Doğmadı, yaddı bilməz,
Əldən tutandı əlim.
Bir anda Xızır kimi
Dada çatandı əlim.
Nə yerin, nə göyünəm.
Nəyim var ki, öyünəm?
Mən özüm ərköyünəm,
İpə yatandı əlim.
Kül deyil ki, sovrula,
Daş deyil ki, ovula,
Yüz danla, yüz də tovla,
Axı ətdəndi əlim.
Durub uzaqdan baxan,
Hənirtimə darıxan,
Odu gözümdən çıxan,
Yanan Vətəndi əlim.
Özünü aldatma, mavi gözlü qız
Bir yaşıl yarpaqsan körpə budaqda,
Başına gün döyər, dondurar şaxta.
Hələ görəcəyin günlər qabaqda,
Bir sevgi nəğməsi oxu bir ağız,
Özünü aldatma, mavi gözlü qız
Yollar qırış-qırış, yollar dağ-dərə,
Yıxılsan çətin ki, biri əl verə.
Açma ürəyini ürəksizlərə,
Dərdini dediyin dostlar vəfasız,
Özünü aldatma, mavi gözlü qız.
Tanımır getdiyin küçələr səni,
Doldurub kuzəyə içəllər səni,
Çəkər ağuşuna gecələr səni.
Bir qəmli xatirə, bir qəmli kağız…
Özünü aldatma, mavi gözlü qız
Ağıza söz olub, səsə düşmüsən,
Bu da bir bəladı, nəsə düşmüsən,
Deyən bu dünyada bəhsə düşmüsən.
Bu həyat çeynəyib, çürüyən saqqız,
Özünü aldatma, mavi gözlü qız.
Ruhuna köklənən qəm var, acı var,
Könlünün xoş sözə ehtiyacı var,
Bağrının başında dərd ağacı var.
Çəkdiyin əzablar saysız, hesabsız,
Özünü aldatma, mavi gözlü qız
Zaman çalxaladı, ömür daşladı,
Danışsam, deyərlər yenə başladı.
Bu yazıq Hafizin dərdi başqadı;
Haqq ayaq altında, hökm edir haqsız.
Özünü aldatma, mavi gözlü qız…
Özünü aldatma, mavi gözlü qız…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Oxucu
Oktyabr 2nd, 2007 at 12:55
Neynirem baxmir sozume
Elimden cixir ayagim
Herden guc gelir dizime
Yolumdan cixir ayagim
…………………..
…………………
…………………
Ne cekirse basim cekir
bes niye qorxur ayagim…
Hafiz istedadlisan,amma calis ozunu basqalarina benzetmeyesen!
umumiyyetle seirlerinde qafiyeleri beyendim.Teze qafiyelerdi.Ugurlar.
DDEED
Oktyabr 3rd, 2007 at 03:12
Xizir Azerbaycan turkcesinde Xidir’dir,
xahish edirem, oz dilimizi oldughu kimi qoruyaq!!!
sherlere geldikde ise gozel sherlerdir,
Hafiz qardashim sene ughurlar
teshekkurler, salamlar
simona
Oktyabr 3rd, 2007 at 10:50
Hafiz seirlerinin heresinin oz yeri var.Cox gozel,menali,qafiyesi olan seirler yazirsan.Eline quvvet.Ugurlar.
Şahanə
Oktyabr 3rd, 2007 at 15:55
1-ci seirin sonuncu bendi meni Ziba xanimin seirleri qeder dusunmeye mecbur etmese de, yene de bashimi ellerimin arasina alib uzerinde bir xeyli fikirlesmeli oldum…
2-ci seir daha xosh idi. Qafiyeler de xosuma geldi.
Qismet
Oktyabr 3rd, 2007 at 17:31
Hafiz yaxsi seirlerdi.Tebrikler.
Məhsəti Musa
Oktyabr 4th, 2007 at 10:42
Olduqca yumşaq,qəlbəyatımlı şeirlərdir.Bir oxucu olaraq çox bəyəndim.Uğur olsun !
etcebala
Oktyabr 4th, 2007 at 22:24
hafiz ugurlar, qerdesim…. Allah ecir versun!
Allah imanuvu kamil elesun, Xiziri ise duz yazmisan….
Xizir peygemberdir, Xidir ise sifahi xalq edebiyyatimizda qehermandu…
DDEED
Oktyabr 5th, 2007 at 00:05
etcebala, yeqin ki ereb dilinde Xidir(e.s.) adinin nece yazildighini da gormek isteyirsen, ama heyf ki sadece onun ingilisce yazlishini gostere bilecem:
http://answers.yahoo.com/question/index?qid=1006032413664
kashki erebce yazilishini da tapib gostersem sene, onda lap ela olardi (sehv xatirlamiramsa dad herfinin d’sidir {bir az ferqli teleffuz olunur})
scorpion
Oktyabr 5th, 2007 at 00:18
Şeirlərdə ilk baxışdan hər şey yerindədi…Yəni texniki tərəfdən bəlkə də mükəmməl şeir hesab eləmək olar…Ancaq mənə elə gəlir ki, bu şeirlərdə çatışmayan nəsə var…Bu nəsə yeni fikirdi, yeni nəfəsdi, yeni deyimlərdir… Ancaq Hafizin istedadı da göz qabağındadır və ümid eliyirəm ki, bu sadaladıqlarımı gələcəkdə onun şeirlərində görəcəyik…
Şeirlərin dili əsasən məni qane eləsə də bir sözə iradım var… Məncə “ipə yatan” yox, “ipə-sapa yatan” şəklində işlədilir bu söz…
ipə yatan- ipdən yaxşı tutan mənasını verir
ipə-sapa yatan- üzüyola, sözə baxan, taleyiylə barışan mənasındadır… Bu söz şeirdə ikinci mənada nəzərdə tutulsa da ikihecalı sapa sözü atılıb və məna formaya qurban verilib…
“Xızır” və ya “Xıdır” hər ikisi düzdür və hər ikisi eyni mənanı verir. Sadəcə ərəb dilindəki o səs bizdə həm “z” həm də “d” kimi işlədilir
Hafiz Hacxalil
Oktyabr 5th, 2007 at 10:01
Dostlar, salam. Haminizi qarshidan gelen muqaddes Ramazan bayrami munasibetile tebrik edir, Sizlere can saqliqi, sufrenize ruzi-bereket arzulayiram. Oktyabr ayinin 11-i, saat 12-de BMM-de Sizleri Qerbi Azerbaycana hesr olunmush tedbire devet edirem. Gelishinize cox sevinerem.
Allah Sizi qorusun. Amin!
Firangiz
Oktyabr 5th, 2007 at 21:20
Cox sag ol qardashim mende seni ve butun muselmanlari tebtik edirem ve arzularina qoshuluram …..AMIN o ki qaldi yazdigin seirlere qafiyeler ozunu yaxshi tutur,soz ola bilmez amma ne ise Scorpionun sozu olmasin catismir ,yeqin ki yenilik bu cur movzular cox islenib,ne ise yenilik yoxdu yeqinki olar umid edirem ugurlar)))
artyazar
Oktyabr 6th, 2007 at 20:17
Hafiz qağa, belə templə davam etsə, Azərbaycan poeziyasında çoxyazmaqda sənə çatan olmaz…
Hər halda uğurlarç inanmaq istərdim ki, say faktoru keyfiyyət amilinə çoooooox tezliklə təsir göstərəcək…
Aydın Xan
Hafiz Hacxalil
Oktyabr 8th, 2007 at 09:28
Aydin bey, sherhe gore teshekkur edirem. Inan Allaha menim her gunum sherdir. Subh tezden goylerde kimsenin oxuya bilmediyi sheirleri oxuyuram. Ancaq goyler qedre temiz ve lekesiz sheir yaza bilmirem. Ramazanin mubarek. Amin!
namiq haciheyderli
Oktyabr 9th, 2007 at 21:20
h a f i z i n d e r d i b a sh q a d i r eey can ay hafiz qizilin ustunde oturub yashayishdan gileylenene benzeyirsen hafiz qardashim ichinde gezdirdiyin var-dovleti neden gormursen ay hafiz s e n g e r ch e k d e n m i l y o n ch u s a n Tanri seni qorusun
Hafiz Hacxalil
Oktyabr 10th, 2007 at 10:37
Hormetli Bizimkiler! Ramazan gelir. Sultan gelir,xan gelir. Uca Tanri Turku ve Islami qurusun. Amin!
savalan muganli
Oktyabr 10th, 2007 at 22:12
sen shairsen hafiz bey seni beyendim
BAXTIYAR ELCAN
Oktyabr 11th, 2007 at 15:01
SALAM, DOSTUM.
TESSUF KI, INDI BAKIDA DEYILEM, TEDBIRINE GELERDIM.
BIRINCI SHEIRINDE “Durub uzaqdan baxan”
YERINE DUSHMEDI.
2-CIDE
Bir yaşıl yarpaqsan körpə budaqda,
Başına gün döyər, dondurar şaxta.
SHAXTADA YARPAQ OLMUR, YARPAQIN BASHINA YOX USTUNE, YA DA UZUNE GUN DOYER.
Bir sevgi nəğməsi oxu bir ağız,
Özünü aldatma, mavi gözlü qız
BIR MISRADA IKI BIR AQIRLIQ YARADIR.
Tanımır getdiyin küçələr səni,
Doldurub kuzəyə içəllər səni,
BIR-BIRINE QETIYYEN DEXLI OLMAYAN MISRALARDIR. BIRINCI MISRADA QARSHI TEREFIN SUYA BENZETMEMISEN AXI….
FIKIRLERIMI ERKLE YAZDIM. HELELIK.
HE… BIR DE… O PARK MESELESI NE OLDU?
Hafiz Hacxalil
Oktyabr 11th, 2007 at 20:04
Salam Bextiyar. Sheirlerim haqqinda fikirlerini cox beyendim. Xususen de ERKLE YAZDIM fikrini. Qaldi park meselesine, inan bir olan Allaha bir cox qurumlara muraciet etdim ve hemise olduqu kimi sesime ses vermediler. Yene sebr etmeliyem. Allah amaninda!
NAMIQ HACIHEYDERLI
Oktyabr 11th, 2007 at 20:46
SALAM HAFIZ BEY SENE SHERH YAZMAQIN SHERLERINDE QUSUR AXTARMAQIN OZU QUSURDUR UGURLAR
Sima N.
Oktyabr 19th, 2007 at 22:45
* Durub uzaqdan baxan,
Hənirtimə darıxan,
Odu gözümdən çıxan,
Yanan Vətəndi əlim.
- aman, nə üçün axı belə saxta, ürəkdən gəlməyən, şit misralar yazırsız?
*
Doldurub kuzəyə içəllər səni - mavigözlü qız maye deyil ki, onu qaba doldurasan
Qadası, özünü belə şeirlərlə aldatma, OK?
Hafiz Hacxalıl
Oktyabr 23rd, 2007 at 21:19
Sima xanım, şərhə görə təçəkkür edirəm. Sizə bir sual vermək istəyirəm. Sizcə həyat nədir? Tam səmimi!
Hafiz Hacxalıl
Oktyabr 23rd, 2007 at 21:22
Sima xanım, sonuncu bənd günümüzün reallığıdır. Vətəni, torpağı yandırılanın ürəyi bir tərəfə, bə heç deyirsən əlidəmi yanmasın, ay zalım!
Sima N.
Oktyabr 24th, 2007 at 21:14
1/ Həyat nədir sualına gərək geniş cavab yazam, bu da yer məhdudluğu üzündən imkansız. Hər halda həyat qızları küzələrə doldurmaq qeyil :))))
2/ Canım, yanmış əllə əlin hara, nəyə çatar? Həm də aydın olmadı: “Yanan Vətəndi əlim” - niyə əlini vətənə oxşadırsan? Bəlkə, demək istəyirsən ki, Vətən əl boyda qalıb? Amma bu fikri aça bilməmisən. Bir düşün: əl boyda Vətən! Bu fikir şeirin əsas mövzusu olsaydı, nə gözəl olardı… Yoxsa, başlamısan ki, nə bilim, gözümdən od çıxır, nə bilim,əlim ətdəndi…