Bir qapısı var bu evin,
Açılanda “zingildəyir”.
Dörd divarı dar bu evin,
Yeriyəndə dingildəyir.
Tavanla döşəmə deşik,
Divarları kağız yeşik.
Bir üzü ev, biri eşik,
Külək əsir, inildəyir.
Tufan qopur qucağında,
Kül közərir ocağında,
Ay işığı bucağında
Tonqal kimi nərildəyir.
Hörümçək ipini burur,
Ölümə təzə ev qurur.
Köhnələr yerində durub
Bu boşluqda cingildəyir.
Kimdir bu evin yiyəsi,
Qoca ölüb, gəlmir səsi.
Kəsilib insan nəfəsi.
Kimsəsizlik inildəyir.
Bu evdə hamı yuxulu,
Havası ölüm qoxulu.
Otaqda həyat nağılı-
İnildəyir, can diləyir.
Yarımçıq Vətən
Vətən adlı Vətənim paralandı,
Soyadı tək adları aralandı.
Ürəyindən vətən tən yaralandı,
Yarımçıq Vətənlə hara gedim mən?!
Bir üzüm torpaqdır, bir üzüm daşdır,
Vətəndən yadigar gözümdə yaşdır.
Dərd yüküm sərhəddə başımdan aşdı,
Yarımçıq sitəmlə hara gedim mən?!
Elə bil dünyalar yerini çaşıb,
Küfrlə, imanım yaman dolaşıb.
Başım neçə ölüm yaşını aşıb,
Yarımçıq kəfənlə hara gedim mən?!
Yarımçıq dolaşan yarıma heyif,
Nəfəssiz əriyən qarıma heyif,
Min yol geyindiyim arıma heyif,
Yarımcan bədənlə hara gedim mən?!
Vətəndə, vətənsiz yaşayan oldum,
Yerimdə oturub yol aşan oldum,
Özümlə, hamıyla dalaşan oldum ,
Yarımçıq Vətənlə mən hara gedim.
Yarımçıq Vətənlə hara gedim mən.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Leyla Mövsumova
Sentyabr 5th, 2007 at 17:14
Elnare canim elaaa. Allah hec birimizi yarimciq qoymasin.
YARIMCIQ VETEN hamimizin derdidi ve olmalidir.
Novarg
Sentyabr 5th, 2007 at 18:07
Qulaq gunde bir soz eshitmese kar olar; Vetenin de yarimchigi olarmish…
Mence alinmayib bunlar… herchend, menden yuxarida senzuradan kechib, amma yene de…alinmayib…
Maral
Sentyabr 5th, 2007 at 19:49
Öz üzərinizdə çox işləməsisiniz Elnarə. Şeirin gərək cəlbedici oxunaqlığı ola. Bu da sizdə yoxdur.
Gülşən
Sentyabr 5th, 2007 at 20:13
Xoşuma gəlmədi. Uğurlar
Asiman
Sentyabr 5th, 2007 at 20:21
Vallah nə bilim belə də. Çox yaxşı da deyil, çox pis də deyil. uğurlar
Elnarə Şəms
Sentyabr 5th, 2007 at 20:34
Leyla xanım təşəkkürlər.Novarg “xanım”inciməyin Sizə bir söz yazacağam.(mən kökdən çox tərbiyəli,sakit bir xanımam,ancaq məcburam).Baxın-Sizin qulağınız gündə nə fasonda,necə,və yaxud hansı səviyyədə söz eşidir bilmirəm,ancaq mənim eşitdiyim sözlər yazdıqlarımdır.Sizin yazdıqlarınız bir-iki şeirlərdən başqa(o da Vətənə aid)heç birini mən bəyənmirəm,elə bil bazarda kartof satanlar söhbət eliyir,heç indiyənə kimi bir dəfə olsun bir pis şərh yazmışam?Yox,niyə çünki əlinə qələm götürən hər bir kəsin düşüncələrinə hörmətim var.Ancaq artıq əsəblərimi cilovlaya bilmədim.Sizin kimi yazım—–siqaret tüstün olmaq istiyirəm,nə bilim nəyin olmaq istiyirəm,əsla…Eşidirsinizmi əsla məs Sənin kimi yazmaram mən.Mənim bu iki şeirlərimi ustadlar bəyənib,Sən bəyənməsən də olar.(bu başqalarına aid deyil).
Qaldı Marala-bacı sənin gözündə cəlbedicilik başqa cürədir,mənim baxışlarımda başqa cürə.
Digərlərindən üzr istəyirəm.Bu Novarq elə bil qara çalmalı qarğadır,hara gedirəm dalımca gəlir,öz lazımsız məsləhətləriylə internetdə bezdirdiyi bəs deyil,hələ bir maral çıxıb.
Mən artıq ədəbiyyatımız üçün—-”Qara tabut” əsərimi gələcək üçün qoymuşam,görüm Sizdən nə qalacaq.
Sima N.
Sentyabr 5th, 2007 at 21:16
1-ci şeir pis deyil, 2-ci isə… Süni pafos şeirin dadını-duzunu qaçırıb: “Min yol geyindiyim arıma heyif”, “Vətəndən yadigar gözümdə yaşdır”, “Başım neçə ölüm yaşını aşıb”, “Dərd yüküm sərhəddə başımdan aşdı” və s. kəlmələr şit səslənir.
“Soyadı tək adları aralandı” nə demək?
Elnarə Şəms
Sentyabr 5th, 2007 at 21:29
Yəqin Sizdən ötrü Vətənin bölünməsinin heç bir əhəmiyyəti yoxdur, novarg. Məgər bütövdür Azərbaycan? xeyr, yarımçıqdır. Zəngəzurdan, Göycədən,Təbrizdən və s. başlayan bölünmə Qarabağla davam etdi.Hələ nəqədər çəkəcək bu bilinmir. Mənim bir şeirim var-
Məhəbbətdən yazmaq mənə haramdır,
Təbrizim o tayda, Şuşam bu tayda…..
Sizin bilməyinizi isti ,Asimanın, Gülşənin hətda Maralın fikri mənim üçün dəyərlidir, ancaq Sizin yox. Qoy mənim şeirlərimi İltifat Köçərli, Əvəz Q. və bu kimi(adlarını qeyd edə bilmədiyim qələm sahiblərindən və şeirdən anlayan insanlardan üzr istəyirəm) qələm sahibləri tənqid və yaxud təhlil etsinlər, qəbulumdur. Siz yox.
Guler
Sentyabr 5th, 2007 at 22:11
Elnare xanim, hec gozlemezdim. Tenqidden bele incimek.Mence istenilen oxucunun fikri size onemli olmalidir. Hetda bu oxucu zovqsuz olsa bele Novargdan iraq.
Aslan
Sentyabr 5th, 2007 at 22:34
Elnarə xanım! Şərhləri oxudum, bir şey başa düşmədim, nələr baş verir, bəlkə zövqüm korşalıb? Mən necə yazıram, oxucularımın müzakirə mövzusudu, amma hər halda ədəbiyyatı duyur, başa düşürəm. Uzun illər ədəbiyyatda olan birisi kimi əlimi ürəyimin üzərinə qoyub and içə bilərəm ki, burdakı 1-ci şeir kimi ədəbiyyatımızda gözəl, səmimi, həzin ovqata köklənən, işığı,səsi, rəngi vəhdət təşkil eləyən şeirlər çox azdı! Gözəl qələmin, gəzəl duyumun var, çəkdiyin mənzərəni oxucular üçün tam işıqlandıra bilirsən! Şeri yaşaya, onu başqalarına da yaşada bilirsən! Uğurlar, təki ruhdan düşməyəsən!
P.S. Çox işlənən mövzulara müraciət eləyəndə yeni söz deməyin çətinliyini başa düş, gurultulu, pafoslu sözlərdən qaç. Yenə də uğurlar!
scorpion
Sentyabr 6th, 2007 at 00:22
Elnarə xanım şerləriniz chox zəifdir. Texniki qüsurlar var. Bir birine bağlanmayan, göydəndüşmə və mənasız ifadələrlə doludur. Mən keçən dəfə şeirlərinizə şərh yazmışdım və sizin sonrakı şərhlərinizdən hiss elədim ki, xətrinizə dəyib…Sən demə mən şeirdəki “dörd metrlik dar otaq” ifadəsinin “ürək” mənasına gəldiyini başa düşməliymişəm ancaq buna qabiliyyətim çatmayıb…olsun…İndi gəlin bu şeirlər haqqında yuxarıda yazdığımız fikirləri konkret misallarla əsaslandırmağa çalışaq ki, sonra inciməyəsiniz…
Texniki qüsurlar var- Sizin birinci şeiriniz gəraylı, ikinci şeiriniz qoşma formasında yazılmağa cəhd edilib. Birinci şeirdə də, ikinci şeirdə də bu şeir formalarına qoyulan tələblər pozulub.
“Bir qapısı var bu evin,
Açılanda “zingildəyir”.”- burada misraların daxili bölgüsü 4+4-dür
“Bu evdə hamı yuxulu,
Havası ölüm qoxulu.
Otaqda həyat nağılı-
İnildəyir, can diləyir.”
ancaq bu bəndin 3 misrasında daxili bölgü 3+5-dir. Yəni bu qüsurlar bu şeirin başqa bəndlərində də var. Diqqətlə baxsanız özünüz görərsiniz.
İkinci şeirdə birinci bəndi:
“Vətən adlı Vətənim paralandı,
Soyadı tək adları aralandı.
Ürəyindən vətən tən yaralandı,
Yarımçıq Vətənlə hara gedim mən?!
birinci üç misrada bölgü 4+3+4- dür…4-cü misrada 6+5…ancaq bu qəbul edilir qaydalara görə…
Ancaq burda da birinci şeirdəki problem ortaya çıxır…Qalan bütün bəndlərdəki misraların daxili bölgüsü 6+5-dir. Bunun qüsur olub olmadığını IX ya X sinifin Ədəbiyyat kitablarından tapa bilərsiniz. Bu yüngülvari texniki tərəf.
Bir birine bağlanmayan, göydəndüşmə və mənasız ifadələr- Bunları göstərəcəm sizdən sitatlarla…
“Kimdir bu evin yiyəsi,
Qoca ölüb, gəlmir səsi.”
“Bu evdə hamı yuxulu,
Havası ölüm qoxulu.”
“Vətən adlı Vətənim paralandı,
Soyadı tək adları aralandı.”
və sair və ilaxır
Üstündə dayanıb izah etməyə ehtiyac duymuram…Yəni ona görə ki, bu misalların üzərində ciddi fikirləşsəniz mənim nə demək istədiyimi başa düşəcəksiniz. Yox əgər fikirləşmək belə istəməyib bunları qərəz kimi qəbul edəcəksinizsə onda “Ustadına bərakallah!!!”
Seyidsasha
Sentyabr 6th, 2007 at 00:38
Elnarə, sən mənim qara siyahıma öz adını özün öz əllərinlə yazdın..
Sənin şeirlərini bir daha burada görməmək ümidilə..
P.S. Rəbiqəni görən olmayıb..?
Ryabina
Sentyabr 6th, 2007 at 00:52
Demişdim “bizimki”də daha şərh yazmayacağam…amma eybi yox, qoy bu sonuncu olsun…
Elnarə…forumda şeirim üçün “Özünüzü dağ başına qaldırıb qoysanız da, deməliyəm ki, şeirinizi bəyəndim…”yazmısan…
Mən heç vaxt özümü dağ başına qaldırıb qoymamışam, məni oralarda gördünsə, bu sırf sənin psixoloji problemindir…
Burdasa sən nə üçünsə özünü Himalay dağlarında hiss edirsən…və qəribə, həm də düzəldə bilməyəcəyin səhvlərə yol verirsən…
Məsələn, Novargın mən olduğumu zənn etmisən…çaşma, heç zaman çaşma, Elnarə…
Və unutma ki, səni dostca açıq ürəklə qarşılayıb forumun yuxarı başına çıxaran da biz idik…
Qalın burda, o siz, o Saşa, o da Qəşəm - öz AY(ı)B dəstəsiylə…
Bilmirəm bura bir müddət öncə göndərdiyim şeirləri yerləşdirəcəklər, ya yox, hər halda özümü aranızda-sıranızda görə bilmədim…sizin qulaqlarınız üçün oxunan nəğmə deyilmişəm…Əlvida..!
Elnarə Şəms
Sentyabr 6th, 2007 at 01:02
Təşəkkürlər fikirlərinizi yazdığınıza görə xüsusən də Aslana,Sizin söylədiklərinizi mütləq nəzərə alacağam.Gülər xanım,keçən dəfə yazdığın şərhdə bildirmişdim,(bundan öncə verilmiş şeirlərimdəki şərhdə)mən qərəzsiz,savadlı tənqiddən incimirəm.İnanın artıq 5 ilə yaxındır ki,mən “Vahid”ədəbi məclisində iştirak edirəm,hələ heç kim deyə bilməz ki,Elnarə orada sylənilən iradlara və tənqidlərə cuzi belə olsun öz narazılığını bildurib,yaxud kobudluq,tərbiyəsizlik edib.Mən həz zaman özümü kiçik aparmışam,yaşımdan böyüklərlə də,kiçiklərlə də,məndən zəif yazanların da,güclü yazanların da.Sadəcə novarqın–Yarımçıq vətən eşitməmişdim sözü məni tarazlıqdan çıxartdı.Məgər bizim Vətənimiz bölünməyib?Nəinki bölünüb,həttda bir neçə dəfə kiçildilib.Yazsın ki,Elnarə şeirin bu və başqa fikirlərinə görə zəifdir,yaxud pisdir.Zənnimcə fikrimi tam çatdıra bilməsəm də nə demək istədiyimi çatdıra bildim.Ağıllı,gələcək yaradıcılığında inkişaf etmək istəyən hər bir bizim kimi gənc yazarların savadlı tənqidə ehtiyacı var.Yenə deyirəm,məs savadlı……..
Simaİl—
1)”Min yol geyindiyim arıma heyif”—bizim illər boyu öz yurdlarında namusla yaşayan xanımlarımızın az bir qismi də olsa(nə qədər qəlbim acısada,bir Azərbaycanlı xanımı kimi bunu dilə gətirmək istəməsəm də),müxtəlif yerlərdə,elə bizim öz üzdəniraq kişilərimiz (və yaxud nankor düşmənlərin)tərəfindən namusları,mənəviyyatları, tapdalandı,alçaldı
2)”Vətəndən yadigar gözümdə yaşdır”——-mən bilən bir oralardan ləhcəmiz qalıb dilimizdə,birdə ki gözümüzdə yaş.Başqa nəsə götürə bilmişiksə deyn.
3)”Başım neçə ölüm yaşını aşıb”——19 ildir(təkcə son illəri nəzərə alsaq)19il,Simaİl qardaş..Əgər Siz o insanların arasında bir neçə gün yaşasaydınız,(mən roman yazıram deyə bu hissləri yaşayıram,hər dəfə günlərlə özümə gəlmirəm)bilərdiniz ki,onlar dəfələrlə ölüb diriliblər.
4)Dərd yüküm sərhəddə baçımdan aşdı—–Dərddən başqa nə daşıdıq o taydan bu taya?
5)Soyadı tək adları aralandı—–Cənubu,Şimali AZƏRBAYCAN.
Nəysə,təbii ki hər kəs Vətənini sevir özü kimi,bacardığı kimi,boyu qədər,yaşı qədər,gözlərinin rəngi kimi,ürəyinin böyüklüyü kimi,kökü kimi,ata-anası kimi,bacı-qardaşı kimi.Mən də belə sevirəm VƏTƏNİMİ.Ola bilsin ki,emosiyalara qapanıb,Aslan demişkən bir az ucadan ağlamışam…………….
scorpion
Sentyabr 6th, 2007 at 01:13
Ryabina mən səni bu qədər iradəsiz və zəif bilməzdim!!! Çox hayıf!!! Bura Ədəbiyyat uğrunda virtual mübarizə meydanıdır… Hər şey ola bilər… Sən elə bilirsən bu xoşagəlməz söhbətlər mənə ləzzət eləyir…Bəzən mən özüm də hissə qapılıram…Bir az yumşaq deyilməsi mümkün olan fikri nisbətən sərt şəkildə bildirirəm… Ancaq bu o demək deyil ki, mən kiməsə nifrətlə, paxıllıqla yanaşıram…Sadəcə olaraq hamımızın bircə məqsədi var…
Bunu mən fərarilik kimi qiymətləndirirəm!!!
Sənə uğurlar!!!
Seyidsasha
Sentyabr 6th, 2007 at 01:22
Ryabina, cox gozel tesebbusde bulundun..
Ancaq Rebiqeni de ozunle gotursen cox sevinerem..
Inan ki, bu son 10 gun erzinde belke 100-den cox telefon zengi almisham, Hami meni destekleyir…
Xalq Bizimledir….Qelebe De Bizimle Olacaq…
Elnarə Şəms
Sentyabr 6th, 2007 at 01:32
Hörmətli scorpion,nə keçən dəfə nə də indi mən Sizdən incimirəm inciməmişəmdə,izahatlarınıza görədə minnətdaram,şad oldum ki,mənə növbəti sabadlı şərh gəldi.Əslinə qalsa daxildə şeirin ahəngi pozulmamaq şərti ilə bəzən misal üçün 3+3 dürsə,o birisində 2+4 ola bilər(yekəlik olmasın deyə yazım-mən demirəm,ustadlar deyir),yetərki 6-ıq itməsin.Amma oxucu bunu qəbul etmirsə,təbii ki,düşünməyə dəyər.Şərhlərinizdə heş bir qərəz görmürəm qardaş,təşəkkür edirəm.
Seyidsasa—–niyə?
Ryabina—canım,Sizi heç də novarg zənn etmirəm bu bir.İkincisi–yuxarıda çox əsəbiydim,ola bilər orada fikrimi tam çatdıra bilməmişəm.Üçüncüsü—qapına gələn qonağa verdiyin çörəyi başa qaxma.Bir də bax sasa elə məni də qara siyahıya salıb,heç məni dəstəkləmirdə.,boş boşuna dediyin kinayəli sözlərdir.Bir də həyatım Siz şeirdən heç nə yazmadığınız üçün,mən Sizə cavab verim—-mənim qulağımda oxunacaq nəğəmə övladlarımın nəğməsidir,incimə.Şərh yazmaqdansa qorxma,qaçma–əsas onu de şeirlərimi bəyəndin yoxsa yox?
Elvin Cabay
Sentyabr 6th, 2007 at 01:57
… Hele 13 yaşım var idi, başqa rayona oxumaq üçün gedende. Belke de bezi şeyler üçün bu yaş böyük sayılır, amma bir meselede özümü çox zeyif hiss edirdim. Başqa rayon Ağdaş idi. Bazar günü rayonumuzdan Göyçaya geden son avtobusla gederdik Ağdaşa. Hemin avtobusda, Genceden, Yevlaxdan, Ucardan bazar günü üçün bazara gelib dilenen qaraçılar olardı. Evlerine geri dönürdüler. Hemişe o qaraçı arvadlar bir-birleri ile yüksek sesle danışırdı, arada lap dalaşırdılar. Baxın, bu meselede çox zeyif idim. Eleki bir-birleri ile yüksek sesle, qışqıraraq danışmağa başladılar, çox narahat olurdum, qorxurdum ki dalaşacaqlar yene de. Uşaq vaxtı dalaşqan olmuşam, amma qadınların bir-birleri ile, kişiler ile qışqırışıb dalaşmalarından hemişe narahat olmuşam. Bu bildiyimiz qorxu olmayıb, sadece olaraq menevi sıxıntı keçirtmişem, ne bilim, heleki o hisslerimi tam ifade ede bilmirem.
… Neyse, belke de oxuyanlar başa düşdü ne demek istediyimi. Başa düşmeyenlere de açıqlayım; ” Dergimizde xanımların bir-birleriyle ya eks cinsden olanlarla qışqırırmışcasına, dava edirmişcesine danışması, yazışması meni çox narahat edir, derginin rengini gözümde qaraldır, alacağım zövqün yerine esebleşirem. Bu sebebledir ki bu cür şerhleri oxumamağı çooox arzu edirem! Eziz şerh yazanlar, şerhelere münasibet bildiren eser sahibleri, xahiş edirem, daha medeni süretde, sakit, “debi” şekilde yazaq ne yazırıqsa. Yazılar ile qışqırmadan, qelb qırmadan.”
… Eh, neyse.
Novarg
Sentyabr 6th, 2007 at 10:38
Savadli tenqid isteyen arxadash, savadli yaz ki, ichinden bir shey tapib savadli tenqid edek…
Ikinci sheirin sadece adini oxumaq kifayetdir ki, sehifeni cheviresen…
Veten… Elnare, bu sozun sinonimlerinden biri “butov” sozudur, zira, Veten butov olmalidir… Butov olmayan vetenin vedendashlarinin boynunun borcudur ki, vetenin butovluyunu temin etsinler…
Butov olmayan veten - bolunmush vetendir…
Belelikle, yadinda qalsin, Veten yarimchiq olmaz, bolunmush olar, yaxshimi…
P.S. Diger soz-sohbetlerinize munasibet bildirmirem, chunki ishletdiyiniz qara chalmali qarga sozlerinin yazilariniza ne qeder seviyye qatdigini hech cur hesablaya bilmedim…
Leyla Mövsumova
Sentyabr 6th, 2007 at 13:48
Novarq şeiri diqqetlə oxuyun. Siz elə burda şeirin tərkib hissəsindən danişmısınız. Fərqli bir şey deməmisiniz.
DDEED
Sentyabr 6th, 2007 at 17:58
elnare xanim size semimi qelbden ughurlar arzulayiram,
insh. her shey lap ela olacaq,
salamlar
Elnarə Şəms
Sentyabr 7th, 2007 at 01:15
DEEDD Sizə də təşəkkürümü bildirirəm dəstəyiniz üçün.
İltifat Köçəri
Sentyabr 7th, 2007 at 03:57
Elnarə xanım, salam. Gəlin belə danışaq, əvvəlcə mən sizdən bir xahiş edəcəm. Xahiş edirəm mənim təxəllüsümü düzgün qeyd edin( Köçərli yox, Köçəri ) zəhmət olmasa. Şeirlərə keçməzdən əvvəl mənim fikirlərimə bu qədər önəm verdiyinizə görə sizə minnətdar olduğumu bilməyinizi istərdim. Şeirləri də, şərhləri də oxudum. Hər kəs öz düşüncələrini yazır və buna da haqqı var. Kim nə yazırsa yazsın soyuqqanlılığınızı və səmimiliyinizi itirməməyinizi məsləhət görərdim. Gözəl istedadınızın olduğu açıq-aydın hiss olunur. Bu şeirlərə pisdir demək üçün gərək Allahsız olasan. Mən demirəm ki, çox bəyəndim, amma çoxlarından yaxşı yazırsınız və zaman keçdikcə daha da gözəl əsərlər yaradacağınıza əminəm. Sizə daha böyük uğurlar arzulayıram. Sağ olun
Novarg
Sentyabr 7th, 2007 at 10:20
Elnare xanim,
Ele bir muhit yaratmisiz ki, sanki sizin sheirler beyenilmese burda dar agaci qurub kimise edam edeceyik…
Iltifat bey`le raziyam, soyuqqanli olun ve uzerinizde ishleyin…Uzerinizde ishleyin deyende sheir yazarken daha chox fikirleshib daha uygun qafiyeler axtarmagi nezerde tutmuram, daha chox mutalie etmek, daha chox xeberdar olmaq, daha chox heyecanli olmagi nezerde tuturam…
Ugurlar…
mars
Sentyabr 7th, 2007 at 20:39
Elnare xanim, salam! Necesiniz?
Bunlar da pis deyil, amma mence, lit.az-a verdiyin ‘derdimi..’ redifli sherini daha gozel yazmisan. Deyerdim, bu sherlerininle onun arasinda dag ile derede olan ferq qeder ferq var.
Ugurlar arzulayiram sene.
alper
Sentyabr 8th, 2007 at 13:16
salam
sag olun
men de ister istemez bir sheyler yaziram.
sonra onlarin adina sher deyirem.
menim de YURD uma bir bash vurun.
sag olun
Serxan Xezer
Sentyabr 9th, 2007 at 15:42
Acigi seirleri beyenmedim…Cox serhlerde menim demek istediklerim deyilib,tekrar etmek istemirem.
Birinci seirde “inildeyir” iki bendde de qafiye kimi islenib,bir de ki nerildeyir inildeyir e qafiye deyil axi?
vetene yarimciq demek olmaz!!!bu ifade duzgun deyil.
Derd yuku serhedde basimdan asdi
Yarimciq sitemle……derd yuku basinizdan asirsa sitem yarimciq ola biler?
ve saire…
Amma bu seir cenubi Azerbaycan movzusunda saytda ilk seirdir.Movzusu baximindan teqdir edirem.Insallah davami geler.ugurlar.
Elnarə Şəms
Sentyabr 9th, 2007 at 16:52
hƏR KƏSƏ ÖZ MİNNƏTDARLIĞIMI BİLDİRİRƏM.iLTİFAT Köçəri,Novarg sizə də,mars o şeirmi bəyəndiyiniz üçün sağ olun,alper—YURD unzu tapmadım.yerini deyin
Sevil Rüstəmova
Sentyabr 9th, 2007 at 19:23
Yaxşı şeirləriniz var Elnarə, təbriklər.
Qəşəm Nəcəfzadə
Sentyabr 9th, 2007 at 21:14
Salam Elnarə, bu gün 525-ci qəzetdə rəhbərlik etdiyin “Şəms” məclisi haqqında böyük bir yazı oxudum. Siz nə böyük işlər görmüsünüz. doğrusu fərəhlədim. Sizin tanınmış ədəbiyyat və incəsənət xadimləri ilə keçirdiyinz görüşləriniz əsl ədəbiyyata xidmətdi. Sizin və məclis üzvülərindən Xatirə Vaqifqızının, Dilşad Qəmlinin və leyla Mövsümovanın şeirləri artıq respublikanın öxucularına yaxşı tanışdı. Sənin urmu kitabxanası saytında şeirlərini oxudum və çox sevindim. Radio və televiziyada çıxışlarınızı böyük maraqla dinləyirəm. Buradakı şeirlər haqqında onu deyə bilərəm ki,”bir üzü ev, bir üzü eşik (xalqdan bəhrələnmisən bir üzü qız, bir üzü gəlin. saq ol) misrası qədər son vaxtlar məni heyrətləndirən misra olmayıb. Yarımçıq vətən ifadəsi də düzdür.Onun bunun “əlvidasına” fikir vermə, mən səni ürəkdən təbrik edirəm
Elnarə Şəms
Sentyabr 11th, 2007 at 17:08
Minnətdaram hər kəsə.Serxan Xezere,Sevil xanıma,Qəşəm Nəcəfzadəyə öz fikirlərini bildirdikləri üçün.Qəşəm müəllim Siz yazmasydınız urmu kitabxanası haqqında mənim heç xəbərim olmazdı.Fürsətdən istifadə eləyib mənim şeirlərimi -urmu kitabxanası saytında yerləşdirən şəxsə öz dərin minnətdarlığımı bildirirəm.Eyni zamanda Bizimki-əe-jurnalına da sağ olun deyirəm,gənclərə belə şərait yaratdığınıza görə
Elmar Vüqarlı
Sentyabr 16th, 2007 at 18:06
Zəyifdir, amma inanıram ki, gələcəkdə Şəms yuxarıdakı şərhlərdən nəticə çıxaracaq. UĞURLAR!
Faig Yusifoglu
Sentyabr 18th, 2007 at 12:11
sherleriniz, üslubunuz xoşuma geldi. amma vətənə yarimciq demeyiniz yox. men harda veten eshidirəmsə qeyri-ixtiyari gözümün önunə Derbendli Borcalılı Tebrizli İrəvanlı Kerküklü Böyun Azərbaycan gelir. bunu size də arzu edirem.