
Vətən haqqında şeir müsabiqəsi keçirilirdi. 1-ci yerə 100 manat mükafat qoyulmuşdu. Pula ən ehtiyac olduğum zaman idi. İlk vətən şeirimi onda yazdım. Bu da şeir…
Yaxşı danışıram maşından, qızdan,
Mövzu sən olanda susuram, Vətən.
Qoy yazım, qurtarsın şeir bir azdan,
Yenə sanacağam cəsuram, Vətən.
“ Mənimsən “-deməyə cürətim yoxdur,
Bu başla heç nəyə taqətim yoxdur,
Şuşaya getməyə qeyrətim yoxdur,
Bulvara getməyə hazıram, Vətən.
Mən sənin qədrini bilmirəm hələ,
Pul olsa, qaçıram tez gülə- gülə.
Səninçün yazdığım bu şeiri belə,
Mükafat naminə yazıram, Vətən.
İçindən keçəni eləmək üçün
Bir şeyi ürəkdən diləmədikcə
Heç nə qazanılmır həyatda asan.
Içindən keçəni eləmədikcə
Çölündə nə varsa, uduzur insan.
Bir gün görərsən ki, ömür küçəndə
Bir uşaq ağlayır, yoxdur gümanı…
Içindən dondurma yemək keçəndə
Yeyə bilmirsənsə o dondurmanı-
Onda uduzduğun dondurma deyil,
Onda uduzduğun özün olursan.
Onda baxırsan ki, ağırdır halın,
Keçmişə dönməyə yol axtarırsan.
Kabusa çevrilir uduzduqların,
Kabusdan qaçmağa hal axtarırsan.
Geriyə çevrilər ömür adlı varaq,
Baxarsan sən nə cür olmusan qabaq.
Sənsən o küçədə ağlayan uşaq,
Dondurma almağa pul axtarırsan…
İçindən keçəni eləmək üçün…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Afiq Ağdami
Eylül 20th, 2007 at 16:45
“Veten” şeirini çox beyendim…Qelemin keskin olsun, qardaş!
qismet
Eylül 21st, 2007 at 11:28
cox sag ol minnetdaram
Daglaroglu
Eylül 24th, 2007 at 18:03
“Şuşaya getməyə qeyrətim yoxdur,
Bulvara getməyə hazıram, Vətən”
Bu parcha meni chox sarsitdi. Tessuf hissi ile qeyd etmeliyem ki, bu gun genclerimiz arasinda yungul eylenceli heyat terzine meyl gosterenler choxalmaqdadir.
Sima N.
Eylül 24th, 2007 at 22:31
“Vətən haqqında şeir müsabiqəsi keçirilirdi. 1-ci yerə 100 manat mükafat qoyulmuşdu. Pula ən ehtiyac olduğum zaman idi. İlk vətən şeirimi onda yazdım” – görəsən, ikinci şeirə nə qədər mükafat vəd edilmişdi
))
“İçindən keçəni eləmək üçün” – bu şeirin ümumi mövzusu aydındır, amma içindən keçəni etməkdən ötrü dondurmaya (geniş mənada, maddiyyata) bu qədər bağlılıq acı təəssüf hissi doğurur. Rica edirəm, Şeiriyyəti belə bəsitliklərə qurban verməyin.
Qənaətim: uğursuz şeirlər.
shaig
Eylül 24th, 2007 at 23:06
salam.her iki seiri oxudum ve beyendim.birinci seir veten haqindadir.daha dogrusu hal hazirda insanlarin coxunun vetene olan munasibetini real shekilde eks etdirir.veten terifleyen cox seir var.amma bunlar hamisi quru pafosdur.mence cox gozel yazilmish seirdir.ele ikinciside ondan geri qalmir.
sag ol qismet ela seirlerdir.bu cur yazmaqda davam et.sen burda serh yazanlarin bezilerin fikir verme.onlar seirden cox bashlari cixmir:)
qismet
Eylül 25th, 2007 at 21:25
buruun serh yaznlara minnetdaram.cox sag olun.Sima xanim ikinci yere 75 manat,ucuncu yere ise 50 manat mukafat qoyulmusdu.qaldi ki ikinci seire munasibetiniz maraqlidir.amma men dondurma deyende sizin dediyiniz kimi maddiyati nezerde tutmamisam.oz fikrimde tutdugumu ne derecede catdira bilmisem onu bilmirem amma onu bilirem ki,yuz faiz maddiyati nezerde tutmamisam.fikrimde tutdugumu ise demeye ehtiyac gormurem.cunki seir milyoncu sou deyil ki duzgun cavabi aciqlayim.here oz intellekti,savadi ve seir baxis prizmasindan bir seire muxtelif cur yanasa biler.ele mene sizin yanasmanizda da maraqli gelen de bu oldu.sadece bu…cox sag olun.Bir seyi qeyd edim ki,burada ELVIN CABAY VE ASLANDAN BASQA SAVADLI SERH YAZAN MEN HELE KI GORMEMISEM.
Oxucu
Eylül 29th, 2007 at 14:34
XAHIS EDIREM SERHI TAM VERESIZ.
“bir seyi qeyd edim ki, burada elvin cabay ve aslandan basqa savadli serh yazan men hele ki gormemisem”
Onda onlarin senin yazdiqlarina serh yazmadigini da gormemis olmazsan.bundan netice cixar.
bir de ki, sifarisle seir yazmazlar.hele pul qarsiliginda hec.Ramiz Rovsen bir sozu var,deyir ,men shair islemirem.yeni seiri is kimi gormek olmaz.qarsiliginda bir sey umularaq yazilan seir seir deyil.seir tebii yaranmali,temennasiz olmalidir. bax onda gozel olar:
men sene ogul olmadim
qol budagin budanali
ucqarinda son igidin
son yarpagin budanali
bagisla veten bagisla
ustune eller uzandi
qilinci qinda curutdum
papagi gunde yandirdim
qeyreti canda curutdum
bagisla veten bagisla
ezabi icesi oldum
icdim er adimdan oldum
canimdan kecen olmadim
yurdumdan odumdan oldum
bagisla veten bagisla
dunya boyda evim vardi
gor hardan hara yigildim
goy xaqan cadrindan cixib
bir ag cadira yigildim
bagisla veten bagisla
bu derdi ki sene verdim
derd meni boslayan deyil
onsuz sen bagislasan da
tanri bagislayan deyil
bagisla veten bagisla(ELBARIZ MEMMEDLI)
Aslan
Eylül 29th, 2007 at 22:35
Qismət, salam! Yazdığımız şərhlərin xoşuna gəlməsi məni sevindirdi. Sənə qəlbimdən keçənləri yazmağa ehtiyac duydum. Şeirlərində səmimiyyət var, dilin təmiz, axıcıdır, etiraf, bu etirafın poetik təsviri uğurludur. Səmimiliyi, nikbin ovqatı sona qədər qoruyub saxlaya bilsən çox qazanarsan. 2-ci şeirdə axıcılıq itir, təkcə 1-ci bənddə “diləmədikcə”, “qazanılmır”, “eləmədikcə” kimi ağır çəkili sözləri heç bir halda verməmliydin. Şəxsən “qazanılmır”ı oxuyanda bədənimdə qarışqa gəzirdi. Bunlardan daha yaxşı yaza biləcəyin qənaətindəyəm. 2-ci şeirdə 3-cü bəndi və sonluqdakı sonuncu misranı çıxsan daha yaxşı olar. “qabaq”ı da dəyişdir. Bütün halda qənaətim belədir: Uğurlu şeirlərdir!
R.S. Əziz Oxucu! Qarşında qəbahətimiz yox ikən, adımızı kiçik hərflərlə niyə yazmalıymışsan? Olurmu? Kimsənin adını kiçik hərflərlə yazmadıq, yazanlara da, yanlışsınız, dedik! Elbarizin şeir uğurludu, amma bütün hallarda pessimizmə bunca qapılmaq olmaz, nə olur olsun, bi az da nikbin olmalı, gələcəyə ümidlə baxmalı, depressiyadan çıxmalıyıq!
Nahid
Eylül 30th, 2007 at 17:11
salamlar. bu saytda Qismetin sheirlerini gormek mene cox xoshdu. Qismeti yaxindan tanidiqim ucun qeyd ede bilerem ki, Azerbaycan edebiyyati bu gencle cox shylere nail olacaq. burda bezi shexslerin yazdiqi bezi sherhlere de cavab olaraq qeyd etmek isteyirem ki, bir, iki sherle yazari zeyif bilmek olmaz. cox teessuf ki siz Qismeti yaxindan tanimirsiniz, onun yazdiqi bir cox sherlere beled deyilsiz.
Qismet
Eylül 30th, 2007 at 21:58
butun serh yazanlara minnetdaram. Eziz oxucu nik ile yazan adi bilmediyim dostum dogrudur men artiq b serhi yazanda Aslan menim yazdiqlarima munasibet bildirib.Lakin demek isteyirem ki, Aslan ve Elvin menim yazdiqlarima serh yazmayiblarsa bundan ne netice cixarmaliyam?… yeni ki, yazdiqlarim o qeder zeifdir ki, onlar hec munasibet bildirmek istemeyibler?Ola biler.Amma her halda onlar dogurdan da savadli yazirlar…
Rəşad
Ekim 1st, 2007 at 04:58
Qardaş dərdinə şərikəm
Səni gözəl başa düşürəm
Biz Yaşayırıq Azerbaycanda
Nəfəs alırıq güyə Ana Torpağda
Bilirsən nədir mənim dərdim?
Bilirsən nəyə atır mənim qəlbim?
Nə Vaxtacan?
Axı de görüm nə vaxtacan
Bizimkilər ehtiyacdan Şeir yazacaq?
Nə vaxtacan Şeir yazana hörmət edilməyəcək?
Hə, qardaş, nə vaxtacan?
Oxucu
Ekim 2nd, 2007 at 13:52
Qismet,qardas,onlar savadli yazirlar basqa mesele,onlardan basqasi savadli yazmir basqa.
Aslan bey, evvela adinizi kicik herfle yazdigima gore uzr isteyirem.(Elvinden de).
Duz deyirsiz seir nikbin ehval ruhiyede olsa yaxsidir.Amma seir gercekliyi eks etdirse daha yaxsidir.
Seirin nikbin olmasi ucun yazarin o movzuda nikbin dusunmesi shertdir. Nikbin dusunulen vaxtlarda-veten torpaqlari sahiblerinin ellerinde oldugunda-nikbin seirler de yazilib.
amma,ele hallar olur ki,”pessimist” seirler yaranmali olur:Nece ki,Almas Ildirim,Ehmed Cavad ve.s. yazmisdir.O vaxt onlar”Azerbaycan menim baxtsiz anam oyyy” yazirdilar
her halda ,”yasa yasa Azerbaycan” yazasi deyildiler.
Mence seirin pessimizmi,optimizmi olmur;seirin menaliligi,menasizligi olur.seir heyatin guzgusu olmalidir.
Sizce Shekspir pessimistdir?Onun butun eserleri “aglasma”dir.Amma dunyada en cox tercume olunan ve oxunan eserler de onun eserleridir.
Bu seire de bu cur yanasmaq lazimdir.
Ugurlar.
Aslan
Ekim 2nd, 2007 at 23:10
Əziz oxucu, salam! Sizinlə razıyam, bədbin, nikbin şeir, ümumiyyətlə sənət əsəri gercəkliyi əks elətdirsə yaxşıdır. Bu da asılıdı əsəri yaradanın gercəkliyi necə görməsindən və elə buna görə də bəzən müasir ədəbiyyatda gerçəkliklə fantaslika arasındakı, reallıqla utopiya arasındakı sərhədd itir. Əslində sənətdə bunun elə də önəmi yoxdu, önəmli olan qələm sahibinin necə yazmasıdı. Yəni bütün hallarda müzakirə mövzusu, keyfiyyət olmalıdı. Əlahəzrət keyfiyyət! Bu baxımdan şeirin optimist, ya pessimist olması onun keyfiyyətinə dəlalət elımir, amma optimist, pessimist şeirlər olur və şeirin hansı ovqatda olmasından asılı olmayaraq mənalısı da, mənasızı da olur. Nikbin olmağı tövsiyyə eləyəndə yanlış anlaşılmışam, qardaş, “Yaşa, yaşa!”, “İşıqlıdı iliç lampalarımız” kimi epitetlərə mən imperiyanın asıb kəsən vaxtlarında etiraz eləmişəm!
Qaldı konkret fakta, Elbarizin şeirinə, mən şeirin uğurli olduğunu qeyd eləmişəm. Pessimizmlə bağlı iradım da şeirə yox, müəllifə olub, məni əndişələndirən cavanlarımızın əksərən bərbad ovqata köklənməsidi. Boynuma alım ki, Elbarizi ilk dəfə oxuyuram, sənin sayəndə. Tanıyırsansa, salamımı çatdır! Ən xoş arzularla!
R.S. Bir etiraf eləyim, mən Şekspiri sevmədim, nə bilim, bəlkə də orjinaldan oxuya bilmədim, ona görədi. Hər nədisə, sevmədim.
Qismet
Ekim 3rd, 2007 at 17:26
Cox sag ol eziz Oxucu leqebi ile yazan dostum.yaxsi sherhdir.Amma bir seyi bir az gec olsa da demek isteyirem. neye gore menim serime alternativ sheir kimi Elbariz Memmedlinin sherini sitat getirib deyirsen ki, sheir bu cur olar ve ya bu cur yaranar? o ele dusunub ele yazib men basqa cur dusunub bele.Mence butun muqayiseler yersizdir.Her halda men onun kimi dusunmeye mecbur deyilem . QAldi ki menim sheirin epiqramindaki yazdigim sozler ona gore deyil ki, nese madi maraq gudub veten sheiri yazmisam.eksine.men maddi maraq gudseydim munsifler heyetinin bu seri qebul etmeyeceyini bilib ayri cur yazardim.(xatirladim sheri o yarismaya gondermedim)Lakin serin semimi hem de bir az ironik olmasi ucun ozumu zorlamadan ,hec kime oxsamaga calismadan ozum kimi yazmaq istedim.beyenmemekde serbestsen. cox sag ol.
Firangiz
Ekim 4th, 2007 at 18:17
axirki arzuladigim formada sheir oxuya bildim Veten haqqindaki etirafiniza gore cox sag olun her halda cox semimi alinib 2-ci sheirinizde cox maraqlidi dogurdan inasanin qelbinde aglayan ushaq var mene yaxin sheirdi ona gore cox beyendim her shey cox aydin ve konkretdir size bravo ve ugurlar)))
Qismet
Ekim 5th, 2007 at 13:07
cox sag olun Firengiz xanim
Saytı birinci dəfə ziyarət edən
Ekim 8th, 2007 at 00:13
Salam..
Şərhlərdəki bu vuruşmanı anlamıram. Kiminsə xoşuna gələ bilər kiminsə yox. Nə qədər savadlı yazıldığını da deyə bilmərəm, çünki mən bu sahənin adamı dyiləm. Amma birinci şeirdəki səmimiyyət çox xoşuma gəldi. Üstəlik məncə şerdən əvvəlki qısa aşıqlamanı verməsi daha səmimilik yaradır. Belə götürəndə verməyə də bilərdi.
QISASI: xoşuma gəldi ən əsası da real olduğu üçün, indi ətrafda gördüklərimizdən yazıldığı üçün, quru pafos və cansıxıcı olmadığı üçün
nicat
Ekim 13th, 2007 at 12:53
ay Qismet deyesen sen yalniz serini terifleyende qebul edirsen.
Qismet
Ekim 14th, 2007 at 14:02
Salam Nicat.bilmirem sende niye bele teessurat oyatmisam.bilmiyeni isterem ki, bu qeti bele deyil.eger kenardan ele gorunurse uzr isteyirem.daha diqqetli ve obyektiv olmaga calisaram.
Sevinc Adaletqizi
Ekim 21st, 2007 at 14:10
Salam Qismet,*Veten* s`erinizi cooooooooooooox beyendim.Indiyedek bele qeyri-adi s`er oxumamisam.Sizi tebrik edirem!!!Gozel qeleminiz var.Size yaradiciliginizda ugurlar arzu edirem!!!.Bundan da boyuk mukafatlar qazanasiniz!!!
Qismet
Ekim 22nd, 2007 at 15:55
cox sağ olun Sevinc xanım.bəyəndiyinizə sevindim.amma mən o mükafatı qazanmadım.çünki şeiri yazsam da o yarışmaya göndərmədim…
Sevinc Adaletqizi
Ekim 22nd, 2007 at 19:30
Salam Qismet.Siz bu se`ri yarismaya gonderseydiniz belke de 1-ci yere layiq gorule bilerdiniz.Cunki indiki zamanda bele s`erlere nadir hallarda rast gelinir..Bu menim fikrimdi.Belke de basqalari beyenmeye biler.Amma s`er mukafata layiqdir.
Samir Huseyn
Ekim 26th, 2007 at 21:10
Salam Qismet qardasim, tessuf ki, serini gec oxudum, danisdigimiz kimi max realizm !!
Note: Men olum arabir pafosa da ehtiyac duyuram, yeri gelende xeyallara da dalmagi xoslayiram, axi qati realizm cox cetindir, insan hem de hisslerle de zengindirr axi. Qisasi qelbe xitab eden serlerini de gozleyirem.
Imza Aciq Sema altindaki diskusiya yioldasin-Samir
Savalan MUGANLI
Ekim 27th, 2007 at 14:16
halal olsun. Halal olsun! Halal olsun!!!!! cesaretli ve mezmunlu serdir. Davam etdir ugurlar
Nemat..qelbi-(dili )_QAM
Şubat 28th, 2008 at 18:39
Salam qardash xosh gorduk.derin hormetle yad edirem………
Fikirimce Qismet qlobal yazadir.eseri bir etnik, dini ve ya sosial qrup ucun yox, heqiqetde var olan muxdelif edebi goru$ diyapazonuna malik, ferdlerden ibaret ferkli cemiyetler pirizmasinin icinde var olan bir be$er ucun yazir .
fariz
Mayıs 28th, 2008 at 17:16
qardasim men vatan deyende bomboz collerde elinde silah esgerin gozu qarsisisnda uzanana esir daglari dusunurem.musabiqelerde bir de metbuatda vatani sevmek olar ama …
Kulturoloq
Temmuz 13th, 2008 at 10:56
Salam,Qismet bey size minnetdaram.heqiqeten de cox gozel serdir.hami sizin kimi curetli olmur bu sozleri dile getirib,realliqla barisan.Size ugurlar arzulayiram.sizden yeni serler gozleyirik.ve urekden size derin tewekkurumuzu bildiririk.en cox da bu misralar xosuma geldi
Susaya getmeye qeyretim yoxdur
vetene getmeye haziram veten.heqiqeten de duz buyurmusunuz burda indiki oglanlar bulvarda gezmeyi esgerliye gedib veten qorumaqdan qat-qat ustun tuturlar cox teesufler olsunki bu beledir
kim
Temmuz 13th, 2008 at 18:02
dogrudan eey,millet nisanlanir,evlenir,sonra esgerliye gedir-goresen bu cavanlar da mi bele dusunur?
doctor günay
Aralık 23rd, 2008 at 22:13
salam Qismət,qardaşım şeirlərini çox bəyəndim.belə etirafları hər insan bacarmaz. ilk növbədə cürətinə görə təbriklər.yaradıcııqda uğurlar
peki
Ağustos 16th, 2009 at 17:47
çox gozel seirdi
Fərid
Kasım 5th, 2009 at 00:30
Salam Qismət.oxudum şeirlərini.Vətən şeirini bəyəndim həqiqətən.ən azından səmimisən.Birdə poetik cəhətdən çox güclü şeirdi.bu qədər.əmin ol ki ürəyimdən keçənləri dedim.hələlik
vip
Mayıs 2nd, 2010 at 17:22
halaldi.m.e.sabirin yerine yene de ola bilmezsen
HÜSEYİN
Ağustos 1st, 2010 at 18:21
veten şerini çox beyendim. kim yazıbdırsa esil bizim bu tarix boyunca ciblerini düşünüb vetene sadece iş yeri kimi baxan sözde azerbaycanlıların tercümeyi halı kimi yazıb halal olsun.
şaire
Ağustos 2nd, 2010 at 23:17
men de chox beyendim.Allah geleminizi tutan ellerinize guvvet,dusunen beyninize bitib-tukenmeyen dusunce bexsh etsin
samire
Ağustos 11th, 2010 at 23:26
Shushaya getmeye qeyretim yoxdur deyirsen, amma ele bunun ozu senin qeyretinden xeber verir. Shushaya getmekle beraber en uca zirveler de qismetin olsun, Qismet bala