Sən məni bu gecə yalqız qoymusan,
Saf, təmiz ürəyimi yaralamısan,
Gecə- gündüzmə zəhər qatmısan,
Eşitdim bu gecə nişanlanmısan.
Dalğalar səs verir mənim səsimə,
Buludlar ağlayır mənim yerimə,
Səni unumağa tənha qəlbimə
Allahdan bir azca səbr istərəm.
SEVİRƏM SƏNİ
İcazə ver, yanına qayıtmaq istərəm,
Ömrümdən ömrünə vermək istərəm,
Həyatımı yolunda qurban istərəm.
Ölürəm, səsini duymaq istərəm!
SALAMLAR
Salamlayıram sizləri
Ən gözəl xoş sözləri
Söyləyirəm sizlərə
Çünki, layiqsiz bu sözlərə
SƏNSİZLİK
Solur hər əkdiyim qərənfil gülü,
Sənsizlik ömrümdən alır hər günü.
Səsini duyamadım mən ötən günü,
Yenədə soldu, saraldı qərənfil gülü.
ÜRƏYİMİN SƏSİ
Sənsizəm, oturub, əldə qələmim
Yazıram ürəyimin göz yaşlarını.
Sənsizəm, sükutda sükuta çöküb,
Duyuram ürəyinin göz yaşlarını.
GÖZ YAŞLARI
Göz yaşları süzüldü qədəhlərə,
Sevgi qədrini bilənlərə,
Sevgi yolunda əzab çəkənlərə.
Qaldırın badələri şərəf sahiblərinə!
SƏMİMİ SÖZLƏR
Sənin xatirinə nə deyim sənə,
Gözlə ürəyimi söyləyim sənə,
Ürəydən xoş sözlər, arzular sənə.
Səmimi insandan bu sözlər sənə!
DOST
Dost axtarırdım, sənə rast gəldim,
Saf, təmiz ürəyimi sənə söylədim.
Dostluğa inanırsansa, cavab verginən,
Mənim dostluğumu qəbul etginən,
Həsr eyləyirəm bunları sənə,
Inana bilərsən bu sözlərimə.
TANRI VERGİSİ
Tanrıdan vergisən sən bu günümə,
Unudulmaz əbədi bu ürəyimə.
Rəbbimdən diləyim səninlə olmaq,
Arzumdur səninlə bir nəfəs almaq,
Cavab “ HƏ “ sözünü tezliklə almaq.
Taleyim: qovuşdum onunla bir an,
Unuda bilmərəm onu heç zaman,
Rədd edir məni görəndə hər an,
Ağrayır ürəyim onsuz hər zaman,
Cavabın duyacam hər an, hər zaman.
AŞİQƏM SƏNƏ
Tanrı vergisisən sən mənə,
Aşiqlərin aşiqiyəm mən sənə.
Məhəbbət sözünü söyləsəm sənə,
Edərmisən xoşbəxt, gözəl, sən məni?
Ləğv eyləmə sözlərimi sən,
Ləğv eyləsən əgər ürəyim mənim
Ağrayacaq ürəyim sənsiz hər zaman.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Asiman
Oktyabr 6th, 2007 at 23:08
Salam. Heç xoşuma gəlmədi. Uğurlar.
scorpion
Oktyabr 7th, 2007 at 00:24
Bəzi yoldaşlar mənə irad tutur ki, mən şərhlərimdə çox sərtəm, aqressivəm… Ay sizin başınıza dönüm mən indi neyləyim… Yaxşı bu dəfə başqa cür yazacam şərhimi…
Şeirlər çox gözəldir!!! Çox xoşuma gəldi…Hiss olunur ki, müəllifin dərin istedadı və güclü poeziya duyumu var… Hər misra, hər bənd gözlərimiz önündə mükəmməl bir mənzərə yaradır… Şeirlərin dili səlisliyinə, axıcılığına görə Azərbaycan poeziyasının ən gözəl nümunələri sayıla bilər…Poeziyamızın gələcəyi hiss olunur ki, etibarı əllərdədir…
Sağ ol qardaşım!!! Var ol!!! Şeirlərini mütləq “Ulduz” , “Azərbaycan” jurnallarına təqdim elə, Sən AYB üzvlüyünə ən layiqli namizədsən…Hələ bəlkə təqaüddən-zaddan da verdilər…
Uğurlar arzulayıram!!!
P.S. Oxudunuz? Dincəldiniz?
Firangiz
Oktyabr 7th, 2007 at 14:25
oyyy scorpion sozlerin nece de semimidi….. mende bu semimi sozlere qoshuluram ve deyirem qardashim bu nedi???Vallah ayibdi ele bil baxcha ushagi yazib,bele olmaz axi gorunur kimise derinden sevirsiniz, amma ne olsun siz oz hisslerinizi sadece olaraq duz-qosh etmisiniz bu sheir deyil xahish edirem bu formada yazmayin amma yenede ugurlar
Elvin Cabay
Oktyabr 7th, 2007 at 15:32
… İlk iki şeiri oxuya bildim sadece, o birilerine gözüm getmedi. Mence nesr ile fikirlerini daha gözel ifade edersen.
Leyla Mövsumova
Oktyabr 7th, 2007 at 17:19
Salamlayıram sizləri
Ən gözəl xoş sözləri
Söyləyirəm sizlərə
Çünki, layiqsiz bu sözlərə
Ən “gözəl” şeirin də budu.
Mən hec bir şerh verməyəcəm. Sadəcə bir sual: Siz özünüz bəyənirsiniz öz şeirlərinizi ?
Elnarə Şəms
Oktyabr 7th, 2007 at 23:56
Xoşuma gəlmədi.Ən azından həyacandan bir neçə gün yatmamışdım(şeirlərimi burada yerləşdirəndə-görəsən nə yazacaqlar deyə).Sizdə bu həyacan varmı???
Amma yenə də uğurlar.
seyidsasha
Oktyabr 8th, 2007 at 00:18
DOST
Dost axtarırdım, sənə rast gəldim,
Saf, təmiz ürəyimi sənə söylədim.
Dostluğa inanırsansa, cavab verginən,
Mənim dostluğumu qəbul etginən,
Həsr eyləyirəm bunları sənə,
Inana bilərsən bu sözlərimə.
Serhsiz..!
Novarg
Oktyabr 8th, 2007 at 10:46
Amma semimidi, saman altindan su yeriden deyil; demek, umid var…
Qismet
Oktyabr 8th, 2007 at 11:29
Rasim qardasim teesuf ki men de serh yazanlarla eyni fikirdeyem.Hevesden dusme.Gorunur seir yazmaga yeni baslamisan ve ya mutalien azdir.daha cox mutalie et.ugurlar
Rasim
Oktyabr 8th, 2007 at 16:31
Men ne shair ne de ki, yazar deyilem. Hec Yazar ve Sharilerin eserlerini de bele oxumuram. Sadece sebrim catmayir ona gore. Sizler diyesen insani atdim atdigina gore peshiman etmek hevesi guclu ishleyir.
Teshekkruler sizlere…!!!!
Firangiz
Oktyabr 8th, 2007 at 19:36
ooooooooooo Rasim men inanmazdim ki,siz bu sozlerden inciyeceksiniz ,terif eshitseydiniz ozunuzu nece hiss ederdiniz ???Mence sizi terifleseydiler onda incimeli ne ise sebeb olardi sheirdeki hissleriniz chox gozeldi ,semimidi amma menasiz ve qafiyesizdi mende ne shaire ,ne de yazaram amma her halda adi oxucuda olsam yazilarin seviyyesini tez tuturam….Birde boyukluk olmasin sene bir meslehet verim eger yazmaq istesen chalis ushaqlar uchun yaz belke onda ne ise alinar………..yenede hevesden dushme sene ugurlar
Şahanə
Oktyabr 9th, 2007 at 11:37
Kusme, ay Rasim, bunlar istedadi besiyindece boqanlardir!
Hec oxuma da bunlarin yazdiqlarini. Yaz, saxla, gelecek nesiller verecek senin qiymetini!
Firangiz
Oktyabr 9th, 2007 at 17:16
Shehane xanim ,yaxshi zarafatdi oz aramizdi eger cidddirse bizimkiler ‘istedadlar’i bogursa,sizin kimiler ise edebiyyati shikest edir……………..
savalan muganli
Oktyabr 10th, 2007 at 21:54
qardashim ya yaxshi yaz ya da yazma chox zeif sheirlerdir umumiyyetle sheir deyil oz yolunu tap
BAXTIYAR ELCAN
Oktyabr 11th, 2007 at 14:37
“Men ne shair ne de ki, yazar deyilem. Hec Yazar ve Sharilerin eserlerini de bele oxumuram. Sadece sebrim catmayir ona gore. Sizler diyesen insani atdim atdigina gore peshiman etmek hevesi guclu ishleyir.
Teshekkruler sizlere…!!!!”
OXUMADIQIN SEN DEMESEN DE, SHEIRLERINDEN GORUNUR. QARDASHIM, TENQIDI MENIMSEYE BILMIRSENSE, SHEIRLERINI BURA NIYE VERMISEN?
Rasim
Oktyabr 13th, 2007 at 00:45
Menim shexsi maraqlarim var idi bura yerleshdirmeyimin ve buna nail oldum.
Qaldi tenqidlere menim hec bir etirazim yoxdur.
“”" Bəzi yoldaşlar mənə irad tutur ki, mən şərhlərimdə çox sərtəm, aqressivəm… Ay sizin başınıza dönüm mən indi neyləyim… Yaxşı bu dəfə başqa cür yazacam şərhimi…
Şeirlər çox gözəldir!!! Çox xoşuma gəldi…Hiss olunur ki, müəllifin dərin istedadı və güclü poeziya duyumu var… Hər misra, hər bənd gözlərimiz önündə mükəmməl bir mənzərə yaradır… Şeirlərin dili səlisliyinə, axıcılığına görə Azərbaycan poeziyasının ən gözəl nümunələri sayıla bilər…Poeziyamızın gələcəyi hiss olunur ki, etibarı əllərdədir…
Sağ ol qardaşım!!! Var ol!!! Şeirlərini mütləq “Ulduz” , “Azərbaycan” jurnallarına təqdim elə, Sən AYB üzvlüyünə ən layiqli namizədsən…Hələ bəlkə təqaüddən-zaddan da verdilər…
Uğurlar arzulayıram!!!
P.S. Oxudunuz? Dincəldiniz? “”"
Bu cur sherler tenqidden coox tehqirdir !!!
Yenede Shexsi maraqlar daxilinde men burdayam
Buna nail oldum !!!
Yaradicilara teshekkurler…
Şahanə
Oktyabr 13th, 2007 at 16:02
Həə, “Bizimki”, oğlan deyəsən, sənin sayəndə bir xaş qonaqlığı udub axı… Günün ağ olsun…
Biz deyəndə ki bu cür şeirləri verməyin, deyirlər, gənclərə yol açırıq. Bu da bir gənc. Şəxsi maraqları varmış bunun. Hələ üstəlik bura çıxmağa, bizim vaxtımızı almağa da nail olub…
Bu uşaq elə bil lap məni söydü ha…((
BAXTIYAR ELCAN
Oktyabr 13th, 2007 at 20:42
RASIM BEY BURA YERLESHMEK UQUR DEYIL, BURDA SONACAN BASH CIXARMAQA OQUL GEREK
Rəbiqə
Oktyabr 14th, 2007 at 03:44
Allah bize sebr versin… bashqa hech ne demeyin yeri yoxdu… bu ne qeyri-ciddi ve sayqisiz yanasma… mence, sayt adminleri bu geng oglanin ya sherini ya da sherhini silmek barede dushunseler, teeccublu olmaz… yonlendirmirem ha…. sadece, hech ne anlamaq olmur…
Sima N.
Oktyabr 19th, 2007 at 22:24
a) Həyatımı yolunda qurban istərəm - bu nə deməkdir? Həyatı qurban VERMƏK olar, öz həyatından qurban istəmək mənasızlıq…
b) Heca vəznində yazırsan, amma sətirlərin ölçüsünə, ritmə fikir vermirsən, qafiyə hələ şeir demək deyil…
Bəyənmədim.
A.Uğur Olgar
Noyabr 7th, 2007 at 00:30
Salam Rasim,
Şeirlerini yaxşı şeire giden ilk adımlar olarak görürem, feqat istiqbal vaat edirler. Sen yazmaya devam etmelisen, feqat tenqidlere de qulag vermelisen. Bu şeir emeginin esası cox oxumak az ve öz yazmaqdı.. Sene bu çetin şeir yollarında muvaffakiyyetler dilerem.. Salamat gal..Uğurlar…
A.Uğur Olgar
Andız Edebiyyat Jurnalı Editörü - Shair
P.K.33
33940 - Silifke / Mersin - Türkiye