Hərənin öz yolu…
Bir yol sağa,
Bir yol sola,
Bir yol düzə,
Bir yol dağa…
Hamının bir yolu var:
“olum”dan başlanıb ölümdə bitən,
naməlun bir dünyaya gedən,
geyimi də eyni,
deyimi də,
“maşın”ı da eyni,
arşını da,
Fərq çatdığı məknanın üstündə,
baş daşında büstündə,
Üstü başdan-başa təmtəraq,
altı… adicə torpaq.
***
Gözlərini heç gorməmişəm ay işığında
bircə kərə də,
gözundəki ay işığının əksini sevdim.
Ay işığında bir kərə də görmədiyim bəbəklərində
ay işığının cilvəsini, rəqsini sevdim.
Heç əllərini tutmadım,
əllərin əllərimdə bircə addım da atmadım,
soyuqdurmu, istidirmi—
haradan bilim?
Üşüyəndə ümidlərim, sevda çiçəklərim
ürəyimin üstünə qoyuram əlimi
barmaqlarının istisi var ovcumda, gülüm.
Özümdən uydurmuşam saçlarının ətrini də, rəngini də,
heç bilmirəm qumraldırmı, qıvrımdırmı,
dalğalıdır oynaq dəniz kimi , məncə,
Səsini heç eşitmədim, amma
qəmli nəğmələrin hey səslənir qulagımda incə-incə…
…Bilmirəm gözlərini görmədən gözündə gözüm,
əllərini tutmadan əlimdə əlin,
saçlarını qoxlamadan üzümdə telin
nə qədər yaşayacağam beləcə…
***
Daha qələm bezib məndən,
Qarşımda ağ durur varaq,
Söz biçib-tikə bilmirəm,
Fikirlərim qalıb çılpaq.
İztirabdan hörülmüşəm,
Qulağımdan sökülürəm,
Ürəyimdə parçalanıb
Gözlərimdən tökülürəm.
Tikələrim orda-burda,
Mənsizlikdən alişıram,
Büdrəyirəm hər addımda
Mən özümə ilişirəm
Mən həm varam, həm də yoxam,
Qapalıyam öz içimdə,
Bircə göz də tapılmadı,
Görə məni bu biçimdə

Yüklənir...
9 Comments: Trackback URL | Comments RSS
Ekim 4th, 2007 at 18:53
Xoşuma gəldi. İkinci şeiriniz lap çox.
Uğurlar!
Ekim 4th, 2007 at 23:53
İmarət xanım, 1-ci şeir zəifdir…həm ədəbi səviyyəsi, həm də dili çox aşağıdır…
2-ci şeir nisbətən güclü olsa da artıq yerlər çoxdur fikirləri daha konkret ifadə eləmək olardı…
3-cü şeir də chox adidir, yüz dəfə təkrarlanmış deyimlər, fikirlər və s.
Daha gözəl yazılarınızı oxumaq ümidiylə…uğurlar arzulayıram!!!
Ekim 5th, 2007 at 00:14
Şeirlərinizi bəyəndim, mənası, hissi, həyəcanı sətirlərin arxasından boy verən şeirləri həmişə yüksək qiymətləndirmişəm! Düzdü,bu kriteriyalar baxımından 1-ci şeiriniz sönükdü. “Səsini heç eşitmədim, amma, qəmli nəğmələrin hey səslənir qulağımda incə-incə” necə
də gözəl deyilib! İndiyə kimi imzanıza rastlaşmadığım üçün təəssüflənirəm. Yeni, daha gözəl şeirlərinizi oxuyacağıma inamla! Uğurlar!
Ekim 7th, 2007 at 15:38
… Ela! Tek sözle; Behmen demiş, Lezzet eledi!
… Allah behmene Rehmet elesin. (İdeal F. K.)
Ekim 8th, 2007 at 12:52
Salam! Her birinize teshekkur edirem. Mezmunundan asili olmayaraq, her bir sherhiniz menim ucun qiymetlidir:men yaziram, sonra siz yazirsiniz, daha sonra yene men yaziram ve unsiyyet yaranir,her yeten ile qura bilmediyin bir unsiyyet.
Shahane xanim, xosh gununuz olsun!
Skorpion! Tebii ki, sancirsiniz,ancaq dushunurem ki, zeherlemek yox, shefa vermek arzusu ile–sag olun!
Teshekkur edirem,Aslan bey! Teessufunuzu “ovuda” bilecek bir shey soyleye bilmirem:derc edilmish yazilarim barmaqla sayilacaq qeder azdir.Unvaninizi bilsem, yazaram,meslehet sizinkidir.
Elvin bey,sag olun,gorunur, her bir ovqatin ozune uygun da prizmasi var.
Hormetle:Imaret
Ekim 8th, 2007 at 19:05
İmarət xanım, salam! Şərhlərə münasibətiniz çox xoşuma gəldi, oxucularınızın rəylərinə belə diqqətlə, hörmətlə yanaşmağınız sizə həmişə başucalığı gətirər. Yoxsa burda bir həmkarımıza ürək sözlərimizi yazmağımıza peşman olduq, döymədi, yenə də sağ olsun. Ovutmaq-filan artıqdı, amma məsləhətə, fikirlərini bölüşməyə, yazıları haqda rəyimi bilmək istəyənlərə, yazılarını oxumağımı istəyənlərə qapım həmişə açıqdı. Burda e.mail ünvanım var, yenə yazıram. aslanquliyev@mail.ru
Hörmətlə, sayğılarla
Aslan Quliyev
Ekim 10th, 2007 at 21:59
imaret xanim pis deyil amma qusurlar choxdur mutaliesi az olan adama oxchayirsiniz
Ekim 11th, 2007 at 14:42
MESLEHETDIRSE SIZ HECADA SHIR YAZMAYIN. DUYQULARINIZI, FIKIRLERINIZI HECA QELIBINE SIQISHDIRA BILMIRSINIZ MENCE?
Ekim 19th, 2007 at 22:32
İztirabdan hörülmüşəm,
Qulağımdan sökülürəm…
…Tikələrim orda-burda – bu nə triller, bu nə fantaziya? Heç Hiçkokun ağlına gəlməmiş bunlar…