Allahın tərifi

XankərəmƏn ülvi, ən şirin sözlərim, Allah
Dünyanı ilk görən gözlərim, Allah
Adınla yazıram hər əsərimi
Sənsiz yazmamışam bir əsərimi.
Adınla başlayır səfərlərim də,
Duanla açılır səhərlərim də.

Dadlıdı, duzludu çörəyim mənim
Həmişə qəlbimdə sən varsan deyə.
Yoluna qoyulur bütün işlərim,
Mənim əllərimdən tutursan deyə.

Varlığım adında tutubdur qərar,
Qəribəm, qəribi yzağa qıyma.
Məni özüm boyda qaldır, İlahi
Sən məni özümdən düşməyə qoyma.

Biz harda görüşdük? Bu dünyuada biz,
Əbədi sakinsən düz ürəyimə.
Əllərim göylərə açılmır indi,
Əllərim açılır öz ürəyimə.

Sağalmaz dərdlərə bir əlini çək,
Küskün qəlbimizə hey diqqət eylə.
Allah, məni xoşbəxt eylədiyin tək,
Yurdumu, elimi sən xoşbəxt eylə.


Elə uşaq kimi sevirəm səni…

Elə uşaq kimi sevirəm səni
Əllərin, saçların oyunçağımdı.
Hava tək, torpaq tək gəzirəm səni,
Bu sevgi yanmağım, yaşamağımdı.

Ağ yollar nağara döy ayağını,
Bir qarış sinəmdə qopan sədasan.
Həyat dənizində ürəyim qayıq
Üz tutub getdiyim yaşıl adasan.

Götür radionu ürəyinə sıx,
Yenə mahnısıni deyir biz haqda.
Görən “xalqa nə var”, anam balası
Toyda oxuyublar sevgimiz haqda.

Əlini, saçını istəyirəm mən,
Sözünü, kəlməni əzbərləyirəm.
Vətənin köksündə bitən çiçəksən,
Mən elə sənə də vətən deyirəm.

7 Comments: Trackback URL | Comments RSS

  1. blackman Says:

    yaxshidi…tebrikler…

  2. Şahanə Says:

    Xankərəm bəy, axı niyə Allahı bu qədər söz yığını ilə narahat edirsiz? Hər artıq sözün Yer kürəsini bir az da ağırlaşdırdığını bilmirsinizmi?
    Allaha müraciətlərinizi lakonik halda deyə bilmirsinizsə, onda bir az da gözləyin, deyə biləndə yazarsınız.

    İkinci şeiriniz də könül oxşamır. Radionun orda heç yeri yoxuydu. Mahnını eşitməyin, dinləməyin digər yolları da var.

    Uğurlar…

  3. scorpion Says:

    Həqiqətən də zəif şeirlərdir… Şahanə xanımla razıyam…Hər halda bizə sənə uğurlar diləmək qalır!!!

  4. DDEED Says:

    Shahane xanim sozlerinize fikr verseniz yaxshi olar,

    danishana qeder siz sozlerin sahibisinizse, aghizdan chixdiqdan sonra ise onlar sizin,

    bu ne demekdir ki (est.) Allahi narahat elemeyin, siz ozunuzu ne hesab eleyirsiniz ki, {sherler lap bele poetik cehetden sifr ola biler} ama bele pervazsiz yazilar insanlarin muqeddes saydighi deyerlere qarshi yazilammaz ki bu deyer deyil, insanlarin ibadet elediyi, rebb tanidighi mefhumdur

  5. Şahanə Says:

    Insanlarin rebb tanidiqlarina hormet her kesin borcudur, DDEED.

    Amma biz burada edebiyyatdan, oncelikle de seirden danisiriq, poetik yuku sifir olsa da. Bele gorurem menim serhim de ne qeder poetik etmeye calissam da, ele yazildiqi seirlere oxsayib, obrazliliqi catmir.

    Men oz fikrimde qaliram. Allahi sevmek, ondan qorxmaq, ona sikayet etmek, onu redd etmek, onu gunahlandirmaq olur, narahat etmek olmur?

    Men her sozumun arxasindyam, DDEED…

  6. Novarg Says:

    Shahane, haqlisan, yuxaridakinin hech bir edebi-bedii deyeri yoxdur…

  7. şələ Says:

    salam.mən DDEED-nən raziyam!məncə də Şəhanə xanım sözlərinizə diqqət yetirin!şeir isə xoşuma gəldi!

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...