşəmin yerinə olsaydım bu şərhlərdən sonra ölərdim, bu şeirləri sayta niyə buraxırsınız, qəşəm itv-də itləri güllələdilər şerini oxudu, qəşəm niyə hollandiyaya getdi, qəşəm cızmaqaraçıdı, qəşəm gərək şeir yazmayaydı, və yaxud şeri nəsr halında yazıb göstərmək ( onu da deyim ki, hər hansı bir şeri belə nəsr halında yazmaq olar) və sair məsələlər… əslində şeirin özü haqqında heç nə yazılmayıb. qəşəm müəllim, sizin şeirlərdəki poetizmi dərk eləmək asan deyil, bunun üçün müyyən ədəbi təcrübə gərəkdi. “çimərlik” şeirində: ” çilənən sular
nöqtə, vergüllər kimi
hər uşaqdan sonra qoyulur, məncə.
və yaxud
“paltarlar itirilmək qorxusundan azad deyil
ona görə də onlar
nadinc küləklərin çimdikləməsini bəhanə edib
“özlərini sahiblərinə göstırirlər.”
yenə həmin şeirdən:
“uşaqlar açıq, qapalı hecalar kimi
bir-birinin çiynində tutub
atılıb düşürlər”
Əzizlərim, bu misalların nəyi pisdi?
“Park” şeirinə fikir verək:
“skamyalar vaxt küləyində
adamlardan bərk-bərk yapışıb”
buradakı poeziyanı heç kişi yox, ən azı heç belə qadın da ola bilməyən, heç bir ədəbi təfəkkürü olmayan Gülər necə anlaya bilər? sadəcə o da küyə düşüb ağzına gələni yazır.
Yenə həmin şeirdən:
“Qadın əlində tutduğu uşaqla
öz müvazinətini saxlayıb”
Əslində qadının əlində tutduğu uşaq gələcəkdir, o da insanın müvazinətini saxlayır. Misalları çəx gətirə bilərəm…
Sonda bir şeyə təəssüf edirəm, “bizimki”nin vicdanlı oxucularının abırlarına sıxılıb susmağına, meydanı ədəbiyyata dəxli olmayan qaragurhçuların cəfəngiyyat şərhlərinə meydan verməyinə…
Seyidsasha
Sentyabr 5th, 2007 at 03:28
Men eminem ki, bu Siringul ele Qesemin ozudu…
Hetta and da ice bilerem…
Novarg
Sentyabr 5th, 2007 at 10:29
Axxx, olaydi Sovet`in vaxti, gondereydin bunlari 2 illik mexanizator kurslarina, sonra aparib Berde`nin qizmar guneshi altinda pambiq yigdiraydin… Maraqlanmisham, bu saat pambigin sahibi kilosunu 200 manata (kohne pulla), pambiqyigan ise 300 manata yigmaqda maraqlidir… Yanacagin qiymeti qalxdi axi, her sheye tesirini gosterib…
…Paytaxt`da, serin otaqlarda oturub bele “sheir”ler yazmaq, edebiyyatla bele mezelenmek gunahdir vallah…
Sedaqet Velioqlu
Sentyabr 5th, 2007 at 17:05
Hörmətli Qəşəm, sizin şeirləriniz mənim çox xoşuma gəldi. Şərhlərə baxıram, sizə daş atanlar çoxdu, axı barlı-bəhərli ağaca daş atarlar, siz bundan narahat olmayın. sizə uğurlar!
Tural
Sentyabr 5th, 2007 at 17:12
Salam şair qəşəm, düzdü sizin şeirləriniz sərbəstdi. Bu da çox adamın xoşuna gəlmir. Amma şeirləriniz çox mənalıdı. Ruhdan düşməyin. sizin ədəbiyyatda öz yeriniz var
Seyidsasha
Sentyabr 5th, 2007 at 18:12
Ay Tural, Qeseme bu qeder hormetin varsa, hec olmasa onun adini ya boyuk herfle yaz, yada muellimden zaddan elave et ki, bir balaca semimi gorunesen..
Amma Qesemsen ki, Qesemsen….
Tural
Sentyabr 5th, 2007 at 19:20
Ay seyidsahsa, ayib olmasin bes sen kimsen. belke de sen qeshemin ellerini iki elle sixanlardansan. deyesen daha sozun qurtarib neynim,neynim deyirsen. ayri baheneler gezme,insanlara mehebbetle bax,isiqli ol, bu kin -kudiret senin ureyini partladacaq.
Guler
Sentyabr 5th, 2007 at 22:05
Seyidsasha sene hormetim bire on artdi:)))He, Shiringul ve Turalin Qeshem bey olmasini bilmek ucun cox lap cox mushahideci ve ya agilli olmaga gerek yoxdu. Seni destekleyirem:)Novarg nece de haqlisan….
Kamran
Sentyabr 5th, 2007 at 22:25
Qəşəm müəllim salam! Mən 1999-cu ildən 2005-ci iə kimi Sabir adına kitabxanada sizin rəhbərlik etdiyiniz “Pərvanə” ədəbi məclisinə gəlmişəm. Sizin “Pərvanə” də yaratdığınız poeziya havası Azərbaycanda müasir ədəbi prosesin müvəsini təşkil edirdi. O vaxt Bakıda Pərvanədən güclü ədəbi məçlis yox idi, elə indi də yoxdur. Mən Ş. Ağayarı, S.Pərvanəni, Aqşini, Z. Əzəməti, S. Sədaqətoğlunu, R. Tağını,S. Çılğını, M. Yusifqızını, Elsevəri, Xatirəni, Aynuru, S. Babullaoğlunu, Xanamiri, O.Hacımusalını, G. Mövludu, Ş. Bəkirzadəni, Aliyəni, M. Rəşidi, Fərqanəni, Ə. Cabbarlını, H. Hacxəlili, Qulu Ağsəsi, İ. Fəhmini, Ə. Cahangiri və bu gün ədəbiyyatda öz səsi, öz nəfəsi olan neçə-neçə istedadlı qələm sahibini Pərvanədə görüb tanımışam. Ola bilsin ki indi sənə daş atanların bundan xəbəri yoxdur. Sonda sənin şeirlərini alqışlayıram və sənə uğurlar arzulayıram
Kamran
Sentyabr 6th, 2007 at 00:00
Görürsünüz düz adam deyilsiniz. Ayrı vaxt Qəşəmin şərhini və şeirini bəyənmirsiniuz. Amma kiminsə imzasıyla maraqlı ədəbi təhlil görən kimi Qəşəmdən şübhələnirsiniz. Xeyir ola? Demək, siz Qəşəmin məntiqinə bələdsiniz, ona görə. İndi mən də harada mənasız bir şərh görəndə Seyidsahsadan, Cserpiondan, Sadəcə_şər yazardan, Şahənədən, Maraldan, Novarqdan, Geniusdan, hələ nə yazdığını bilməyəm Gülərdən şübhələnirəm. Çünki hamınız birsiniz. “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib” prinsipi ilə hərəkət eləyirsiniz Mən çox vaxt “Bakı xəbər” də Qəşəmi tənqid etmişəm, amma ona həm də ciddi şair kimi baxmışam. İndi də baxıram… hamınıza uğurlar!…
Seyidsasha
Sentyabr 6th, 2007 at 00:59
Kamran, sende Qesemsen…
Məhsəti Musa
Sentyabr 6th, 2007 at 11:20
Hansısa şeir kiminsə xoşuna gələr,kiminsə yox.Və xoşlamadığınız şeirə qısaca olaraq iradınızı bildirə,nəyi bəyənmədiyinizi yaza bilərsiniz.Bu şeirlər buraya yerləşdirilərkən təbii ki,sırf təriflənmək üçün yerləşdirilmir.Hər bir oxucu öz tənqidini yazmaq hüququna malikdir.Amma burada nələr our.İnsanın şəxsiyyətinə,mənliyinə toxunmaq,onun şeirini bir kənara qoyub şəkildə gülməyindən,həyatda necə insan olmağından yazmaq ən azından elə bu e-jurnalın yaradıcılarına olan hörmətsizlikdir.Elə sənət sahibi yoxdur ki,hamı tərəfindən yekdilliklə qəbul olunsun.Amma onun şeirlərini bəyənmədiyinizi də təhqirsiz söyləyə bilərsiniz.
Bu gün Qəşəm müəllim bizi ölkədən kənarda təmsil edə bilirsə,vətənimizə uğurla qayıda bilirsə,məhz ölkə daxilində bəyənmədiyiniz şeirləri ilə kənarda nailiyyət əldə edə bilirsə niyə də sevinməyək? Demirəm ki onun özünü,şeirlərini sevin.Bu sizin şəxsi işinizdir.Amma bir-birinizin ayağından çəkmək yox,biri-birinə təkan vermək,yol gostərmək lazımdır.
Richard Posner
Sentyabr 6th, 2007 at 19:00
Sehv etmiremse, Balash Azeroglunun bele bir sheri var:
“Xeriteye baxirsan
Afrika bir ureye benzeyir-
Asilmish dunyanin sinesinden bu urek”
“Park” sherinin ilk uch misrasi:
“Sanki bu park
Bir şəkil lövhəsidir.
Asılıb şəhərin yaxasından”.
Ifrat tesirlenmeni bir kenara qoyaq. Metafor “Park”da ugursuz alinib. Cunki sineden ureyin asilmasi tebii olsa da, yaxadan “shekil lovhesi”nin asilmasini hele goren olmayib. Metafor haqda nezeri bilikleri olanlar bu sehvin adini asanliqla taparlar…
Qəşəm Nəcəfzadə
Sentyabr 6th, 2007 at 19:51
Hörmətli Məhsəti Musa, fikirlərinıə görə sənə təşəkkür edirəm
.Richard Posner qardaş, Sizin adınızla Balaş Azəroğlunun adını yanaşı görəndə bir xeyli fikir elədim. Hamı bilər ki bu misralar Balaş Azəroğlunun üslubuna nə qədər yaddı. Qaldı ki, ürək, sinə məsələsi nə qədər uyarlıdırsa, lövhə ilə şəhərin yaxası bir o qədər uyarlıdır. Hər şey şəhərin yaxasından asılıb, parklar, ağaclar, adamlar, heykəllər və s. istənilən vaxt tamaşaçı salonun müdiri zaman istədiyi vaxt istədiyi lövhəni şəhərin yaxasından yığışdıra bilər. Leninin heykəli kimi və s. M. Araz deyir: “Əbədiyə qəh-qəh çəkdi əbədi dünya”.
Sevil Gültən
Sentyabr 6th, 2007 at 22:17
Mən tərcüməçiyəm. Qəşəmin şeirlərini ingilis dilinə mən tərcümə eləmişəm. Mənim fikrimcə, əsl şeirin mənası tərcümə edilərkən üzə çıxır. Mən Qəşəmin şeirlərində məna görməsəydim onları tərcümə etməzdim. Bu iki şeri də ingilis dilinə çevirmişəm. Bizimkilərin çoxu öyrəşib ki, şeirdəki mənanı açıq şəkildə görsünlər. Ən gözəl şeir odur ki, onun mənası dərində olur, daha üzdə olmur. Əsl şair odur ki, bir sözün alta min mənanı gizlədə bilsin. Qəşəmin şeirlərində mənanı tapa bilməyənlərin gücü ancaq onu tənqid etməyə çatır. Uğurlar!
Qəşəm Nəcəfzadə
Sentyabr 7th, 2007 at 13:07
Sevil xanim, cox saq olun.
Aysel Muradaova
Sentyabr 8th, 2007 at 16:19
Qəşəm müəllim, şeirlərinizi çox bəyəndim, Sizi təbrik edirəm.
Gülşən Cəbi
Sentyabr 9th, 2007 at 00:53
Sadece_serh_yazar, sizinki əsaslı tənqid yox, əsassız “ittiham” idi. Bunların arasında yerlə göy qədər fərq var. Şərhinizdən sitat:
“…burda mene ele gelir ki, bizim millete xas olan bir “mintaritet” oz sozunu deyib, daydayliq, yeni kimse, hormete ve ya tanisliqa sahibdirse, onun yazisi oxunmadan verilir, bu dogru deyil!!!”- burda tənqidə yaxın gələn bir söz də yoxdur, yalnız əsassız “ittiham” var. Zəhmət olmasa, yazdığınızı diqqətlə oxuyun.
O ki qaldı özümə bəraət axtarmağıma, elə bir şey etmirəm, buna ehtiyacım, zərurət də yoxdur. Çünki əvvəla, kimsənin məni mühakimə etmə hüququnu tanımıram, sonra da ki, konkret halda baş verənlərdən əniməm.
Yaxşı olar ki, şərhlərinizdə əsassız “ittiham”lara yox, əsaslı tənqidlərə yol verəsiniz.
Hörmətlə.
Terane Genceli
Sentyabr 9th, 2007 at 16:21
Qeshem muellem, seirleriniz xosuma geldi. buna gore de eleyhinize yazilan serhleri oxumaq bele istemedim.
Nicat
Sentyabr 10th, 2007 at 21:57
Salam Qəşəm müəllim, şeirlərinizi ürəkdən bəyəndim və həmin şeirləri dostlarıma hədiyyə etdim. Sizin atama bağışladığınız rus dilində çıxan “Çevrilmə” adlı kitabınızı Moskvada yaşayan əmimə göndərdim, osizin şeirləri Moskvada çıxan ədəbi qəzetlərdə cap etdirəcəkdir. Sağ olun.
Leyla Metin
Sentyabr 12th, 2007 at 17:04
Hormetli Ayna!
Menim adimi niye “qara siyahi”niza salmisiniz, anlamadim?
Men sadece qeyd etmiwem ki, bu werhlerin Qewem beye unvanlanmasi yox, edebi saytda yer almasi onu daha 4ox incide biler. Qewem bey esl edebiyyat adamidir ( bunu weirlerine istinaden deyirem) ve o, weirlerinin de, ozunun de qiymetini 4ox gozel bilir. Bele werhlerin onun wexsine zerre qeder tesiri ola bilmez. Amma cemiyyetde, hele edebiyyatda bu cur eybecerliklerin olmasi onu agritmaya bilmez.
Ayna
Sentyabr 12th, 2007 at 22:23
Leyla xanım, mən sizin əleynizə heç vaxt danışmamışam.Əksinə siz gözəl şair və obyektiv adamsiniz. Yuxarıda onu demişəm ki, Qəşəm Nəcəfzadə televiziyada yaxşı şair kimi Gülşən Cəbidən, Həbib Müntəzirdən, Leyla Mətindən, Sima xanımdan, Oktaydan, Bəxtiyardan və başqalarından danışdı. Yox Allah eləməsin mənim qara siyahım ola.
scorpion
Sentyabr 12th, 2007 at 23:21
İlahi nələr baş verir? Qara siyahı nədi? Özünə bəraət qazandırmalar nədi? Bu şair adına iddialar nədi? … Qurtarın siz allah bu söhbətləri…
Qəşəm Nəcəfzadə
Sentyabr 13th, 2007 at 00:10
Səmimi sözlərinə görə çox sağ ol, Leyla. Sən şairsən, buna söz yox. Maraqlı şeirlərin diqqət çəkir. Qaldı burada mənə yazılan şərhlərə, O Allah haqqı bu ədəbi mühütdə o qədər eybəcərliklər, o qədər əzablar görmüşəm ki, onların yanında “Bizimki”də yazılam şərhləri ünvanıma deyilmiş təbriklər və yaxud mənə verilmiş çiçəklər kimi başa düşürəm.
Elnarə Şəms
Sentyabr 13th, 2007 at 00:51
Mən elə Qəşəm müəllimin öz şeiri ilə şərh yazacağam:
Adam dili
Adam dili bilmədim,
Bir işim düzəlmədi.
Mən nəyə təzə dedim
Dedilər ki,kohnədi.
Məsələn,lap bu səhər,
Biri mənə hirslənir.
Dinləyirəm mən yazıq,
Onun səsi yüksəlir.
Biri qolumdan tutur,
Adam dili bilmirsən?!
Ağlayanda ağlayıb,
Sən güləndə gülmürsən?!
Adam dili bilmirəm,
Adam deyiləm nədir?
Qız dili də bilmirəm,
Qızlar məni sevmədi.
Məncə yetərincə böyük məna var bu şeirdə.Qəşəm müəllimim bundan da dərin,mənalı yüzlərlə şeirləri var və inanıram ki olacaq da.Məncə bir Şairin bütov yaradıcılığı tənqid etmək üçün ən azından onun kitablarını oxumaq lazımdır,şeirlərinin damarlarını tutmaq,onda axan qanla axmaq lazımdır ki,sonunda nəsə mənfi fikir söyləmək iqtidarında olasan.Qəşəm müəllim,Sizin şeirlərinizdə hər zaman yeniliklər olub,olacaqda.Sizə inanır və uğurlar arzulayıram
Ayna
Sentyabr 14th, 2007 at 10:32
Salam Qəşəm müəllim, bir daha danışmağa məcburam. Bu günlər mən “Cavid ömrü”( senari müəllifi Anar, rejissor Ramiz Həsənoğlu) filmini təqdimat mərasimində iştirak edirdim. Filmdə gənc şairlər yaşlı H. Cavidə hücum çəkirlər ki, sən bizə lazım deyilsən , rədd ol aramızdan, biz yeni dövrün yeni şairləriyik, aramızda sənə yer yoxdu, sən gənclərin beynini zəhərləyirsən və s….. Yadıma sən düşdün Qəşəm müəllim, bu gənc şairlər səndən nə istəyirlər?
arifsulu
Yanvar 10th, 2008 at 21:25
Salam.
Qəşəm müəllimin başqa yazarların yazılarına münasibətlərinə,şərhlərinə baxanda öz-özümə onun çox daha yaxşı şeirlər yazacağını fikirləşirdim.Açıq deyim ki,Qəşəm müəllimin bundan başqa şeirlərini oxumamışam,amma ondan,belə bir dənə də olsun şeir gözləmirdim.Nə isə mənimçün xəyal puçluğu oldu.Şeir deyəndə,yadıma dahilərin(Nizami,Füzuli,M.Ə.Sabir,S.Ə.Şirvani,M.P.Vaqif və s.) yazdıqları gəlir,yoxsa indikiləri heç bəyənmirəm ya da hər şairdən sadəcə bir neçə şeir göz oxşuyur.Sərbəst şeirlər də xoşuma gəlir,yaxşı yazılanda,yeri gəlmişkən mərhum şair Rəsul Rzanı xatırlamamaq mümkün deyil.Onun məna yüklü nəfis bir şeir nümunəsi
Nə əlimdə silah var,
nə fikrimdə ölüm.
Mən insanam;
sinəmdə döyünür
sadə bir ürək.
Məhəbbətə açıqdır könlüm.
Mən insanam;
xalqın sevincini, dərdini
bacardığım kimi yazanam.
…Mən arzu oğlu,
ümid oğlu,
qələbələr atası,
gələcəyin babasıyam.
Mən bu günün müjdəsini
sabaha aparasıyam!
Qəşəm müəllimin şeirində də başlanğıc həqiqətən yaxşı alınıb,amma zənnimcə sonrası dolğun şeir olaraq təcəssüm etmir,elə bil,sadə bir təsvirdir,yazı olsun deyə yazılıb.Mən qətiyyən iddia eləmirəm dediklərim həqiqətdir,onu deyirəm ki,şeir,belə desək,”zəifdir”.Sərbəst vəzn sözlərin necə gəldi birləşməsi deyil,ya da yazı olsun deyə yazılan bir şey də deyil.Daha da deyərdim ki,sərbəst vəzndə məna daha güclü verilir və intonasiya ilə oxunsa,çox gözəl bir ahənglə səslənir.
Bir də,şairlər sarıdan narazı olduğum şeylərdən biri də,istər sərbəst vəzndə olsun,istər də hecalı olsun,şeirlər havadan-sudan bəhs eliyir,insana verə biləcəyi zövqün yanında bir də mənası olmalı ikən,o məna yoxdur..!Belə pis çıxmasın,insanlarımız səhərdən axşamacan çörək dalınca qaçır,şairlərimiz havadan-sudan yazır,olmaz ki,insanların problemlərini dilə gətirələr,elə şeirlər yazalar ki,o dünyəvi dərd-sərin içərisindən insanı sıyırıb çıxara,zehnən rahatlada,mənən saflaşdıra.İnsanı özünə cəlb etməklə yanaşı,onun düşüncə dünyasına günəş doğura,vicdan aynasına ən gözəl mənzərələri əks etdirə.Məncə şeir,ya məna baxımından çox yüksək ola,ya da ən azından poetik olaraq çox incə işlənmiş ola.Heç olmaya,insanın gördüyü mənzərəni,beynindəki düşüncəni lətafətli bir şəkildə,sədəf kimi sözlərlə toxuya…
Hər nə isə…onsuzda belə ağır mözular mənim kimi savadsız adamın boyunu keçər…
Semed
Fevral 10th, 2008 at 06:47
Men ne edebiyyatciyam ne de shair. Amma arada sheir oxumaq hevesi bash qaldirir. Bele bir hevesle Bextiyar Hidayetin sheirlerini axtarib gelib cixdim bu sayta. Sheir gozel sheydi elexsus da qurbetde olanda. Ne ise. En cox serh olunan sheir kimi Qeshem muelimin sheirlerini ve ona yazilan sherhlerin yarisindan coxunu oxudum. Sheir barede hec ne demeyecem (edebiyatci deyilrm) amma onu deye bilerem ki, sherhleri oxudugca xeyli guldum. Ekser srehler edebi saytda yerleshdirilen sherhlere benzemirdi. Bele basha dushdum ki, bizim virtual edebi muhitin veziyyeti de gulmelidir.
Amma meni hec acmayan bezi sherhlerdeki kinaye ve agressiya oldu.
Her sheyi bir kenara qoyaq Allah bu sayti tertib edenden razi olsun. Duzdur burasi lap AzTv-nin musahiblerindeki zehmetkesh reyine benzedi.:)
Elnaz Eyvazli
Mart 2nd, 2008 at 01:10
Salam, Qəşəm müəllim. Sizinlə internet saytına görüşməyimə şadam. Sizin yaradıcılığınızla tanış olduğumu və bu barədə fikirlərimi bilirsiniz. Mən sizə can sağlığı və yaradıcılıq uğurları arzu edirəm. Sizi izləyirəm. Sağ olun.
Oxucu
Mart 2nd, 2008 at 12:49
bunlara seir demeye dilim gelmir.dogrudan bunlar edebiyyatla mezelenmekdi eeyy.