Qan damarlarımız, bədən hüceyrələrimiz…Əsl faciəni, əsl əzabı onlar yaşayır. Biz onların ayrı – ayrılıqda daşıdıqlarını yaşayırıq. Əzab dolu həyatımız onların üzərində. Bəzən düşünürəm: Görəsən insanlar şeytan və mələyin əslində onların özlərinin olduğunu yəni başa düşməyəcək qədər axmaqdırlar?
Üsyan! Yox, bu heç də rok deyil. Bu, mənim hüceyrələrimdir. Bu, mənim qan damarlarımdır. Şeytan mənim içimdə. Mələk də mənim içimdə. Amma mübarizə- filan boş şeydi. Hər ikisi yaşayır. Şeytanımız bizi mələyə, mələyimiz şeytana güzəştə gedir.
Etiraf edək, şeytanımızı daha çox sevirik. Şeytan da mələkdi. Mələk mələklə mübarizə etməz. Əslində axı nəyin günah, nəyin günah olmadığını belə bilmirik biz…Mənə izah edin, rok niyə günah və niyə günah deyil? Sizi əmin edirəm, sonda heç bir nəticəyə gəlməyəcəksiz. Mənim sevimli mələyim və sevimli şeytanım. Mənim uydurduğum özüm.
Nifrət! Yox, bu heç də öldürməyi istəmək deyil. Nifrətin nə olduğunu öyrəndim nəhayət. Öz körpəliyimlə, öyrənmək istəmədən öyrəndim nifrətin nə demək olduğunu. Sevirdim insanları. Amma bir gün anladım ki, nifrət ögüməkdi. Nifrət içindən gələn alovdu ki, heç də kimisə öldürmək istəmirsən. Bu dünyanı saxlamaq istəyirsən. Qoy dönməsin dünya. İnsanlar qırılsın, mən də ölüm. Yetər ki, o insanları görməyim. Nifrət budur. Nifrət etdiyin insanları görmək istəməmək. Və hər gördüyündə ögümək. İçindən gələn qışqırtını heç kəsin olmadığı bir yerdə var gücünlə çölə ötürmək. Bax, budu nifrət.
Sevgi! Bəs bu? Mən hər şeyi axtardım. Mən hər şeyi gördüm. Zülmü də, əzabı da, xeyri də, mehribanlığı da…Amma sevgini görmədim. Və inanmıram heç bir zaman bütün bir sevginin olduğuna dünyada. Yoxdu bütün sevgi. Bunu başa düşün, ay oxucular. Sevginin parçaları var hər şeydə. Razıyam, etiraf edirəm, hətta nifrət də belə.
Güzgü! Bir yazıda oxumuşdum. Güzgüdə həyat daha gözəl görünür. Yarpaqlar daha yaşıl, səma daha mavi…Amma mən güzgüdə başqa şeylər gördüm. Soyuqdan titrəyən adam, küləkdə yıxılan qadın, güllələnmiş və öldürülmüş mən. Heç üstümdə ağlayan da olmadı. Güzgü görmək istəmədiklərinizi göstərməz sizə. Gözəl göstərər həyatı ki, susasız. Güzgü şeytandır.
Qətl! O qədər çox öldürmək istədim ki… Öldürmək və yuxularımda gördüyüm kimi sonra dayanıb qanın necə axdığına tamaşa etmək. İnsan zülmünün son ifadəsini görmək. Mən maraqdan öldürmək istərəm. Sonra da öldürdüyüm insançün bir ömür ağlamaq istərəm. Bir ömür dərdi, kədəri bütöv yaşamaq istərəm.
Yox, yenə suallarım qaldı. Axı dərd, kədər də bütöv deyil. Heç nə bütöv deyil həyatda. Nə ay bütövdü, nə fəsillər, nə gündüz, nə də gecə. Mahnılar da yarımdı. Üsyanlar da bir yerə qədərdi. Mən də yarımam. Bəs yarımamsa içimdəki mələk və şeytan…Mən kiməm axı? Kiməm mən?
Sonda, fiziki ölümümü gözləyirəm. Üsyanım onsuz da bitmiş, nifrətimin mənası qalmamış – insanlara sevgim əritmiş onu, sevgini yarım istəmirəm. Güzgünüsə mənə son dəfə verərsiz. Ölərkən bir azdan cəsədə çevriləcək bədənimin ən gözəl hissəsindəki – üzümdəki iztirabı görməkçün. Orda qorxu görməyəcəksiz. Orda avam adam olmaq istəyini görəcəksiz. Qətlə yetirilməmək üçün avam adam olmaq istəyini. Məni sularda dəfn edərsiz deyərdim, amma sular da təmiz deyil. Bütöv deyil. Onlar da hardasa bitir. Məni sonsuzluq işarəsində axtarın.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
ehtiram
Sentyabr 8th, 2007 at 21:01
mence ziddiyyetli fikirlerle yuklenmish bir yazi.
scorpion
Sentyabr 8th, 2007 at 23:58
Ehtiram bəyin fikirlərinə qüvvət olaraq demək istəyirəm ki, bu yazıda fikirlərdə yaranan ziddiyyətlərin bir neçə səbəbi ola bilər. Gülər xanım bu yazının parçalarını müxtəlif vaxtlarda yazıb sanki.Nəticədə də müxtəlif, fərqli əhval-ruhiyyələr bir yazıda cəmləşib. Bunların ümumi bir axara, məcraya düşməməsinin səbəblərini isə müəllifin hələ çox gənc olmasında, həyata baxışlarının tam formalaşmamasında görürəm.Bütün bunlar təbii şeylərdir və məncə bunları heç irad, tənqid kimi də qəbul etmək lazım deyil. Gülər xanımın istedadı və savadı göz qabağındadır. Uğurlar arzulayıram!!!
Seyidsasha
Sentyabr 9th, 2007 at 00:49
Mence Guler xanim Felsefe ile Edebiyyat elmini qarisdirir…
Burada Sizin yaziniza munasibet bildirecek kifayet qeder savadli filosofun oldugunu dusunmurem…
Bu yazi haqda Scorpionun fikirleri maraqli olardi…
Seyidsasha
Sentyabr 9th, 2007 at 03:58
Demek bele…
Yazini bir nece defe diqqetle oxudum.. Ve acigini deyim ki, yazi deyil yazar haqqinda mende bezi fikirler formalasdi…
Bunlari Sizlerlede paylasmaq istedim… Tebii ki, Moderlerimizin icazesile…
Eger diqqetle fikir verseniz, gorersiniz ki, Guler xanim yazi zamani alcalmish insan meneviyyatinin tek qurtulush yolu olan Usyan haqqinda danisib.. Guler xanim ruhunun melek ve seytan terefinden idare oundugunu bilir, buna cox sevindim.. Amma bu melekleri de idare eden bir quvvenin oldugunu hec zaman unutmaq olmaz…Guler xanim yaxin zamanlarda depressiya kecirmish bir insan tesiri bagishladi mene..Ve mence bu sixintilara sebeb olan amiller Gulere sevdiyi melekler qeder yaxin olan insanlarin mesuliyyetsizliyinden ve diqqetsizliyinden qaynaqlanir…
Belkede yox… Amma burada rokun behane olmasina basimla cavabdehem…
Nifret acizlikden dogur…Amma nifretsiz yasamaq olmaz..
Heyat menasini itirer..Bezen nifretle de insan bezi maneeleri asa bilir, nifretden umid dogur, umid yasamaq hevesi yaradir…Guler ise bugun sadece nifretle kecinir..
Ona umid bexs eden bir nifretle.. Allah sebr versin…
Sevgi… Eslinde Ehtiramin dediyi ziddiyetler burdan dogur..
Amma fikir versek gorerik ki, nakam sevgiden sohbet gedir..
Olmus ve bitmish bir sevgiden… Insana sevinc bexsh eden, ruhlandiran, umid veren, xosbext eden, amma sonunda Nifrete cevrilmish ve barishilmish ugursuz bir sevgiden…
Guzgu..
Mence burada muellif her seyin gorunduyu kimi olmadigini diqqete catdirmaq isteyir.. Bunu muxtelif menalarda yozmaq olar.. Shirin dil, xosh munasibet, xususi diqqet ve hetta gorunushu de buraya elave etmek olar… Amma mence burada muellif butun bunlarin timsalinda aldadilmish insan obrazini yaratmaq isteyib.. Inanmaq istemezdim…
Qetl…
Beli, butun bu yashananlarin sonunda olmek ve oldurmek duygusu insani belkede her sey haqqinda daha da derinden dusunmeye sovq eden bir hissdir.. Belke hec gunah basqasinda deyil, belke men hisslere qapilmisham, belke sevilmediyim halda sevildiyimi zenn etmishem, belke sevmediyim halda sevdiyimi ozum-ozume uydumusham…?
Eslinde Guler xanimin Intihar haqqinda soz acmamasina cox sevindim…
Demek Guler xanim oz eserinin menaalti qehramanindan gucludur.. Demek yashamaq, mubarize aparmaq hissi daha gucludur onda..
Ugurlar…
Rəbiqə
Sentyabr 10th, 2007 at 03:30
səmimiyyət, hislərin ifadəsi xoşuma gəldi… mənsur şeirə keçsən, daha ugurlu olar… ugurlar…
scorpion
Sentyabr 11th, 2007 at 00:49
Rəbiqə xanım sizcə Gülər xanım bu yazıları hansı janrda yazıb və nəyə görə fikirləşirsiniz ki, mənsur şeirə keçməlidir?
Rəbiqə
Sentyabr 12th, 2007 at 03:32
Skorpion, bu daha chox ovqat yazisidi… bu nese publisituka ile edebiyyat arasinda orta-bura vurnuxan bir janrdir… mensur sheire gelince, mence, Culerin bunu yaza bilmek uchun ureyi de, istedadi da chatar…
scorpion
Sentyabr 12th, 2007 at 13:28
“Publisistika ilə ədəbiyyat arasında ora-bura vurnuxan janr” yəqin ki, nəsə təzə bir şeydir mən hələ o səhifəni oxumamışam…Ancaq mənim düşüncəmə və bildiklərimə görə Gülər xanım esse yazmağa cəhd edib və bu cür yazılar gələcəkdə yəqin ki, onda gözəl alınacaq… həm də bu janr bizim gənc yazarlar arasında o qədər də populyar deyil…Bir də ki, Rəbiqə xanım ürək və istedad hər bir yazarda olmalıdır…hansı janrda yazmasından asılı olmayaraq…
Guler
Sentyabr 12th, 2007 at 15:24
Salam her kese.Teshekkur edirem tenqidlere gore cunki buna heqiqeten ehtiyacim vardi.Indi ise mumkun qeder aydinliq getirecem.
Scorpion,minnetdaram.Beli,yazdigim essedi.Duz mueyyen etmisiz.Amma bir sheyde yanlishliq var o da yazini muxtelif zamanlarda yazmam.Eslinde bu yazini sadece 15deq.yazmisham.Butunlukle ve hec bir duzelshi etmeden gondermishem bizimkine.Men hele yazici deyil her zaman dediyim kimi yazicicigaz oldugumdan fikirlerimi ishlemden oldugu kimi vermeye ustunluk verirem.Bu mene gelecekde edeceyim sehvleri oyrenmeme imkan verir.Ve heqiqeten ozumemexsus fikrim hele formalashmayib baxmayaq ki 21yashim var.,Hele oxuyur ve oyrenirem.
Seyidsasha..Seyid bey yazdigimda ozum ola bilerem amma inaniram ki bu hec de men deyilem.Beli varam orda.Axi onu men yazmisham.Inanmiram her hansi yazici yazdiginda olmasin.Beli gucluyem.Bununla hemishe fexr etmishem.Felsefeye ustunluk verirem.Yazini da dushunulmush shekilde eksiztensializme uygun yazmaga calishdim.Bilmirem ne derecede alinib.,Oz fikrime gore alinmayib:)
Rebiqe xanim,vaxt olacaq mensur sher de yazacam.Arzum romanciliqdi.Buna ise iller iller var.Publisistkani sevirem.
Her kese derin minnetdaram.Bildirmek isteyirem ki,belke de felsefeni daha cox oxuyuram deye,yazdiqlarimda insan yaratmaq isteyirem.Mehz bu menim gelecek romanciligimda da hedefim olacaq.Muxtelif tip insanlar.Burda ezab ceken insan gostermeye calishdim.Beynimde minlerle tip insanlar var.Hec kes her kesin ne dsuhunduyunu bilmez.Mense acam,.Insan psixologiyasina acam.Insan gozel varliqdi.Varliqlarin en gozeli.
Calishacam sherhlerinize layiq olum.Tenqidlerden netice cixarib daha yaxshi yazilar yazim.Bu menim ruhumdu.Sag olun.
Mehemmedeli Qurbanoglu...
Sentyabr 13th, 2007 at 18:36
Guler xanim salam.oxudum ve ugurlar dilemeyi ozume borc bildim.Amma cox calisin,cunki calisib qazandigin hec zaman itmir.O her zaman senindir.itmir ve neyse,…
Hala hazirda herbi xidmetdeyem,vaxti ile men de Bizimkinin daimi muellifi ve oxucusuydum.
m.qurban@mail.ru
Aslan
Sentyabr 14th, 2007 at 18:01
Gülər xanım, salam! Önəmli olan esse, ya mənsur şeir yazmanız deyil, önəmli olan yaxşı yazmağınızdı. Əslinə qalarsa mənsur şeir bu günkü içtimai, siyasi, psixoloji vəziyyəti özündə əxz etmək durumunda deyil. Axtarışlardasınız, canki dolaşıq labirintdə nəsə axtarırsınız, depressiyaya düşmüş birisi kimi nə axtardığınızın fərqində də deyilsiniz. Axtarış cığırlarını, yolunu müəyyənləşdirməyinizin, tapmağınızın vaxtıdı, tapdınızmı, sonra hara, necə getməli olduğunuzu bildiyinizdən, işiniz bunca çətin olmayacaq. Öz səsiniz, üslubunuz var, ziddiyətlərdən qaçın. Həmişə özünüzə bu fikri təlqin eləyin, kimsə bizim yazılarımızı oxumağa məcbur deyil, necə eləyək ki, oxusunlar. Sizə inanıram! Nə vaxtsa roman da yazacağınıza, bu romanın uğur qazanacağına da o cümlədən! Uğurlar!
sabutay
Sentyabr 29th, 2007 at 21:46
”’Ə”s’əbi yazı…SOnra şer yazacaq və…mələklər olmayacaq. İnsanın özü üçün uydurduğu hislərin labrinti
Savalan MUGANLI
Oktyabr 27th, 2007 at 14:25
ne demek istediyinizi tam achiqlaya bilmemisiniz yeqin bacarmadiginiz yukun altina girmisinizz yine ugurlar
A.Uğur Olgar
Noyabr 25th, 2007 at 14:21
Salam.. Güler çox genc bir qız, daha yolun başında. Bele olduğu halda, bu genc yaşına göre çox başarılı bir nesr yazmış. Tebrik edirem. “Üsyan” - “Melek, şeytan” kimi ağır mövzularda yazmayı arzu etmesi bile onun ne qedar cesur olduğunu bildirir, min-bir defa tebriq etmeq icab edir. Güler’in şeirlerini oxumadım, feqat şeirlerinin de yaxşı olduğuna eminem. Mensur şeiri de zaman içinde tecrübe edebiler tebii ki.. Onu da bacarabileceyine inanıram. Uğurlar olsun hörmetli Güler xanım.
A.Uğur Olgar
http://ugurolgar.sitemynet.com
olgar33@gmail.com
Afiq Ağdami
Noyabr 27th, 2007 at 16:57
Çoox oxumaq lazımdır, çoox..!
Həyatda Hər kəsin öz yolu var, və bu yolu taparsa özünü tam bir şəkildə ifadə edə bilər…Esse janrında yazılıb yazınız, ümidverici bir yazıdır…Təbriklər!
Mən də axtarışdayam öz yolumu tapmaq ümidiylə…
Sizə Uğurlar arzulayıram.
Hörmətlə: Afiq A.
afiq_agdami2@box.az
arifsulu
Dekabr 11th, 2007 at 23:05
Salam Gülər xanım!Öncə maraqlı yazdığınıza görə təbrik edirəm!Sizin yuxarıdakı şərhinizdən belə başa düşdüm ki,bu yazını sadəcə bu janrda bir yazı olsun deyə yazmısız,dediyiniz kimi,içində əlbəttə bir qədər siz də varsınız.
Yazının şərhinə gəldikdə isə;
“Görəsən insanlar şeytan və mələyin əslində onların özlərinin olduğunu yəni başa düşməyəcək qədər axmaqdırlar?”-bu fikir çaşqın qalmış bir insanın-elmsiz insanın-beynindəki düşüncə ola bilər(əsəri sizdən ayrı olaraq düşünürəm,önsözümə baxın).Bu fikirlər əslində İslam fəlsəfəsinin mövzularıdır,amma hər bir insanın bilməsi lazımdır.”İnsan özü həm mələkdir,həm şeytan” demək doğru deyil,çünki şeytan,mələk və insanın ruhu hər biri ayrı-ayrı varlıqlardır,hər biri var.İnsanda şeytan və mələklə birlikdə NƏFS də var.Yazınızdan etdiyim iqtibasdakı fikir nəfslə şeytanın ayrı olduğunu bilməməkdən doğur.Bu varlıqların hər biri öz vəzifəsini yerinə yetirir.Başqa bir tərəfdən,insanın imtahan obyekti nəfsdir,şeytan pisliyi gözəl göstərir,mələk gözəl işlər haqda xəbər verir,insan iradəsiylə ya nəfsin yolunu seçər,ya da vicdanın.Belə düşünün: 3 varlıq var;insan ruhu(iradəsi var,cüzi qüdrəti var,seçə bilir,seçim haqqı var),şeytan(nəfsi oxşayır,pislikləri gözəl göstərir),mələk(vicdanı ayıq tutmağa çalışır).Nəfs və vicdan insan ruhunda(ruhdan ayrı) olan mexanizmlərdir.Həlledici rolu iradəsiylə insan özü görür.
Rokun günah olub-olmadığına gəldikdə isə onu deyə bilərəm ki,İslami nöqteyi-nəzərdən(mənim elmim çərçivəsində) əgər rok insanı dində günah tərif edilən bir şeyə aparacaqsa onda günahdır,yoxsa günah demək olmaz.Bəlkə yaxşı is deyil(məkruh),ya da adi işlərdəndir(mübah) deyilə bilər(sadəcə mənim fikrimdir).Yəni bu hər rok musiqisinə ayrı hökm verilməlidir.
Nifrət-nifrətə ən layiq nifrətdir.Nifrət hissinə nifrət…İnsanlara nifrət edən varsa,bir anlıq insanların yoxluğunu tam mənasıyla düşünsün,görək yenə də o qeyz,o nifrət davam edəcəkmi?!Nifrətin,ədavətin,nifaqın,fitnənin atası böyük şeytan İblisdir,Quranda da deyildiyi kimi İblis qiyamətəcən Adəm(a.s) oğullarının arasını vuracaq,nifrət doğuracaq,Allaha gedənlərin yolu üzərində tələlər quracaq.
Sevgi-sevgiyə ən çox sevgi layiqdir.Sevgi dilimizdə daha çox eşq yerində istifadə olunur.Eşq üçün dahi Nizami nə deyib:”Eşqdir mehtabı uca göylərin,eşqsiz ey dünya,nədir dəyərin”.Amma unutmayaq,eşqimizi fani olana həsr etsək yanılacağıq və yazıda deyildiyi kimi sevgimiz tam olmayacaq,yarım-yarım olacaq.Bir gün səni sevən,sabahı gün başqasını sevəcək.Əsl məşuq-aşiq olunan,sevilən Allah olmadıqca sevgi yalandır.
Güzgü-gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar.Bu,əslində gözəl olanı və ya gözəlliyi görməyə çalışmaqdır.Hər şey sonunda gözəlliyə xidmət edir,zatında olmasa da nəticədə gözəlləşir.Bu anlayış pəncərəsindən baxılsa,həyatda şikayətə səbəb heç nə olmaz.Bir də ki,həqiqət varkən güzgüylə baxmaq niyə?Ən doğru o olar ki,həqiqətin üzünə çılpaq gözlə baxıla..!
Qətl-maraqlıdır..”O qədər çox öldürmək istədim ki… Öldürmək və yuxularımda gördüyüm kimi sonra dayanıb qanın necə axdığına tamaşa etmək. İnsan zülmünün son ifadəsini görmək.”-çox maraqlıdır,amma başadüşüləndir.İnsan həqiqətən zalimdir.İnsanın mələklərdən də üstün ola bilməsinin səbəbi də budur.Çünki insanda mələkdən də üstün olma və eyni zamanda şeytana rəhmət oxudacaq qədər alçalma kimi çox böyük intervalda istedad var,mələklərinsə sabit səviyyələri olur.Qətl etmək istəyi şeytanca bir fikir,günahına bir ömür ağlamaqsa mələki bir səviyyədir…
Dünyada qəmin,kədərin yarımlığını isə onların nisbi olmasıyla əlaqəli görürəm.Sənin dərdin sənə görə böyükdür,amma bir başqası çox daha ağır bir dərd çəkir..başqa şeyləri də buna qiyas etmək olar.İnsana ancaq ala biləcəyi yük yüklənir,istedadlar fərqlidir…
Fikrinizin sonu elə bil,düzgün qurtarmır.Həm yazmısız “qətl eləmək istəyirəm”,sonra yazmısız “…qətl edilməmək üçün…”,bu iki zidd fikir bir yerdə necə verilə bilər?
Yenə də çox sağ olun,uğurlar…
Ezrail
Fevral 28th, 2008 at 19:02
Salam meleyim tanri terefinden gonderildim..ama senin canini almayacaqam.seni gozelliyine baqisladim.yalniz qelbini isteyirem.gel dunyaya barish getirek.
tuncay
Aprel 30th, 2008 at 21:14
salam guler xanim siz edebiyyata hele yeni yeni baslangic getireceksiniz men buna inaniram. bir az cox oxuyun dostoyevskini eger derin felsefi fikirler yurutmek isteyirsinizse eserlerinizde, frans kafkani oxuyun kafka cox gozel felsefi fikirler verib meselen cevrilme,kend hekimi v.s men edebiyyati cox sevirem amma, yazarlari sevmriem cunki hamsi yalancidirlar belkede siz de onardan birisiniz men dostoyevskiye, balzaka ,shekspire, qoqolo, hemunqeye cox baglanmisdim amma onlar meni eserlerinde aldatdilar yeqin siz meni basa dusdunuz men ne demek istedim