Smslər

Bəxtiyar Hidayət1. Qollarımız bir-birinə qandallanıb
Axır ki birləşdik, qardaşım.

2. Ən gözəl qanunlar türmə qanunlarıdı
-hayıf ki, çıxa bilmir qırağa
Qazax bir türmədi, şeirlərim türmə qanunları
Nə deyim şeirlərimə, nə deyim Qazaxa.

3. Xoşbəxtsiniz, qarğalar,
- şəhərin ortasında azad şəkildə toplaşıb
- qarillaşa bilirsiniz
Bədbəxtsiniz, qarğalar
300 il bu xarabada yaşamalısınız

4. Yerdən soxulcan çıxarıb,
- onu qarmağa keçirib
- balıq tutan bu uşaq
- bilirsiniz kimi yadıma saldı-
Şəhid oğlunu qəbirdən çıxarıb
- yardım üçün hər idarəyə bir qarmaq atan
O əclafı

5. Molla, sən düz deyirsən
- əncir müqəddəs ağacdı
- yaxşı arağı olur

6. Gecə bir qara toyuq
- hər şey cücəyə dönüb
- yatır qanadı altda

7. Sən çıxma, mən çıxım deyirsən aya,
Sən çıxma, mən çıxım deyirsən günəşə
Noolar, o gələn ölümə de ki,
Bəxtiyarın yoluna sən çıxma, mən çıxım

8. Qoluna qüvvət usta,
- başa çatdırdın bu divarı
- kimi işəyəcək bu divara
- kimi xəlvətdəyib, hissini tökəcək,
- kimi başını döyüb, hirsini tökəcək
- kimini də güllələyəcəklər, bu divarın önündə
- qanını tökəcək bu divara

9. Ey dünya, səviyyəli şou-biznes
- daha doğrusu şortu biznes nümayəndəsi
Mən çoxdan tüpürmüşəm dünyanın səviyyəsinə

10. Hər prezident gələndə,
Hər deputat gələndə, hər bayram gələndə
Qazaxda S.Vurğunun heykəli
- dəyişir öz rəngini (elə sağlığında da belə olub)
Mənimsə əllərimin qabarı dəyişir, tez-tez

11. Qarabağın açarı rusun cibində
- demokratiyanın açarı Amerikanın cibində
Onsuz da açarımızı itirmişik
- bir araq da ver-
Nisyə dəftərinə yaz
-it dəftərində olmayan adımı.

12. Qollarım arxamda qandallı
- mənim də arxamda duran var-
- daha qorxmuram sizdən

13.Xortumunu fil kimi uzadib,
- qanadlarını açıb
- yerdə təqribi bərabərlik işarəsi çəkən
- bu xoruz hinduşka sanki demək istəyir ki-
- heyvanların və quşların mənşəyi
Təqribən eynidi

14. Səndən sonra ürəyim yaralanmadı
- o qədər araq içdim ki, mədəm yaralandı
Amma arağı atmaq heç də
- səni atmaq qədər asan deyilmiş

15. Ey mənim yeniyetmə dövlətim,
- ononizmlə məşğulsan
- xoşbəxtliyin öz əlindədi

16. Şair var lampa kimidi
- asılmasa işıq saçmaz
Şair də var xiyar kimidi
Sarmaşmasa bar verməz

17. Narkoman olan vaxtlarında
- cənnət həzzi adı altında
- varlı balalarını yoldan çıxarırdı bu adam
İndi dindar olub da
- cənnət xülyası ilə
- kasıb balalarını yoldan çıxarır

18. Xalların buğda dənəsi
- əslində elə bədənin də
- çörək ağacıdı

19. Qızlar-yer üzünün ulduzları
Bəlkə də ərəblər ona görə qırılırlar ki,
Bir zaman diri-diri basdırırmışlar qızları

12 Comments: Trackback URL | Comments RSS

  1. MEN Says:

    yaxshidir ..Ugurlar

  2. Qəşəm Nəcəfzadə Says:

    Bəxtiyar salam, bu şeir lövhələri 9-a qədər yaxşıdı. 9-dan sonra bütün şeirlər zəif və qurama bir şeydi

  3. Sima N. Says:

    Şeirlərdə bədbinlik duyulsa da, maraqlı ifadələr var, məncə, onlar aforizm kimi işlədilməyə layiq:
    - Qollarımız bir-birinə qandallanıb
    Axır ki birləşdik, qardaşım.
    - Qarabağın açarı rusun cibində
    demokratiyanın açarı Amerikanın cibində
    - Amma arağı atmaq heç də
    səni atmaq qədər asan deyilmiş
    - Şair var lampa kimidi
    asılmasa işıq saçmaz
    - əslində elə bədənin də
    çörək ağacıdı
    və s.

  4. scorpion Says:

    Şair üçün ən böyük hissiyyat yaza bilmədiyini hiss eləmək…Ən böyük qəhrəmanlıq yaza bilmədiyini hiss eliyəndə yazmamaqdır…
    Bilmirəm kiminsə sözləridir ya elə belə ağlıma gəldi… Hər halda şeirləri oxuyandan sonra ilk gəldiyim nəticə bu oldu…
    Uğurlar!!!

  5. Rəbiqə Says:

    maraqliydi… ugurlular da vardi ichlerinde, zeif alinanlar da…
    umumiyyetle maraqliydi…

  6. Aslan Says:

    Bəxtiyar bəy, salam! Xoş gördük. Şeirlərini məmnunluqla oxudum.
    Özəlliyin nədədir? Müşahidə qabiliyyətinin güclü olmasında, müşahidə elədiklərini təxəyyülün süzgəcindən ustalıqla keçirib oxuculara çatdırmaqda.
    Çatışmayan nədir? Bütpərəstlərin vaxtında xüsusi sənətkarlar var idi, gildən allahların heykəllərini elə yoğurub hazırlayırdılar ki, görkəmi, möhtəşəmliyi, əzəməti ilə insanların qəlbinə vahimə, xof salırdı. Amma sənətkarlar nə qədər çalışsalar da, yaratdıqlarına ruh verə bilmir, allahlarını canlandıra bilmirdilər. Sən də burda ilişirsən. Poeziyanın dili quru, cansız olmamalıdı. Gözəl tapıntılarına, aforizmlərə ruh verə, canlandıra bilmirsən, ayrı-ayrı, misralarda, bəndlərdə poeziya elementləri olsa da, bütün yazını əhatə eləmir.
    Niyə bunları yazdım? Əvvəlki şeirlərində də problem məhz bu məsələdə yaranmışdı, ona görə.

  7. Novarg Says:

    Bekarchiliqdan yazilan sheirler kimi eladir, yalniz, 16-ci bende bir iradim var… Bildiyimiz kimi, xiyar bir meyvedir ve xiyarin bitdiyi agaca/kola yelpenek deyirler… Demeli;

    16. Şair var lampa kimidi
    - asılmasa işıq saçmaz
    Şair də var, yelpenekdi,
    Sarmaşmasa xiyar bitmez…

    Hevesi olan varsa yuxaridaki bendin subyektlerini bizimki.forum`da muzakire ede bilerik…

  8. Qurban Says:

    Ezizim Bextiyar, isterdim bir nece kelme de men söyleyem. Turkler demish, kac kelme. Ve sozumun semimeyyetini artirmaq meqsedile onu da elave edim ki, dunyanın asan ishlerinden biri de kimise muzakire elemekdi.
    Dexi kecek metlebe.
    Yazin, baharin ele bir vedesi olur ki, ta guller, cicekler ondan gozel etir sacmir. Az sonra lezzeti olmeye bashlayir… Deyesen, bashqa bir misal da cekmeliyem. Bugdanin bir meqami olur ki, onu sutul kimi kozde bishirib yeyirler. Cox yaxshi dad verir. Bakililar demish, lezzet! Az sonra vaxti kecir. Onnan bele bugdadan yalniz qorga bishirmek olar.
    Hisslerin de ELE MEQAMİ, ELE DEMİ olur ki, ondan sheir yaranir. Geciksen, elden cixacaq.
    Bextiyarin sheirleri de adama ele gelir, vaxti gecikdirilmish hisslerden, bir az berkiyib-qatilashmish duygulardan meydana gelir. Ele bil, bariti da artiq olur.
    Nehayet, menim tam semimi sozumdu: Qazaxli (ve ya o bolgenin adami) sheiri gerek hecada yazsin. Yoxsa neyise eskik olacaq.
    Genetik qanunlari pozmaq duz deyil.

  9. Leyla Mətin Says:

    Gözəl tapıntılardır… Uğurlar!
    P.S: Qazax türmədirsə, deməli, türmə dünyanın ən gözəl yeridir.))

  10. Novarg Says:

    Yooox, Qazax turmedirse, demek Qazax dunyanin en gozel turmesidir… -))

  11. muellif muellim Says:

    butun sherhchilere teshekkur edirem.
    amma tenqidlerin choxu ile razilashmiram.Bir de amma… semimiyyetine gore her kese minnetdaram.Bu usulda sheirlerim demek olar ki ele bunlardi.
    Kechek esas meseleye

    bunlari men sheir kimi qebul edirem.deyesen lermontovun fikridir-sen ureyine geleni yaz,ne deyirler desinler.
    men Qazax qaydasi ile bu sheirleri hecaya da salib uzun sheirler yaza bilerdim,sadece sheirleri eleve yuklenmelerden azad etmishem.
    Qaldi ki Qurban dediyine-qardashim INDI qAZAXDA HER KENDDE 50-den chox qafiyeli,hecali sheir guppuldadir.lakin hech biri edebi arenaya chixa bilmir-uzagi yollar toyxanaya kimi gedib chixir.
    inshallah heca sheirlerimi de gonderecem jurnalimiza belke choxunuzun xoshunuza geldi-en chetin cinaslarda yazilmish tecnisler de daxil olmaqla
    amma daha ele yazmiram.En chox sevdiyim shair ELI KERIMdir

  12. Qurban Says:

    Men Bextiyarin hecada shier yazmasini arzulayarken, demek olar ki, Azerbaycanin butun bolgelerinde, elece menim de doguldugum rayonda, qafiyaperdazliqla meshgul olan istedaddan uzaq insanlarin yazdiqlarini nezerde tutmuram. Mehz istedadli fikrin-hissin-emosiyanin qafiyeli ifadesinden, ritme salinmasindan danishiram.
    RİTM, RİTM, RİTM…
    Ugurlar!

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...