Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən,
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən.
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz,
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən.
Cümlə aşiqlər səni görmək ümidin üzdülər,
Göz dikən yoluna bica bir dənizdir, bir də mən.
Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı röya bir dənizdir, bir də mən.
Çoxları görcək səni öz eşqin elan eyləyib,
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən.
Bir zaman Məcnun idi divanə, səhra məskəni,
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən.
Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma,
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən.
***
Görsə eşqində ürək dərdü kədər yüz bu qədər,
Yenə səndən qəmü-möhnət diləyər yüz bu qədər.
Gözlərimdən o qədər sel ki, gedir şamü səhər,
Belə getsə olacaq bəhri-Xəzər yüz bu qədər.
Sevgilim, aşiqinə azca vəfa eyləyəsən,
Göstərər şövq ilə eşqində hünər yüz bu qədər.
Mən çatan mərtəbəyə eşq yolunda Məcnun
Çata bilməz, çalışıb töksə də tər, yüz bu qədər.
Mənə dün verdi bəla zəhrini dildar, içdim,
Yenə nuş eyləyərəm versə əgər, yüz bu qədər.
Xar ilə görsəm əgər mən səni ey gül bir də,
Atəşimdən çıxacaq ərşə şərər yüz bu qədər.
Fəhmi, istərsən əgər şair olub ad qoyasan,
Cəhd elə ki ola şe’rində kəsər yüz bu qədər.
***
Elə dünyaya düşdük ki qaralar ağ yeyir- doymur,
Bacarsa öldürür, öldürməsə sağ-sağ yeyir-doymur.
Düşübsə iblisin zindanına ruhun, əl üz ondan,
Elə zindandı bu hər gündə yüz dustaq yeyir-doymur.
Kiminə bir içim su, bir udumluq duz-çörək bəsdi,
Kim isə gündə bir dərya içir, bir dağ yeyir-doymur.
Nə qədri məzlumun ahın udur göylər, udur-bezmir,
Nə qədri canfəda mərdlər yeyir torpaq, yeyir-doymur.
Bu yandan bir vəfasız yar, o yandan rəhmsiz dövran,
Bu qansızlardı, Fəhmi, ömrümü ortaq yeyir-doymur.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Əvəz Qurbanlı
Sentyabr 22nd, 2007 at 17:13
Sag ol, Fəhmi!
Xüsusilə “Doymur” rədifli qəzəlindən adam doymur. Əruz vəzninin “Həzəci-müsəmməni-salim” bəhrində yazdığın bu şer bədii ifadə vasitələrinin zənginliyi, ahəng uyarılığı, dil səlistliyi, təfilədən-təfiləyə imaləsiz, müvəffəqiyyətli keçid baxımından diqqəti cəlb edir. Rədif orijinallığını və uğurlu qafiyə seçimini də qeyd etmək istərdim.
Yaradıcılıq uğurları arzusuyla…
Seyid Ramin
Sentyabr 22nd, 2007 at 23:10
Gözəl qəzəllərdi. İlqarın yazılarını oxumamağ olmur. Və qəzəllərində şah beyt axtarmağ çox çətindir…
Uğurlar olsun.
Imaret
Sentyabr 24th, 2007 at 10:50
Şeirləri bəyəndim,xüsusilə rədiflərini:az işlənən rədiflərdəndir.
1-ci qəzəlin son beytinin mənasını o qədər də anlaya bilmədim,xahiş edirəm,izah edəsiniz.
Müəllif “Bir aləm” rədifli qəzəl yazmaq istəyərmi?
Təşəkkür edirəm.
Mars
Sentyabr 24th, 2007 at 17:34
Salamlar.
Bu aralarda İlqar bəyin başı möhkəm qarışıq olduğundan, Imaret adlı hörmətli şərh yazarımızın xahişini yerinə yetirərək “Bir dənizdir, bir də mən” qəzəlinin sonuncu beytini izah etmək istədim:
“Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma,
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən”
“həsrət üçbucağı” deyiləndə, şair, onun qəmli xülyası və dəniz arasında olan xəyali üçbucaqdan söhbət gedir ki, bu üçbucağı şairin ruhuna tale çəkmişdir. Burada şair qəmli vaxtlarında dəniz kənarında yalnız qalaraq qəmini dağıtmaq istəməsinə işarə edir.
Əlavə suallarınız olsa, cavab verməyə hazıram.
Diqqətinizə görə təşəkkür edirik.
Elnarə Şəms
Sentyabr 24th, 2007 at 23:10
Hər üç qəzəl əladır.Təşəkkür edirəm həm öz adımnan,həm də “Şəms”məclisinin üzvləri adından.Oxuduqca zövq alırsan.
Leyla Mövsumova
Sentyabr 25th, 2007 at 21:54
İlqar Fəhmi sizə təşəkkürlər. Sizin yazılarınızı oxuyuram və sevirəm. Ugurlar. Yeni yazılarınızı gözləyirik.
Imaret
Sentyabr 27th, 2007 at 11:32
Salam.Mars adlı müəllifə izaha gorə təşəkkur edirəm.Əlavə sual ,türklər demişkən, zatən var: qeydləri bir daha oxuyun,zəhmət olmasa.
Hələlik.
qeza xidmeti
Sentyabr 27th, 2007 at 14:43
evvela bu qezellerin dili zamanla sesleshmir.indi deyeceksiniz fuzuli dilidi bu dil.amma yadda saxlayin-fuzuli
yazdiqlari sanki qedim bir xalchadi ve o xalcha bu gun en qiymetli bir nesnedi.indi durub hansisa fabrikde texnika ile ne qeder ele xalcha toxusan yene eli boshda qalacaqsan
qaldi ki movzular-ey muellif mecnun sehrada ter tokmeliydi dee.sen indi mecnun heyati yashaya bilersnmi?axi qem karvani da yoxdu indi.gerek qemavtokalonu ve yaxud qem samalyotu-zad yazasan
sherhchilere geldikde ise sozum yoxdu.ilqar onlardan chox seviyyelidi
mefaulun,mefaulun-ayilin
Aslan
Sentyabr 27th, 2007 at 18:40
Qeza xidmeti! Hadisə yerinə gəlib xidmət göstərmək əvəzinə,
özün qəza törədibsən. Qəzəllərin dili zamanla səsləşir, burda dildən ötrü əndişələnməyə ehtiyac yoxdu. Məcnunun haralardasa tər tökməsinə cüzi də işarə vurulmadığı halda, niyə belə hökm verirsən? Məcnun həyatı yaşamaq istəyən kim imiş, yaşaya bilə, ya bilməyə? Sən hansı qəm karvanından danışırsan, yəqin bu şərhi yazanda yaddaşında başqa bir qəzəl ilişib qalıbmış. İradın Məcnundan qaynaqlanıbsa, əbəs yerə, müəllif nə Məcnun olmaq istəyir, nə də qəm karvanıyla işi var. Sadəcə bənzətmədi, müəllif, “Mən çatan mərtəbəyə eşq yolunda Məcnun çata bilməz!” deyir və burda anlaşılmayan nəymiş? Bir çox şairlərimiz eşqdə Məcnuna bənzədiklərini, Məcnun olduqlarını, hətta Məcnunu keçdiklərini də yazıblar, kimsə bunu onlara irad tutmayıb.
Özünün növbəti qəzanı törədəcəyinə yox, hansısa qəzanı aradan qaldıracağına inamla!
qürbetdeki_ebu_zerr
Oktyabr 1st, 2007 at 18:15
essalamu aleykum!
heqiqeten Azerbaycan şeri qeder gözel şer heç bir milletde yoxdur.fehmi bey çox teşekkür edirem.çox gözel şerlerdi
scorpion
Oktyabr 5th, 2007 at 00:44
İlqar bəy siz Azərbaycan ədəbiyyatında ustadların yolunu davam etdirən ən istedadlı gənclərdənsiniz!(Lap “Ədəbiyyat qəzeti”nin təbrik yazılarına oxşadı) Sizə uğurlar arzulayıram!!! Ancaq sizin nəsriniz mənim daha çox xoşuma gəlir!
rauf
Oktyabr 17th, 2007 at 01:56
salam, Ilqari mən də təbrik edirem. deyilen qüsurlarla da raziyam. (dil problemi və s) amma mən bu şerləri qazetlərdə 2000-ci illərdə oxumuşam. o vaxtin yazilaridir. fəhminin dərc olunan son şeirlərində isə tam müasir dil var. ( yenə də, gecə kəpənəyi, gülmə mələyim və s) son şeirlər lap əladir.
Rafiqa_M
Oktyabr 21st, 2007 at 16:51
Salam ilqar bey. Sheirlerinizi chox beyendim. Elleriniz yorulmasin!
savalan muganli
Oktyabr 28th, 2007 at 17:39
dilimizi az tehqir edin el chekin ecnebi sozlerle dilimizi korlamaqdan yuz iller evvel deyilmish sozleri az tekrar edin bir de ki sen artiq tukenmisen etiraf et!!!
savalan muganli
Oktyabr 28th, 2007 at 17:40
MUGAN @BOX.AZ
Elvin Cabay
Oktyabr 28th, 2007 at 18:42
… savalan muganli, deyesen adresi sehv salmisan. Xestexana o biri terefededir.
Savalan Muganli
Dekabr 13th, 2007 at 21:07
Salam Elv in bey! saglam tenqidden niye qorxursunuz? Edebiyyat xeste tefekkurlilarin yeri deyil! shukur Tanriya ki, xestexananin yerini bilirsen. zeife yaxshi diyen xeste tefekkurlulara da de. mugan@box.az
Hemid Kazimzade
Fevral 20th, 2008 at 02:03
Uqurlar Size Ilqar bey.
Sizin yazdiqiniz her bir soz qiymetlidir,o ki ola bitkin bir sher veya eserleriniz.
Panorama Production adindan birdaha uqurlar!
Rasim
Mart 2nd, 2008 at 23:38
eziz scorpion sen cox keserli serh yazirsan,calis seirlerinin de seviyyesini qaldirasan
scorpion
Mart 3rd, 2008 at 01:59
Rasim bəy!!! Siz hətta mənim şeirlərimi də oxumusunuz!!! Eşq olsun sizə!!! :)))) Bir az diqqətli olun!!!
Oxucu
Mart 3rd, 2008 at 18:48
eziz scorpion men seni kesf eledim!!!
senin bir seirin cox yaxsi idi ,dogrudan, men her seiri xoslamiram..
scorpion
Mart 4th, 2008 at 00:10
:))))))Allah-allah nələr olur burda…bir nəfər izah eləsin da!!!
Etibar
Mart 4th, 2008 at 02:33
Bu yazılar bir daha sübut edir ki, şer yazmağın texnologiyası ilə tanış olamaq hələ şer yazmaq deyil.