“Şəms” şairə qadınlar məclisi “Vahid” poeziya evində, Həkim Qəninin rəhbərliyi ilə, eyni zamanda ustad qəzəlxan Hacı Şahin Verdiyevin iştirakı ilə bu ilin mart ayında yaradılıb. Üzvləri hərəsi bir ixtisas sahibi olan “Şəms” qadındar məclisi “Vahid” ədəbi məclisinin bir qoludur. Məclisi təmsil edən Elnarə Şəms, Xatirə Vaqif, Xalidə Əfəndiyeva, Dilşad Qəmli və Leyla Mövsüm imzalarına görə ədəbi ictimaiyyətdə tanınmış gənc qadın yazarlarımızdandır. “Şəms” məclisinin üzvlərinin əksəriyyəti eyni zamanda Şahin Fazilin rəhbərliyi ilə keçirilən “Məcmə-Üş-Şüəra” məclisinin fəal üzvlərindəndir.
Əruz, heca, sərbəst vəzndə və mənsur şeir formasında yazıb-yaradan bu gənc şairələr artıq ədəbi aləmə vəsiqə alıblar. “Qara tabut” kitabının müəllifi Elnarə Şəms ixtisasca hüquqşünas olsa da, insanlardan daha çox, şeirin, sözün hüquqlarını qorumağı daha vacib sayır: “Normal, savadlı və sağlam gənclərlə ədəbi mülahizələr keçirməyə həmişə hazırıq. Arzumuzdur ki, bu istiqamətdə istedadlı gənclərdən ibarət ədəbi gəncliyin forumunu keçirək. Biz istəyirik ki, Azərbaycanın müxtəlif bölgələrindən müəyyən səbəbdən ədəbi mühitə qatıla bilməyənlər də imkan daxilində bizimlə əlaqələr yaratsın, şeirlərini, hekayələrini “Vahid” poeziya evinə göndərsinlər”. Xatirə Vaqif ixtisasca həkimdir. Onun artıq “Şeir olmaq istəyirəm” və “Sevgimin yaşı” adlı iki kitabı nəşr edilib. Dil və tarix elmlərinin sirlərinə dərindən bələd olan Xatirə xanım şeirimizin dilinin və tarixinin qayğısını çəkmək istəyir, bu kriteriyaları özünə doğma bilir. Dilşad Qəmli isə tibb bacısıdır. Kiçik yaşlarından şeir yazan Dilşad xanım poeziyanı mənəvi müalicə üsulu sayır. Onun fikrincə, yaxşı şeir insanlarda yaranan gərginliyi, mənfi yüklənmələri aradan qaldırırsa, mənən rahatlıq gətirirsə, dava-dərmana ehtiyac duyulmaz. “Ağlasam, gözümdən töküləcəksən” kitabının müəllifi Xalidə Əfəndiyevanın iki övladı var. Buna görə də özünü iki universitet bitirmiş hesab edir. Onun fikrincə, analıq dünyanın bütün peşə və sənətlərindən üstündür. Məclisin fəallarından biri də Leyla Mövsümdür və o, tənqidi fikirlərinə görə fərqlənir. Tibb Universitetini bitirsə də, şeirin sirli-sehrli aləmi Leylanı özünə elə çəkib ki, hərdən həkim olduğunu da unudur. “Şəms” qadın yazarlarının məclisi fəaliyyətə başladığı vaxtdan bir çox tanınmış şair və yazıçılarla maraqlı görüşlər keçirib. Ədəbiyyatımızda tanınmış imza sahiblərindən N.Həsənzadə, Ə.Mahir, Q.Nəcəfzadə, A.Arabaçı, xalq artisti, məşhur xanəndə Ə.Məmmədov, ustad qəzəlxan Ə.Nəzərli və bir çox ünlü simalar “Şəms”in qonağı olublar. Onlar bu ədəbi məclisin fəaliyyətini bəyəndiklərini bildirib, tövsiyələrini veriblər. “Şəms”çilərin yaradıcılığı dövri mətbuatda müntəzəm işıqlandırılır, yaradıcı xanımlar radiodakı müxtəlif ədəbi verilişlərdə fəal iştirak edirlər.
Faiq HÜSEYNBƏYLİ
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Sima N.
Sentyabr 16th, 2007 at 21:26
oxudum, bəzi məqamlar aydın olmadı.
a/ “Normal, savadlı və sağlam (?) gənclərlə ədəbi mülahizələr keçirməyə həmişə hazırıq” - gənclərin normal və sağlam olduğunu necə təyin edəcəklər? Ədəbi mülahizə nə demək? Bəlkə “ədəbi müzakirə” olmalıydı?
b/ inana bilmirəm ki, hələ də “Məcmə-Üş-Şüəra” məclisinə və ya bu kimi orta əsrlərdən gələn ədəbi-poetik ənənəyə hələ də ehtiyacı olanlar var
c/ “Xalidə Əfəndiyevanın iki övladı var. Buna görə də özünü iki universitet bitirmiş hesab edir” - onda 10 uşağı olan qadına universitet çatdırmaq olmaz :)))
d/ deyəsən, Tibb universiteti həm də şairlərin ocağıdır, indi anladım niyə yaxşı həkim tapmaq olmur, hamısının başı dəftər-qələmə, şeirə-qəzələ qarışıb…
Novarg
Sentyabr 17th, 2007 at 12:36
Bu meclise ugurlar arzulamaqla beraber, …demesem ollem… -))
Eziz, “Shems”chiler, sayenizde cemiyyetimiz sizin simanizda bir huquqshunas, bir hekim, iki tibb ishchisi ve bilmediyimiz neche-neche lazimli ixtisas sahiblerini itirib…
Yene de, ugurlar…
Şahanə
Sentyabr 17th, 2007 at 14:07
Qizlar, zencirleri qirin!
Mezmunu formaya qurban vermek coxdan siradan cixmish metodikadir.
Yeni forma, yeni soz uqrunda mucadile etdiyinizi gormek isterdim.
Uqurlar!
uzaqdan oxucu
Oktyabr 18th, 2007 at 07:09
Shems meclisine muveffeqiyyet arzulayiram,
hamiya bash qoshmayin, her shey ela olacaq!!!
A.Uğur Olgar
Dekabr 11th, 2007 at 00:21
Muasır edebiyyat yolculuğunda deyerli Şems Kadınlar Meclisi uzvlarına başarılar, uğurlar arzulayıram.
aciz
Fevral 14th, 2008 at 21:28
Menim her yaranan edebi meclise gore Azerbaycan edebiyyatina yazigim gelir. Insanlar oz peshelerinde shohret tapmaq ve yukselmek evezine muasir edebiyyatimizi shikest etmeye gelirler. Edebiyyati rezin torbaya chevirenleri bedbext adlandirsam, yanilmaram. Unutmayin, sheir demek ucun sehneye chixmaq shohret deyil, huner deyil. Huner xalqinin ishine yaramaqdir. Buraxin bu sheir meselesini esl soz sahiblerine, gedin ya oz senetinizle meshgul olun. Inanin, sizin edebiyyatdan uzaqlashmaginiz edebiyyatimiza ede bileceyiniz en boyuk xidmetdir.
aciz
Fevral 14th, 2008 at 21:30
uzr isteyirem, “ya” edatini artiq yazmisham.