8 İyul 2008
Qəm olası deyiləm
Sevinc Şəhrazqızının CBS mətbəəsində çap olunan 120 səhifəlik şeirlər kitabı belə adlanır. “Qəm olası deyiləm” Sevinc Şəhrazqızının ilk kitabıdır. Müəllifin bundan əvvəl də toplularda, qəzet və elektron dərgilərdə şeirləri dərc olunmuşdur. Oxuculara təqdim olunan bu kitabda Sevinc Şəhrazqızının istək və arzuları, bütün insani duyğuların ən alisi olan məhəbbət mövzusu və
Davamı...
23 İyun 2008
PENGUAM ədəbiyyatımıza xidmət edən qurum olacaq
Hər şey ondan başladı ki…
Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər.
Davamı...
10 İyun 2008
İllər sonra yerini tapan ədalət
Azərbaycan Sovet ədəbiyyatının önəmli isimlərindən biri İsmayıl Qarayevin “O və anam” mikroromanı Almaniyada dərc olunan Havuz.de ədəbiyyat e-dərgisində nəşr olunmuşdur. Xatırladaq ki, əsərin tərcüməsi Oqtay Hacımusaliya aiddir. Oqtay Hacımusalının dediyinə görə gələcəkdə digər dövlətlərin e-dərgilərində bu cür qarşılıqlı ədəbi əlaqələr davam etdiriləcəkdir.
30 May 2008
“Nəsimi” müsabiqəsinin qalibləri açıqlandı
2 fevral 2008-ci il tarixindən start götürən “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsinin qaliblərinini bu gün təltifetmə mərasimi keçirilib.
Kultaz.com və Lit.az portallarının birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə adları bu günə qədər gizli saxlanılan 5 nəfər peşəkar münsif tərəfindən 10 ballıq sitem üzrə qiymətləndirilən 10 yazar finala adlayıb.
Bu gün BMM-də keçirilən təltifetmə mərasimində finalçılar
Davamı...
19 May 2008
“Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum oldu
Beləliklə, 2 fevral 2008-ci il tarixdə başlamış “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsində finalçıların adları məlum olub. Finala münsfilərdən ən yüksək bal almış yazarlar çıxa biliblər. Münsiflər yazarların yaradıcılğını 10 ballıq sistem üzrə qiymətləndirərək bir neçə nəfəri müsabiqənin ön sıralarına çıxarıb. Onlardan yalnız 6-sı müsabiqənin iki nominasiyası üzrə qalib hesab olunacaq. “Şeir”nominasiyasında ən
Davamı...
1 May 2008
AYB-nın yeni saytı hazırdır
İnternet məkanında Azərbaycan ədəbiyyatı ilə maraqlananlar bilirlər ki, Azərbaycan Yazıçılar Birliyinin saytı www.ayb.az ünvanında yerləşirdi. Daha sonra müəyyən müddətlik saytın fəaliyyəti dayanmışdı. Artıq birliyin yeni saytı fevralın 25-dən fəaliyyətdədir. Saytın yeni ünvanı isə www.azyb.net olaraq dəyişdirilib.
25 Aprel 2008
Yeni ədəbiyyat əlavəsi nəşrə başlayır
Çapını yenidən bərpa edən «Milli Yol» qəzetinin hər cümə axşamı buraxılışında ədəbiyyat əlavəsi çap olunacaq. «Qəzet içində qəzet» kimi çap ediləcək əlavəni yazar Elnur Astanbəyli hazırlayacaq. Əlavənin bu cümə axşamı sayında gənc yazar xanım Günel Mövludla müsahibə, AYB-çiləri ironik sancmalar, ən son ədəbiyyat xəbərləri ilə yanaşı Yazıçılar Birliyi daxilindəki son qarşıdurmalar
Davamı...
7 Aprel 2008
“Yazar” qəzetinin növbəti sayı satışda
“Yazar” qəzetinin növbəti- 4-cü sayı işıq üzü görüb. Qəzetdə Elxan Zal Qaraxanlı, Qəışəm Nəcəfzadənin, Mübariz Xanağalının, Fəehad Amurun şeirləri, Kənan Hacının hekayəsi, Zahir Əzəmətin müsahibəsi, İlqar Fəhminin tərcüməsində Dmitri Zatonskinin “Postmodernizm tarixi interyerdə” tərcüməsi, Aydın Xanın “Milli yaradıcı intellektuallığın Anar Zirvəsi”, Oqtay Hacımusalının, Seyid Raminin köşləri və başqa materiallar yer alıb.
Davamı...
5 Aprel 2008
“Pərvanə” ədəbi məclisi yenidən fəaliyyətə başladı
“Pərvanə” ədəbi məclisi 1919-cu ildə Cəfər Cabbarlının təşəbbüsü ilə M.Ə.Sabir adına Mərkəzi Şəhər kitabxanasında yaradılıb. İlk sədri də C. Cabbarlı olub. Bu məclisə o vaxtlar M. S. Ordubadi , H. Cavid və başqa görkəmli sənətkarlar gəlirdi. Daha sonralar S. Vurğun, R. Rza, M. Müşfiq, Ə Cavad və başqa gənc ədiblər bu
Davamı...
26 Fevral 2008
Doqquz İqlim dərgisinin yeni sayı
Bu günlərdə şair Xanəmir Telmanoğlunun “Döqquz iklim” dərgisi işıq üzü gördü. Çətinliklərə baxmayaraq bu dərgi davamlı şəkildə çıxmağı bacarır. Hər sayısı bir-birindən daha fərqli və rəngarəng olaraq oxucuların görüşünə gələn “9 iklim” dərgisi bu dəfəki sayısında da əvvəlki ənənəsinə sadiq qalaraq “Orhun Yenisey” əlifbasını üz
Davamı...
Niyam
Sentyabr 5th, 2007 at 13:54
Genc shaireni bu munasibetle tebrik edir, ona yeni-yeni ugurlar arzu edirem
Leyla Metin
Sentyabr 8th, 2007 at 17:12
“Bizimki”, xeber verdiyin u4un tewekkur edirem!
Niyam bey, tewekkur edirem!
Ceyhun
Sentyabr 14th, 2007 at 23:15
Leyla xanimi bu munasibetle shexsen tebrik etmishem. “Bizimki”li dostlarimiza onu demek isteyirem ki, bu xeberi verende Leylanin hem de dovri metbuatda ara-sira bir jurnalist kimi chalismasi barede qeydleri vermemekle bir az xesislik etmisiniz. ))) “Ayna” qazetinde Leyla “Art-club” rubrikasinda medeniyyet ve incesenet aleminin numayendeleri ile chox maraqli musahibeler derc edirdi. Leyla, ikinci kitabini ve maraqli musahibelerini gozleyirik.