8 İyul 2008
Qəm olası deyiləm
Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur. Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və
Davamı...
23 İyun 2008
PENGUAM ədəbiyyatımıza xidmət edən qurum olacaq
Hər şey ondan başladı ki…
Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər.
Davamı...
10 İyun 2008
İllər sonra yerini tapan ədalət
Azərbaycan Sovet ədəbiyyatının önəmli isimlərindən biri İsmayıl Qarayevin “O və anam” mikroromanı Almaniyada dərc olunan Havuz.de ədəbiyyat e-dərgisində nəşr olunmuşdur. Xatırladaq ki, əsərin tərcüməsi Oqtay Hacımusaliya aiddir. Oqtay Hacımusalının dediyinə görə gələcəkdə digər dövlətlərin e-dərgilərində bu cür qarşılıqlı ədəbi əlaqələr davam etdiriləcəkdir.
30 May 2008
“Nəsimi” müsabiqəsinin qalibləri açıqlandı
2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar
Davamı...
19 May 2008
“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum oldu
Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən
Davamı...
1 May 2008
AYB-nın yeni saytı hazırdır
İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.
25 Aprel 2008
Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır
Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar
Davamı...
7 Aprel 2008
“Yazar” qəzetinin növbəti sayı satışda
“Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb.
Davamı...
5 Aprel 2008
“Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı
“Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad və başqa gənc ədiblər bu
Davamı...
26 Fevral 2008
Doqquz İqlim dərgisinin yeni sayı
Bu günlərdə şair Xanəmir Telmanoğlunun “Döqquz iklim” dərgisi işıq üzü gördü. Çətinliklərə baxmayaraq bu dərgi davamlı şəkildə çıxmağı bacarır. Hər sayısı bir-birindən daha fərqli və rəngarəng olaraq oxucuların görüşünə gələn “9 iklim” dərgisi bu dəfəki sayısında da əvvəlki ənənəsinə sadiq qalaraq “Orhun Yenisey” əlifbasını üz
Davamı...
Ryabina
Sentyabr 2nd, 2007 at 02:47
Xoş gördük, Rəbiqə…
Səni yenidən burda görməyiə şadam…
Birinci şeirində dəhşətli bir çarəsizlikdən doğan yetim bir aqressiya var…çox ağrılı bir haldır…deyilmi…?
İkinci şeirini çox sevmişəm…həm Almaforumda, həm kultazda…
Sənin xırdaca bir hekayə yazmağını gözləyirəm…
Uğurlar..!
karlione
Sentyabr 2nd, 2007 at 04:02
Bu birinci seyir daha cox xosuma geldi.Sukani bele saxla.Yaxsidi.Bunlar kifayetdi mence Daha mene hec ne deme tupure bilerem her seye.Ugur olsun.
Seyidsasha
Sentyabr 2nd, 2007 at 04:29
Rebiqe yazib:
– еfir vaхtını uzatmayaq!
Nəsr məktublaşmalarımızdı
– burada bütün üslublar gözəl…
Amma çохdandır kinо çəkmək istəyirəm
Rebiqe, Allah xetrine, yazma, qurban olum, yazma, olum ayaqlarinin altinda, yazma…Vallah ustume noyut tokub yandiracam…Ay qiz yazma daaaaaaaaaa………….
Gulnare
Sentyabr 2nd, 2007 at 13:22
Vallah xanim yazdiginiz bu serlerden hec ne anlamadim,axi bele ser olmaz. Incimeyin amma yazmaq yeni ser yazmaq qelbinden kecenleri ser formasinda insalara xosa gelen terzde anlatmadir. Axi yazdiqlarinizin hec biri xosa gelen deyil anlasilmir, bu yazdiqlariniz ser deyil incimeyin. Yeniden oxuyun ve basa duseceksiniz.Belke de sizin yaxsi qelbi oxsayan serleriniz var amma bunlar xarici. Size ugurlar.
Şahanə
Sentyabr 2nd, 2007 at 14:28
Ikinci seir daha gozeldir. Size uqurlar, Rebiqe xanim!
Sima N.
Sentyabr 2nd, 2007 at 15:45
İlk nəzərdən sadə görünən bu şeirlərdə bir insan ürəyinin faciəsi görünür. Maraqlı şeirlərdi, ən azından ona görə ki, qadın psixologiyasına tam uyğun…
Seyidsasha
Sentyabr 2nd, 2007 at 19:21
Diqqət, Diqqət, Diqqət…!
Hörmətli yazarlar, oxucular və tənqidçilər.
Hər kəs bilir ki, mən uzun müddətdir Rəbiqənin maraq dairəsini başqa istiqamətə yönəltmək üçün, bu adamın bir daha şeir yazmaması üçün mubarizə aparıram..
Rəbiqəni son zamanlar elektron ədəbi nəşrlərdə az-az gördüyüm üçün buna kifayət qədər nail olduğumu düsünürdüm..Və bu uğuru bütün Azərbaycan xalqının uğuru hesab edərək, çox sevinirdim…
Amma əslində belə deyilmiş…
Az öncə forumlardan birində Rəbiqənin “Zorlama” adlı hekayə yerləşdirməsi haqda məlumat aldım.
Dərhal məlumatı dəqiqləşdirmək üçün internet klubların birinə baş vurdum..
Və Gördüm..
Həyatda ən böyük zərbəni aldığımı hiss etdim..
Əllərim boşaldı, dilim tutuldu, ayaqlarım hərəkətsiz qaldı..
Bir anlıq ruhumun bədənimi tərk etdiyini düşündüm..Heç belə aciz olmamışdım..
Doğrudanmı bu insanın qarşısını heç bir yolla almaq mümkün deyil, deye düsündüm..!?
Doğrudanmı mənim mübarizə üsulum düzgün seçilməyib, deyə ümidsizliyə qapıldım..!
Doğrudanmı Rəbiqə öz ədəbi, irsi yaradıcılığına bu qədər arxayındır, deyə öz-özümdən diksindim..
Dərhal tanıdığım bir neçə məhşur tənqidçıylə telefon əlaqəsi saxladım..Məsələnin nə yerdə olduğunu bildirərək, məsləhətlərinə ehtiyacım olduğu ücün görüşmək istədiyimi söylədim..
2saatdan sonra görüşmək üçün görüş yeri təyin etdik..
Qardaşlar, mən indi görüş yerınə tələsirəm..
Sizdə yaxşı-yaxşı fikirləşin..Bütün variantları gözden keçirin..
Mütləq bir yol olmalıdır..Bu insanı bu vəya digər şəkildə durdurmaq lazımdır..
Yoxsa Məhv Olarıq!!!
Gülşən
Sentyabr 2nd, 2007 at 20:20
Afərin Seyİdsasha. Mən də sizin mübarizənizə qoşuluram. Hamımıza uğurlar. Ancaq Rəbiqə deyil, bir neçə insanı bu yoldan saxlamaq lazımdır. Bunu bacarsaq biz, bacarmasaq zaman özü edəcək.
Aslan
Sentyabr 2nd, 2007 at 23:18
Seyidsasha! Yəqin Cavidan üçün şərh yazan Saşasan. Saytdan getdiyini düşünürdüm, başqa formatda boy verdin. Əvvəlcə başa sal, seyid hara, Saşa hara? Peyğənbər evladlarının içində Saşasına rast gəldiyin oldumu? Kimlərdəsə gülüş doğurmaq xatirinə, zarafat üçün belə nik seçibsənsə, uğursuz zarafatdı, vaxt ikən bir də dəyiş.
Sonrası, dərdin nədi sənin? Niyə bu qədər təşvişə düşübsən, səni narahat eləyən nədir? Yəni iş o qədər ciddiləşib ki, hətta özünü yandırmaq da istəyirsən? İnsan sözünün məsuliyyətini hiss eləməlidi, bacaracağı, sona çatdıra biləcəyə missiyanı üzərinə götürməlidi. Nə sən, nə mən, nə da başqası kimsəni, - həm də bu kimsənin necə yazmasının mətləbə dəxli yoxdu, -ədəbiyyatdan silə bilmərik, bu iş insan qabiliyyətinin xaricindədir. Diktatorlar, rejimlər silə bilmədi, sən də bilməzsən, xəyallarla özünü yorma. İnsanı məhv eləmək olar, yaddaşlardan silmək olmaz!
Qarşısını niyə alırsan, bu istəyin nədən irəli gəlir? Sənin şərhindən sonra bu şeirləri bir də diqqətlə oxudum, amma elə bir ciddi əsas tapa bilmədim ki, bundan ötrü durub adamın qarşısını kəsəsən, onu yazmağa qoymayasan. Olmaz, qarda………ş! Qələm sahibinə diqqətlə, həssaslıqla yanaşın, hədələmək əvəzinə, onu başa düşməyə çalışın, nədir sənin bu halın, soruşun.
Dediyin hekayəni isə oxumamışam, nəsə deyə bilmərəm. Seyidsaşa, gəl bu gözəl ədəbiyyat saytında ədəbiyyat söhbətləri eləyək. Bilirsən necə gözəl olar?! Belə söhbətlərdə də hökm vermə, haqlı olduğuna başqalarını da inandır. İnan, belə olarsa səni ilk müdafiə edənlərdən birincisi mən olaram!
Maral
Sentyabr 3rd, 2007 at 01:19
Rəbiqə heç kəs belə söz yığını yazmaq istəməz. Sizi buna nə məcbur edir? Mən başa düşmürəm, sayt idarəçiləri belə yazıları hansı dəyərinə görə burda yerləşdiriblər?! Görəsən oxumağa bir şeir tapcam, ya yox?!
Seyidsasha
Sentyabr 3rd, 2007 at 01:53
Yazin qardaslar, bacilar yazin..
Fikirlerinizi tam semimi olaraq yazin…
Bura Edebi meclisdir, burada sexsi munasibetlerinizi, simpatiyalarinizi, yaltaqliq duygusunu unudun…
Buda bir mubarizedir…Mubariz olun…Reva bilmeyin bize bu serefsizlikleri…
Agalar Memmedovun “Biz” tragediyasini bir daha oxuyun, heqiqeti yazin, ozunuzu aldatmayin.. Insan olun… Azerbaycanli Olun…
Serefli Olun………
rebiqe
Sentyabr 3rd, 2007 at 12:48
Sasha… senin istedadin qarshisinda bash eyirem ve men artiq dushunurem ki, hech kes piar kampaniyasini senin qeder ugurlu apara bilmez…
Aslan, meni mudafie etmek istediyiniz uchun chox sag olun… Amma ehtiyac yoxi di - Seyidsasha tam bir seyid kimi menim uchun chalishir…
Kimlerise bu qeder narahat ediremse, demeli nese var…
Davam et, Sasha…
Butun sherhler uchun teshekkurler…
İrfan
Sentyabr 3rd, 2007 at 15:32
Tüpürə bilərəm hər şеyə:
….
çохdan unutduğum kеçmişə…
Rebiqe xanim, meger “unutduğumuz keçmiş” ele müeyyen mənada tüpürdüyümüz keçmiş deyilmi? İnsan bir hadiseye, varlığa, olmuşa, şeyə tüpürəndə onunla “vidalaşır”. Demək, unudulmuş keçmişe bir defe tüpürülub (ki unudulub). İkinci dəfəyə nə hacət?. Özünü şair, yazıçı hesab edənin əsərində bu tip məna səhvləri olmamalıdır. (Ciddi əsərlərdə əsasən fabula təhlil olunur, belə səhvlər tənqidə cəlb olunan əsərlərdə ola bilməz, başqa sözlə normal yazı bütün qrammatikası, üslubiyyatı, sintaktik əlaqələriylə bütöv olur və ancaq bundan sonra ictimai rəyə verilir) Ümumiyyətlə, mən bu söz mərtəbəsinəmi deyim, söz qalağınamı deyim, şeir yox, şeir üçün “sərbəst xammal” demək istərdim, amma nə yazıq ki, mövzu İsfahan saqqızı kimi min yol çeynənib.
P.S. Mirsasha, gəl bir səninlə görüşək, oturaq düz əməlli bir çay içək, görək sonra kimə badalaq ata bilirik. Onsuz da birisinin əsərini bir balaca tənqid edən kimi deyir, haramzadadılar, özümüzdən deyillər, ağıldan kəmdilər.
juju
Sentyabr 3rd, 2007 at 17:15
tamamile ahengsiz $erdir. Nesrle yazilmi4 $erler olur, ama qafiyeli, ahengli olur. Bu $erler ise bu qaydaya uymur. Bir sozle, xoshum gelmedi.
Seyidsasha
Sentyabr 3rd, 2007 at 18:03
Hee Aslan kecek sene…
Seyidsasha sadece bir nikdir, Ryabina kimi, Karlione kimi, Angel_Of_Times kimi, ve.saire kimi adi bir nik…
Yox eger bunun terkibi seni bele cox maraqlandirirsa, onda e-mail adresini saxla, sene bu barede etrafli yazim… Gorurem cox maraqlisan..
Ilk once sene deyim ki, bu elektron edebi neshrde en az oxunan ve en az munasibet bildirilen sensen..Cunki cox maraqsiz, seviyyesiz, primitiv, ucebni yazilar yazirsan.. O deqiqe hiss olunur ki, heveskarsan, amma cox hevessizsen.
Basladigin ishi telem-telesik-bitirib goturub tullamisan bura.. Hele and da ice bilerem ki, hec sehvleri korrekte etmemisen.. Cemi bir defe oxumusan sen oz yazdigini.. Ona gorede bu qeder basarisiz alinib.. Senin bu dastaninda oxucunu ne heyecanlandiracaq, ne heveslendirecek, ne dusundurecek, nede ki, maraqlandiracaq bir dene de olsun obraz yoxdur.. Sujet xettin ise 80-ci illerin evvellerinde tenezzule ugramaga bashlayan qisa metrajli hekayelerin sujet xettinin eynisidir.. Sadece bir balaca reqemleri sisirderek, muasirlesdirmisen.
Cox suni alinmish bir yazidir.. Hadiselerin real heyatdan goturulmediyi aciq askar hiss olunur.. Fontaziyanda cox zeifdir..
Ve netice etibarile, senin bu isin cox ugursuz ve seviyyesiz alinib..
Indi gelek menim missiyama.. Menim teshvishime.. Men burada seni de tenqid atesine tutub, bacariqsizligina ve yazdigin seviyyesiz yazilarina gore, bir daha yazmamani once xahis, sonra meslehet sondada teleb ede bilerdim.. Amma etmirem, cunki meseleye senin aspektinden yanasiram ve yazida olan qusurlari gormezlikden gelirem. Senin ciddi movzulara muraciet etdiyini ve istedadli oldugunu da bilirem. Yazi terzini umumi goturende, beyenirem, amma umumi goturende… Ve hiss edirem ki, senin potensialin seni ireliye ceke bilecek qeder potensialdir.. Sadece movzunu secerken muvafiq terzde yazilmish yazilara goz atman kifayetdir..
Menim serhlerimi diqqetle oxusan hiss edersen ki, Rebiqenin veya Ryabinanin bir daha yazmamasini teleb etmirem.. Zaten bunu basa dusmemek ucun gerek insan cox savadsiz ve mentiqsiz olsun..
Senin yadina bir hadise salim, bu yaxinlarda Yegane ile Kamran Hesenli bir asiq mahnisina klip cekdirdiler, klipde sazi hormetden saldilar.. Buna ilk once tamasacilar, sonra senet adamlari, sonra Asiqlar birliyinin rehberliyi ve sonda Xalq Sairi ve Milli meclisin uzvu Zelimxan Yaqub oz munasibetini bildirdi.. Once onlardan xahis olundu ki, klip efire getmesin ve kadrlarda deyisiklikler edilsin. Yegane gozune donduyumde saldi Rebiqeliyine, dedi yox ki yox.. Burada her sey normaldir, hec bir deyisiklik olmayacaq.. Uzun sozun qisasi, meseleni xosluqla yola vere bilmeyeceklerini gorerek, bunlari verdiler mehkemeye. Ve mehkemenin qerari ile neinki kadrlarda deyisiklik edildi, hetta klip ozu bele ilim-ilim itirildi.. Bu hadiseden sonra Kamran Hesenli dondu quzuya, yeganede oldu melek…
He qardashim, indi demek burada melum oldu ki, kimsenin nece yazmasinin metlebe cox dexli varmish…Razilasdiqmi..?
Bax burada yene Aslansayagi seviyyesizlik numayis etdirerek, populist beyanatlar vermisen.. Scorpion demishken, Rebiqe ne vaxt yaddaslara dusdu ki, hele bir onu oradan silmeyede calisaq..? Eksine biz bu adamin yaddaslara dusmemesi ucun calisiriq.. Sen hiss etmirsenmiki, bele getse sabah prezident bunada Qesem kimi 300 manat teqaud ayiracaq..? O 300 manat kimlerin usaqlarinin bogazindan kesilib, bunu sen bilmirsenmi? Qeseme president teqaudu ayrilanda hec bu barede dusunmedinmi?
Qesemde gecikdik, hec olmasa Rebiqe kimilerde gecikmeyek..
Men Rebiqenin qarsisini kesmirem, eksine, onun ayaginin altina xirda daslar iteleyirem ki, yixilacagindan qorxaraq ayaginin altina baxsin ve diqqetle yerisin..
Men tam mesuliyyetimle deyirem ki, ne Rebiqe ile, ne Ryabina ile, nede ki, Qesemle hec bir sexsi izdivacim yoxdur..
Qerezli movqede durmagimin tek sebebi, bu insanlarin heddinden artiq ehemiyyetsiz, seviyyesiz, gereksiz yazilar yazmagidir. Bunu elimde esas tutaraq ve oz oxucu huquqlarimdan istifade ederek, bu insanlari ciddi insan kimi qebul etmediyimi ve bucur hallar bash vermekde davam ederse daha da radikal movqe numayis etdireceyimi beyan edirem.
Neye gore, men her defe nufuzlu sehifeleri acaraq, maraqli bir yazimi deyim ya maraqli bir seirmi deyim oxuyub ruhumu dinceltmek isteyerken, Rebiqenin insani depresiyaya soxan, Ryabinanin insanda heyat esqini sonduren, Qesemin butun yazarlara nifret hissi oyadan yazilarini oxumaliyam…?
Etiraz etmek menim haqqimdir ve men mene verilen bu haqdan istifade ederek, en keskin sekilde oz etirazimi bildirirem…
Qardash, Doymuremki, Soymuremki…? Yazma deyirem, Eger yazacaqsa Gulshen demishken zaman ozu her sheyi hell edecek…
Leyla Mövsumova
Sentyabr 5th, 2007 at 19:47
Bu seiri yazdığınıza görə sizə hec nə demirəm, cunki deməyə söz yoxdu.Məncə qadın qururunu da balacalaşdırıb bu şeir. Belede seir olar? Esitmisiniz seir yazirlar daha bilmirsiz nece yazirlar.
Sərbəst seir dedikde bölgü sərbəstliyindən söhbət gedir nəsrdən yox. Sərbəst seir dedikdə bu o demək deyil ki seir tamamile qafiyesiz olmalidir.
MARAL xanimin sözüne qüvvet bu seir deyil söz yığınıdı.
İRFAN bəy sizin fikirlərinizlə tamamilə raziyam.
ASLAN bəy unutmuyun ki, dunyaya gələn bütün uşaqlar müsəlman olaraq doğulur.Xacpərəst, büdpərəst ailəsində doğulsa belə.
GÜLŞƏN xanım demişkən zaman özü hər şeyi həll edəcək. Onsuzda zaman kecdikcə unudulacaq belə yazanlar.Elə yazın ki özünüzdən sonra hec olmazsa 2 seiriniz qalsın. Yaddaşlarda , ürəklərdə.
SEYİDSASHA sizin bütün fikirlərinizlə raziyam və dəstəkləyirəm.
Seir yaza bilməyən yazmasin xahis edirəm. Uşaqların zövqlərini korlamayın. Sonra elə biləcəklər ki, seir budu ədəbiyyat budu.
Ədəbiyyatımızı təhdid altına almayın…
Elnarə Şəms
Sentyabr 6th, 2007 at 02:04
Rəbiqə şeirin texniki tərəfi haqqında fikir deyə bilmərəm(bu üsulda yazılan sərbəst şeirlər barəsində tam məlumatım olmaması haqqında məncə az-çox məlumatınız var),lakin birincidəkinin mövzusuna toxunmaq istiyirəm.Dərin mövzüdür.Çətin,iztirablı,keşməkeşli yol keşmiş və bir daha bunları yaşamaq istəməyən,məsumluqdan,saflıqdan,dürüstlükdən—xəbərdarlıq yoluna qədər böyüyən bir qadının səsidir bu.Daha çox yaza bilərdim,amma Bu obraz Sizinki olduğu üçün burada dayanıram…
Sizə uğurlar….
Elnarə Şəms
Sentyabr 6th, 2007 at 02:24
Daha doğrusu obraz yox səhv etdim,qəhrəmanınızdır.(gecdir ola bilsin ondan oldu).Arzu edirəm Azərbaycanda qadınlar belə seçim arasında qalmasınlar.Mənalı mövzudur.
Qəşəm Nəcəfzadə
Sentyabr 8th, 2007 at 16:10
salam Rəbiqə, 2-ci şeirin yaxşıdı, 1-ci şeirin zəffdir, kordinasiya maraqlıdır, amma poziya deyil. “Hardasa bir ürək yıxılar” misrasindan və bu cür deyimlərdən cana yığılmlşam daha…
Sevil Rüstəmova
Sentyabr 9th, 2007 at 19:24
Belə olmaz Rəbiqə, belə olmaz
Elmar Vüqarlı
Sentyabr 16th, 2007 at 18:09
RƏBİQƏ, XOŞUMA GƏLDİ ŞEİRLƏRİN. kİMİN NƏ DEMƏSİNDƏN ASLİ OLMAYARAQ DEYƏ BİLƏRƏM Kİ. ƏLADIR! UĞURLAR1
sexavet
Sentyabr 18th, 2007 at 17:57
Salam Rebiqe!
Senin sherlerin yeni nefes kimidir.
Yaz,Yaz,Yaz,Yaz,Yaz, yene de yaz.
hec kime fikir verme.
ilk jurnalist kurslarindan Sexavet.
Rebiqe
Sentyabr 21st, 2007 at 16:21
salam… butun sherchilere teshekkur edirem… sherhler arasinda Qurban beyin postunu gormek isterdim… onun obyektiv tenqidine ehtiyacim vardi…
qalan sherhler normaldir, bezileri hetta hedden artiq maraqli…
hamiya teshekkurler ve ugurlar!!!