“Hər şey yaxşı olacaq”
O, mənə təsəlli verir
Mən isə ona…
Hər şeyin yaxşı olacağından
isə nə mən xəbərdaram,
nə də ki o…
Bilirəm ki, iş tapmalı
və işləməliyəm.
O da bilir ki, iş tapmalı
və işləməliyəm.
İşsizlərin baş alıb getdiyi
bu şəhərdə
Niyəsə hər ikimiz arxayınıq ki,
Hər şey çox gözəl çatacaq sona.
“Hər şey yaxşı olacaq”-
O, mənə təsəlli verir,
Mən isə ona…
Avtobioqrafiya
Zaman öz sürətilə
Dayanmadan gedir…
Atam indi öz məzarına
Atalıq edir…
Anam ən möhkəm daş
Ən zərif çiçəkdir…
Susqun, incik və
Sakit çırpınan ürəkdir…
Qardaşım
Bəzən dünyagörmüş qoca,
Bəzən uşaq olur
Balaca…
Sevgilim ağıllı
Və məni anlayan,
İncidəndə isə ağlayan
bir qızdır…
Mənsə həyatımdan
Razı biriyəm.
Şükür edirəm ki,
Hələ diriyəm…
Ruhumun nazı ilə oynayıram
Gülüşümə razı deyilsənsə,
Taleyimizlə barışaq –
Otur ağlaşaq!
Ağlamağıma razı deyilsənsə,
Ömrümüzü sürək –
Otur gülək…
Yox? Razı deyilsən
Onda həyatı duyaq –
Get həzin mahnı qoy,
Oynayaq…
Bezdin? İndi nə edək?
Əynini qalın geyin –
Həyətdə gəzək…
Üşüdün? Yaxşı, gəl qayıdaq..
Yorulmusan?
Gözünü yum yataq…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Şahanə
Sentyabr 7th, 2007 at 11:02
Her sey yaxsi olacaq, Eli-))
3-cu seirin cox xosuma geldi.
Uqurlar sene!
Amigo
Sentyabr 7th, 2007 at 15:00
Sagol brat! Maraqli yazilrin var! Oz saytin da eladir!
Sima N.
Sentyabr 7th, 2007 at 20:42
2 və 3-cü şeir yaxşıdır. 3-cü şeirin son bəndində də ziddiyyət olmalıydı ( şeirin ümumi formasını pozmamaq üçün)
Sadece_serh_yazar
Sentyabr 7th, 2007 at 22:13
Hec de alisdigimiz janrda deyil.
Oxudum, cox xosuma geldi.
Tebrik edirem.
AzYazar.Com
Sentyabr 7th, 2007 at 22:19
Sherhlere gore chox sagolun! Minnetdaram!
Seyidsasha
Sentyabr 7th, 2007 at 23:25
Seirler xosuma gelmedi..
Tenqid edlmeyecek qeder zeifdir…
Qəşəm Nəcəfzadə
Sentyabr 8th, 2007 at 15:54
Təbrik edirəm, sən şairsəm
AzYazar.Com
Sentyabr 8th, 2007 at 19:06
Qeşem bey Chox sagolun!
scorpion
Sentyabr 9th, 2007 at 00:13
Fikirlərin sərrastlığı və dəqiqliyi…Dilin qüsursuzluğu… Həzinlik və kövrəklik… Hər şeyə bir az yuxarıdan (yəni göylərdən) baxan şair gözləri… Kövrək bir istedad… məncə bəs eliyər…Ayrı da nə lazımdır ki, çatişmayan nə varsa onlar öz- özünə düzələcək…Hər halda mən belə düşünür, buna inanır və Əliyə uğurlar arzulayıram!!!
AzYazar
Sentyabr 9th, 2007 at 14:27
scorpion Chox sagol, minnetdaram!!!
Serxan Xezer
Sentyabr 9th, 2007 at 15:56
birinci seir zeifdir
Ikinci seir eladir.UGURLAR
AzYazar
Sentyabr 9th, 2007 at 19:11
Serxan Xezer Chox Sag OL!!! Sen deyesen Xezerde oxuyursan he????
Sevil Rüstəmova
Sentyabr 9th, 2007 at 19:21
Salam. Çox zəifdir, çox. Amma çalışsan məncə nəsə alınar. Hələlik.
Rəbiqə
Sentyabr 9th, 2007 at 21:02
Məncə, maraqlı və yaxşıdı, səndə alınır… uğurlar…
AzYazar
Sentyabr 9th, 2007 at 21:23
Sevil Rüstəmova, ola biler. Zovqler muxtelifdir, zovq meselesine qarishmaq olmaz. Bu senin fikrindir ve men senin fikrine hormetle yanashiram..
blackman
Sentyabr 10th, 2007 at 18:29
Əli biz səninlə Xəzərdə qrup yoldaşlarıyıq.
Sən həmişə fərqli olmusan,elə şeirlərin də özünəməxsusdur.
Sene uğurlar arzu edirem..
DDEED
Sentyabr 10th, 2007 at 22:35
ikinci sher xoshuma geldi,
ughurlar, salamlar
ilkin
Mart 15th, 2008 at 23:08
saytin maraqli alinib.terrikler