Türmədən çıxdı Rüstəm
Kürən Rüstəm
Üzü çil Rüstəm
Bu da bir işdi,
Kənddə inək oğurlamışdı
İlişdi
Eh, gənc arvadı vardı
Xoşbəxt yaşardı
Meşənin yanında palçıq daxması.
Türməyə düşdü Rüstəm
Kasıb Rüstəm
Arvadı tək qaldı
4 il kəsdilər
Ax, Rüstəm!
Qoca meşəbəyi palçıq daxmaya dadandı.
Balaca kənd ola,
Söz-söhbətlə dola…
Ax, Rüstəm!
Bax, Rüstəm!
Gənc arvadı
Tez-tez yanına gedərdi
Bu siqaretin
Bu pulun…
Türmədən çıxdı Rüstəm
Kürən Rüstəm
Üzü çil Rüstəm
Anası kəsdi yolunu:
- O evə getməyəcəksən!
Bacısı kəsdi yolunu:
- O ləçəri unudacaqsan!
Ax Rüstəm!
Ax Rüstəm!
- Anam, məni sevdinmi heç?
- Bacım, məni sevdinmi heç?
- 4 il yatdım, qapımı döyən olmadı!
- Qadınım ac qaldı, tək qaldı, həyan olmadı!
Can Rüstəm!
Gözləri qan Rüstəm!
Bu da bir işdi,
Başına gəlmişdi.
Meşənin yanında palçıq daxması…
Sevimli gənc arvadı…
Saçlarında dən…
- Ax, canım, necəsən?
Mersedes xanım
Sürətlə şütüyən Mersedessən
Yağışlı havada
Palçığı üstümə sıçradıb itirsən
Sonuna-əvvəlinə baxmadan
Bu gün məğlub inqilabam
süngüm palçığa batmış
Bayraqlarım yerə yatmış
Sən cəllad kötüyüsən
İnqilabdan sonra
Məğlub inqilabdan sonra
Qanımla qırmızı bir səhər!
Qırmızı bir şərab!
Cəllad, qaldır baltanı
İçək şahzadənin şərəfinə!
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Asiman
Sentyabr 9th, 2007 at 17:24
Yaxşı nəsrdi. Uğurlar
bextiyar h.
Sentyabr 9th, 2007 at 17:45
Salam Zahir.Evvelce Asimanla razilashdim,sonra yox.Bunlar yaxshi nesr de deyil.Daha incime.”Me chox pis ushagam” hara bunlar hara
Guler
Sentyabr 9th, 2007 at 18:24
Salam Zahir bey. Sherlerini cox beyenirem. Hemisyhe beyenmishem. Amma senin Noyabr negmen menim beyendiyim en sevimli sher oldu. Ugurlar. Ardini gozleyirem.
Sevil Rüstəmova
Sentyabr 9th, 2007 at 19:14
Salam Zahir. Bəlkə də başqa gözəl şeirlərin ola bilər. Amma bunlar yox, bunlar yox. Xırdalıqları da qeyd etmiş olsaydın, heç də pis olmayan kiçik bir hekayə alınardı.
ehtiram
Sentyabr 9th, 2007 at 20:25
men bilen usyan, qalib gelende inqilab, meglub olanda qiyam adlanir.meglub inqilab deyimini 1-ci defe eshidirem.
Seyidsasha
Sentyabr 10th, 2007 at 01:08
Birincinin mezmunu bir balaca maraqldi..Fikir anlashilir..Amma buna nesr eseri demeye dilim gelmir…
Sevil haqlidir..
Mezmun hekaye formatinda daha maraqli olardi…
Cox seliqesiz ve savadsiz yazidir…
Ikinci haqda hec danishmaga deymez..
Senetin neshrini berpa etmeye calishan bir adamdan bele seviyyesiz yazi gozlemezdim…
Qəşəm Nəcəfzadə
Sentyabr 10th, 2007 at 08:33
Zahir, salam. Özün bilirsən ki, mən səni yaxşı tanıyıram və özü də ilk tanıyanlardanam. Rüstəmin faciəsi məni ağrıtdı.BU cəmiyyətin faciəsidirr. Sən hər iki şeirdə dramaturuji səhnə yarada bilmisən. xüsusən birinci şeirdə… Hər iki şerin dili gözəldir, xalqdan, folklordan gəlir. Sən “Pərvanə” də də gənclərə düzgün istiqamət verirdin və bizimkiyə gəlməyinə də sevinirəm. Bu şeirlərin arxasında sənin potensial imkanlarının nə qədər böyük olmağına sevinirəm.
scorpion
Sentyabr 10th, 2007 at 10:07
Hiss olunur ki, qurama şeirlərdir…Zahir oturub, quraşdırıb və yazıb…”Alma” qəzetinin redaktorunun növbəti köşə yazısıdı…nə az nə çox.
Sima N.
Sentyabr 10th, 2007 at 21:20
1-ci şeirə dair: ümumən maraqlı olsa da, qəhrəmanın alicənablığı inandırıcı görünmür, çünki bu bizim cəmiyyətə və müasir insanlarımızın dolma təfəkkürünə və ibtidai təsəvvürlərinə xas deyil, əfsuslar… Müəllif görmək istədiyi, amma hələ də irreal olan azəri kişisini təsvir edir
2-ci şeirdə isə bir uğursuzluq notları var: əcəba, bir qadın səni bəyənməmişsə, nədən özünü məğlub sanırsan?
“Mersedes xanım” şeirini bəyəndim.
Anti West
Sentyabr 11th, 2007 at 15:28
Çox marağsız şeirdir…
bextiyar h
Sentyabr 11th, 2007 at 20:07
sen universitet kolidorlarisan,seni nece unudum…
rasim ve turaldan tesirlenmeler var 2-ci-de
Aslan
Sentyabr 13th, 2007 at 20:00
Zahir bəy, salam! “Bizimki”-də xoş gördük səni! Şeirlərini səni tanımamışdan öncə tanımışam və çox bəyənmişəm. “Köpək balıqları” povestimdə fəsillərdən birində epiqraf da vermişdim. “Səni unutsam, ağla, demişdim, qoşulub kimsəsiz quş yuvalarına, unutdunmu?”
Bu şeirləri də bəyəndim, xüsusi ilə də birinci şeiri. Di gəl bu gözəl şeirin sonluğundakı gözlənilməz keçidi heç cür qəbul eləyə bilmədim. Ağrılı, acılı, qəlb göynədən nağılvarı bir axarda birdən-birə “- Ax, canım, necəsən?” əsla getmir!
Uğurlar! Tez-tez görmək ümidiylə!
Elvin Cabay
Sentyabr 14th, 2007 at 00:36
… İlk şeiri oxuyanda üşaqlığıma dair bele bir sehne xatırladım;
… Bizim bindan aşağıda yerleşen binada bir aile var idi. Bir dayı ermeni qadınla evli idi. Müharibe başlayanda qadın deyesen Ermenistana qaçmışdı. Onların 2 oğlu var idi, bizimle hemyaşıd. Hemişe uşaqlar onlara lağ ederdi. Lağ ederken bu şeiri oxuyardılar, ritim tutub;
A ermeni ermeni
Eşşeye mindir meni
İnanın ki bu şeir Zahirin şeirinden daha güclüdür.
Elmar Vüqarlı
Sentyabr 16th, 2007 at 18:02
Zahir, seni salamlayıram! Herbi xidmətdə olduğumdan dolayı e-jurnalda və mətbuatda fəal deyiləm. İsmini görəndə sevindim və şeirlərini böyük zövqlə oxudum. Sənə ugurlar!
Celil yeniden qayidir
Sentyabr 17th, 2007 at 20:29
Zahir bey Chox ashagi seviyyeli sheirlerdir mence. Umumiyyetle zeif pushkinden bir tercume var ey “…qoca qarisiyla birge yashardi..” he ona chox oxshayir. Dekonustruksya? deyil! yeni hech ne yoxdu. Azerbaycan kishisi deyil bu. Hardasa Murad Kohneqalanin sheirleri kim bir shey yazmisan. qinamiram e Zahir bey. Men olsam sagdan soldan doshuyerdiniz. Chunki shexsi munasibetimiz yoxdur. Ancaq sen etiraf ele ki, yeni deyim bu yazida yoxdu
qerezli qebul elesen daha sherh yazmaram
saygilar.
savalan muganli
Oktyabr 10th, 2007 at 22:18
deyir bilmirem bu kechinin neyine vurulmusan? azerbaycan edebiyyatinda belke de bu qedqr zeif sheir yoxdur bu sheirin neyine vuruldun Qeshem muellim belke izah edesiz