Ölkə çilikləndi, çiçəklənmədi
Açıldı bənizlər ha sarı-sarı
Güllə mənnən keşdi, hasarı deşdi
Hasardan qan gedir, hasarı sarı
Demə daş-qaş tale, üzük ömürdü
Ömrün sökük ömür, üzük ömürdü
Yenə bu ölkənin üzü kömürdü
Yüz osun yol boyu hasarı sarı
2007-10-20 |
Gülşən Cəbi |
Tənqid |
“Kütlələrə bir oyuncaq verin! Onunla oynayarlar və lider öz həqiqi hədəflərini saxlayacaq dərəcədə bacarıqlıdırsa,hər vaxt başqalarının özünü idarəetmə imkanı verməsindən istifadə edəcək.”(Napoleon Bonapart)
Düzü, bunları çoxdan demək (yazmaq) istəyirdim, sonra nəsə oldu, istəyim elə ən adi istək kimi də qaldı. İndi isə bir az reallaşdırmaq fikrim var, ona görə yox ki, bugünkü çiskinli hava, gah şıdırığı, [...]
2007-10-14 |
Xatirə Vaqif |
Şeir |
Bu gün sahilə getdim,
Çünki sonsuz sualların,
Canlı-cansız xəyalların,
Hisslərin, duyğuların,
Yarıgerçək yuxuların,
Arasında itən məndim.
Bu gün sahilə getdim,
Özümü də sənlə birgə tapım deyə.
Bəlkə onda heç olmasa
Mən də, mən də hamı kimi
Şirin yuxu yatım deyə.
bilirəm, ən yaxşısını istəyirsən mənim üçün
məni qardaşlarım qədər sevirmişsən –
nə yazıq ki böyüyüncə anladım.
ya yalnız indi qisqanmıram onları sənə.
mən axmaq deyiləm, ana,
bilirəm, sən də yata bilmirsən gecələr
mən yataqda çevrildikcə.
internetdə səhifələri dolaşarkən
siçanın çıqqıltısından bilirsən necə darıxdığımı…
istəmirsən səhər işdə başım agrısın…
2007-10-10 |
Məhsəti Musa |
Şeir |
(Zəlimxan Yaqubun “Layla, Xocalım, layla” şeirinə)
Sən “Cəngi” çal, sən “Misri” çal,
Layla çalma Xocalıma!
Üsyan elə, bir məlhəm ol
O sinəsi yaralıma!
Layla çalma Xocalıma!
Günləri günlərə satdıq,
Baş girləyib çox baş qatdıq,
Xumarlanıb yaman yatdıq,
Oyan, xalqım, bax halıma.
Layla çalma [...]
Səni gözləyirəm yenə bu axşam!
Bu axşam yolları sel-su dağıtsa,
bütün yer kürəsi dənizə batsa,
ALLAH insan olub dünyanı satsa,
Səni gözləyəcəm yenə bu axşam,
Səni gözləyəcəm, qarşımda da şam…
Bu axşam yağış da tökülsə hərdən,
Damlalar saçımda qaçışsa birdən,
Şamımın işığı sönmək istəsə,
əlimdən onunçün düzəldəcəm dam,
səni gözləyəcəm yenə bu axşam…
2007-10-08 |
Afiq Ağdami |
Şeir |
“Türkəm”-dedim,
“Dinmə!”-dedin,
Məni mənə yad eylədin.
Tariximi unutdurdun,
Əsrlərcə qan uddurdun…
“Türkəm”-dedim, qılıncını işə saldın,
Of demədən neçə-neçə canlar aldın.
“Türkəm”-dedim, iki böldün bir vətəni,
Ürəyimə dağlar çəkdin, diddin məni.