Monthly Archives: Eylül 2007

Allahın tərifi

Ən ülvi, ən şirin sözlərim, Allah
Dünyanı ilk görən gözlərim, Allah
Adınla yazıram hər əsərimi
Sənsiz yazmamışam bir əsərimi.
Adınla başlayır səfərlərim də,
Duanla açılır səhərlərim də.
Dadlıdı, duzludu çörəyim mənim
Həmişə qəlbimdə sən varsan deyə.
Yoluna qoyulur bütün işlərim,
Mənim əllərimdən tutursan deyə.

Sağol

Mən də girdeydim
Sevilən, sevindirən
Yumru Yumşax, isti.
Top kimi uçan
Uçduran quşları
Mən də girdeydim
Sevən, vurulan, döyülən
Çapılan, yarılan
Ölməyən amma.

İsanın mövludu günündən qеydlər

hökm oxundu isanın mövludu günü
gətirdilər zamanın əlеyhinə gеdən qoca aşiqi
yеnə də su vardı əlindəki camda
yеnə də əl açıb oynamağa dəyərdi bu mübarək bayramda
çarmıxa gərdilər isanın mövludu günü
əllərini mıxlayıb ayaqlarını zəncirə vurub
özlərinə yеr hazırladılar
əbabil quşlarının ayaqları altında
şеytana daş atılan yеrdə
mən onu gördüm isanın mövludu günü
sеvil kinotеatrında
hər gün səhər tеlli xalanın süpürdüyü o gеniş zalda
əlini qoltuğuna qoyub
fikirləşirdi [...]

Yarpaqlar niyə ölürlər?

Bitən payızın son yadigarı- boz yarpaq qonub pəncərəmə. Asta-asta, aram-aram gözəl qızın hekayətini pıçıldayır mənə: «Kökləri boz torpağa uzanan, boz gövdəli ağacın boz yarpağıydım. Ancaq mavi donlu çiçək bitdi. Ləçəklərini yellədərək qonaq gəldi boz dünyamıza. Saçlarını günəş sığallamışdı sanki, şəfəq saçırdı. Gözlərindən səma öpmüşdü sanki, bərq vururdu. O, gözəl qısa şəlalələr don geyindirmişdi. Xoşbəxtlik [...]

Bir dənizdir, bir də mən

Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.